Məhkəmə qərarları › İş №2-1(112)-453/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-453/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-453/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 nun kаtibliyi, Cavabdehin nümayəndəsi X1,3-cü şəxsin nümayəndəsi Şamilova Oksana Nofalovnanın iştirakı ilə, İddiaçı Abbasova Fəridə Səftər qızının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi göstərilməklə “1-ci qrup gözdən əlil kimi güzəştli mənzil növbəsinə 2015-ci ilən qeydiyyata götürülməsi ilə bağlı qərar verilməsinə ” dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abbasova Fəridə Səftər qızı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 1-ci qrup gözdən əlil kimi güzəştli mənzil növbəsinə 2015-ci ilən qeydiyyata götürülməsi ilə bağlı qərar verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı 1-ci qrup gözdən əlildir, yaşadığı ev çox kiçik olduğundan(adam başına 5-6 kv.metrdir, normadan azdır ) narahatçılıq keçirir. Cavabdeh iddiaya dair etiraz bildirərək iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.2. –ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1.-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia ərizəsinə əsasən iddiaçının tələbi onun 1-ci qrup əlil olduğu üçün güzəştli mənzil növbəsinə 2015-ci ildən qeydiyyata alınmasına cavabdehi məcbur edilməsindən ibarətdir. Lakin hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 06.04.2001-ci il tarixli, seriya FM 004927 saylı qeydiyyat vəsiqəsinə əsasən iddiaçı Abbasova Fəridə Səftər qızı Bakı şəhəri, Novruzov qardaşları küçəsində 4 otaqlı, 50 kv.m yaşayış sahəsi, 81,1 kv m ümumi sahəsi olan fərdi yaşayış evinin paylı mülkiyyətçisidir. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Bundan başqa iddia ərizəsindən göründüyü kimi iddiaçının Bakı şəhəri Cavabdehnə qarşı iddiası- 1-ci qrup gözdən əlil kimi güzəştli mənzil növbəsinə 2015-ci ilən qeydiyyata götürülməsi ilə bağlı qərar verilməsinə dair tələbi – məcburetmə iddiadır. İnzibati Prosessual Məcəllənin 38.2. –ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsindən göründüyü kimi, iddiaçının arzu etdiyi qərarın qəbul edilməsi barədə müraciətinə Bakı şəhəri Cavabdeh 24 oktyabr 2015-ci il tarixli məktubu ilə cavab verilimişdir. Sözügedən məktubda aşagıdkılar göstərilmişdir:”Mənzil növbəsinə götürməyinizə köməklik göstərilməsi barədə Cavabdehnə daxil olmuş ərizənizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, qeydiyyatda olduğunuz ünvana dair hüquq müəyyənedici sənədin surəti, forma №2 arayışı, əliliyiniz barədə Tibbi-Sosial ekspert Komissiyasının arayışının surətini, ailə üzvlərinizin adına şəxsi mənzil olub-olmaması barədə arayış və şəxsiyyət vəsiqənizin surətini təqdim etdikdən sonra ərizənizdə qeyd etdiyiniz məsələyə baxıla bilər”. İddiaçı cavabdehin məktubunu 2015-ci ldə almış, məhkəməyə isə dörd ildən sonra 29 oktyabr 2019-cu il tarixdə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsinə məcbur edilməsi barədə iddia verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət buraxılmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Abbasova Fəridə Səftər qızının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 1-ci qrup gözdən əlil kimi güzəştli mənzil növbəsinə 2015-ci ilən qeydiyyata götürülməsi ilə bağlı qərar verilməsinə dair iddiası mümkünlük şərtlərə cavab vermədiyi üçün mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçıı Abbasova Fəridə Səftər qızının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 1-ci qrup gözdən əlil kimi güzəştli mənzil növbəsinə 2015-ci ilən qeydiyyata götürülməsi ilə bağlı qərar verilməsinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar