Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4528/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 26.01.2021-ci il tarixli, **********5 nömrəli imtinasının əsassız hesab olunması və iddiaçıya 14.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. 14.12.2020-ci il tarixdə onun 60 yaşı tamam olmuşdur. 02.10.1978-ci il tarixdən bugünə kimi müxtəlif müəssisələrdə və vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuş və hazırda onun 25 ildən çox ümumi əmək stajı var. Bununla yanaşı qeyd olunan illər ərzində əmək şəraiti xüsusi ilə ağır olan işlərdə də, çalışmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş “Neftqaztikinti” trestinin 23.09.2020-ci il tarixli, SOCA**********80020123X00183 nömrəli arayışından görünür ki, o, 01.05.2002-ci il tarixdə (əmr № 68-K, 01.05.2002-ci il) “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsi üzrə işə qəbul edilmiş, 02.12.2003-cü il tarixdə (əmr № 204-K, 02.12.2003-cü il) əmək müqaviləsinə xitam verilmiş və əmək stajı 1 il 7 ay 1 gün (bir il yeddi ay bir gün) təşkil etmişdir. Daha sonra 11.04.2017-ci il tarixdə (əmr № 35-K, 11.04.2007-ci il) “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına dəmir-beton məmulatlarının quraşdırıcısı peşəsi üzrə işə qəbul edilmiş, 05.11.2014-cü il tarixdə(əmr № 528-K, 05.11.2014-cü il) əmək müqaviləsinə xitam verilmiş və əmək stajı bu vəzifədə 7 il, 6 ay, 24 gün təşkil etmişdir. Bundan sonra, 07.11.2014-cü il tarixdə (əmr № 535-K, 03.02.2014-cü il) “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə işə qbul edilmiş, 06.08.2015-ci il tarixdə (əmr № 168-K, 06.08.2015-ci il) əmək müqaviləsinə xitam verilmiş və əmək stajı 8 ay 29 gün təşkil etmişdir. Daha sonra isə 07.08.2015-ci il tarixdə “Neftqaztikinti” tresstinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə işə qəbul edilmiş və hazırda da, həmin müəssisədə, həmin vəzifədə işləyir. Adıçəkilən arayışdan da, göründüyü kimi, qeyd olunan peşələr üzrə stajı 15 il 19 gün təşkil edir. 60 yaşı tamam olduğundan və 25 ildən çox ümumi iş stajı, 12 il 6 aydan çox isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı olduğundan 15.12.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, cavabdeh 26.01.2021-ci il tarixli, **********5 nömrəli məktubla müraciətinin icrasından imtina etmişdir. Məktubda imtinanın səbəbi kimi göstərilmişdir ki, “... Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə 11.04.2007-05.11.2014-cü il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftqaztikinti” trestnin Tikinti Quraşdırma Filialında dəmir-beton məmulatlarının quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi dəmirbeton məmulatlarının quraşdırıcısı vəzifəsi yuxarıda qeyd olunan Qərarla müəyyən edilmiş siyahı üzrə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 2 ay 15 gün) təşkil edir. Hesab edir ki, cavabdeh inzibati orqanının imtina məktubu əsassızdır. Belə ki, imtina məktubundan göründüyü kimi, cavabdeh orqan 11.04.2007-ci il tarixdən 05.11.2014-cü il tarixədək “Xəzərdənizneftqaztikinti” trestinin Tikinti Quraşdırma Filialında işlədiyi dövrü nəzərə almır. Halbuki, hesab edir ki, işlədiyi həmin vəzifə elə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsidir. Eyni zamanda bildirir ki, həmin vəzifədə işləyərkən əmək şəraiti ağır və zərərli olan işdə işlədiyi üçün əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin etmək məqsədi ilə əmək haqqına artımlar (əmsallar) müəyyən edilmiş (8 faiz), hətta ona bu vəzifə ilə əlaqədar süd pulu da, verilmişdir. Odur ki, qeyd edilənlər baxımından hesab edir ki, əmək kitabçasında 2007-2014-cü illər ərzində işlədiyi vəzifəsinin adında “polad” sözünün olmaması həmin vəzifənin Nazirlər Kabinetinin yuxarıda qeyd edilən siyahısına daxil olmaması kimi qəbul edilə bilməz. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət (etiraz) bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin iddiaçıya şamil edilməsi üçün iddiaçının 60 yaşı tamam olduğu tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərlə əməl edilməmişdir. İddiaçının ИТ-İ seriyalı, ******* nömrəli, 08.08.1979-cu il tarixli əmək kitabçasından görünür ki, iddiaçı, 01.05.2002-02.12.2003-cü illər ərzində (1 il 7 ay 1 gün) texnoloji boru kəmərlərinin quraşdırıcısı; 11.04.2007-05.11.2014-cü illər ərzində (7 il 6 ay 24 gün) dəmir-beton məmulatlarının quraşdırıcısı; 07.11.2014-cü ildən hal-hazıradək (6 il 5 ay 12 gün) polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşələrində işləmişdir. Yuxarıda qeyd edilənləri SOCAR “Neftqaztikinti” tresti tərəfindən təqdim edilmiş 23.09.2020-ci il tarixli arayış da, təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) yalnız polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsi nəzərdə tutulmuşdur. Belə olan halda, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu ilə tələb edilən 12 il 6 ay güzəştli iş stajı müddətini tamamlamamışdır (6 il 5 ay 12 gün). Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarının əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər (bənd 2.2). Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir (əlavənin 2.4-cü bəndi). Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia ərizəsinə əlavəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş 06.10.2020-ci il tarixli, 407 nömrəli arayışdan görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı həqiqətən 05.11.1979-cu il tarixdən 27.10.1981-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 02.10.1978-ci il tarixdən 04.10.1979-cu il tarixədək işləmiş, 18.10.1979-cu il tarixdən 02.11.1981-ci il tarixədək hərbi xidmətdə olmuş, 23.11.1981-ci il tarixdən 24.10.1982-ci il tarixədək, 22.11.1982-ci il tarixdən 01.12.1993-cü il tarixədək, 01.12.1993-cü il tarixdən 22.07.1994-cü il tarixədək, 22.07.1994-cü il tarixdən, 23.01.1995-ci il tarixədək, 24.01.1995-ci il tarixdən 02.01.1996-cı il tarixədək, 03.01.1996-cı il tarixdən 21.01.1996-cı il tarixədək, 22.01.1996-cı il tarixdən 06.09.2001-ci il tarixədək, 01.05.2002-ci il tarixdən 02.12.2003-cü il tarixədək, 18.11.2003cü il tarixdən 21.03.2006-cı il tarixədək, 11.04.2007-ci il tarixdən 05.11.2014-cü il tarixədək, 07.11.2014-cü il tarixdən, 06.08.2015-ci il tarixədək, 07.08.2015-ci il tarixdən hal-hazıradək müxtəlif peşələrdə işləmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən “Neftqaztikinti” Tresti tərəfindən verilmiş, 07.05.2021-ci il tarixli, SOCAR**********80020123X00145 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı həqiqətən 01.05.2002-ci il tarixində (əmr № 68-k, 01.05.2002-сi il) “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsi üzrə işə qəbul edilib və 02.12.2003-cü il tarixində (əmr № 204-k, 02.12.2003-сü il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 1 il 7 ay 1 gün (bir il yeddi ay bir gün) təşkil edir. İddiaçı 11.04.2007-ci il tarixində (əmr № 35-k, 11.04.2007-сi il) “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına dəmir-beton məmulatlarının quraşdırıcısı peşəsi üzrə işə qəbul edilib. 05.11.2014-cü il tarixində (əmr № 528-k, 05.11.2014-сü il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 7 il 6 ay 24 gün (yeddi il altı ay iyirmi dörd gün) təşkil edir. “Xəzərdənizneftqaztikinti” tresti və onun struktur bölmələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1 və 56.2-ci maddələrinə uyğun olaraq yenidən təşkil olunaraq SOCAR-ın “Neftqaztikinti” trestinin tərkibinə verilib. SOCAR-ın 14.03.2007-ci il tarixli, 61 nömrəli əmrinə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialının adı dəyişdirilərək “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılıb. İddiaçı 07.11.2014-cü il tarixində (əmr № 535-k, 03.02.2014-сü il) “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə işə qəbul edilib. 06.08.2015-ci il tarixində (əmr № 168-k, 06.08.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 8 ay 29 gün (səkkiz ay iyirmi doqquz gün) təşkil edir. İddiaçı 07.08.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/03-10-000161, 07.08.2015-ci il) “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib və hal-hazıradək bu peşədə işləyir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsinə (Bina qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi) əsasən zərərli şəraitdə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə iş stajı 6 il 5 ay 29 gün (altı il beş ay iyirmi doqquz gün) təşkil edir. İddiaçı iş stajı texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsi üzrə iş stajı 1 il 7 ay 1 gün (bir il yeddi ay bir gün) və dəmir beton məmulatları quraşdırıcısı peşəsi üzrə 7 il 6 ay 24 gün (yeddi il altı ay iyirmi dörd gün) təşkil edir. Sorğuda göstərilənlərə cavab kimi əlavə olaraq bildirilmişdir ki, Tikinti quraşdırma və təmirtikinti işləri bölməsi üzrə “Fəhlə peşələri üzrə işlərin Vahid X1”nda (VTİSK-3) dəmir beton məmulatları quraşdırıcı peşəsi əks olunmamış, polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı peşəsi göstərilmişdir. Dəmir beton məmulatları quraşdırıcısı və polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı peşələri oxşar işlərin icrası ilə məşğul olan peşələrə aiddir, gördükləri işlər də, əsasən Kütləsi 8 t-a qədər olan yığma dəmir-beton və beton bünövrə blokları, başlıq svay rastverklərinin bloklarının quraşdırılması, aşırımı 12 m-ə qədər olan yıöma dəmirbeton tirlərin quraşdırılması (kranaltı tir istisna olmaqla) metal karkasda gips panellərdən yığmasmatavanların quraşıdırılması, yığma dəmir-beton panel, mərtəbəarası örtük tavanlarının, o cümlədən HES quraşdırma meydança örtüklərinin quraşdırılması, yığma dəmir-beton sərnişin platformalarının quraşdırılması və sair bu kimi oxşar işləri yerinə yetirməkdən ibarətdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 26.01.2021-ci il tarixli, **********5 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Rspublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qrulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndinin (a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə 11.04.2007-05.11.2014-cü il tarixləri arasındakı dövr ərzidnə “Xəzərdənizneftqaztikinti” trestinin Tikinti Quraşdırma Filialında dəmir-beton məmulatlarının quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, müəyyən edilmiş Siyahı üzrə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılrı vəzifəsinə uyğun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 2 ay 15 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən güzəştli iş stajının olmadığına, istinad edilərək imtina edilmişdir. Halbuki ki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, arayışlar, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, xx.xx.1960-ci il təvəllüdlüdür. iddiaçının 14.12.2020-ci il il tarixdə 60 yaşı olmuş, iddiaçının 14.12.2020-ci il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuş, bundan əlavə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Belə ki, məhkəmə cavabdehin etiraz və imtinasında göstərdiyi dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: - Cavabdehin mövqeyinə görə iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən onun 01.05.2002-03.12.2003-cü illərdə (1 il 7 ay 1 gün) texnoloji boru kəmərlərinin quraşdırıcısı, 11.04.2007-05.11.2014-cü illər ərzində (7 il 6 ay 24 gün) dəmir-beton məmulatlarının quraşdırıcısı; 07.11.2014-cü ildən hal-hazıradək (6 il 5 ay 12 gün) polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı işlədiyi peşələrin Azərbaycan Rspublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarında nəzərdə tutulmamış, sözügedən Qərarda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) yalnız polad və dəmir-beton konstruksiyarın quraşdırılması üzrə quraşdırıcı vəzifəsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı müddətinin tamamlanmadığından onun pensiya hüququ yaranmamışdır. Cavabdehin həmin mövqeyinin araşdırılması məqsədilə “Netfqaztikinti” trestinə sorğu göndərilmiş, həmin sorğuya “Neftqaztikitni” Tresti tərəfindən verilmiş cavab məktubuna əsasən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsinə (Bina qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi) əsasən zərərli şəraitdə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə iş stajı 6 il 5 ay 29 gün (altı il beş ay iyirmi doqquz gün) təşkil edir. İddiaçı iş stajı texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsi üzrə iş stajı 1 il 7 ay 1 gün (bir il yeddi ay bir gün) və dəmir beton məmulatları quraşdırıcısı peşəsi üzrə 7 il 6 ay 24 gün (yeddi il altı ay iyirmi dörd gün) təşkil edir. Sorğuda göstərilənlərə cavab kimi əlavə olaraq bildirilmişdir ki, Tikinti quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə “Fəhlə peşələri üzrə işlərin Vahid X1”nda (VTİSK-3) dəmir beton məmulatları quraşdırıcı peşəsi əks olunmamış, polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı peşəsi göstərilmişdir. Dəmir beton məmulatları quraşdırıcısı və polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı peşələri oxşar işlərin icrası ilə məşğul olan peşələrə aiddir, gördükləri işlər də, əsasən Kütləsi 8 t-a qədər olan yığma dəmir-beton və beton bünövrə blokları, başlıq svay rastverklərinin bloklarının quraşdırılması, aşırımı 12 m-ə qədər olan yığma dəmir-beton tirlərin quraşdırılması (kranaltı tir istisna olmaqla) metal karkasda gips panellərdən yığmasmatavanların quraşıdırılması, yığma dəmir-beton panel, mərtəbəarası örtük tavanlarının, o cümlədən HES quraşdırma meydança örtüklərinin quraşdırılması, yığma dəmir-beton sərnişin platformalarının quraşdırılması və sair bu kimi oxşar işləri yerinə yetirməkdən ibarətdir. İşin hallarından göründüyü kimi, Tikinti quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə “Fəhlə peşələri üzrə işlərin Vahid X1”nda (VTİSK-3) dəmir beton məmulatları quraşdırıcısı peşəsi əks olunmamış, polad və dəmir – beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi göstərilmişdir. Dəmir beton məmulatları quraşdırıcısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-da göstərilməsə də, dəmir beton məmulatları quraşdırıcısı və polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı peşələri oxşar işlərin icrası ilə məşğul olan peşələrə aiddir, gördükləri işlər də, əsasən Kütləsi 8 t-a qədər olan yığma dəmir-beton və beton bünövrə blokları, başlıq svay rastverklərinin bloklarının quraşdırılması, aşırımı 12 m-ə qədər olan yığma dəmir-beton tirlərin quraşdırılması (kranaltı tir istisna olmaqla) metal karkasda gips panellərdən yığmaasmatavanların quraşıdırılması, yığma dəmir-beton panel, mərtəbəarası örtük tavanlarının, o cümlədən HES quraşdırma meydança örtüklərinin quraşdırılması, yığma dəmir-beton sərnişin platformalarının quraşdırılması və sair bu kimi oxşar işləri yerinə yetirməkdən ibarətdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının dəmir beton məmulatları quraşdırıcısı peşəsi üzrə 7 il 6 ay 24 gün (yeddi il altı ay iyirmi dörd gün) iş stajı da onun güzəştli iş stajına daxil edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi “Neftqaztikinti” Tresti tərəfindən verilmiş arayışlar iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 14.12.2020-ci il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğundan, eləcə də, bundan əlavə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni hüququnun yarandığı, 14.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4528/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4528/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver