Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4546/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı1(Füzuli rayonunda qeydiyyatdadır, işləmir) iştirakı ilə, İddiaçı1 cavabdeh Bakı şəhər Nizami rayon Polis İdarəsinə qarşı Azərbaycan Respublikasının Qaçqın və X9 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində işə cəlb olunmaqla “İddiaçı1 və övladı İddiaçı2 X4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək pr-ti 95 saylı evin 96 saylı mənzilinə qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq müəyyən etdi: İddiaçı1 cavabdeh Bakı şəhər Nizami rayon Polis İdarəsinə qarşı “İddiaçı1 və övladı İddiaçı2 X4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək pr-ti 95 saylı evin 96 saylı mənzilinə qeydiyyata alınması öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Füzuli rayonunda anadan olmuşdur və valideynləri ilə birlikdə Qarabağ hadisələrindən bir neçə il əvvəl köçüb Bakı şəhərində yaşamışdırlar. Lakin onun qeydiyyatı dağılmış Füzuli şəhəri, Azadlıq küçəsi 3-də qalmışdır. İddiaçı qeyd etmişdir ki, o,məcburi köçkün olmamışdır və onun bu vaxta kimi heç bir köçkünlük statusu yoxdur. İddiaçı valideynlərinin yeganə övladı olmuşdur. Sonradan anası X7 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 saylı evin 96 saylı mənzilini almış və onlar birlikdə həmin evə köçüb yaşamışdırlar. İddiaçı 20 yaşında əslən Füzuli rayonundan olan Yunis adlı şəxsə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur və bir yerdə yaşamışdırlar. Onların birgə qeyri-rəsmi nikahdan İddiaçı2 adlı bir övladı anadan olmuşdur. O zaman iddiaçı ailə quranda onun yoldaşının müvəqqəti uçot qeydiyyatı Bakı şəhəri, Sabunçu rayonu üzrə məcburi köçkünlərin kitabında yazılmışdır. Ona görə də iddiaçını da həmin kitaba qeydiyyata götürmüşlər. Sonradan iddiaçı ilə Yunis arasında münasibətlər pisləsmiş və o zaman yetkinlik yaşına çatmayan övladı iddiaçının himayəsində qalmışdır. Lakin iddiaçının qeydiyyatı Sabunçu rayonu üzrə məcburi köçkünlərin kitabında qalsa da, onun məcburi köçkünlük statusu olmamışdır. İddiaçı övladı ilə birlikdə köçüb ananın şəxsi mülkiyyətində olan mənzilində yaşamışlar. İddiaçının anası X7 şəkər xəstəsidir və ona 2-ci qrup əlillik verilmişdir. İddiaçı anasının yeganə övladıdır. O, həm anaya həm də övladına tək baxır. İddiaçının iş yeri və qızının təhsil aldığı yer Bakı şəhəridir və onların qeydiyyatının Füzuli şəhəri olması üçün müəyyən çətinliklər yaradır. Ona görə iddiaçının və qızının yaşadığları ananın xüsusi mülkiyyətində olan mənzilə qeydiyyata düşməsi zəruridir. Çünki son vaxtlar iddiaçının və onun qızının qeydiyyatı ilə əlaqədar müəyyən problemlər yaranır və hər dəfə iddiaçı arayış üçün müraciət etdikdə səlahiyyətli şəxslər onun qaçqın olmadığına görə müvəqqəti qeydiyyata alındığı Sabunçu rayon məcburi köçkünlərin qeydiyyatı kitabından adların silinəcəyini bildirirlər. Bununla əlaqədar iddiaçı ərizə yazaraq qızı ilə birlikdə ananın xüsusi mülkiyyətində olan mənzilinə qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh verilən cavab məktubunda qeyd etmişdir ki, “X17 13.11.2020-ci il tarixli müvafiq göstərişinə əsasən işğaldan azad edilmiş şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin digər inzibati ərazi vahidlərinə yaşayış yeri üzrə qeydiyyata alınması həmin şəhər və rayonlarına məskunlaşma başa çatanadək dayandırılmışdır”. İddiaçı hesab edir ki, cavabdehin onun və qızının öz doğma ananın xüsusi mülkiyyətində olan mənzilinə qeydiyyata götürülməsindən imtina etməsi əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair münasibətində cavabdeh göstərmişdir ki, “çıxaracağınız qətnamə icraya yönəldikdən sonra tərəfimizdən icra olunacaqdır.” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinlədikdən, tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AA******* nömrəli Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı1 Azərbaycan Respublikasının vətəndaşıdır. AZ-İV seriyalı 513545 nömrəli Döğum haqqında Şəhadətnamənin kserosurətinə əsasən, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı1 Füzuli şəhərində anadan olmuş, atası X5, anası isə X2r. AA******* nömrəli Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 Azərbaycan Respublikasının vətəndaşıdır. AZ-İV seriyalı 513546 nömrəli Döğum haqqında Şəhadətnamənin kserosurətinə əsasən, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 atası X14, anası isə İddiaçı1dır.Doğum jhaqqında şəhadətnamə Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən 02.12.2020 –ci il tarixdə verilmişdir. AZE seriyalı 16557283 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin kserosurətindən görünür ki, 15.06.1960-cı il təvəllüdlü X1 rayonunun Xatınbulaq kəndində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yaşayır. 0355004 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanında olan 96 saylı mənzil X4 mülkiyyətindədir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin 147 saylı Mənzil-tikinti Kooperativinin İdarə heyətinin 19.02.2021-ci il tarixli 08/376 nömrəli arayışa əsasən, İddiaçı1 Bakı şəhəri, Babək prospekti 95, 96 saylı mənzildə yaşayır, ailə tərkibi isə aşağıdakı kimidir: 1. İddiaçı1 B. q. – 1981; 2. İddiaçı2 Y. qızı – 2003; 3. X16 q. – anası – 1960. Azərbaycan Respublikası Füzuli rayonu İcra Hakimiyyəti Başçısının Yuxarı Seyidəhmədli kəndi üzrə nümayəndəliyinin 31.05.2021-ci il tarixli 74 nömrəli arayışa əsasən, X3 rayonunun Yuxarı Seyidəhmədli kənd sakinidir, Bakı şəhərində məskunlaşıb, məcburi köçkün statusu olmadığı üçün “çörək pulu” müavinəti almır, məcburi köçkün deyil. Azərbaycan Respublikası Füzuli rayonu İcra Hakimiyyəti Başçısının Yuxarı Seyidəhmədli kəndi üzrə nümayəndəliyinin 31.05.2021-ci il tarixli 75 nömrəli arayışa əsasən, X3 rayonunun Yuxarı Seyidəhmədli kənd sakinidir və Füzuli rayonunun 3 nömrəli Qayıdış qəsəbəsində məskunlaşıb. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 38/2/6263 nömrəli və 16.04.2021-ci il tarixli Azərbaycan Respublikası Füzuli rayon İcra Hakimiyyəti Başçısının Füzuli şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 175 nömrəli, 20 aprel 2021-ci il tarixli arayışlara əsasən, İddiaçı1 2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, ünvan 1-dan Füzuli şəhəri, Xanlar küçəsi, ev 3-ə daimi qeydiyyata alınmış, onun valideynləri isə 1993-cü ildən bugünədək Füzuli rayonunda qeydiyyatda olmamışdırlar. Notariat qaydada təsdiq olunmuş **********553 nömrəli 25.06.2021-ci il tarixli ərizəyə əsasən, X7 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən 95 saylı evin 96 saylı mənzilinə İddiaçı1 və İddiaçı2 pasport qeydiyyatına alınmalarına etiraz olmadığını bildirmişdir. Nizami rayon Polis İdarəsinin 21.12.2020-ci il tarixli İddiaçı1 ünvanlanmış məktubunda göstərilmişdir ki, Daxili İşlər Nazirliyinin 13.11.2020-ci il tarixli müvafiq göstərişinə əsasən işğaldan azad edilmiş şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin digər inzibati ərazi vahidlərinə yaşayış yeri üzrə qeydiyyata alınması həmin şəhər və rayonlara məskunlaşma başa çatanadək dayandırılmışdır. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 30.03.2021-ci il tarixli 02/312 nömrəli məktubuna əsasən, Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2020-ci illərə aid elektron məlumat bazasında İddiaçı1 məcburi köçkün statusuna malik olub-olmaması barədə heç bir məlumat aşkar edilmədi, İddiaçı2 Komitənin Regional idarəetmə və status şöbəsinin 20.11.2019-cu il tarixli protokolunun qərarı ilə AA№438609 seriyalı məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü məcburi köçkün statusu olmayan İddiaçı1 yetkinlik yaşına çatmamış xx.xx.2003-cü il təvəllüdlü məcburi köçkün statusu olan qızı İddiaçı2 faktiki yaşadıqları iddiaçının anası X6 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 saylı evin 96 saylı mənzilinə qeydiyyata alınması barədə cavabdeh- inzibati orqana müraciət etsə də onun müraciəti təmin edilməmişdir, bu səbəbdən də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Həmin maddəyə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Qanunvericiliyə əsasən, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs, üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. «Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun mənаsınа görə şəхs fаktiki yаşаdığı və оlduğu yеr üzrə qеydiyyаtа аlınmаlıdır. İşin faktiki hallarına əsasən iddiaçının anası X7 ona məxsus olan mənzilinə qızı İddiaçı1 və nəvəsi İddiaçı2 pasport qeydiyyatına alınmalarına etiraz olmadığını bildirmişdir. «Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 2-ci maddəsinin 4-cü hissəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. İddiaçı1 İddiaçı2 qanuni nümayəndəsi, anası olaraq, övladını da X4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək pr-ti 95 saylı evin 96 saylı mənzilinə qeydiyyata alınmasını xahiş etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşlarının ölkənin digər inzibati ərazi vahidlərinə yaşayış yeri üzrə qeydiyyata alınmasına qanunvericilikdə hər hansı bir qadağa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı1 və övladı İddiaçı2 X4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək pr-ti 95 saylı evin 96 saylı mənzilinə qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı1 və övladı İddiaçı2 X4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək pr-ti 95 saylı evin 96 saylı mənzilinə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhər Nizami rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4546/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4546/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver