Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4548/2025 10.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsi və dayandırılması, icra məmuru tərəfindən edilmiş qanunsuz icra hərəkətlərinin ləğv edilməsi, mübahisə predmeti olan **-NH-*** dövlət nömrə nişanlı avtomobilin cərimə meydançasından geri alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdeh tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə 50.000,00 (əlli min) manat kompensasiyanın cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati məhkəmə icraatının mümkünlüyünün müəyyənləşdirilməsi məsələsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsi və dayandırılması, icra məmuru tərəfindən edilmiş qanunsuz icra hərəkətlərinin ləğv edilməsi, mübahisə predmeti olan **-NH-*** dövlət nömrə nişanlı avtomobilin cərimə meydançasından geri alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdeh tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə 50.000,00 (əlli min) manat kompensasiyanın cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4.-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində göstərilmişdir ki, Sumqayıt Komersiya Məhkəməsinin e-2-2(119)- 96/2023-017 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular "xxxx" Firmasından (kredit götürən) və İddiaçı (zamin) müştərək qaydada 100000 (yüz min) manat məbləğində əsas borcun, 12182,76 manat məbləğində faiz borcunun, 4000 (dörd min) manat məbləğində cərimənin, ümumilikdə 116.593,76 manat borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Bundan sonra qətnamənin icrası kredit götürənin qeydiyyatda olduğu və fəaliyyət göstərdiyi Abşeron rayonu İcra Şöbəsinə yönəldilmiş və zamin kimi iddiaçının qeydiyyatda olub yaşadığı ünvan üzrə Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinə yönəldilmişdir. Bundan sonra hərəkətlərindən şikayət etdiyi icra məmuru Cəlaləddin Əliyev icraata başlamaq haqqında qərar qəbul etmiş, lakin qərarın surətini ona rəsmi olaraq verməmiş və göndərməmişdir. İcraata başlamaq haqqında qərar qəbul etdikdən sonra icra məmuru xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra hərəkətləri edərkən borclu "xxxx" Firmasının fəaliyyətdə olan metal konstruksiyaları istehsal edən müəssisəsi, texnikaları və digər daşınmaz əmlakları olduğu halda yalnız ona məxsus əmlakların üzərinə həbs qoyulması qənaətinə gəlmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsindəki 05 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermişdir. İddiaçının həmin əmlakına həbs qoyulması barədə təqdimata baxılıb yekun məhkəmə Aktı çıxarılmadan digər əmlakları (ona məxsus avtomobillərin- “ VAZ-21063 markalı minik , 10FE105 dövlət qeydiyyat nişanlı, “X3 LC 200” mink markalı, ** NH *** dövlət nömrə nişanlı və “ Nissan Maxima “ markalı 10GN 055 dövlət qeydiyyat nişanlı avtomobillərinin) üzərinə həbs qoyulması barədə Bakı şəhər Nəsimi rayon Məhkəməsinə ikinci təqdimatla müraciət etmişdir. Baxmayaraq ki, qeyd edildiyi kimi mülkiyyətində olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsindəki 05 ha torpaq sahəsinin dəyəri borcun ödənilməsi üçün bir neçə dəfə yetərli idi. Digər tərəfdən, İcra İnformasiaya Sistemindən görünür ki, kredit alan borclu "xxxx" Firmasının borcun ödənilməsini təmin edən kifayət qədər əmlakları (60 yaxın daşınar və daşınmaz əmlakları, fəaliyyət göstərən istehsal müəssisəsi və sair) vardır. Qanunun tələbindən də görünür ki, kredit alanın borcun ödənilməsi üçün imkanları olmadığı halda zamin borcun ödənilməsinə məsuliyyət daşıyır. Lakin icra məmuru C. Əliyev ona qarşı öz maraqları daxilində qərəzli olaraq, əsas borcluya qarşı heç bir icra hərəkətləri etmədən, kredit götürənə qarşı tələb yönəltmədən iddiaçının bütün əmlakları üzərinə həbs qoyulması barədə məhkəmələrə təqdimatlar vermiş və əmlakları üzərinə həbs qoyulmasına nail olmuşdur. Bakı şəhər Nəsimi rayon İcra Məmuru C.Əliyevin təqdimatları əsasında Bakı Kommersiya Məhkəməsinin (Nəsimi rayon Məhkəməsindən, Sumqayıt Kommersiya Məhkəməsindən və Ali Məhkəmədən keçməklə) xx.xx.2024-cü il tarixli 8-2(113)- 100/2024 saylı Qərardadı ilə iddiaçının mülkiyyətində olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 5 ha torpaq sahəsinin, Bakı Nəsimi rayon Məhkəməsinin 8(006)-76/2024 saylı Qərardadı ilə ** NH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin üzərinə həbs qoyulmuşdur. Dəfələrlə icra məmuru C.Əliyevin qəbulunda olmuş, icra məmuru icraata başlamaq haqqında qəbul etdiyi qərarın surətini iddiaçıya təqdim etməmiş, iddiaçıdan izahat alınmamış və yalnız öz maraqları daxilində söhbətlər etmiş və məqsədinə nail olmadıqda üzərinə həbs qoyulmuş avtomobili iddiaçıdan alacağı ilə hədələmişdir. Bundan sonra icra məmuru üzərinə həbs qoyulmuş avtomobilinin cərimə meydançasına yerləşdirilməsi barədə BDYPİ-nə xx.xx.2024-cü il tarixində qanunsuz olaraq, təsir etmək məqsədi ilə məktubla müraciət etmiş və nəhayət məqsədinə çataraq xx.xx.2024-ci il tarixində qulluq səlahiyətlərindən istifadə edərək avtomobilini cərimə meydançasında yerləşdirmişdir. Baxmayaraq ki, məhkəmə qərarı ilə iddiaçıya məxsus avtomobilinin üzərinə həbs qoyulmuş, onun özgələşdirilməsi qadağan olunmuşdur. İcra məmuru C.Əliyev qanunsuz hərəkətləri ilə avtomobilini qanunsuz olaraq guya avtomobilini qimətləndirməyə təqdim edəcəyi adı ilə cərimə meydançasına qoydurmuşdur. Baxmayaraq ki, dəfələrlə onun qəbuluna həmin avtomobilində getmiş və heç vaxt avtomobili qiymətləndirməyə təqdim olunması barədə məlumat verməmişdir. İddiaçı heç vaxt avtomobilinin qiymətləndirməyə təqdim olunmasından imtina etməmişdir. İcra məmuru isə məhkəmənin qərarlarına və qanunun tələblərinə məhəl qoymadan mülkiyyət və istifadə hüquqlarını kobud surətdə pozaraq qanunsuz olaraq tərtib etdiyi qərarla avtomobili üzərində həbs qoyulduğu, özgəninkiləşdirilməsinin qadağan olunduğu, lakin cərimə meydançasına yerləşdirilməsi barədə məhkəmə qərarı olmadığı halda avtomobilini qərəzli olaraq cərimə meydançasına yerləşdirmişdir. Beləliklədə icra məmuru qərəzli olaraq əmlaklarını, Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən 5 HA torpaq sahəsini və avtomobilini bu günə kimi qiymətləndirməyə təqdim etməmiş, qanunsuz hərəkətləri ilə qanunun tələblərini pozaraq məhkəmə qərarı olmadan avtomobilini cərimə meydançasında yerləşdirmiş və öz maraqlarını təmin etmək üçün təzyiq etməkdə davam edir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-96/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdehlər "xxxx" Firmasından və İddiaçı müştərək qaydada 100000 manat məbləğində əsas borc, 12182,76 manat məbləğində faiz borcu, 4000 manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 11 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 116593,76 manat məbləğində pul vəsaiti iddiaçı “Rabitəbank" ASC-nin xeyrinə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2024-cü il tarixində icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmişdir. Eyni zamanda borclu İddiaçı istifadəsində olan ********** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə "Elektron İcra” Sistemi vasitəsilə icraata başlamaq və könüllü icra müddəti barədə sms bildiriş göndərilmişdir. Bundan başqa icra sənədinin icrasını təmin etmək məqsədilə borclu ona verilmiş 10 gün könüllü icra müddəti ərzində icra sənədində qeyd edilən tələbi icra etmədiyi üçün müvafiq məcburi icra tədbirlərinin görülməsi üçün “Elektron İcra” Sistemində sorğu edilmiş və müəyyən edilmişdir ki, borclu İddiaçı məxsus VAZ 21063 minik markalı, ** FE *** dövlət qeydiyyat nişanlı, X4 LC 200 minik markalı, ** NH *** dövlət qeydiyyat nişanlı, Nissan Maxima minik markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobillər mövcuddur. Sözügedən icra işi ilə bağlı tələbkar “Rabitəbank" ASC şöbəyə xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məktublarla müraciət edərək borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişlər. Həmçinin onlar tərəfindən əldə edilmiş məlumata əsasən borclu İddiaçı tez-tez ölkəni tərk etməsini nəzərə alaraq, onun ölkədən getmək hüququnun məhdudlaşdırılması və adına Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 5.0 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, borclu İddiaçı məxsus VAZ 21063 minik markalı, ** FE *** dövlət qeydiyyat nişanlı, X4 LC 200 minik markalı, ** NH *** dövlət qeydiyyat nişanlı, Nissan Maxima minik markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobillərinin üzərlərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət olunması xahiş olunmuşdur. Bütün bunları, həmçinin borclu İddiaçı tərəfindən dəfələrlə məlumat verilməsinə baxmayaraq icra sənədinin icra etməməsini nəzərə alaraq, borclu İddiaçı mülkiyyətində olan VAZ 21063 minik markalı, ** FE *** dövlət qeydiyyat nişanlı, X4 LC 200 minik markalı, ** NH *** dövlət qeydiyyat nişanlı, Nissan Maxima minik markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərlərinə həbs qoyulması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Bundan başqa "Elektron İcra" İnformasiya sistemindən əldə olunmuş məlumata əsasən borclu İddiaçı məxsus olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcluya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsi barədə təqdimatla xx.xx.2024-cü il tarixində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Daha sonra borclu İddiaçı mülkiyyətində olan VAZ 21063 minik markalı, ** FE *** dövlət qeydiyyat nişanlı, X4 LC 200 minik markalı, ** NH *** dövlət qeydiyyat nişanlı, Nissan Maxima minik markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərlərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsi üçün təqdimatla xx.xx.2024-cü il tarixində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. İcra işinin materiallarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-76/2024 saylı, 27 mart 2024-cü il tarixli qərardadına əsasən borclu İddiaçı məxsus ** NH *** dövlət qeydiyyat nişanlı “X4 LC 200" minik markalı avtomobilin üzərinə həbs qoyulmuş və şikayət verilmədiyi üçün 27 mart 2024-cü il tarixində icra edilməsi üçün göndərilmişdir. Həmçinin, borclu İddiaçı xx.xx.2024-cü il tarixində şöbədə olmuş, ona icra sənədini icra etmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada barəsində məcburi icra tədbirlərinin görülməsinə dair məlumat verilərək izahat alınmışdır. İcra işinin materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)- 100/2024 saylı, 02 avqust 2024-cü il tarixli qərardadına əsasən borclu İddiaçı məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 5 ha kənd təsərrüfatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuş və şikayət verilmədiyi üçün 21 avqust 2024-cü il tarixində icra edilməsi üçün göndərilmişdir. Göründüyü kimi, borclu İddiaçı tərəfindən əmlaklarının üzərinə həbs qoyulması barədə məhkəmə qərardadlarından heç bir şikayət verilməmişdir. Baş Dövlət Yol Polis İdarəsinin şöbəyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ** NH *** dövlət qeydiyyat nişanlı “X4 LC 200” minik markalı avtomobil saxlanılaraq duracağa yerləşdirilmişdir. Bundan sonra ** NH *** dövlət qeydiyyat nişanlı "X4 LC 200” minik markalı avtomobilin qiymətləndirilməsi üçün mütəxəssisin dəvət edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Borclu İddiaçı xx.xx.2024cü il tarixində şöbəyə müraciət edərək ** NH *** dövlət qeydiyyat nişanlı "X4 LC 200" minik markalı avtomobilin cərimə meydançasından çıxarılması barədə köməklik göstərilməsini xahiş etmişdir. Lakin borclu "inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsi və dayandırılması, icra məmuru tərəfindən edilmiş qanunsuz icra hərəkətlərinin ləğv edilməsi, mübahisə predmeti olan **-NH-*** dövlət nömrə nişanlı avtomobilin cərimə meydançasından geri alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdeh tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə 50.000,00 (əlli min) manat kompensasiyanın cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi borclu ("icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən)) şikayət verilməsi" qanunvericilikdə göstərilən müddət ərzində şikayət verməmişdir və müddəti ötürmüşdür. İddiaçı cavabdeh Bakı Şəhəri Nəsimi rayon İcra Şöbəsinə qarşı “inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsi və dayandırılması, icra məmuru tərəfindən edilmiş qanunsuz icra hərəkətlərinin ləğv edilməsi, mübahisə predmeti olan **- NH-*** dövlət nömrə nişanlı avtomobilin cərimə meydançasından geri alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdeh tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə 50.000,00 (əlli min) manat kompensasiyanın cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli e-2-2(119)-96/2023 saylı qətnaməsinin icrası üçün verilmiş icra sənədi üzrə Nəsimi rayon icra şöbəsi tərəfindən başlanılmış icra icraatı zamanı iddiaçı üçün əlverişli hərəkətlərin edilməməsi və əlverişsiz hərəkətlərin edilməsinin qanunsuz hesab edilməsi və vurulmuş ziyana görə 50.000,00 manat kompensasiyanın cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsindən ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir - 29.1.Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. - 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Burada qanunverici tərəfindən inzibati iddia olmayan şikayət nəzərdə tutulmuşdur. Belə ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlməmişdir və onların inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədi üzrə icraatı zamanı məcburi hərəkəti etmədikdə və ya qanuna zidd hərəkətləri etdikdə, həmin hərəkətləri məhkəmə qərarının icrası ilə bağlı olduğundan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamıdır, bu halda icra vərəqi Bakı İnzibati Məhkəməsi tərəfindən verilmədiyi üçün icra məmurunun həmin hərəkətlərlə (hərəkətsizliklə) bağlı məsələyə inzibati mübahisə qaydasında Bakı İnzibati Məhkəməsində deyil, mülki işin davamı kimi şikayət formasında baxılmalıdır. İddia tələbinin digər hissəsində “cavabdeh tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə 50.000,00 (əlli min) manat kompensasiyanın cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi” məhkəmə aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. - 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. - 52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. - 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. - 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən, iddia tələbinin “50000 manat kompensasiyanın ödənilməsi” ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət edilməsinə dair sübut iddia ərizəsinə əlavə edilməmiş, işə baxılan zaman məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, “kompensassiyanın ödənilməsi” tələblə bağlı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət edilməsinə dair sübutun və ya cavabdehin imtina məktubununun təqdim edilməsi zəruri olması bildirilsə də, iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin qərarın 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.. Həmin Qərarın 5.2-ci bəndinə əsasən, bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. İddiaçı onun qanunla qorunun hüquqlarının cavabdeh tərəfindən pozulması nəticəsində maddi və mənəvi zərərin vurulması barədə halları iddia ərizəsində göstərməmiş və əsaslandırmamışdır. Belə olan halda “kompensasiya ödənilməsi” barədə iddia qaldırılması üçün iddiaçının subyektiv hüququ yaranmamışdır. Məhkəmə qeyd edir ki, subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Bu anlayış hüquq subyektinin hüquqi münasibətlərdə öz mülkiyyətinə, şəxsi azadlıqlarına, sərbəst fəaliyyətinə, həyatına və digər hüquqlarına sahib olması ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsi və dayandırılması, icra məmuru tərəfindən edilmiş qanunsuz icra hərəkətlərinin ləğv edilməsi, mübahisə predmeti olan **-NH-*** dövlət nömrə nişanlı avtomobilin cərimə meydançasından geri alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdeh tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə 50.000,00 (əlli min) manat kompensasiyanın cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4548/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4548/2025
10.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver