Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4541/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə pensiya təyinatına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 10.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə əmək pensiyası hüququnun təminatı ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Ancaq 13.01.2021-ci il tarixdə **********8 saylı məktubla onun ərizəsinə imtina cavabı gəlmişdir. Hesab edir ki, onun əmək stajı, fəaliyyəti və yaşı qanuna əsasən güzəştli şərtlərlə pensiya təminatına imkan verməkdədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən 01.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə İddiaçı 07.09.1981-ci il tarixindən 17.10.2020-ci il tarixinə kimi keçmiş “Bakı Alüminium-Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də hazır məhsulların, bərk ərintilərin və çətin əriyən metallardan hazırlanan məhsulların nəzarətçisi vəzifəsində işləməsini nəzərə alaraq, güzəştli şərtlərlə pensiya təyinatına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbinə etiraz məktubunda qeyd edilmişdir ki, güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunvericilikdə üç tələb müəyyənləşdirir: yaş, staj və pensiya kapitalı.İddiaçı qeyd olunan tələblərdən ikisinə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 42000.00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19010.46 manat təşkil edir. Bundan əlavə, iddiaçı ondan tələb olunan güzəştli iş stajına da malik deyil. Belə k, iddiaçı tərəfindən təqdim edilən güzəştli arayışda Nazirlər Kabinetinin müvafiq siyahısındakı 2092400a- 13041 koduna istinad olunmuşdur. Həmin koda uyğun gəlməsi üçün iddiaçı 1) Metallurgiya istehsalatı (əlvan metallar) sahəsində 2) bərk ərintilərin və çətin əriyən metalların istehsalında 3) isti işlərdə və zərərli əmək şəraitli işlərdə məşğul olan əlvan metallurgiya məhsulunun nəzarətçisi peşəsində çalışmalı idi. İddiaçının arayışında isə onun yalnız metaləridici sexdə nəzarətçisi olduğu qeyd olunmuş və digər tələblərə cavab verdiyi müəyyən olunmamışdır. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçıya şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi və vəkili X2 etiraz məktubuna uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan Xəzər RPİ tərəfindən 15.10.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1964-cü il təvəllüdlüdür, ünvan 1 ünvanda qeydiyyatdadır. -İşdə olan iddiaçının ИТ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı: - 07.09.1981-ci il tarixdə metal konstruksiya sexinə fəhlə-anbardar qəbul edilmişdir (07.09.81-ci il tarixli əmr № 165/k) - 16.121982-ci il tarixdə material – texniki təminat şöbəsinə çəkici –nəzarətçi işinə keçirilmişdir (16.12.1982-ci il tarixli əmr № 205/k) - 05.05.1983-cü il tarixdə TNŞ nəzarətçi işinə keçirilmişdir (05.05.1983-cü il tarixli əəmr № 110/k) - 12.07.1985-ci il tarixdə 3-cü dərəcəli nəzarətçi dərəcəli verilmişdir (12.07.1985-ci il tarixli əmr № 57/k) - 05.08.1986-cı il tarixdə AZ.SSR Nazirlər Sovetinin 19.06.1986-cı il tarixli 205 saylı qərarı əsasında BTMEZ və BAPZ birləşdirilmişdir və onların bazasında Bakı rəngli metal ərintilərinin emalı zavodu yaradılmışdır (05.08.1986-cı il tarixli əmr № 92/k) - 28.12.1988-cü il tarixdə 4-cü dərəcəli nəzarətçi dərəcəsi verilmişdir (28.12.1988-ci il tarixli əmr № 101/k) - 01.01.1990-cı il tarixdə SSRİ Metallurgiya Nazirliyinin 12.08.1989-cu il tarixli 118 saylı əmri əsasında BRMEZ yenidən təşkil edilmişdir və 2 zavoda-BRMEZ və BAPZ bölünmüşdür (31.01.1990-ci il tarixli əmr № 11) - 18.09.1992-ci il tarixdə şin prokat sexinə 5-ci dərəcəli nəzarətçi vəzifəsinə keçirilmişdir (18.09.1992-ci il tarixli əmr № 64/k) - 29.09.2000-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 29.09.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma zavodunun bazasına "xxxx" ASC yaradılmışdır. - 17.10.2000-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən tutduğu işdən azad edilmişdir (əmr 17/k, 17.10.2000-ci il) - 03.11.2000-ci il tarixdə “Bəhram A” şirkətinə operator vəzifəsinə qəbul edilmişdir (76 “k” əmr 03.11.2000-ci il) -01.04.2012-ci il tarixdə Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (03 “k” əmr 01.04.2012-ci il) - 01.08.2012-ci il tarixdə “Kapital” firmasına xadimə vəzifəsinə qəbul edilmişdir (əmr № 07 § 13 01.08.2012-ci il) - 01.05.2014-cü il tarixdə Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 1ci bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr № 04 § 5 01.05.2014-cü il) - 07.09.2017-ci il tarixdə “Karvan Palace” otelinə xadimə vəzifəsinə təyin edilmişdir (əmr № 005 07.09.2017-ci il). - Azərbaycan Respublikası Şüvəlan Açıq Səhmdar Cəmiyyətinin 28 oktyabr 2020-ci il tarixli güzəştli arayışının surətindən görünür ki, İddiaçı 16.12.1982-ci il tarixdən 17.10.2000-ci il tarixə kimi metaləridici sexində nəzarətçi vəzifəsində işləmişdir. Vəzifəsinin adı nəzarətçi siyahı İİ bölmə Vİİ kod 2092400a-13041. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 13.01.2021-ci il tarixli **********8 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, 14 sentyabr 1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin İddiaçı dair 20.10.2020-ci il tarixli arayışında 16.12.1982-17.10.2000-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə metaləridici sexində nəzarətçi və texniki təchizat şöbəsində nəzarətçi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr yuxarıda qeyd olunan isti işlərdə və zərərli əmək şəraitli işlərdə məşğul olan əlvan metallurgiya məhsulunun nəzarətçiləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 42000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19010,46 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. -Məhkəmə sorğusu əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 7 №-li 1 iyun 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 07.09.1981-ci il tarixindən 17.10.2000-ci il tarixinə kimi keçmiş Bakı Alüminium –yayma zavodunda, yəni indiki "xxxx" ASC-də hazır məhsulların bərk ərintilərin və çətin əriyən metallardan hazırlanan məhsulun nəzarətçisi vəzifəsində işləyib. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. 19.02.2013-cü il tarixində zavoda yanğın baş verdiyindən zavodun arxiv sənədləri saxlanılan otağında bütün sənədlər yanmışdır. İşçilərin əmək haqları, əmrləri və T2 kartoçkaları yanıb. İddiaçı da sənədləri yandığı üçün zavod ona heç bir sənəd verə bilmir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, 07.09.1981-ci il tarixdən 07.09.2017-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı 07.09.1981-ci il tarixdən 17.10.2000-ci il tarixədək “Bakı Alüminium-Yayma” zavodunda (indiki “Şüvəlan ASC”) işlədiyi dövrün güzəştli staj kimi nəzərə alınaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş edir. Cavabdeh iddiaçının işlədiyi vəzifələrin isti işlərdə və zərərli əmək şəraitli işlərdə məşğul olan əlvan metallurgiya məhsulunun nəzarətçiləri vəzifəsinə uyğun olmadığını, bu səbəbdən güzəştli iş stajının olmadığını bildirərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtian etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. “Sığorta stajının hesablanması qaydası”nı 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. -1. Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; -2. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən avqustun 1-dək hər il 6 ay artırılır. İddia ərizəsindən aydın olur ki, iddiaçı əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə ona pensiya təyin edilməsini xahiş edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 10 il güzəştli iş stajına malik olub-olmamasıdır. Belə ki, iddiaçının 07.09.1981-ci il tarixdən 17.10.2000-ci il tarixədək “Bakı Alüminium-Yayma” zavodunda (indiki “Şüvəlan ASC”) işlədiyi metaləridici sexində nəzarətçi və texniki təchizat şöbəsində nəzarətçi vəzifələrinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr olması mübahisələndirilmişdir. İddiaçı bərk ərintilərin və çətin əriyən metallardan hazırlanan məhsulların nəzarətçisi vəzifəsində işlədiyini bildirərək, 07.09.1981-17.10.2000-ci illərdə işlədiyi iş stajının güzəştli staja aid edilməli olduğunu iddia edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı 07.09.1981-ci il tarixdən 17.10.2000-ci il tarixədək “Bakı Alüminium-Yayma” zavodunda (indiki “Şüvəlan ASC”) metal konstruksiya sexində fəhlə-anbardar, material-texniki təminat şöbəsində çəkicinəzarətçi və şin prokat sexində nəzarətçi vəzifələrində işləmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İddiaçının güzəştli 1982-2000-ci illər arsında işlədiyi sahənin bərk ərintilərin və çətin əriyən metalların istehsalı olub-olmamasının, isti idə zərərli əmək şəraiti işlərdə işləyibişləməməsinin, əlvan metallurgiya məhsulunun nəzarətçi vəzifəsində işləyibişləməməsinin, işlədiyi vəzifələrin güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə əsas verib-verməməsinin araşdırılması üçün məhkəmə tərəfindən iddiaçının işlədiyi "xxxx" ASC-yə sorğu göndərilsə də, "xxxx" ASC 1 iyun 2021-ci il tarixli 7 №-li arayışında 19.02.2013-cü il tarixində zavodda yanğın başverdiyindən zavodun arxiv sənədləri saxlanılan otağında bütün sənədlərin yandığını, işçilərin əmək haqlarının, əmrlərinin və T2 kartoçkalarının yandığını, həmçinin İddiaçı da sənədləri yandığı üçün zavodun ona heç bir sənəd verə bilmədiyini bildirmişdir. Göründüyü kimi iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının Vİİİ bölməsində (Metallurgiya istehsalatı (əlvan metallar)) nəzərdə tutulan “isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan əlvan metallurgiya məhsulunun nəzarətçiləri” (2090100a—13041) vəzifəsinə uyğunluğu müəyyən edilmir. Belə olan halda iddiaçı üçün tələb olunan 10 il güzəştli iş stajı tamamlanmır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının nə əvvəllər qüvvədə olan, nə də ki hazırkı qanunvericilik normalarına müvafiq olaraq tələb olunan güzəştli stajı olmadığından iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərаrа аldı: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4541/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4541/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver