Məhkəmə qərarları › İş №2-1(112)-455/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-455/2024

12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-455/2024 12.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1936-cı il təvəllüdlüdür. İddiaçının xx.xx.1955-ci il tarixdən xx.xx.1960-cı il tarixədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1954-cü il tarixdən xx.xx.1955-ci il tarixədək, xx.xx.1960-cı il tarixdən xx.xx.1963-cü il tarixədək, xx.xx.1963-cü il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-ci l tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1991-ci il tarixdək xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrləri üzrə ümumilikdə 50 il 8 ay 23 gün sığorta stajı müəyyən edilərək xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xx.xx.1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı ilə iddiaçının xx.xx.2020-ci il tarixədək fərdi hesabı üzrə 8594,52 manat pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının məbləği 448,54 manatdan 514,57 manat hesablanmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı ilə iddiaçının xx.xx.2021-ci il tarixinədək 10064,75 manat pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının məbləği 514,57 manatdan 534,99 manat hesablanmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 26.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanmış pensiya məbləği 553,18 manatdan 554,50 manata çatdırılmışdır. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, xx.xx.1955-ci il tarixindən xx.xx.1960-cı il tarixinədək əyani təhsil aldığı dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 50 il 8 ay sığorta stajına və xx.xx.2013-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək (6 il və daha çox işləməyi ilə əlaqədar) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10157,04 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmış və xx.xx.2021-ci il tarixindən 536,27 manat müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən 365,07 manat, xx.xx.2022-ci il tarixindən 554,50 manat müəyyən olunub. Təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq orta aylıq əməkhaqqına əsasən hesablandığından və Qanuna edilmiş dəyişikliyə əsasən pensiyaların sığorta hissəsinin sığorta stajı əsasında yenidən hesablanması xx.xx.2011-ci il tarixindən sığorta stajına daxil edilmişdir. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hesablanmış pensiya məbləğinin yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək kitabçasına əsasən 17 noyabr 1954cü ildən 30 iyun 2008-ci ilə qədər fasiləsiz olaraq müxtəlif sahələrdə işləmişdir. 30 iyun 2008-ci ildən 12 avqust 2009-cu ilə qədər, yəni 1 il 2 ay 12 gün işləməmişdir. 12 avqust 2009-cu il tarixdən yenidən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Yəni cavabdehin qeyd etdiyi dövrdə, xx.xx.2011-ci il tarixdə onun sığorta stajı 50 il 8 ay 23 gün deyil, 55 il 6 ay 21 gün (50 il 8 ay 23 gün+4 il 9 ay 28 gün) olmalıdır. İş barədə bütün, qeydiyyatlar əmək kitabçasında qeyd edilibdir. Əmək kitabçasının surəti isə cavabdehə təqdim edilibdir. Yəni o dövrdə qüvvədə olan qanunvericiliyə əsasən, iş stajının hər ilinə 1.94 manat vəsait hesablanırdı. Cavabdeh isə bu hesablamanı aparmamışdır. O dövrdə onlar bəhanə edirdilər ki, guya əyani təhsil illəri ümumi staja daxil edilmir. Onu da bəhanə gətirirdilər ki, bu əmək kitabçasında qeyd edilməyibdir. Halbuki əmək kitabçasında qeyd edilib ki, İnstitutda təhsil almağa getdiyi üçün işdən azad edilir. Hal-hazırda da, onlar bunu hesablamaq istəmirlər. Diplomun surətini cavabdehə təqdim etsə də, əyani təhsil illərini sığorta stajına daxil etmədilər. Pensiya almaqla bərabər həm də işləyir, hər ay əmək haqqından qanunla nəzərdə tutulmuş vəsaitlər DSMF-yə ödənilir. Bütün bunlara baxmayaraq, cavabdeh mövcud qanunlara əməl etmək istəmir. Pensiya təyin edildikdən sonra o, 30 iyun 2008-ci ildən 12 avqust 2009-cu ilədək, yəni 14 ay 12 gün, həmçinin 3 dekabr 2012-ci ildən 18 sentyabr 2013-cü ilədək, yəni 9 ay 15 gün işləməyən pensiyaçı kateqoriyasına keçmişdir. Qanunvericiliyə əsasən yığılmış pensiya kapitalına uyğun pensiya yenidən hesablanmalı idi. Lakin cavabdeh qeyd edilən qanunun 37.3.1. maddəsinin tələblərini pozaraq hər iki halda pensiyanı yenidən hesablamamış və pensiyasının aylıq məbləği artırılmamışdır. Bundan əlavə, qeyd edildiyi kimi, 13 sentyabr 2013-cü il tarixdən hal-hazıradək işləyir, qanunvericiliyin tələblərinə əsasən onun pensiyası 2019-cu ilin oktyabr ayında yenidən hesablanmalı və 6 ildə yığılmış pensiya kapitalı 72-yə bölünərək, onun pensiyasına əlavə edilməli idi. Lakin cavabdeh bu dövrdə qanunvericiliyin bu tələbini də pozmuşdur. Pensiyanın hesablanması qanunvericiliyin tələbinə uyğun 72 aydan sonra yox, yalnız 92 aydan sonra (yəni xx.xx.2013-xx.xx.2021-ci il tarixdə) yenidən hesablanaraq pensiyaya əlavə edilmişdir. Cavabdehin ona ünvanlanan məktubundakı rəqəmlərə əsasən, keçən 6 il ərzində (xx.xx.2013- xx.xx.2019) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10157,04 manat pensiya kapitalı 72-yə bölünərək ayda 141,07 (10157,04:72) manat aylıq pensiya məbləğinə 2019-cu ilin oktyabr ayından daxil edilməli idi. Cavabdeh isə yığım kapitalını azaltması bir yana, bu hesablamanı yalnız 20 ay sonra, yəni 2021-ci ilin may ayında etməklə ona yalnız bu “əməliyyatla” 2821,40 (141,07x20) manat ziyan vurmuşdur. Qanunvericilikdə bu artımlar barədə pensiyaçının müraciəti tələb olunmur. Digər bir məsələ isə cavabdehin 26 aprel 2022-ci il tarixli **********2 nömrəli məktubunda ona özlərinin də etiraf etdiyi kimi, əvvəllər əskik ödənilmiş 380,26 manatın hələ də verilməməsidir. Bu vəsaitin də ödənilməsi təmin edilməlidir. Qeyd etdiyi faktlar onun əmək kitabçasında və aldığı aylıq pensiyaların ödənilmə cədvəllərində öz əksini tapır. Belə ki, 2008-ci ilin sentyabr 2012-ci ilin oktyabr və 2019-cu ilin oktyabr aylarında onun aylıq pensiyaları kəskin artırılmalı idi. Lakin belə artımlar baş verməmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində iddiaçı 1) xx.xx.2011-ci il tarixədək sığorta stajının yuxarıda sözügedən məktubda qeyd edilən 50 il 8 ay 23 gün deyil, 55 il 6 ay 21 gün (50 il 8 ay 23 gün+4 il 9 ay 28 gün təhsil müddəti) olduğunu; 2) xx.xx.2013-cü il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyini, 6 il sonra, yəni xx.xx.2019-cu il tarixdə pensiyanın yenidən hesablanmalı olduğunu (10157,04: 72=141,07), lakin cavabdeh tərəfindən həmin hesablanmanın 2021-ci ildə edildiyini bildirmiş, nəticədə ona 2821,40 manat (141,07x20) məbləğində ziyan vurulduğunu; 3) xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubda qeyd edilmiş 380,26 manat əskik ödənilmiş məbləğin ona ödənilmədiyini bildirmişdir. Belə ki, iddiaçıya xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xx.xx.1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq təyin olunmuş pensiya ödənişi davam etdirilir. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1955-ci il tarixdən xx.xx.1960-cı il tarixədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1954-cü il tarixdən xx.xx.1955-ci il tarixədək, xx.xx.1960-cı il tarixdən xx.xx.1963-cü il tarixədək, xx.xx.1963-cü il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrləri üzrə ümumilikdə 50 il 8 ay 23 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Belə ki, xx.xx.1955-ci il tarixdən xx.xx.1960-cı il tarixədək əyani təhsil dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 50 il 8 ay sığorta stajına və xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək (6 il və daha çox işləməyi ilə əlaqədar) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10157,04 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmışdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği xx.xx.2020-ci il tarixdən 365,07 manat, xx.xx.2021-ci il tarixdən 514,57 manat, xx.xx.2022-ci il tarixdən 554,50 manata çatdırılmışdır. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən -2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Maddənin məzmunundan göründüyü kimi təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablandığından və Qanuna edilmiş dəyişikliyə əsasən pensiyaların məbləği həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablandığından və Qanuna edilmiş dəyişikliyə əsasən pensiyaların sığorta hissəsinin sığorta stajı əsasında yenidən hesablanması xx.xx.2011-ci il tarixdən nəzərdə tutulduğundan əyani təhsil illəri xx.xx.2011-ci il tarixdən sığorta stajına daxil edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçının vəkili izahatında əlavə olaraq qeyd etdi ki, iddia tələbinə dəqiqləşmə veriblər. Əmək stajının düzgün hesablanmaması barədə cavabdehin mövqüyi ilə razıdırlar, lakin digər hissələrdə ekspert rəyi ilə də sübuta yetirilir ki, cavabdeh pensiya məbləğini düzgün hesablamamışdır. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2022-cü il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə əməl etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya xx.xx.1954-cü il tarixdən xx.xx.1955-ci il tarixədək, xx.xx.1960-cı il tarixdən xx.xx.1963-cü il tarixədək, xx.xx.1963cü il tarixdən xx.xx.1978-ci il tarixdək, xx.xx.1978-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-ci l tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1991-ci il tarixdək xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrləri üzrə ümumilikdə 50 il 8 ay 23 gün sığorta stajı müəyyən edilərək xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xx.xx.1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği xx.xx.2020-ci il tarixdən 365,07 manat, xx.xx.2021-ci il tarixdən 514,57 manat, xx.xx.2022-ci il tarixdən 554,50 manata çatdırılmışdır. İddiaçı əmək pensiyasının düzgün hesablanmadığını bildirərək, hazırkı iddianı qaldırmışdır. Cavabdeh iddiaçının tələbi ilə razılaşmayaraq bildirir ki, xx.xx.1955-ci il tarixdən xx.xx.1960-cı il tarixədək əyani təhsil dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 50 il 8 ay sığorta stajına və xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək (6 il və daha çox işləməyi ilə əlaqədar) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10157,04 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmışdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği xx.xx.2020-ci il tarixdən 365,07 manat, xx.xx.2021-ci il tarixdən 514,57 manat, xx.xx.2022-ci il tarixdən 554,50 manata çatdırılmışdır. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən -2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Maddənin məzmunundan göründüyü kimi təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablandığından və Qanuna edilmiş dəyişikliyə əsasən pensiyaların məbləği həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablandığından və Qanuna edilmiş dəyişikliyə əsasən pensiyaların sığorta hissəsinin sığorta stajı əsasında yenidən hesablanması xx.xx.2011-ci il tarixdən nəzərdə tutulduğundan əyani təhsil illəri xx.xx.2011-ci il tarixdən sığorta stajına daxil edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığotraolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.10 pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir ; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1- 1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 30 noyabr 2023-cü il tarixli 9/3521 №-li ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan (cild 1. Səh 156) 1-ci cədvəldən göründüyü kimi, xx.xx.2017-ci il tarixdə iddiaçının aylıq pensiya məbləği 279,46 manat təşkil edir. “Azərbaycan Beynəlxalq Bankı”nın 26 sentyabr 2022-ci il tarixdə verdiyi rəsmi arayışda xx.xx.2017-ci il tarixdə aylıq pensiya məbləğinin 265,29 manat olduğu qeyd edilir. İş materiallarında olan mütəxəssisin 2-ci cədvəlində xx.xx.2008-ci tarixdə işdən azad olunarkən SPK-ya əsasən hesablanması göstərilmişdir. 2008-ci ilin avqust ayında aylıq pensiya 67,89 manat olsa da, həmən ilin sentyabr ayında 87,02 manat olmuş, yəni 19,13 manat artırılmışdır. Ancaq bunu xx.xx.2012-ci il tarixə aid etmək olmaz. Belə ki, ABB-nin verdiyi arayışa əsasən 2012-ci ilin dekabr ayında aylıq pensiya məbləği 197,15 manat olmuş 2013-cü ilin yanvarında 197,15 manat olub, 2013-cü ilin mart ayında 212,94 manat təşkil etməsi göstərilmişdir. Yəni 15,79 manat artırılmışdır ki, indeksləşməyə əsasən olan artım olması müəyyən edilir. Çünki xx.xx.2009-xx.xx.2012- ci illər arasında şəxsi hesaba toplanan PK mütəxəssisin təqdim etdiyi 2-ci cədvəldə 2009-cu ildə 501,65-2010-cuildə 1341,19, 2011-ci ildə 1401,87.-2012-ci ildə 1340,56 manat təşkil edir. Bunları cəmləsək 4585,27 manat olur ki, bunun da 90%-i 4126,74 manat təşkil edir. 4126,74/104(144-40) = 39,68 yəni 2013-cü ilin yanvar ayında aylıq pensiya məbləği 197,15+39,68 (PK) + 15,79 (indeksləşmə) = 252,62 manat müəyyən edilir. Qanunvericilikdə pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, həmin dövr ərzində fərdi hesabda toplanan PK işdən çıxdığı tarixdən etibarən işlədiyi müddətin aylarının sayı qədər (yəni 40 ay) 104-ə bölməklə yenidən hesablanmalı idi (144-40=104). Yəni 2012-di ilin yanvar ayında pensiya aylıq məbləği 197,15 manat deyil, 252,62 manat olması müəyyən edilir. ABB-nin iş materiallarında olan arayışında 2013-cu ilin yanvar ayında 197,15 manat, fevralda 248,21 manat, martda 212,94 manat, apreldə 212,94 manat, mayda 212,94 manat pensiya ödənilməsi göstərilmişdir. Beləliklə, ayların hər birində 39,68 manat əskik pensiya məbləği hesablanması qeyd edilir (252,62 -212,94= 39,68). Mütəxəssisin təqdim etdiyi 3-cü cədvəldə pensiya məbləğini xx.xx.2017-ci il tarixdən yenidən hesablayaraq xx.xx.2013xx.xx.2017 illər arasında 3 il 3 ay SPK- na görə 51,88 manat artırılması göstərilmişdir. Qeyd edilir ki, göstərilən dövr 4 il, yəni 48 ay təşkil edir). Normativlərə uyğun hesablamaya əsasən fərdi hesabda illər üzrə PK xx.xx.2013- də 379,5 2014-də 1382,3, 2015-də 1626,59 2016-da 1825,15 və 2017-ci ildə 1644,13- 2018-də, 1429,19+026-2019-cı ilin 9 ayında 1218,69 manat təşkil edir. Bu altı ildə (xx.xx.2013-xx.xx.2019) PK-nı topladıqda, 9505,55 manat təşkil edər. Bununda 90%-i 8559,99 (9505x90%=8559,99) manatı/72-yə bölünür, 8559,99:72=118.81 manat 01.10.20.19-cu il tarixindən pensiyanın artırılmalı olan məbləği təşkil edir. Beləliklə, xx.xx.2019-cı il tarixdə aylıq pensiya məbləği 464,13 (345,32+118,81) manat təşkil edir. Həmin dövrdə aylıq pensiya məbləği 345,32 manat olaraq qalması müəyyən edilir. Mütəxəssis 3-cü cədvəldə həmçinin qeyd edir ki, xx.xx.2013- 01.05,2021-ci illərin SPK-na əsasən (bu ifadə həm də cavabdehin etirazında qeyd edilibdir) pensiya 139,79 manat artırılmışdır. Qanunvericilikdə 6 il tamam olanda, yəni 72 ayın tamamında pensiyalar yenidən hesablanır və SPK-nı 72-yə bölünərək pensiya məbləği artırılır və 72 ayda toplanmış SPK şəxsin fərdi hesabından azaldılır. Qeyd edilir ki, xx.xx.2013-xx.xx.2021-ci illərdə isə 92 ay mövcuddur. Halbuki qanunvericilikdə birmənalı qeyd edilir ki, 72 aydan artıq olmamaq şərti ilə PK azaldılaraq əmək pensiyası yenidən hesablanması göstərilmişdir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun hesablamalara əsasən, fərdi hesabda toplanmış PK-a əsasən pensiyanın aylıq məbləği xx.xx.2012-ci il (işləməyən pensiyaçı kateqoriyasına keçildiyi üçün) tarixdən 39,68 manat, xx.xx.2019-cu il (6 il tamamlandığına görə) 118,81 manat artırılması müəyyən edilir. İş materiallarında olan 3-cü cədvəldən göründüyü kimi 2021-ci ilin aprelində pensiya məbləği 448 manat olmuş, xx.xx.2021-ci ildə 514,57 manat təşkil etmişdir. Buradan da göründüyü kimi pensiyanın aylıq məbləğinin 66,03 manat artması müəyyən edilir. Təqdim edilmiş iş materiallarında olan sənədlərə və cədvəl məlumatlarına əsasən 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 423,29 manat, 2020-ci ilin yanvar-dekabr ayları üzrə 1976,64 manat az, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1467,20 manat az, 2022-ci ilin yanvar dekabr ayları üzrə 1079,33 manat az hesablanmaqla ümumilikdə 4946,46 manat pensiya məbləğinin az hesablanması müəyyən edilir. Məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alındıqda, iddiaçının xx.xx.2017-ci il tarixədək topladığı ümumi iş stajı əsasında pensiya kapitalı nə qədər təşkil edir və iddiaçının pensiya kapitalı nə qədər təşkil edir? (xx.xx.2006-cı il dövrədək və həmin dövrdən sonrakı dövrlər də daxil olmaqla hər il üzrə ayrı-ayrılıqda və hesablanma qaydası göstərilməklə)” sualları qoyulmuşdur. Bildirilir ki təqdim edilmiş iş materiallarında (cild 1. Səh 157-158) olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə İddiaçı illər üzrə pensiya kapitalının hesablaması öz əksini tapmışdır. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə və cədvəl məlumatlarına əsasən 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 423,29 manat, 2020-ci ilin yanvar-dekabr ayları üzrə 1976,64 manat az, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1467,20 manat az, 2022-ci ilin yanvar dekabr ayları üzrə 1079,33 manat az hesablanmaqla ümumilikdə 4946,46 manat pensiya məbləğinin az hesablanması müəyyən edilir. Aparılmış ekspertiza tədiqatının nəticəsində müəyyən edilmişdir ki, cavabdeh iddiaçının pensiyasını düzgün hesablamamışdır. Ona görə də, iddia tələbini pensiyanın yenidən hesablanması hissəsində əsaslıdır. İddiaçı tələbində həmçinin yenidən hesablanmış pensiya məbləğinin ödənilməsi də tələbini də irəli sürüb. İddiaçı sonuncu dəfə pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq əvvəlki müddət üçün alınmamış pensiya məbləği müraciət edilən tarixdən – xx.xx.2022-ci ildən əvvəlki üç illik dövr üçün ödənilməlidir. Belə ki, şəxs pensiyanın yenidən hesablanması ilə bağlı xx.xx.2022-ci il tarixində, yəni “Əmək pensiyalar haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı 1 yanvar 2019-cu il tarixindən sonra müraciət etdiyindən və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında da vurğulandığı kimi Qanunun 32.1-2ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən, bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği əvvəlki dövr üzrə üç illik müddət üçün ödənilməlidir. Həmçinin işdə müraciətin 1 yanvar 2019-cu il tarixinədək edilməməsinin şəxsin iradəsindən asılı olmayan hallara görə mümkün olmadığına dair sübutların olmadığı da nəzərə alınmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “...müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir”. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqeyə görə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının pensiyası yenidən hesablanmalı və yaranmış fərq məbləği xx.xx.2019-cu il tarixdən aylıq pensiya məbləğinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı yaşa görə təyin edilmiş əmək pensiyası yenidən hesablansın. Yaranmış fərq məbləğinin xx.xx.2019-cu il tarixdən hesablanmaqla aylıq pensiya məbləğinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar