Məhkəmə qərarları › İş №2-1(112)-4527/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4527/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4527/2023 23.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1977-ci il tarixdən xx.xx.1980 ci il tarixədək, 1982-ci il tarixdən 1990-cı il tarixədən 1993-cü il tarixədək olan sığorta stajı kimi nəzərə alınmayan mərhum X1 faktiki olaraq işlədiyi dövrlərin onun sığorta stajına daxil edilərək, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1977-ci il tarixdən xx.xx.1980 ci il tarixədək, 1982-ci il tarixdən 1990-cı il tarixədən 1993-cü il tarixədək olan sığorta stajı kimi nəzərə alınmayan mərhum X1 faktiki olaraq işlədiyi dövrlərin onun sığorta stajına daxil edilərək, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-159517/2023 nömrəli ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2021-ci il tarixdən 303.75 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiya təyin edildiyi üçün, iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi xx.xx.1977-ci il tarixdən xx.xx.1980 ci il tarixədək, 1982-ci il tarixdən 1990-cı il tarixədən 1993-cü il tarixədək olan sığorta stajı kimi nəzərə alınmayan mərhum X1 faktiki olaraq işlədiyi dövrlərin onun sığorta stajına daxil edilərək, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1. – ci maddəsinə əsasən. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2. –ci maddəsinə ədsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:...2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);... İnzibati Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İş materiallarına əlavə edilmiş 145550 nömrəli pensiya işi üzrə qəbul edilmiş “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, qərarına əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdən ömürlük ailə başçısının itirməyə görə 303.75 manat məbləğində pensiya təyin edilmişdir; əmək pensiyanın ödənişi xx.xx.2023-cü il tarixdən ömürlük ödəniləcəkdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması təmin olunduğu üçün, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1977-ci il tarixdən xx.xx.1980 ci il tarixədək, 1982-ci il tarixdən 1990-cı il tarixədən 1993-cü il tarixədək olan sığorta stajı kimi nəzərə alınmayan mərhum X1 faktiki olaraq işlədiyi dövrlərin onun sığorta stajına daxil edilərək, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi üzrə iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar