Məhkəmə qərarları › İş №2-1(112)-4545/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4545/2020

30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4545/2020 30.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qzının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X9, cavabdehin nümayəndəsi X8 iştirakları ilə İddiaçı Abadlaşdırma və X7 X1 Birliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Abadlaşdırma və X7 X1 Birliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Bakı şəhər X3 şəxsi hesab vərəqəsinə kameral qaydada hesablanmış xx.xx.2020-ci il tarixli, **********280600 №-li qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Abadlaşdırma və X7 X1 Birliyinin şəxsi hesab vərəqəsinə kameral qaydada hesablanmış xx.xx.2020-ci il tarixli, **********718600 №-li qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildən Bakı şəhər İcra Hakimiyyətinin X6 Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2005-ci il tarixli, 272 saylı sərancamı əsasında ləğv edilmiş Abadlaşdırma və X7 Departamentinin hüquqi varisi kimi hüquqi şəxs statusu ilə fəaliyyət göstərən dövlət büdcəsindən maliyyələşən müəssisədir. Birliyin Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. Bundan başqa təsərrüfat fəaliyyətin təmin etmək üçün banklarda manat və xarici valyuta aça bilər. Birlik təsərrüfat hesablı, dəyəri qismən dövlət tərəfindən maliyyələşən hüquqi şəxsdir. Birlik ********** saylı VÖEN əsasında fəaliyyət göstərir. Birlik Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir. Bakı şəhər X6 Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********93600 saylı çıxarış əsasında fəaliyyət göstərir. Birlik yaşıllığın inkişaf etdirilməsi, yeni parkların, bağların, bağçaların, istirahət sahələrinin, zeytun plantasiyalarının salınması, onların qorunması, onlara ziyan vuran fiziki və hüquqi şəxslər haqqında öz səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi, toxumçuluğun inkişafı, güllüklərin salınması, habelə şəhər əhalisinin gül və gül məhsulları ilə təmin edilməsi, minimal xərclərlə əmək məhsuldarlığının artırılması, əsas fondların istifadə edilməsinin yaxşılaşdırılması, əmək, material və maliyyə vəsaitlərindən səmərəli istifadənini təmin edir. Birlik tərəfindən vaxtlı-vaxtında vergi bəyannamələri təqdim olunmuş və vergilər vaxtında və düzgün ödənilmişdir. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Bakı şəhər X3 şəxsi hesab vərəqəsinə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə **********280600 №-li kameral qərarla əsassız olaraq 2019-cu il hesabat ilinə 377.762,06 AZN (üç yüz yetmiş yeddi min yeddi yüz altmış iki manat, 06 q.) mənfəət vergisi hesablanmış və birliyin şəxsi hesab vərəqəsinə işlənmişdir. Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixli, **********718600 №-li qərarla əvvəlki kameral qərara düzəliş edilərək məbləğ azaldılaraq 325.349 AZN (üç yüz iyirmi beş min üç yüz qırx doqquz manat) kameral vergi məbləği hesablanmışdır. Birlik xx.xx.2019-cu il tarixli müqavilə əsasında “İnpeks-N” müəssisəsindən 2019-cu ildə aparılmış 1.626.745 AZN ( bir milyon altı yüz iyirmi altı min yeddi yüz qırx beş manat) dəyərində əməliyyat məbləği Birliyin xərclərindən çıxarılmışdır. Əslində isə vergi orqanının göstərdiyi fakt kimi “İnpeks-N’' müəssisəsinin riskli vergi ödəyicisi olması əsas gətirilsə də həmin müəssisə tərəfindən müvafiq müqavilə əsasında işlər görülmüş, mallar təqdim edilmişdir. “İnpeks-N” müəssisənin riskli vergi ödəyicisi olması barədə onların məlumatı olmamışdır, həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Ümumiyyətlə riskli vergi ödəyicisi anlayışı Vergi Məcəlləsinə 2020-ci il yanvar ayından salınmışdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Riskli vergi ödəyicisi meyarları bu günə qədər müəyyən edilməmişdir, heç bir qərar çıxarılmamışdır. Bu kameral vergi məbləği hesablanarkən Milli Gəlirlər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəllənin 37-ci maddəsinin tələbləri kobud surətdə pozulmuş, Birlik tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamələr nəzərə alınmamışdır. Əslində isə Birliyin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirilsə vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görsənir. Kameral qaydada hesablanmış əlavə vergi məbləği əsasında bu nəticəyə gəlmək olar ki, “İnpeks-N” müəssisəsi tərəfindən mallar təqdim edilməmişdir. Əslində isə bu mallar müəssisənin balansına daxil edilmiş, reallıqda mövcuddurlar. Vergi orqanı tərəfindən bu hallar nəzərə alınmamışdır, belə çıxır ki, onların əldə edilməsinə Birlik tərəfindən xərclər çəkilməmişdir. Vergi orqanının bu qərarı əsasında Birliyin fəaliyyəti iflic vəziyyətindədir, bank hesablarına sərəncamlar qoyulmuşdur, Birlik tərəfindən dövlət tapşırıqlarının yerinə yetirilməsinə, yeni sahələrin yaşıllaşdırılmasına maneə yaratmışdır. Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, Birlik tərəfindən 2019-cu il ərzində "xxxxxxxx" MMC-dən (VÖEN: **********) 1 626 745.00 manat (ƏDV-si 292 814.10 manat) məbləğində əldə edilmiş İJ seriyalı 195028 nömrəli elektron vergi hesab-faktura üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, Birliyin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli, EBAE seriyalı 488841 nömrəli elektron qaimə faktura məlumatlarına əsasən "xxxxxxxx" MMC (VÖEN **********) tərəfindən Abadlaşdırma və X7 X1 Birliyinə (VÖEN **********) əsas dəyəri 1 626 745,0 manat (ƏDVsi 292 814,10 manat) olmaqla 615 178 ədəd “Dibçək gülləri (iri ölçülü)”, 90 ədəd “İtaliya sərvi (Cupressus Leylandi) (ölçü h=5,0-6,0)’’, 12 ədəd “Sidr (Cedrus L.) (ölçü h=3,5-4,1)”, 100 ədəd “Limonniy kiparistnik (Cupressus macrearpa Qolderest) (ölçü h=3,5-4,0)" təqdim edilməsinə baxmayaraq, araşdırma zamanı yük gömrük bəyannamələrində və əldə edilmiş qaimə faktura məlumatlarında qeyd olunan mallar müəyyən edilməmişdir. Eyni zamanda, "xxxxxxxx" MMC-nin fəaliyyətinin təhlili nəticəsində qeydiyyatda təsərrüfat subyektinin olmaması, 1 işçi üzrə əmək haqqı fondunun 343,82 manat, 2018-ci və 2019cu illər üzrə təqdim edilmiş mənfəət bəyannamələrinə əsasən hesabat dövrünün sonuna cəmi aktivlərin dəyərinin 15,0 manat göstərildiyi müəyyən edilmişdir. Bundan başqa Birlik tərəfindən xx.xx.2019-cu il tarixdə kassa metodu ilə təqdim edilmiş 2018-ci il üçün mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.4.2-ci “sair debitor borclar” sətrinin hesabat dövrünün sonuna sütununda 494 151,23 manat, 2.2.1.5-ci “sair kreditor borclar” sətrinin hesabat dövrünün sonuna 232 085,91 manat göstərilsə də, xx.xx.2020-ci il tarixdə hesablama metodu ilə təqdim edilmiş 2019-cu il üçün mənfəət vergisi bəyannaməsinin 216-cı “Vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri” sətri göstəricisiz təqdim edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********812100 nömrəli “2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlər və ətraflı izahat məktubu tələb olunmuşdur. Müəyyən edilmiş müddət ərzində kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi, təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu il Mənfəət vergisi bəyannaməsinin 216-cı “Vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri” sətri üzrə 52 413.06 manat, vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmayan aparılmış əməliyyatları üzrə 325 349.00 manat olmaqla, ümumilikdə 377 762.06 manat əlavə vergi məbləği hesablanmış və vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********280600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində Birliyin əməliyyat apardığı "xxxxxxxx" MMC-nin (VÖEN **********) riskli vergi ödəyicisi olması barədə məlumatının olmadığını, "xxxxxxxx" MMC-nin riskli vergi ödəyicisi olması ilə bağlı vergi orqanı tərəfindən qəbul edilmiş hərhansı qərarın çıxarılmadığını, riskli vergi ödəyicisi meyarlarının bu günə qədər müəyyən edilmədiyini, “riskli vergi ödəyicisi” anlayışının 2020-ci il yanvar ayında edilmiş dəyişikliklərlə Vergi Məcəlləsinə daxil edildiyini əsas gətirmişdir. Bildirilirik ki, vergidən yayınma hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi məqsədi ilə riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparılan zaman (elektron qaimə-faktura əldə edəndə, həmçinin ƏDV sub-uçot hesablarından vəsait köçürəndə) vergi ödəyicilərinin bu barədə məlumatlandırılması üçün müvafiq xəbərdarlıq mesajı avtomatik qaydada əks olunur. Qeyd olunanlara əsas tutaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X13 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, təşkilati-hüquqi forması dövlət müəssisəsi olan Abadlaşdırma və X7 X2 Birliyi xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdən qanuni təmsilçisi X10r. - Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında (VÖEN) ********** saylı, xx.xx.2004-cü il tarixli şəhadətnamədən görünür ki, “X6” vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Hüquqi ünvanı ünvan 1 ünvanıdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 292 №-li, xx.xx.2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X3 nizamnaməsindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin X6 Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 272 saylı sərəncamı əsasında ləğv edilmiş Abadlaşdırma və Park X12 Departamentinin hüquqi varisi kimi hüquqi şəxs statusu ilə fəaliyyət göstərən dövlət orqanıdır. Birlik təsərrüfat hesablı, dəyəri qismən dövlət tərəfindən maliyyələşən hüquqi şəxsdir, müstəqil balansa malikdir, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində öz adından müqavilələr bağlamaq, mülki, əmlak və şəxsi qeyriəmlak hüquqlarını əldə etmək, məsuliyyət daşımaq, məhkəmələrdə iddiaçı və yaxud cavabdeh qismində iştirak etmək, öz üzərinə öhdəliklər götürmək və vəzifə icra etmək hüququna malikdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” **********280600 №-li, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, kameral yoxlama nəticəsində Abadlaşdırma və X7 X1 Birliyinin 2019-cu il, mənfəət vergisi üzrə 377.762,06 manat əlavə vergi borcunun olması müəyyən edilmişdir. - Qeyd olunan qərarın “bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” hissəsindən görünür ki, kassa metodu ilə təqdim edilmiş 2018-ci il üçün MV bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.4.2-ci sair debitor borclar sətrinin hesabat dövrünün sonuna sütununda 494 151,23 manat, 2.2.1.5-ci sair kreditor borclar sətrinin hesabat dövrünün sonuna sütununda 232 085.91 manat göstərilsə də. xx.xx.2020-ci il tarixdə hesablama metodu ilə təqdim edilmiş 2019-cu il üçün MV bəyannaməsinin 216-cı Vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəlir sətri göstəricisiz təqdim edildiyi üçün 262065.32 manat gəlir artırılmış və eyni zamanda tərəflərindən 2019-cu il ərzində riskli əvəzləşdirmə aparılmış 1.626.745,0 manat məbləğ xərclərdən çıxarılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” **********718600 №-li, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, kameral yoxlama nəticəsində Abadlaşdırma və X7 X1 Birliyinin 2019-cu il, mənfəət vergisi üzrə 325.349,00 manat əlavə vergi borcunun olması müəyyən edilmişdir. - Qeyd olunan qərarın “bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” hissəsindən görünür ki, tərəflərindən 2019-cu il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 1 626 745,0 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin Cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. - Vergi ödəyicisi X5 aid 2019-cu il vergi dövrü üzrə dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsindən görünür ki, Birliyin 2019-cu il tarixli vergi dövründə ümümi gəlirləri 12,727,758.46 AZN, xərcləri ilə 12,276,799,93 AZN olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan iddiaçının 2019-cu il vergi dövrünə aid təqdim etdiyi mənfəət vergisi üzrə bəyannaməyə əsasən onun 325.349 manat əlavə vergi borcunun olması cavabdeh inzibati orqan tərəfindən müəyyən edilərək həmin məbləğin vergi ödəyicisi tərəfindən ödənilməli olması barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqan həmin qərarını iddiaçı tərəfindən 2019-cu il ərzində "xxxxxxxx" MMC-dən (VÖEN: **********) 1.626.745,00 manat (ƏDV-si 292 814.10 manat) məbləğində əldə edilmiş İJ seriyalı 195028 nömrəli elektron vergi hesab-faktura üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, Birliyin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı və bununla bağlı "xxxxxxxx" MMC-nin riskli vergi ödəyicisi olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək, 16.1.4-cü maddəsinə görə vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditir tərəfindən yoxlanılması nəzərdə tutulan hallarda isə, auditor rəyi əlavə edilməklə vergi hesabatını təqdim etmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. - 16.2-ci maddəsinə görə vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. - 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. - xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Meyarların: - 1.1-ci bəndinə əsasən bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 1.2-ci bəndinə əsasən bu Meyarlarda istifadə olunan anlayışlar Vergi Məcəlləsində nəzərdə tutulan mənaları ifadə edir. - 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - 1.4-ci bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi riskli vergi ödəyicisi barədə qanun və meyarlar 2020-ci ildən əvvəl qüvvədə olmamışdır. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən həmin meyar və dəyişikliklər əsas götürməklə vergi ödəyicisinin (iddiaçının) 2019-ci ildəki fəaliyyəti ilə bağlı əlavə vergilərin hesablanması Azərbaycan Respublikası Konstitusiyasının 73-cü və 149-cu maddələrinin tələblərinə ziddir. Cavabdehin gətirdiyi dəlilinə münasibətdə isə (riskli vergi ödəyicisi barədə qarşılıqlı əməliyyatlar aparılan zaman vergi ödəyicilərinin məlumatlandırılması üçün müvafiq xəbərdarlıq mesajı avtomatik qaydada əks olunması) məhkəmə qeyd edir ki, bu hal “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən aparılmış inzibati icraata adekvat qiymətləndirilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə bütün qeyd olunanların məcmsuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********718600 №-li qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan “İnzibati icraat haqqında” Qanununun 58.1 və 67.2-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. Ona görə də iddia tələbi əsaslı sayılmaqla həmin qərar ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 58.1.-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********718600 №-li qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar