Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-453/2022 28.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkil, Şahbuz şəh., Təbriz, mən 11 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.10.2020-ci il tarixli **********141273 nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olaraq bildirirəm ki, cavabdeh tərəfindən 30.10.2020-ci il tarixli **********141273 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən müəssisə vergi məsuliyyətinə cəlb edilmişdir. Qərar rəsmi qaydada müəssisəyə verilməmişdir, lakin elektron kargüzarlıq vasitəsilə məlumat almışıq. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmırıq və hesab edirik ki, aşağıda qeyd etdiklərimizə əsasən qərar ləğv olunmalıdır. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəti Lokal Gəlirlər Baş İdarəsinin 08.11.2019-cu il tarixli **********193068 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Ticarət sahəsi uzrə şöbəsinin Dövlət vergi müfəttişi 3-cu dərəcəli müfəttiş X2 tərəfindən İddiaçı (VÖEN **********) üzrə Mart 2017- Sentyabr 2019 cü il üzrə dövrlərdə Vergi məcəlləsinin 38.2 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamanın guya ki, Azərbaycan Respublikasımın Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq aparıldığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsində göstərilir ki, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Göründüyü kimi vergi orqanı 30 günü 30 iş günü kimi nəzərdə tutmuş, kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş müddəti səyyar vergi yoxlamasının keçirilməsi üçün tətbiq etmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Vergi orqanının vəzifəli şəxsləri tərbfindən qanunvericiliyin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. (Vergi Məcəlləsinin 49.5-ci maddəsi) Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. SVY aktının 1.1-ci bəndində göstərilmişdir ki, səyyar vergi yoxlaması 25.11.2019 tarixdə başlanıldı və 11.09.2020 tarixdə başa çatdırılmışdır. Aktdan da göründüyü kimi yoxlama müddəti müxtəlif tarixlərdə uzadılmış və müvəqqəti olaraq uzadılmışdır. Bir ilə yaxın davam edən yoxlama əsassız səbəblərdən müvəqqəti dayandırılmış, müddətlərə əməl olunmamış və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Vergi yoxlaması 8 dəfə, 09.01.2020 tarixindən 260 gün dayandırılmışdır. SVY 30 gündən artıq davam edə bilməz, yəni, 25.11.2019-cu il tarixində yoxlama başlamış, 25.12.2019-cu tarixində başa çatmalı idi. Lakin, SVY başa çatmamış, müddət düzgün olmadan 11.09.2020-ci il tarixədək davam etmişdir. SVY əsassız olaraq qəbul qərarlarla 287 gün davam etdirilmişdir. Vergi Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxla: materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müa gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasıra görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasıda görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4.əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qüvvədə saxlanılması; 49.1.5.əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarıri tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6.yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərildiyi kimi Vergi Məcəlləsinin 49.5 maddəsinə əsasən 30.10.2020-ci il tarixli, **********141273 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarı ləğv edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin, cavabdeh tərəfindən 31.01.2022-ci il tarixli ekspert rəyinə Mülahizə təqdim edilmişdir. Etiraza görə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.3-cu maddəsilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət va digər binalarında (ərazisində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1 -ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun va obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qərarı əsasında baxış keçirmək hüququ vardır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 08.11.2019-cu il tarixli **********193068 nömrəli qərarına əsasən 01,03,2017-ci ildən 01.10.2019-cu ilədək olan dövr üzrə “ÇİNİSAN TAŞ" MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama müəssisənin direktoru X6 iştirakı ilə aparılmışdır. Yoxlama ilə 51317.66 manat mənfəət vergisinin və 324314.69 manat ƏDV-nin az hesablanması cəmi 375632.36 manat məbləğində vergilərin azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 187816.20 manat məbləğində və Vergi Məcəlləsinin 58.7-1 -ci maddəsinə əsasən 13814.45 manat məbləğində maliyyə sanksiyalarının tətbiq edilməsi təklif edilmişdir. Eyni zamanda 467.31 manat əmlak vergisinin artıq hesablanması müəyyən edilmişdir. Növbəti səyyar vergi yoxlamasının nəticəsi 11.09.2020-ci il tarixli **********193935 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanlarının va onların vəzifəli şəxslərinin düzgün qərar qabul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 23.1.3-cu maddasi ilə vergi ödəyicilərinin gəlir götürmək uçün istifadə etdikləri, yaxud vergi tutulan obyektin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət va digər binalarında (ərazisində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1 -ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun va obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qararı əsasında baxış keçirmək hüququ vardır. Məcəllənin qeyd olunan maddələrinə əsasən yoxlama zamanı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında" 12.03.2020-ci il tarixli **********198227 nömrəli qərara əsasən vergi ödəyicisinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Kərpic zavodunun yanı ünvanında yerləşən ərazisinə, binalarına baxış keçirilmiş və bu haqda 12.03.2020-ci il tarixli **********198228 nömrəli Protokol tərtib edilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan bütün sənədlər təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 23 və 43-cü maddələrinə əsasən "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" 10.02.2020-ci il tarixli **********197067 nömrəli Qərar çıxarılmışdır. Sənədlərin götürülməsi 10.02.2020-ci il tarixli, **********197069 nömrəli Protokolla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğu üçün, Baş idarənin "Mütəxəssisin dəvət edilməsi haqqında" 03.12.2019-cu il tarixli, **********194265 nömrəli Qərarı ilə Azərbaycan Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinin mütəxəssisi X4 mütəxəssis kimi dəvət olunmuşdur. Müvafiq mütəxəssis rəyi "Azərekspertiza" Birliyi tərəfindən 02.09.2020-ci il tarixli **********452300 nömrəli məktubla Baş idarəyə təqdim edilmişdir. Həmin mütəxəssis rəyinə əsasən 01.03.2017-ci il tarixdən 01.10.2019-cu il tarixədək olan dövrdə elektrik enerjisi sərfiyyatına və müəssisədə aparılmış müşahidələrə əsaslanaraq aparılmış hesablamalar nəticəsində vergi ödəyicisi tərəfindən 1 saat ərzində istehsal olunmuş ölçüləri 20x10x6 sm, 10x10x6 sm, 20x20x6 sm olan döşəmə daşlarının (tamet) həcmi 71 kv.m., ölçüsü 100x30x15 sm olan səki daşlarının (bardur) həcmi isə 88 p.m olduğu müəyyən olunmuşdur. Baş İdarənin "Ekspertizanın təyin edilməsi haqqında" 29.12.2019cu il tarixli, **********195704 nömrəli Qərarı ilə ekspertiza təyin edilmiş və ekspert kimi Azərbaycan Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinin mütəxəssisi X4 dəvət olunmuşdur. "Azərekspertiza" Birliyi tərəfindən 02.09.2020-ci il tarixli **********452300 nömrəli məktubla təqdim edilmiş ekspert rəyinə əsasən vergi ödəyicisi tərəfindən istehsal olunmuş ölçüləri 20x10x6 sm olan döşəmə daşlarının (tamet) 1 kv.mnin qiyməti 7 (yeddi) AZN, ölçüləri 100x30x15 sm olan döşəmə daşlarının (bardur) 1 ədədinin qiyməti isə 6.5 (altı manat, əlli qəpik) müəyyən edilmişdir. ƏDV-si üzrə: Yoxlanılan dövr ərzində müəssisə Əlavə dəyər vergisinin ödəyicisi olmuşdur. MMC ƏDV məqsədləri üçün qeydiyyatı haqqında ərizə ilə müraciət etmiş və ona 29.03.2009-cu il tarixli **********4 nömrəli ƏDV ödəyicisinin qeydiyyatı bildirişi verilmişdir. Qeydiyyat 01.03.2009-cu il tarixindən qüvvəyə minmişdir. Yoxlanılan dövr ərzində aşağıdakı hallar müəssisədə aşkar olunmadı: -Malların haqqı ödənilməklə və ya əvəsiz qaydada öz işçilərinə və digər şəxslərə əmək haqqı və digər ödənişlər əvəzinə verilməsi; -Barter əməliyyatları; -ƏDV ödəməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə aparılmış malların iş və xidmətlərin qeyri-kommersiya məqsədləri üçün, Vergi Məcəlləsinin 10-cu fəslində nəzərdə tutulmuş qaydada gəlirdən çıxılmayan xərclər və gəlirdən çıxılması məhdudlaşdırılan xərclərin normadan artıq hissəsi üçün istifadə edilməsi, malların itməsi, xarab olması, əskik gəlməsi və oğurlanması; -Girov qoyulmuş əmlakın sahiblik hüququnun girovgötürənə keçməsi; -Borc öhdəliyi müqabilində əmlakın müsadirə edilməsi; -Hər hansı borc öhdəliyi əvəzinə malların təqdim edilməsi; -Dəqiqləşdirilmiş vergi hesab-fakturalarının alınması və təqdim edilməsi; -Müəssisəyə büdcədən ƏDV məbləği qaytarılması; -Digər şəxsin (vəkalət verən) agenti (vəkalət alan) olan şəxs tərəfindən malların göndərilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi; -Qanunvericiliyə müvafiq olaraq vergitutma obyekti hesab edilməyən əməliyyatların aparılması; Səyyar vergi yoxlaması zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğu üçün, Baş idarənin "Mütəxəssisin dəvət edilməsi haqqında" 03.12.2019-cu il tarixli, **********194265 nömrəli Qərarı ilə Azərbaycan Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinin mütəxəssisi X4 mütəxəssis kimi dəvət olunmuşdur. Həmin mütəxəssis rəyinə əsasən 01.03.2017-ci il tarixdən 01.10.2019-cu il tarixədək olan dövrdə elektrik enerjisi sərfiyyatına və müəssisədə aparılmış müşahidələrə əsaslanaraq aparılmış hesablamalar nəticəsində vergi ödəyicisi tərəfindən VM -nin 159-cu maddəsinə əsasən ƏDV-nə cəlb olunan dövriyyənin 2017-ci il üzrə 1 160 506.26 manat, 2018-ci il üzrə 440 559.68 manat, 2019-cu il üzrə isə 200 682.44 manat az göstərdiyi müəyyən olunmuşdur. Nəticədə 2017-ci il üzrə 208 891,12 (1 160 506.26 x 18%) manta, 2018-ci il üzrə 79 300.73 (440 559.68 x 18%) manta, 2019-cu il üzrə 36 122.84 (200 682.44 x 18%) manat olmaqla ümumilikdə 324 314.69 manat ƏDV-nin azaldılması müəyyən olunmuşdur. Mənfəət vergisi üzrə: Yoxlanılan dövr ərzində müəssisə mənfəət vergisinin ödəyicisi olmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017 və 2018-ci illər üzrə Mənfəət vergisi bəyannamələrinin düzgünlüyü yoxlanıldı və Mənfəət vergisinin 2017-ci il üzrə 36 632.33 manat, 2018-ci il üzrə isə 14685.33 manat olmaqla ümumilikdə 51317.66 manat az hesablanması aşkar olunmuşdur. Belə ki, müəssisənin 2017-ci il üzrə təqdim etdiyi bəyannamədə ümumi gəliri 368 128.88 manat, həmin gəlirin əldə edilməsi ilə bağlı cəmi xərcləri 306 774.07 manat göstərdiyi üçün vergiyə cəlb olunan mənfəəti 61 354.81 manat olmuş və müvafiq olaraq 12 270.96 manat mənfəət vergisi hesablamışdır. 2018-ci il üzrə təqdim etdiyi bəyannamədə isə ümumi gəliri 195 037.64 manat, həmin gəlirin əldə edilməsi ilə bağlı cəmi xərcləri 162 531.37 manat göstərdiyi üçün vergiyə cəlb olunan mənfəəti 32 506.27 manat olmuş və müvafiq olaraq 6 501.25 manat mənfəət vergisi hesablamışdır. Lakin səyyar vergi yoxlaması zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğu üçün, Baş idarənin "Mütəxəssisin dəvət edilməsi haqqında" 03.12.2019-cu il tarixli, **********194265 nömrəli Qərarı ilə Azərbaycan Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinin mütəxəssisi X4 mütəxəssis kimi dəvət olunmuşdur. Həmin mütəxəssis rəyinə əsasən 01.03.2017-ci il tarixdən 01.10.2019-cu il tarixədək olan dövrdə elektrik enerjisi sərfiyyatına və müəssisədə aparılmış müşahidələrə əsaslanaraq aparılmış hesablamalar nəticəsində vergi ödəyicisi 2017-ci il üzrə ümumi gəlirinin 1 467 098.78 manat, 2018-ci il üzrə isə 635 597.32 manat olduğu müəyyən olunmuşdur. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı üçün yoxlanılan dövr üzrə Mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər kabinetinin 1 mart 2001ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1 -ci bəndinə əsasən vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında hesablanmışdır: M1 = G1 : ( 100 + R) x R, burada: M1 vergi ödəyicinin mənfəəti; G1 vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R şərti rentabellik normasıdır (şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür). 2017-ci il üzrə: M1 = 1467098.78 / (100+20) x 20 = 244 516.46, MV = 244 516.46 x 20% = 48 903.29 – 12 270.96 (özünün təqdim etdiyi) = 36 632.33, 2018-ci il üzrə: M1 = 635 597.32 / (100+20) x 20 = 105 932.88, MV = 105 932.88 x 20% = 21 186.58 - 6 501.25 (özünün təqdim etdiyi) = 14685.33. Əmlak vergisi üzrə: Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə əmlak verginin ödəyicisi olmuşdur. 2017 və 2018-ci illər üzrə əmlak vergisi bəyannamələri vergi orqanına vaxtında təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən 2017 və 2018-ci illər üzrə amortizasiya hesablamaları az hesablanmışdır. 2017 və 2018-ci illər üzrə Mənfəət vergisi bəyannamələrində amortizasiya xərcləri üzrə müvafiq düzəlişlər edilmiş və müvafiq olaraq əmlak vergisinə cəlb olunan əmlakın qalıq dəyərləri azalmışdır. Nəticədə vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə 61.79 manat, 2018-ci il üzrə isə 405.52 manat artıq hesabladığı müəyyən olunmuşdur. VM-nin 58.7-1-ci maddəsi üzrə: Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən 138144.45 manat məbləğində nağd qaydada əmək haqqının ödənildiyi müəyyən edilərək VM-nin 58.7-1-ci maddəsinə əsasən həmin məbləğin 10% miqdarında 13814.45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: 58.7-1.1 həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə; 58.7-1.2. həmin Qanunun 3.4.1 -ci maddəsinin tələblərini pozmaqla pul vəsaitlərini nağd qaydada qəbul edən lizinq verənə, kreditləri nağd qaydada verən kredit verənə; 58.7-1.3. həmin Qanunun 3.4.2-ci maddəsinin tələblərini pozmaqla nağd qaydada sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul edən sığortaçıya və ya təkrar sığortaçıya; 58.7-1.4. həmin Qanunun 3.4.3cü maddəsinin tələblərini pozmaqla xidmət haqlarını və digər yığımları nağd qaydada qəbul edən şəxsə; 58.7- 1.5. həmin Qanunun 3.4.5-ci maddəsinin tələblərini pozmaqla stasionar telefon və kommunal xidmətlərin haqqını nağd qaydada qəbul edən şəxsə; 58.7- 1.6. həmin Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə; 58.7-1.7. həmin Qanunun 3.4.8-ci maddəsinin tələblərini pozmaqla təhsil haqlarını nağd saydada qəbul edən şəxsə; 58.7-1.8. həmin Qanunun 3.4.9-cu maddəsinin tələblərini pozmaqla nağd qaydada ödəmələri qəbul edən şəxsə. Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu 3.4.4-cu maddəsinə əsasən əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) ki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, şəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar nağdsız qaydada həyata keçirilən hesablaşmalara aiddir. iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən müvəqqəti uzadılma müddəti iş günü olan müddətə deyil, 30 gündən çox olmayan müddətə uzadıla bilər. Burada iş günü müddəti deyil, adi günlərlə olan hesablanan müddət münasibətləri tətbiq edilməli olduğu halda vergi orqanı qəsdən ciddi qanun pozuntusuna yol verməklə iş günü müddəti hesablamışdır. Qeyd olunanlarla bağlı bildirik ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Qeyd olunan halla bağlı Ali Məhkəmənin 2-1(102)-06/20 nömrəli, 19 mart 2020-ci il tarixli (Hakimi Sevda Hüseynova) qərarında qeyd olunmuşdur ki, səyyar vergi yoxlamasına dair qaydaları müəyyən edən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş 38.1 və digər maddələr, o cümlədən 38.2 və 38.4-cü maddələri ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddələrin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxlama 30 gün və yalnız ş günü ərzində aparıldığından, yoxlamanın aparılmalı olan müddəti iş günləri ilə hesablanmalıdır. Qeyd olunanlarla bağlı bildirirlər ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi arqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, qərar rəsmi qaydada verilməmiş,lakin elektron kargüzarlıq vasitəsilə məlumat almışıq. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, sənədlərə müəssisənin və ya nümayəndənin iştirakı olmadan baxılmışdır. İddiaçının göstərdikləri ilə əlaqədar bildiririk ki, Vergi Məcəlləsinin 70.2-1.-ci maddəsinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə- şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1 -ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1 2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Qeyd edirlər ki, **********070900 nömrəli 19.10.2020-ci il tarixli məktubla vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə 28.10.2020-ci il tarixdə baxılacağına dair iddiaçıya məktub göndərilməsinə baxmayaraq iddiaçı araşdırmada iştirak etməmişdir. İddiaçı isə öz iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh əsassız və həqiqəti əks etdirməyən sübutlara istinad edərək iddiaçıya əlavə vergiyə cəlb edilən dövriyyə müəyyən etmişdir. İddiaçının göstərdikləri ilə əlaqədar bildiririk ki, iddiaçının da qeyd etdiyi kimi, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı- vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat oövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş saydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yoxlama bir sıra prosessual pozuntularla aparılaraq qaunvericilikdə nəzərdə tutulmuş müddətlərdən artıq müddətdə aparılmışdır. Qeyd olunanlarla bağlı bildirirlər ki, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi panunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1 -ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən nər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, etecə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsilə və yazılı izahatla eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 08.11.2019-cu il tarixli **********193068 nömrəli qərarı ilə "xxxx" MMC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: may 2016 - aprel 2019) təyin edilmişdir. Yoxlama 01.03.2017-ci il tarixdən 01.10.2019-cu il tarixədək olan dövr üzrə İddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə təyin edilmişdir. Yoxlamanın nəticələri 11.09.2020-ci il tarixli **********193935 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin 375632.36 manat (mənfəət vergisi 51317.66 manat, ƏDV 324314.69 manat) azaldılmasına görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 13814.45 manat, həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən 187816.20 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Eyni zamanda 467.31 manat əmlak vergisinin artıq hesablanması müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan qeyd edilən “Səyyar vergi yoxlaması aktı”-nın əsasında 30.10.2020-ci il tarixli **********141273 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul etmişdir. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində inzibati orqan tərəfindən qəbul edilən qərarlar əsasında vergi yoxlaması ilə əhatə olunan dövrlər üçün tətbiq olunmuş vergilərin düzgün hesablanıb-hesablanmamasının, həmçinin iddiaçının yoxlanılan dövrlər üzrə ayrı-ayrılıqda gəlirin, xərclərin müəyyən edilməsi ilə bağlı araşdırma aparmış, araşdırmanın xüsusi bilik tələb olunmasını nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2453/2021 saylı, 25.10.2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında iş materiallarına əsasən 30.10.2020-ci il tarixli, **********141273 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərarda göstərilən mənfəət vergisi, əlavə dəyər vergi məbləğləri üzrə azaldılmış vergi məbləğləri və maliyyə sanksiyası üzrə hesablanmış məbləğ düzgün müəyyən edilibedilməməsi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 11.09.2020-ci il tarixli **********193935 saylı “səyyar vergi yoxlaması aktı”nda istinad olunan xərc və əvvəlki illərin zərər məbləğləri nəzərə alınmaqla qeyd olunan dövrlər üçün mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyindən tutulan verginin məbləğinin nə qədər olması, gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərcinin öz təsdiqini tapması (həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri, tarixi, seriyası və nömrəsi göstərilməklə), gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərcinin öz təsdiqini tapdığı təqdirdə, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınmasının vergi qanunvericiliyinin tələblərinə uyğun olub-olmaması, gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər ciddi hesabat sənədləri hesab edilibedilməməsi barədə suallar qoyulmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli 9/26 №li ekspert rəyinin tədqiqat hissəsindən müəyyən edilənlər əsasında rəyin nəticəvi hissəsində göstərilmişdir: “Birinci və ikinci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının «Azərekspertiza» birliyindən mütəxəssis cəlb olunmuş və X4 tərəfindən İddiaçı MMC üzrə faktiki istehsal edilmiş döşəmə daşlarının (tamet, bardur) faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, avadanlığın istehsal həcmi və faktik enerji sərfiyyatı əsasında döşəmə daşlarının (tamet, bardur) istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyksiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Yəni 11.09.2020ci il tarixli **********193935 saylı aktda və 30.10.2020-ci il tarixli, **********141273 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərarda göstərilən vergi məblələrinin (az hesablanmış vergilər bağlı) və maliyyə sanksiyasının düzgün hesablanmaması müəyyən olunur. Ödəmə mənbəyində tutulmalı vergi üzrə hər hansı əlavə hesablama müəyyən edilmədi. Tədqiqat nəticəsində təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən isə müəssisə tərəfindən vergi orqanına təqdim edilən ƏDV üzrə bəyannamə göstəriciləri arasında kənarlaşma aşkar edilmədi. Həmçinin vergi öəyicisinin təqdim etdiyi 2017-2018-ci illər üzrə mənfəət vergisi bəyannamələri üzrə hesablanan vergi məbləğlərində fərq aşkar edilmədi. Üçüncü, dördüncü və beşinci suallar üzrə: Təqdim edilmiş sənədlərə əsasən bildirilir ki, gəlirin əldə edilməsi ilə bağlı iddiaçının xərc sənədləri mövcud olmuşdur. Həmin sənədlərinin hər birinin növü, adı və rekvizitləri. tarixi, seriyası və nömrəsi) təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Həmçinin həmin sənədlərin gəlirdən çıxılan xərc kimi nəzərə alınmasının vergi qanunvericiliyinin tələblərinə uyğun olması müəyyən olunur. Eyni zamanda iş materiallarında olan gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlərin ciddi hesabat sənədlərinə aid olması müəyyən olunur.” Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərar İddiaçı MMC-nə nağd qaydada əmək haqqının ödənildiyinə görə 13.814,45 manat maliyyə sanksiyasının tətbiq edilməli” hissəsi istisna olmaqla qalan hissədə ləğv olunmalıdır. Belə ki, səyyar vergi yoxlaması aktının 1.9.4., 1.9.5. bəndlərində göstərilir ki, vergi orqanı tərəfindən xüsusi bilik tələb olunduğuna görə Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının «Azərekspertiza» birliyindən mütəxəssis cəlb olunmuş və X4 tərəfindən mütəxəssis və ekspert rəyləri verilmişdir. Səyyar vergi yoxlaması ilə həmin rəylər nəzərə alınaraq vergilər hesablanmışdır. Ekspert rəyi ilə müəssisənin istehsal etdiyi döşəmə daşlarının (tamet, bardur) bazar qiyməti, mütəxəssis rəyi ilə istehsal edilmiş döşəmə daşlarının (tamet, bardur) həcmi müəyyən olunmuşdur.Həmin mütəxəssis rəyində istehsal həcminin elektrik enerjisi sərfiyyatına əsasən hesablanması göstərilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, səyyar vergi yoxlaması ilə vergi əməkdaşı tərəfindən mütəxəssis və ekspert rəyi nəzərə alınmaqla vergilər hesablanmışdır. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar; - Qaytarılmış tullantılar; - Texniki məqsədlər üçün yanacaq enerji və su; - İstehsal fəhlələrinin əsas əmək haqqı; - İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; - Avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istiehsalat xərcləri; - Əmtəəlik məhsulun tam maya dəyəri. İstiehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elekirik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının «Azərekspertiza» birliyindən mütəxəssis cəlb olunmuş və X4 tərəfindən İddiaçı MMC üzrə faktiki istehsal edilmiş döşəmə daşlarının (tamet, bardur) faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının «Azərekspertiza» birliyindən mütəxəssis cəlb olunmuş və X4 tərəfindən -ÇİNİSAN TAŞ” MMC üzrə faktiki istehsal edilmiş döşəmə daşlarının (tamet, bardür) faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, avadanlığın istehsal həcmi və faktik enerji sərfiyyatı əsasında döşəmə daşlarının (tamet, bardur) istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyksiyasınm prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Yəni 11.09.2020-ci il tarixli **********193935 saylı aktda və 30.10.2020-ci il tarixli, **********141273 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərarda göstərilən vergi məblələrinin (az hesablanmış vergilərlə bağlı) və maliyyə sanksiyasının düzgün hesablanmaması müəyyən olunur. Həmçinin qeyd edilir ki, mütəxəssis tərəfindən tərtib edilmiş rəyə əlavə edilmiş cədvəldə öz əksini tapan aylar üzrə müəyyən olunmuş dövriyyə məbləğləri ilə səyyar vergi yoxlaması aktında öz əksini tapan ƏDV ilə bağlı cədvəldə müəyyən olunmuş aylar üzrə vergi məbləğləri arasında uyğunsuzluq vardır. Yuxarıda göstərilənlərdən vergi orqanına təqdim edilən ƏDV üzrə bəyannamə göstəriciləri və hesablanan vergilər üzrə fərqin aşkar edilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Vergi öəyicisinin təqdim etdiyi 2017-2018-ci illər üzrə mənfəət vergisi bəyannamələri üzrə hesablanan vergi məbləğlərində fərq aşkar edilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə, iş materialları ilə 11.09.2020-cİ il tarixli **********193935 saylı aktda və 30.10.2020-ci il tarixli, **********141273 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərarda göstərilən vergi məblələrinin (az hesablanmış vergilərlə bağlı) və maliyyə sanksiyasının düzgün hesablanmaması müəyyən olunur. İş materiallarında olan sənədlərə əsasən isə müəssisə tərəfindən vergi orqanına təqdim edilən ƏDV üzrə bəyannamə göstəriciləri arasında kənarlaşmanın aşkar edilməsi, həmçinin vergi ödəyicisinin təqdim etdiyi 2017-2018-ci illər üzrə mənfəət vergisi bəyannamələri üzrə hesablanan vergi məbləğlərində fərqin aşkar edilməsi öz təsdiqini tapmır. Vergi Məcəlləsinin 36.1 -ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.3-ci maddəsinə görə bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 56.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyqun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Eyni Məcəllənin 83.3-ci maddəsində göstərilmişdir ki, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 85.4-cü maddəsində qeyd edilmişdir ki, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmçinin, iş materiallarından aydın olur ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1 -ci maddəsinə əsasən əmək haqqlarının (o cümlədən işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyə edilmiş digər ödənişlərin), pensiyaların, təqaüdlərin, maddi yardımların, müavinətlərin (o cümlədən birdəfəlik müavinətlərin), kompensasiyalrın və təzminatların ümumilikdə 138144.45 manat nağd qaydada ödənilməsi üzrə 13814.45 manat maliyyə sanksiyası müəyyən olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu 3.4.4-cü maddəsinə əsasən məliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar nağdsız qaydada həyata keçirilən hesablaşmalara aiddir. Beləliklə, məhkəmə hesab edir ki, yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən 138144.45 manat məbləğində nağd qaydada əmək haqqının ödənilməsi iş materialları ilə öz təsdiqini tapdığından, vergi orqanı tərəfindən VM-nin 58.7-1-ci maddəsinə əsasən həmin məbləğin 10% miqdarında 13814.45 manat maliyyə sanksiyasının tətbiq edilməsi düzgün olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: 58.7-1.1. həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə; 58.7-1.2. həmin Qanunun 3.4.1-ci maddəsinin tələblərini pozmaqla pul vəsaitlərini nağd qaydada qəbul edən lizinq verənə, kreditləri nağd qaydada verən kredit verənə; 58.7-1.3. həmin Qanunun 3.4.2-ci maddəsinin tələblərini pozmaqla nağd qaydada sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul edən sığortaçıya və ya təkrarsığortaçıya; 58.7-1.4. həmin Qanunun 3.4.3-cü maddəsinin tələblərini pozmaqla xidmət haqlarını və digər yığımları nağd qaydada qəbul edən şəxsə; 58.7-1.5. həmin Qanunun 3.4.5-ci maddəsinin tələblərini pozmaqla stasionar telefon və kommunal xidmətlərin haqqını nağd qaydada qəbul edən şəxsə; 58.7-1.6. həmin Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə; 58.7-1.7. həmin Qanunun 3.4.8-ci maddəsinin tələblərini pozmaqla təhsil haqlarını nağd qaydada qəbul edən şəxsə; 58.7-1.8. həmin Qanunun 3.4.9-cu maddəsinin tələblərini pozmaqla nağd qaydada ödəmələri qəbul edən şəxsə; 58.7-1.9. həmin Qanunun 3.4.10-cu və 3.4.11-ci maddələrinin tələblərini pozmaqla, ödənişi nağd qaydada qəbul edən şəxsə; 58.7-1.10. həmin Qanunun 3.4.12-ci maddəsinin tələblərini pozmaqla, tibbi xidmətlərin dəyərini nağd qaydada qəbul edən tibb müəssisəsinə; 58.7-1.11. həmin Qanunun 3.4.13-cü maddəsinin tələblərini pozmaqla, uduşları (mükafatları) nağd qaydada verən və ya oyunlarda iştirakla bağlı pul ödənişlərini (pul qoyuluşlarını) nağd qaydada qəbul edən şəxsə. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.1. vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi; 3.4.2. “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər; 3.4.3. dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar; 3.4.4. əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar; 3.4.5. stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi; 3.4.6. faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması; 3.4.7. dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi); 3.4.8. təhsil haqlarının ödənilməsi; 3.4.9. turagentlərə ödəmələr; 3.4.10. ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər; 3.4.11. pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər; 3.4.12. tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər; 3.4.13. “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 30.10.2020-ci il tarixli **********141273 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı İddiaçı MMC-nə nağd qaydada əmək haqqının ödənildiyinə görə 13.814,45 manat maliyyə sanksiyasının tətbiq edilməli” hissəsi istisna olmaqla qalan hissədə ləğv olunmalıdır. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, ekspert rəyində iş materiallarında olan maliyyə sənədlərindən savayi, iddianın əsaslı olduğunu təsdiq edən digər mötəbər dəlillərə Vergi Məcəlləsinin, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri baxımından düzgün qiymətləndirilməsi əsası ilə Məhkəmə sözügedən ekspert rəyini mötəbər sübut sayaraq əsaslı hesab edir. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı xərclərin ödənilməsi haqqında məsələ hazırkı qərarla həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən hazırkı iddia tələbi qismən təmin edildiyindən, məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğin 150 (bir yüz əlli) manatı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsindən, 50 (əlli) manatı isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 30.10.2020-ci il tarixli **********141273 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı İddiaçı MMC-nə nağd qaydada əmək haqqının ödənildiyinə görə 13.814,45 manat maliyyə sanksiyasının tətbiq edilməli” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. Məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğin 150 (bir yüz əlli) manatı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsindən, 50 (əlli) manatı isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) hesabına keçirilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-453/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-453/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver