Məhkəmə qərarları › İş №2-1(112)-4542/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4542/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4542/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçıların vəkili X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında aktın qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli, 363-05/76 saylı imtina cavabının qanunsuz hesab olunması və Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin üzərinə iddiaçıların xx.xx.2020-ci il təvəllüdlü Bakı şəhəri, Nizami rayonu ərazisində 7 nömrəli doğum evində anadan olmuş qızlarının doğum akt qeydində adı: Aysan, soyadı: Hossaini, atasının adı: Mohammad Musa qızı, uşağın atasının adı: Mohammad Musa, uşağın atasının soyadı Hossaini, uşağın atasının ata adıY Hussain, anasının adı: Batol, soyadı: Hossaini göstərilməklə doğum faktının qeydə alınmasını X7, İddiaçı1 doğulmuş qız uşağının atası olmasını müəyyən etməklə həmin faktı qeydə alaraq doğum haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli, 363-05/76 saylı imtina cavabının qanunsuz hesab olunması, Bakı şəhəri, Nizami rayonu ərazisində 7 nömrəli doğum evində anadan olmuş X1 doğum akt qeydi açılmaqla, adı Aysan, soyadı: Hossaini, atasının adı: Mohammad Musa qızı, anasının adı: İddiaçı1 göstərilməklə doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı1 xx.xx.1983-cü il tarixdə, İddiaçı2 xx.xx.1985-ci il tarixdə Əfqanistan İslam Respublikasında anadan olmuşlar. Onlar 2013-cü ilin fevral ayında ailə qurmuşlar, 2013-cü il mart ayında qaçqın statusu almaq üçün Azərbaycan Respublikasına gəlmişlər. Hal-hazırda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Bakıdakı Nümayəndəliyinin himayəsindədirlər və BMT QAK tərəfindən X12 ilə təmin edilmişlər. Onların birgə nikahlarından Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, ərazisində 7 nömrəli Doğum Evində xx.xx.2020-ci il tarixdə qızlar dünyaya gəlmişdir. Onların şəxsiyyətlərini təsdiq edən X3 tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş pasportun etibarlılıq müddəti bitmişdir. Artıq Əfqanistan vətəndaşlarına yeni pasportlar verildiyi üçün həmin pasportların etibarlılıq müddəti artırılmır və onlar yeni pasport almalıdırlar. Yeni pasport almaq üçün isə Azərbaycandakı Əfqanistan Səfirliyinə doğum haqqında şəhadətnamə təqdim olunması tələb olunur. Onların doğum haqqında şəhadətnamələri olmadığı üçün həmin sənədi Səfirliyə təqdim edə bilmirlər, ona görə də Səfirlik onları pasportla təmin etmir. Doğum haqqında şəhadətnaməni Əfqanistandakı müvafiq dövlət orqanından almaq üçün onlar mütləq Əfqanistana getməlidirlər. Bu isə onların həyatları üçün təhlükəlidir, çünki yuxarıda qeyd etdikləri kimi, onlar öz ölkələrində təqiblərə məruz qaldıqlarından Azərbaycana qaçqın statusu almaq üçün gəlmişlər. xx.xx.2020-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş qızlarının doğum akt qeydində adı: Aysan, soyadı: Hossaini, atasının adı: Mohammad Musa qızı, uşaqın atasının adı: Mohammad Musa, uşağın atasının soyadı Hossaini, uşağın atasının ata adı: Hussain, anasının adı: Batol, soyadı: Hossaini göstərilməklə doğum faktını qeydə almasını İddiaçı2 xx.xx.2020-ci il təvəllüdlü qızlarının atası olmasını müəyyən etməklə həmin faktı qeydə alaraq atalığın müəyyən edilməsi haqqında qanunla qərar çıxarılmalıdır. Onlar övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Xətai rayon Qeydiyyat Şöbəsinə müraciət etmişlər, lakin qeydiyyat şöbəsi onların müraciələrini təmin etməyib. xx.xx.2020-ci il tarixli, 363- 05/76 saylı imtina cavabında qeyd edilmişdir ki, qanunvericiliyin tələblərini nəzərə alaraq bildirirlər ki, şəxsiyyətlərini təsdiq edən sənədlərin (pasportların) yararlıq müddəti bitdiyi üçün doğumun və atalığın müəyyən etmənin qeydə alınması qeydiyyat şöbəsi tərəfindən mümkün deyil. Qeyd olunanlardan göründüyü kimi, Xətai rayon Qeydiyyat Şöbəsi X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində Hossaini Botaldan doğulmuş qız uşağının atası olması faktını müəyyən etməklə həmin faktı qeydə alaraq atalığın müəyyən edilməsi haqqında şəhadətnamə və doğum haqqında şəhadətnamə verilməsi qanunla təmin edilməlidir. Belə ki, onlardan asılı olmayan səbəblərdən pasportların müddəti bitmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Məhkəmənin diqqətinə çatdırırlar ki, İddiaçı1 və İddiaçı2 qaçqının himayə sənədi verilib. Buna görə də, həmin sənəd uşaq üçün doğum haqqında şəhadətnamə almaq üçün yetərli hesab edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 22 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 19 fevral 2020-ci il tarixli, 112 saylı arayışdan görünür ki, İddiaçı1n xx.xx.2020-ci il tarixdə 7 saylı doğum evində doğduğu qız uşağı hal-hazırda sağlamdır, 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanası qeydiyyatındadır. İşdə olan doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Hossaıni Batolun xx.xx.2020-ci il tarixdə qadın cinsində uşağı doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2102 nömrəli arayışdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, Əfqanıstan İslam Respublikası vətəndaşı Batol Hossanı (himayə sənədi № ***-*******6) xx.xx.2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, xx.xx.2021-ci il tarixinədək ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 15/62 nömrəli arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü, Əfqanıstan İslam Respublikası vətəndaşı İddiaçı2 (himayə sənədi № ***-*******5) xx.xx.2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, xx.xx.2021-ci il tarixinədək ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2020-ci il tarixli, 363- 05/765 saylı imtina məktubundan görünür ki, iddiaçıların müraciətinə baxılmış, onların şəxsiyyətini təsdiq edən sənədlərin (pasportların) etibarlılıq müddəti bitdiyi üçün doğumun və atalığın müəyyən etmənin qeydə alınması qeydiyyat şöbəsi tərəfindən mümkün deyil. Qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçılara qeydiyyat şöbəsinin qərarından inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilməsi izah olunmuşdur. Beləliklə iş materiallarıda olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçıların hər ikisi Əfqanıstan İslam Respublikasının vətəndaşıdırlar. Onlar 2013-cü il tarixdə qaçqın statusu almaq üçün Azərbaycan Respublikasına gəlmişlər. Hal-hazırda BMT QAK-ın himayəsindədirlər və buna dair onlara himayə vəsiqəsi verilmişdir. Lakin, pasportlarının etibarlılıq müddəti xx.xx.2012-ci il tarixdə bitmişdir. İddiaçıların birgə nikahlarından 07 yanvar 2020-ci il tarixdə Bakı şəhərində qız uşaqları dünyaya gəlmişdir və valideynləri tərəfindən uşağa Aysan adı verilmişdir. Uşağın 07 yanvar 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 7 saylı doğum evində anadan olmasına dair doğum haqqında tibbi şəhadətnamə verilsə də, lakin bu günədək onun doğumu qeydə alınaraq, buna dair doğum haqqında şəhadətnamə verilməmişdir. İddiaçılar uşağın doğumunun qeydə alınaraq, buna dair doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı cavabdehə müraciət etsələr də, lakin cavabdeh tərəfindən müraciətin təmin edilməsindən hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim edilə bilməməsi əsası ilə imtina edilmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçılara imtina edilməsi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166-cı maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. İş materiallarında olan doğum haqqında tibbi şəhadətnamə əsasında iddiaçıların Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 7 saylı doğum evində xx.xx.2020-ci il tarixdə qadın cinsində qız uşaqları doğulması təsdiq olunur. Lakin işin hallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»na istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Həmin Qaydaların 1.10-cu bəndinə əsasən doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən valideynlərin birinin sənədlərini üzürlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadıqda Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması tələb olunur. Hazırki halda iddiaçıların hər ikisi BMT X4 himayəsində olan şəxslər olmaqla, Azərbaycan Respublikasının ərazisində yaşayırlar. X13 Xidmətinin Bakı şəhər Regional Miqrasiya İdarəsi tərəfindən verilmiş arayışlara əsasən olduqları yer üzrə qeydiyyata alınmışlar. Hazırda iddiaçıların şəxsiyyətini müəyyən edən sənəd himayə sənədidir. Həmin himayə sənədi üzrə iddiaçıların şəxsiyyəti müəyyən edilmişdir. Hazırda iddiaçılar birgə nikahdan anadan olmuş uşaqlarının doğumunu qeydə aldıra bilmədikləri səbəbindən şəxsiyyətlərini müəyyən edən sənədin müddətini uzada bilmirlər. Lakin məhkəmə hesab edir ki, uşağın doğumun qeydə alınması üçün qanunvericliklə müəyyən edilmiş hər hansı əsas olmadığı halda, cavabdeh tərəfindən uşağın doğumun qeydə alınaraq, buna dair doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X2 doğum akt qeydi açılmaqla, uşaq qrafasında doğulduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri, doğum tarixi 07 yanvar 2020-ci il, ana qrafasında Batol Hossaını, ata qrafasında İddiaçı2 göstərilməklə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar