Məhkəmə qərarları › İş №2-1(112)-453/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-453/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-453/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X21 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X33 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X26 və X27 üçüncü şəxs qismində cəlb olunmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi və aparılmış hüquqi qeydiyyatın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinə X13 mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına dair Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və 11 iyul 2013-cü il tarixdə aparılmış hüquqların qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2167/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qərardadına əsasən X26 və X27 üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Keçmiş X25 və İstismarı Birliyi ilə mərhum X9 arasında 25 sentyabr 1981-ci il tarixdə bağlanılmış 17732 saylı müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, 0,25 ha torpaq sahəsindən ibarət olan 88 saylı bağ sahəsi mərhum X3 icarəyə verilmişdir. Sonradan mərhum H.A.İbrahimovun və onun ailə üzvlərinin razılığı əsasında 88 saylı bağ sahəsinin 0,12 ha hissəsi H.A.İbrahimovun oğlu X5 adına keçirilmiş və ayrılmış həmin sahə 88 a saylı yeni bağ sahəsi hesab edilməklə, həmin bağ sahəsinə dair X25 və İstismarı Birliyi ilə X23 arasında yeni icarə müqaviləsi bağlanılmışdır. Həmin 88 saylı bağ sahəsinin yerdə qalan hissəsi isə X2 istifadəsində saxlanılmışdır. H.A.İbrahimov 21 oktyabr 1999-cu ildə vəfat etmiş və onun vəfatından sonra 88 saylı bağ sahəsi H.A.İbrahimovun həyat yoldaşı X13 adına keçirilmiş və onunla X25 və İstismarı Birliyi arasında 01 noyabr 2002-ci il tarixdə, 17732 saylı yeni icarə müqaviləsi bağlanılmışdır. İddiaçı X13 ailə üzvü olmaqla 88 saylı həmin bağ sahəsindən anası Məsumə İbrahimova ilə birlikdə istifadə etmişdir. X28 04 mart 2013-cü ildə vəfat etmişdir. Bundan sonra həmin bağ sahəsi İddiaçı istifadəsində qalmışdır. Lakin bu yaxınlarda iddiaçı həmin bağ sahəsində kənar şəxslər tərəfindən tikinti işlərinin aparıldığını görmüş və həmin şəxsin kimliyi və bağ sahəsinə hansı əsasla daxil olaraq, orada tikinti işləri apardığı ilə maraqlandıqda həmin şəxs 88 saylı bağ sahəsinin X26 tərəfindən ona satıldığını bildirmişdir. Bundan sonra iddiaçı həmin məsələ ilə bağlı müvafiq araşdırmalar aparmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğulara verilmiş 06 sentyabr 2019-cu il tarixli və 22 oktyabr 2019-cu il tarixli cavab məktubları ilə müəyyən edilmişdir ki, iddiaçının anası X28 vəfat etdikdən təqribən dörd ay sonra onun oğlu X23 mərhum Məsumə İbrahimovanın ona verdiyi etibarnamədən istifadə edərək, onun adından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin müraciət əsasında 88 saylı bağ sahəsi 11 iyul 2013-cü il tarixdə Məsumə İbrahimovanın adına dövlət reyestrində qeydə alınmışdır. X42 04 mart 2013-cü ildə vəfat etdiyi üçün onun adından verilmiş etibarnamə hüquqi qüvvəsini itirmişdir və bu halda Elmar İbrahimov həmin etibarnamədən istifadə edə bilməzdi. Bundan başqa Məsumə İbrahimovanın öz sağlığında Elmar İbrahimova həmin bağ sahəsinə dair hər hansı etibarnamə verib-vermədiyi də dəqiq müəyyən deyildir. X36 Eldar və Rəna adlı iki övladı olmuş və hələ əri X9 sağ olarkən ümumi razılıq əsasında onlar 88 saylı bağ sahəsinin 0,12 ha-dan ibarət olan bir hissəsini Elmara ayırmış və buna dair onun adına yeni icarə müqaviləsi bağlanılmış, qalan hissəsini isə qızları Rənaya, yəni iddiaçıya saxlamışlar. Buna görə də mərhum Məsumə İbrahimovanın həmin bağ sahəsinə dair oğlu Elmar İbrahimova hər hansı etibarnamə verməsi də inandırıcı deyildir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcud olan sənədlərə əsasən Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsi (0.25 hektar) keçmiş X25 və İstismarı Birliyi ilə bağlanılmış 25.09.1981-ci il tarixli, 17732 nömrəli müqavilə əsasında X3 icarəyə verilmişdir. X2 və ailə üzvlərinin razılıq ərizəsi əsasında bağ sahəsinin 0.12 hektar hissəsi X5 adına keçirilmiş və onunla 88a nömrəli bağ sahəsinə dair müqavilə bağlanılmışdır. Daha sonra Buzovna qəsəbəsi, 88a nömrəli bağ sahəsi 20.06.2013-cü il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin yerdə qalan 0.12 hektar hissəsi isə X2 vəfatından sonra X13 adına keçirilmişdir və onunla 01.11.2002-ci il tarixdə 17732 nömrəli müqavilə bağlanılmışdır. Buzovna qəsəbəsi, 0.12 hektar torpaq sahəsi olan 88 nömrəli bağ sahəsi 11.07.2013-cü il tarixdə X13 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 16 saylı notariat kontorunda 20.06.2014-cü il tarixdə qeydə alınmış 2V/131 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsinin 1/2 hissəsi 08.07.2014-cü il tarixdə X5 adına qeydiyyata alınmış, onun vəfatından sonra notarius X45 tərəfindən imzalanmış 19.05.2016-ci il tarixində 2V58 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında həyat yoldaşı X6 adına qeydə alınmış və notarius X39 tərəfindən imzalanmış 4-Ə-840 reyestr nömrəli 18.10.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 adına qeydiyyata alınmışdır. Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin digər 1/2 hissəsi isə X13 adında açıq qalmışdır. Üçüncü şəxs X27 yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçının iddia tələbi X14 qarşı hissədə əsassız və qeyri-qanunidir və bu səbəbdən də rədd edilməlidir. X1 Rəsmiyyə Tofiq qızı ilə aralarında Bakı şəhəri 51 saylı notariat kontorunda 18 oktyabr 2016-cı il tarixli AN-İ №0579657 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncuya məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 0,06 ha, 1/2 hissəsini 36000 (otuz altı min) manat ödəməklə almışdır. Qeyd olunan alqı-satqı müqaviləsinin 3-cü bəndində göstərildiyi kimi həmin müqavilə bağlanarkən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş 18.10.2016-cı il tarixli, qeydiyyat №si 701110 3880 saylı arayışa əsasən müqavilə bağlananadək aldığı torpaq sahəsi ipoteka ilə yüklü olmamış, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Alqı-satqı müqaviləsində Azərbaycan Respublikasının mülki qanunvericiliyinin prinsiplərinə tam riayət olunması digər bəndlərdə də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.3-cü maddəsinə əsasən əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən edir. Bu prezumpsiyaya görə əldə edən onun vicdansız sahib olması sübut edilənədək, vicdanlı sahib hesab edilir. Mülki Məcəllənin 157.3-cü maddəsinin mənasına görə əmlakı əldə edənin bu əmlakın mülkiyyətçisi və ya sahibi olan şəxsin istifadəsindən çıxdığı, əşyanı onu özgəninkiləşdirmək hüququ olmayan şəxsdən aldığını bilmədiyi və bilməli olmadığı, o cümlədən əmlakın dəyərini ödəməklə əldə etməsi müəyyən edildikdə, əldə vicdanlı sahib hesab olunur. X1 Rəsmiyyə Tofiq qızı ilə bağ sahəsinə dair alqı-satqı müqaviləsi bağlayarkən o, həmin vaxt notariat kontoruna vərəsəlik şəhadətnaməsini də təqdim etmişdir. Eyni zamanda həmin vaxt X27 həmin sahənin mülkiyyətçisi olmuş X4 ölümündən xəbəri olmamışdır. X15 özünə məxsus olan 0,06 ha torpaq sahəsini satmışdır. Qanunvericilikdə nəzərdə tutulan sənədləri Azərbaycan Respubliksaı Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmalkın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsinə təqdim etmiş və həmin idarə tərəfindən onun adına 01.10.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 88Q saylı bağ sahəsinə (0,06 ha torpaq) xüsusi mülkiyyət hüququna dair RX seriyalı ******* №li Çıxarış verilmişdir. Bundan əlavə aldığı torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən “Torpaq sahəsinin planı və ölçüsünə dair” A№302179 saylı şəhadətnamə və həmin torpaq sahəsinin bölgü sxemi verilmişdir. Sonra Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən və mülkiyyətində olan 88Q saylı bağ sahəsində layihə əsasında yaşayış evinin tikintisinə icazə verilməsi üçün Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmiş və icra hakimiyyətinin M-257- 151 №li, 30.08.2015-ci il tarixli razılıq və icazə haqqında məkutubna əsasən tikinti işlərinə başlamışlar. Hazırda maddi imkanına müvafiq olaraq evin tikinti işlərini hissə-hisə davam etdirir. Aldığı bağ sahəsinə mütəmadi olaraq gedib-gəlir, bir neçə ildir ki, bağ sahəsi ona məxsusdur. Ona heç kim heç bir irad bildirməmişdir. Çünki aldığı bağ sahəsi X16 məxsus olmuşdur. O, heç vaxt iş üzrə İddiaçı Hüseyn qızını görməmişdir. O, vicdanlı alıcı kimi 88Q saylı bağ sahəsini halal zəhmətlə və ailənin bir neçə il ərzində topladığı nağd pulu ödəməklə almışdır. Bu günə kimi ətraf hasarın çəkilməsinə, tikintiyə külli miqdarda pul vəsaiti sərf etmişdir. Bütün qeyd edilənlərə əsasən bildirir ki, iddiaçının ona və digərlərinə qarşı qaldırdığı iddia qərəzli, heç bir sübutla təsdiqini tapmayan əsassız və qanuna zidd iddiadır, ona görə də təmin olunmamalıdır. Qeyd etdiklərinə baxmayaraq İddiaçı Hüseynağa qızı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq, bu faktdan xəbəri olmasına baxmayaraq, yenidən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə, Bakı İnzibati Məhkəməsinə və Bakı Apellyasiya məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02.06.2020-ci il tarixdə, 2(103)-3974/2020 №li iş üzrə qəbul etdiyi qərara əsasən İddiaçı Hüseynağa qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018ci il tarixli qətnaməsi əsassız olaraq ləğv edilmiş, mülki işin icraatına xitam verilmişdir. Qeyd edilən qərardaddan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Kassasiya şikayəti verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər X26 və X27 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında 3-cü şəxslər X26 və X8 iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********92 saylı, 06 sentyabr 2019-cu il tarixli imtina məktubundan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcud olan sənədlərə əsasən Xəzər rayonu Buzovna qəsəbəsi 88 nömrəli bağ sahəsi (0.25 hektar) keçmiş X25 və İstismarı Birliyi ilə bağlanılmış 25.09.1981-ci il tarixli, 17732 nömrəli müqavilə əsasında X3 icarəyə verilmişdir. X2 və ailə üzvlərinin razılıq ərizəsi əsasında bağ sahəsinin 0.12 hektar hissəsi X5 adına keçirilmiş və onunla 88a nömrəli bağ sahəsinə dair müqavilə bağlanılmışdır. Daha sonra Buzovna qəsəbəsi, 88a nömrəli bağ sahəsi 20.06.2013-cü il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və özgəninkiləşdirilmişdir. Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin yerdə qalan 0,12 hektar hissəsi isə X2 vəfatından sonra X13 adına keçirilmişdir və onunla 01.11.2002-ci il tarixdə 17732 nömrəli müqavilə bağlanılmışdır. Buzovna qəsəbəsi, 0.12 hektar torpaq sahəsi olan 88 nömrəli bağ sahəsi 11.07.2013-cü il tarixdə X13 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri, 16 saylı notariat kontorunda 20.06.2014-cu ıl tarixdə qeydə alınmış 2V/131 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsinin 1/2 hissəsi 08.07.2014-cü il tarixdə X5 adına qeydiyyata alınmış və daha sonra özgəninkiləşdirilmişdir. Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin digər 1/2 hissəsi isə X13 adında açıq qalmışdır. İşdə olan cavabdeh tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 4 ünvanlanmış 22 oktyabr 2019-cu il tarixli, **********02 saylı məktubdan görünür ki, X13 adına ünvan 6nin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair onun etibarnamə üzrə nümayəndəsi X23 27.06.2013-cü il tarixli ərizə ilə müraciət etmişdir. ünvan 6 2V-58 reyestr nömrəli, 19.05.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında 0.12 hektar torpaq sahəsinin 1/2 hissəsi 02.06.2016-cı il tarixdə X6 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 51 saylı notariat kontorunda 18.10.2016-cı il tarixdə 4Ə-840 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən sözügedən bağ sahəsinin 1/2 hissəsi 24.05.2017-ci il tarixdə X7 qeydiyyata alınmışdır. Daha sonra Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı 01.06.2018-ci il tarixli Qətnaməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 0.06 hektar torpaq sahəsi olan 88Q (yeni ünvan kimi) nömrəli bağ sahəsi 01.10.2018-ci il tarixdə X7 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. İşdə olan АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X24 xx xxxxx 1968-ci il tarixdə anadan olmuşdur, atası qrafasında X9, anası qrafasında X28 yazılmışdır. İşdə olan Bakı şəhəri Sabunçu rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ № 034937 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 26 oktyabr 1999-cu il tarixində vəfat etmişdir. İşdə olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 05 iyun 2013-cü il tarixdə verilmiş 1113 saylı akt qeydindən çıxarışdan görünür ki, X28 04 mart 2013-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə araşdırması dövründə iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinə (0,25 ha) dair keçmiş X25 və İstismarı Birliyi ilə bağlanılmış 25.09.1981-ci il tarixli 17732 saylı müqavilə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin 20.06.2013-cü il tarixdə X5 adına, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin 0,12 ha hissəsinin ½ hissəsinin 02.06.2016-cı il tarixdə X6 adına, sözügedən bağ sahəsinin ½ hissəsinin 24.05.2017-ci il tarixdə və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 0,06 ha torpaq sahəsi olan 88Q nömrəli bağ sahəsinin 01.10.2018-ci il tarixdə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 14 fevral 2020-ci il tarixli, **********85 saylı məktub əsasında sorğu ilə əlaqədar olaraq tələb edilmiş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş: Bağın icarəyə verilməsi haqqında 17732 saylı, 25 sentyabr 1981-ci il tarixli müqavilənin surətindən görünür ki, 1969-cu il tarixli, 62 saylı protokol əsasında Buzovna qəsəbəsində yerləşən 0,25 ha ölçüdə 88 saylı bağ sahəsi X3 icarəyə verilmişdir. Bağın icarəyə verilməsi haqqında 24493 saylı, 27 sentyabr 2002-ci il tarixli müqavilənin surətindən görünür ki, X25 və İstismar Birliyinin direktoru Allahverdiyev T.T. Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının Məsələləri üzrə Komissiyasının 1992-ci il tarixli sərəncamının 27 saylı protokolu əsasında Buzovna qəsəbəsində 0,12 ha 88a saylı bağ sahəsini X5 icarəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, 0,12 ha sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 88a saylı bağ sahəsi X5 adına ********** qeydiyyat nömrəsi, **********89 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 434 nömrəli reyestr kitabının 41132 nömrəli vərəqində 20.06.2013-cü il tarixdə qeydiyyata alınmışdır. 19 may 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 22 iyul 2015-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi arvadı X18r. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 435 nömrəli reyestr kitabının 41145 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********57, qeydiyyat nömrəsi ********** olan 08.07.2014-cü il tarixdə verilmiş çıxarış əsasında ünvan 6 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin miras qoyanın mülkiyyətində olan ½ hissəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, 0,12 ha sahəsi olan ünvan 6nin ½ hissəsi X6 adına ********* qeydiyyat nömrəsi, **********57 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 435 nömrəli reyestr kitabının 41145 nömrəli vərəqində 02.06.2016-cı il tarixdə qeydiyyata alınmışdır. AN-İ № ******* saylı, 18 oktyabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X26 ilə alıcı X27 arasında ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin X16 məxsus ½ hissəsinin (0,06 ha) alqısatqısına dair müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, 0,12 ha sahəsi olan ünvan 6nin ½ hissəsi X8 adına ********** qeydiyyat nömrəsi, **********57 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 435 nömrəli reyestr kitabının 41145 nömrəli vərəqində 24.05.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, 0,06 ha sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 88Q saylı bağ sahəsi X8 adına ********** qeydiyyat nömrəsi, **********46 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 837 nömrəli reyestr kitabının 79273 nömrəli vərəqində 01.10.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə işdə olan sənədlər əsasında, həmçinin işin müəyyən edilmiş hallarına əsasən müəyyən edildi ki, Xəzər rayonu Buzovna qəsəbəsi 88 nömrəli bağ sahəsi (0.25 hektar) keçmiş X25 və İstismarı Birliyi ilə bağlanılmış 25.09.1981-ci il tarixli, 17732 nömrəli müqavilə əsasında X3 icarəyə verilmişdir. X2 və ailə üzvlərinin razılıq ərizəsi əsasında bağ sahəsinin 0,12 hektar hissəsi X5 adına keçirilmiş və onunla 88a nömrəli bağ sahəsinə dair müqavilə bağlanılmışdır. Daha sonra Buzovna qəsəbəsi 88a nömrəli bağ sahəsi 20.06.2013-cü il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və özgəninkiləşdirilmişdir. Bağ sahəsinin yerdə qalan 0,12 hektar hissəsi isə X2 vəfatından sonra X13 adına keçirilmişdir və onunla 01.11.2002-ci il tarixdə 17732 nömrəli müqavilə bağlanılmışdır. Buzovna qəsəbəsi, 0.12 hektar torpaq sahəsi olan 88 nömrəli bağ sahəsi 11.07.2013-cü il tarixdə X13 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri, 16 saylı notariat kontorunda 20.06.2014-cu il tarixdə qeydə alınmış 2V/131 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Buzovna qəsəbəsi 88 nömrəli bağ sahəsi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsinin 1/2 hissəsi 08.07.2014-cü il tarixdə X5 adına qeydiyyata alınmış və daha sonra özgəninkiləşdirilmişdir. Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin digər 1/2 hissəsi isə X13 adında açıq qalmışdır. X23 vəfat etdikdən sonra ünvan 6 2V-58 reyestr nömrəli, 19.05.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında 0.12 hektar torpaq sahəsinin 1/2 hissəsi 02.06.2016-cı il tarixdə onun vərəsəsi X6 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 51 saylı notariat kontorunda 18.10.2016-cı il tarixdə 4Ə-840 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən sözügedən bağ sahəsinin 1/2 hissəsi 24.05.2017-ci il tarixdə X7 qeydiyyata alınmışdır. Daha sonra Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı 01.06.2018-ci il tarixli Qətnaməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 0.06 hektar torpaq sahəsi olan 88Q (yeni ünvan kimi) nömrəli bağ sahəsi 01.10.2018-ci il tarixdə X7 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, sonuncunun hazırda mülkiyyətindədir. Hazırki mübahisə üzrə iddiaçı mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindən yerləşən 88 saylı bağ sahəsinin 0,12 ha hissəsinin onun ölümündən sonra qüvvəsini itirmiş etibarnamə əsasında mərhum anası X13 adına dövlət reyestrində qeydiyyata alınmasının əsassız olduğunu bildirərək, həmin hərəkətlərin qanunsuz hesab edilməsini və 11 iyul 2013-cü il tarixdə aparılmış hüquqların qeydiyyatının ləğv edilməsini tələb edir. İşin obyektiv araşdırılması baxımından zəruri olduğundan məhkəmə tərəfindən sorğu göndərilərək Bakı şəhəri, Buzovna qəsəbəsi, 88 saylı bağ sahəsinin 0,12 ha hissəsinin 11.07.2013-cü il tarixdə X13 və 0,06 ha hissəsinin 08.07.2014-cü il tarixdə X5 adına qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 27 oktyabr 2020ci tarixli, **********94 saylı məktub əsasında sorğu ilə əlaqədar olaraq tələb edilmiş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş: Bağın icarəyə verilməsi haqqında 17732 saylı, 01 noyabr 2002-ci il tarixli müqavilənin surətindən dən görünür ki, 01.11.2002-ci il tarixli sərəncamının 22 saylı protokolu əsasında əsasında Buzovna qəsəbəsində yerləşən 0,12 ha ölçüdə 88 saylı bağ sahəsi X22 icmarəyə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, 0,12 ha sahəsi olan ünvan 6 X13 adına ********** qeydiyyat nömrəsi, **********57 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 435 nömrəli reyestr kitabının 41145 nömrəli vərəqində 11.07.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 445933 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Xəzər rayonu Buzovna bağ massivində yerləşən X22 məxsus 1200 kv.metr torpaq sahəsinin 88 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı plan və ölçüsü tərtib edilmişdir. Torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsinə əsas Bakı şəhər İH-nin BTİ və İB-nin 01.11.2002-ci il tarixli, 17732 saylı müqaviləsi göstərilmişdir. Bakı şəhəri 16 saylı notariat kontorunun notariusu Abiyeva G.Ə. tərəfindən təsdiq edilmiş 20 iyun 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 04 mart 2013-cü il tarixdə vəfat etmiş X13 vərəsəsi X23 miras əmlakdan ½ hissədə irs almalıdır, miras əmlakın ½ hissəsi açıq qalmışdır. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlər Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 11.07.2013-cü il tarixli 435 reyestr kitabının 41145 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 0,12 ha torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, 0,12 ha sahəsi olan ünvan 6nin ½ hissəsi X5 adına ********** qeydiyyat nömrəsi, **********57 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 435 nömrəli reyestr kitabının 41145 nömrəli vərəqində 08.07.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin ½ hissəsi X13 adında açıq qalmışdır. Sorğu əsasında əldə edilmiş məlumatlardan göründüyü kimi sözügedən bağ sahəsinin 0,12 ha hissəsinin X13 adına 11.07.2013-cü il tarixdə qeydiyyata alınmasına əsas olaraq bağın icarəyə verilməsi haqqında 17732 saylı, 01 noyabr 2002-ci il tarixli müqavilə göstərilmişdir. Həmin müqavilə əsasında bağın X13 uzun illər icarəsində olması işin mübahisə edilməyən halıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0, 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Lakin işdə olan sənədlər əsasında müəyyən edildi ki, bağın icarəyə verilməsi haqqında 17732 saylı, 01 noyabr 2002-ci il tarixli müqavilə əsasında hüququn qeydiyyata alındığı vaxt, yəni 11.07.2013-cü il tarixdə X28 artıq vəfat etmişdir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamə əsasında X13 04 mart 2013-cü il tarixdə vəfat etdiyi müəyyən edilir. Hüququn hansı əsasla ölmüş şəxsin adına qeydiyyata alınması ilə bağlı aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin özü tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 22 oktyabr 2019-cu il tarixli, **********02 saylı məktubda göstərmişdir ki, ünvan 6nin X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair onun etibarnamə üzrə nümayəndəsi X23 27.06.2013-cü il tarixli ərizə ilə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun tələbindən göründüyü kimi daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Yəni hər bir halda ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış da həmin qeydə uyğun verilməlidir. Lakin hazırki halda İbrahimov X12 Məsumə Məmməd qızının vərəsəsi olaraq deyil, onun adından verilmiş etibarnamə üzrə nümayəndəsi qismində onun ölümündən sonra müraciət edərək, hüququn qeydiyyata alınmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 365.1, 365.1.7-ci maddələrinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması etibarnamənin qüvvəsinə xitam verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1 və 15.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə hesab edir ki, X28 öldüyü vaxtdan onun tərəfindən X10 verilmiş etibarnamənin qüvvəsinə xitam verilmişdir. Qüvvədən düşmüş etibarnamə əsasında, daha dəqiq deyilsə ölmüş şəxsin adından ona verilmiş etibarnamə üzrə nümayəndəsinin müraciəti əsasında hüququn qeydiyyata alınmasına dair cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Belə ki, cavabdeh hüquqların dövlət qeydiyyatını apararkən hüquqların dövlət qeydiyyatından imtina edilməsi üçün əsasların olub-olmamasını araşdırmalı, bu zaman hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs, hazırki halda qüvvədən düşmüş etibarnamə üzrə təmsilçilik qaydasında müraciət edən şəxs tərəfindən verildiyini müəyyən edərək, hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməli idi. Lakin buna baxmayaraq cavabdeh orqanın vəzifəli şəxsləri qanunvericiliyin tələblərinə uyğun hərəkət etməyərək, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, yəni mərhum X28 öldükdən sonra onun sağlığında verdiyi və öldüyü vaxtdan qüvvəsini itirmiş etibarnamə əsasında X11 onun səlahiyyətli nümayəndəsi kimi qəbul edərək, hüququ ölmüş şəxs X13 adına qeydiyyata alaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vermişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinə X13 mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına dair cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və X13 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 435 nömrəli reyestr kitabının 41145 nömrəli vərəqində 11.07.2013-cü il tarixdə aparılmış hüquqların qeydiyyatının ləğv edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinə X13 mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətləri qanunsuz hesab edilsin və X13 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 435 nömrəli reyestr kitabının 41145 nömrəli vərəqində 11.07.2013-cü il tarixdə aparılmış hüquqların qeydiyyatının ləğv edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar