Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4550/2020 13.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X26 qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X20, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinəqarşı X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “X7 adına verilmiş xx.xx.2006-cı il tarixli **********11 saylı şəhadətnamənin, xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışın və torpaq sahəsinin kadastr planının ləğv edilməsi, torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə” iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “X7 adına verilmiş xx.xx.2006-cı il tarixli **********11 saylı şəhadətnamənin, xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışın və torpaq sahəsinin kadastr planının ləğv edilməsi, torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmış, hazırlıq icraatının gedişində məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, Göradil kəndində yerləşən 0.12 ha. torpaq sahəsi 1886-cı ildən iddiaçının ailəsinin istifadəsindədir. Belə ki, 1886-cı ildə dövlət tərəfindən həmin torpaq sahəsi iddiaçının babası X1, sovet dövründə də həmin ərazi iddiaçının ailəsinin istifadəsində olmuş və Bakı şəhəri X12 xx.xx.1980-ci il tarixli 1588 saylı müqaviləsi ilə iddiaçının mərhum atası X14 verilmişdir. Sonra isə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 326 saylı sərəncamına əsasən iddiaçının mərhum anası X4 ararsında xx.xx.2006-cı il tarixli 11445 saylı müqavilə bağlanmışdır. Hal-hazırda da həmin bağ sahəsi iddiaçının faktiki istifadəsindədir. İddiaçı sözügedən bağ sahəsinin adına rəsmiləşdirilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin təmin olunmasından imtina edilmiş, əsas kimi göstərilən sahənin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdiyi və həmin sahənin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçdiyi göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası tamamilə əsassızdır. Belə ki, faktiki istifadəsində olan torpaq sahəsinə dair, həm icarə müqaviləsi, həm də, torpaq sahəsinin yerləşməsinə dair sxematik sənədi vardır. Bu torpaq sahəsinə dair digər şəxsə dövlət reyestrindən çıxarışın verilməsi isə cavabdeh orqanın səhvi səbəbindən baş vermişdir. Buna görə də cavabdeh orqan həm iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarını müəyyən etməli, həm də digər şəxsə ayrılmış torpaq sahəsinin koordinatlarını müəyyən etməklə hər iki şəxsə ayrılıqda dövlət reyestrindən çıxarış verməli idi. İddiaçıya görə məhkəmə tərəfindən işin bu halları araşdırılmalı və onun hüquqi sənədləri əsasında faktiki istifadədə olan torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış verilməlidir. xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, İddiaçı Məmmədsadiq oğlunun Binəqədi rayonu, Goradil kəndində yerləşən 1429 A saylı bağ sahəsinə dair X7 adına verilmiş xx.xx.2006-cı il tarixli **********11 saylı şəhadətnaməni, xx.xx.2007-ci il tarixli, ******* saylı dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin kadastrının ləğv edilməsi və onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı yalnız xx.xx.2006-cı il tarixli, **********11 saylı şəhadətnamənin və xx.xx.2007-ci il tarixli, ******* saylı dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin kadastrının ləğv edilməsi tələbi ilə xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və ona daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn mübahisələndirilə bilməsi, eləcə də, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməsi ilə bağlı **********58 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. İddiaçı Məmmədsadiq oğlunun iddia tələbinin ikinci hissəsi, yəni onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun dövlət reyestrindən çıxarışın verilməsi tələbi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Bundan əlavə, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1429 A saylı bağ sahəsi bağın icarəyə verilməsi haqqında 20597 nömrəli, xx.xx.2001-ci il tarixli müqavilə əsasında X7 adına qeydiyyata alınaraq ********* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarış verilmişdir. Nümayəndə izahatında qeyd etdiyi halların nəzərə alınaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi Vəkil xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş vəsatəti müdafiə edərək bildirdi ki, iddia mümkün sayılmamalıdır. Ona görə ki, iş materiallarından görünür ki, tərəflər arasında mülki məhkəmə icraatı qaydasında belə bir mübahisə mövcud olmuşdur. Müvafiq mübahisə üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Fərrux Qasımov) xx xxx 2019-cu il tarixli 2(001)-45/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə və X9 qarşı müqavilənin və şəhadətnamənin ləğv olunaraq qeydiyyatdan çıxarılması barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov və Azad İmanov) xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Binəqədi rayon məhkəməsinin iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi qismən - iddia ərizəsinin təmin edilməmiş “DƏDRX tərəfindən X9 verilmiş ******* saylı, xx.xx.2007-ci il tarixli çıxarışın, xx.xx.2006-cı il tarixli reyestr nömrəsi **********11 olan şəhadətnamənin ləğv edilməsi” hissədə ləğv edilmiş və həmin hissədə işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş, İddiaçı Məmmədsadiq oğluna aidiyyəti uzrə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov və Azad İmanov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilməmiş - “bağın icarəyə verilməsi haqqında 205097 saylı müqavilənin ləğv edilməsi” hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1403/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)- 10568/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda göstərilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, xx xxxxxxxx 1988-ci il tarixli, 11445 nömrəli müqaviləyə əsasən, Göradil massivində 1588 nömrəli, 0,25 hektar sahəli bağ sahəsi X15 icarəyə verilmişdir. xx xxxxxx 1990-cı il tarixli, 20597 nömrəli müqavilədən görünür ki, Göradil qəsəbəsində 0,12 hektarlıq 1429 a saylı bağ sahəsi xx xxxxxx 1990-cı ildən xx xxxxxx 2000-ci ilədək X9 icarəyə verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin xx xxxx 2016-cı il tarixli məktubundan görünür ki, Göradil qəsəbəsi, 1427 saylı bağ sahəsinin X7 mülkiyyətində olmasına dair məlumat idarənin arxivində aşkar olunmamışdır, iddiaçının göstərdiyi ərazi 1429a saylı bağ sahəsi kimi X7 adına xx xxxxxxxx 2007-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx xxxxxx 2018-ci il tarixli arxiv çıxarışından görünür ki, Bakı şəhəri X19 icraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli, 7/439 saylı qərarına əsasən, Göradil massivində 1429A saylı bağ sahəsi X9 icarəyə verilmişdir. xx xxxxxx 2001-ci il tarixi, 20597 nömrəli “bağın icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Göradil qəsəbəsində 0,12 ha ölçülü 1429a saylı bağ sahəsi 10 il müddətinə X9 icarəyə verilmişdir. Azərbaycan Respublikası DƏDRX-in MH seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1429a saylı bağ xx xxxxxxxx 2007-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır. DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin xx xxxxxx 2015-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2006-cı il tarixli, 326 nömrəli sərəncamına əsasən keçmiş X10 və istismarı Birliyi ilə X5 arasında Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0,12 hektardan ibarət 1427 saylı bağ sahəsinin icarəyə verilməsinə dair xx xxxxxx 2006-cı il tarixli, 11445 saylı müqavilə bağlanmışdır. DƏDRX-in xx xxxxxxxx 2017-ci il tarixli məktubundan görünür ki, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 1588 nömrəli bağ sahəsi xx.xx.1965-ci il tarixli, 11445 nömrəli müqavilə ilə X15 icarəyə verilmişdir. İcarədarın vəfatından sonra sözügedən bağ sahəsinə dair keçmiş X10 və istismarı Birliyi ilə X4 arasında xx.xx.1995-ci il tarixli 11445 nömrəli müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X6 inkişafı və istismarı Birliyinin xx xxxxxx 2006-cı il tarixli, 11445 saylı müqaviləsindən görünür ki, Göradil ərazisindəki 0,12 ha sahəli, 1427 nömrəli bağ sahəsi 10 il müddətinə X2 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər icra Hakimiyyəti Başçısı X6 inkişafı və istismarı Birliyinin xx xxxxx 2006-cı il tarixli, 11445 saylı müqaviləsindən görünür ki, Göradil ərazisindəki 0,25 ha sahəli, 1588/1427 nömrəli bağ sahəsi 10 il müddətinə X2 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2017-ci il tarixli 9138 nömrəli rəyi ilə müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsi Sabunçu inzibati Ərazi Vahidliyinin hüdudları daxilindədir. Faktiki sahəsi 0,15 hektar olan mübahisəli torpaq sahəsinin 0,12 hektarına X7 adına verilmiş xx xxxxxx 2006-cı il tarixli, **********000015 nömrəli “Torpaq sahəsinin Kadastr planı" və reyestr nömrəsi **********11 olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" verilmişdir. Mübahisəli torpaq sahəsi kateqoriya üzrə yaşayış məntəqələri torpaqlarına aiddir. "Kadastr və X18 Mərkəzi" MMC-nin arxiv və elektron bazasında 1427 saylı bağ sahəsinin harada yerləşməsi barədə məlumat olmadığına görə onun sərhədlərini və qonşuluğunda olan torpaq sahələrini, eləcə də həmin torpaq sahəsinin zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Faktiki sahəsi 0,15 hektar olan mübahisəli torpaq sahəsinin 0,12 hektarına X7 adına verilmiş xx xxxxxx 2006-cı il tarixli “Torpaq sahəsinin Kadastr planı" və çıxarışın 1429a saylı bağ sahəsinin əsasında verildiyi müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 12767 saylı rəyi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş **********56 saylı, xx xxxxxxx 2018-ci il tarixli rəyə əsasən 1429A saylı bağın sərhədləri şimaldan 1428-1428A, cənubdan 1430-1430A saylı bağlarla qonşu olaraq keçməlidir. Kooordinatları verilmiş sahənin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı əsasında X8 adına 1429a saylı bağ sahəsi kimi qeydiyyata alındığı, şimaldan 1427a və 1428a saylı, cənubdan 1430 və 1431 saylı bağlarla qonşu olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, 1427 saylı bağın sərhədləri şimaldan 1426-1426A, cənubdar 1428-1428A saylı bağlarla qonşu olaraq keçməlidir. Mütəxəssis rəyinə əsasən, ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığı üçün sözügedən bağ sahələrinin sərhədlərinin mövcud olmasını və bir-biri ilə qonşuluqda yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığı üçün və o, cümlədən mülki iş materiallarında olan sxemə əsasən 1427 saylı bağ sahəsinin naturada yerini müəyyən etmək mümkün olmadığından, tədqiq olunan bağ sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu tarixli 33951 saylı rəyində göstərilmişdir ki, ‘Hüquq və Torpaq Məsələləri" MMCnin mütəxəssisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 20 saylı mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X6 inkişafı və istismarı birliyi ilə X13 arasında bağlanmış xx xxxxxx 2001-ci il tarixli, 20597 nömrəli müqaviləyə əsasən X9 Goradil qəsəbəsində ayrılmış 0,12 hektar sahəsi olan 1429A saylı bağ sahəsinin sərhədlərinin plan ölçü sənədinə və iş materiallarının 204-cü səhifəsində olan, Bağlar Təsərrüfatı inkişafı və İstismarı Birliyi tərəfindən tərtib edilmiş sxemə əsasən mübahisəli torpaq sahəsinin sənədlərinə uyğun olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının BağlarTəsərrüfatının inkişafı və istismarı Birliyi və X4 arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 11445 nömrəli müqavilə ilə X3 Goradil qəsəbəsində ayrılmış 0,12 hektar sahəsi olan 1427 saylı bağ sahəsinin sxeminə ayrıc aktı əlavə edilmədiyindən, ayrılmış torpaq sahəsinin hər-hansı tərpənməz nöqtəyə bağlılığı qeyd edilmədiyindən, həmin torpaq sahəsinin sərhədlərinin haradan keçməsini müəyyən etmək mümkün olmadı. xx xxxxxx 2019-cu il tarixli 20 saylı mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq, Goradil qəsəbəsi ərazisində yerləşən bağ sahələrinin sxeminə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X6 inkişafı və istismarı birliyi ilə X13 arasında bağlanmış xx xxxxxx 2001-ci il tarixli 20597 nömrəli müqaviləyə əsasən X9 Goradil qəsəbəsində ayrılmış 0,12 hektar sahəsi olan 1429A saylı bağ sahəsi ilə Bakı şəhəri icra Hakimiyyəti Başçısı X6 inkişafı və istismar birliyi ilə X4 arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 11445 nömrəli müqaviləyə əsasən X4 arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 11445 nömrəli müqaviləyə əsasən X3 Goradil qəsəbəsində ayrılmış 0,12 hektar sahəsi olan 1427 saylı bağ sahəsinin ümumi sərhədlərinin mövcud olmadığı və həmin torpaq sahələrinin qonşuluqda yerləşmədiyi müəyyən edilir. Mütəxəssis rəyində göstərilənlərə əsasən, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X6 inkişafı və istismarı birliyi ilə X4 arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 11445 nömrəli 0,12 hektar sahəsi olan 1427 saylı bağ sahəsinin sxeminə ayrıc aktı və ayrılmış torpaq sahəsinin hər-hansı bir tərpənməz nöqtəyə bağlılığı olmadığından və bununla əlaqədar 1427 saylı bağ sahəsinin konkret olaraq harada yerləşdiyi müəyyən olunmadığından həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 1429a saylı bağ sahəsinə X7 adına tərtib olunmuş **********3000015 nömrəli Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2006-cı il tarixdə 621 nömrə ilə uçota alınmış Torpaq sahəsinin Kadastrı planında göstərilən koordinatlarla üst-üstə düşmədiyi müəyyən edilir. İcarə müqaviləsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur, çünki cavabdehlə bağlanmış icarə müqaviləsi onun hüquqlarına toxunmur. Əksinə, iş materiallarında olan xx.xx.1990-cı il tarixli aktdan görünür ki, Goradil qəsəbəsində 0.12 ha. sahəsi olan 1429a saylı bağ sahəsini uzun müddətdir X7 istifadə etməsi barədə tərtib olunmuş aktı təsdiq edənlərdən biri də 1427 saylı bağ sahəsinin icarədarı Məmmədsadıq Əliyev olmuşdur. Yəni, cavabdehin qonşuluqda bağ sahəsinin olmasını iddiaçının mərhum atası da təsdiq etmişdir. Bundan başqa, o da nəzərə alınmalıdır ki, 1429a saylı bağ sahəsi cavabdehin icarəsinə Bakı şəhəri X19 icraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli 7/439 saylı qərarı əsasında verilmişdir və həmin qərar qüvvədə ola-ola onun əsasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi mümkün deyildir. Həmçinin, nəzərə almaq lazımdır ki, xx xxxxxx 1990-cı il tarixli 7/439 saylı qərar əsasında cavabdehə Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2006-cı il tarixdə 621 nömrə ilə uçota alınmış Torpaq sahəsinin Kadastrı planı işlənilib verilmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, (Goradil kəndində yerləşən 1429a saylı bağ sahəsinə dair X7 adına verilmiş xx.xx.2006-cı il tarixli, **********11 saylı şəhadətnamənin xx.xx.2007-ci il tarixli, ******* saylı dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin kadastrının lağv edilməsi tələbi ilə bağlı mübahisə predmeti olan və Süleyman İsmayılovun xüsusi mülkiyyətində olan torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti olmadığından onun belə bir iddia qaldırması üçün subyektiv hüququ mövcud deyildir. İddiaçı tərəfin iddia etdiyi faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun dövlət reyestrindən çıxarışın verilməsi tələbi ilə bağlı isə qeyd edilməlidir ki, işə mülki məhkəmə icraatında baxılan zaman müəyyən olunmuşdur ki, iddiaçı onun bağ sahəsinin olmasını iddia etsə də, belə bir bağ sahəsi naturada mövcud deyil. Bu əsasdan naturada mövcud olmayan bir torpaq sahəsinə çıxarışın verilməsi barədə qaldırılmış iddia mümkün sayıla bilməz. Nümayəndə izahatında qeyd etdiyi halların və müvafiq məhkəmə qərarları ilə öz təsdiqini tapmış halların nəzərə alınaraq iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Təyin edilmiş məhkəmə iclasında iddiaçı tərəf iştirak etmədiyinə görə, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüquq sahibi kimi qəbul edə bilmək üçün subyektiv hüququnun mövcudluğunu təsdiq edən halların mövcud olması zəruridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 1403/2020 saylı qərarı ilə müəyyən edilmişdir ki, icarə müqaviləsi ilə bağlı müqavilənin ləğv edilməsinə dair iddia qaldırmaq üçün iddiaçının subyektiv hüququ yoxdur, çünki cavabdehlə bağlanmış icarə müqaviləsi onun hüquqlarına toxunmur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı üçüncü şəxs X13 ilə bağlanmış xx xxxxxx 1990-cı il tarixli, 20597 nömrəli müqavilənin ləğv edilməsinə dair iddiası mülki məhkəmə icraatı qaydasında müvafiq iddianı qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə apelyasiya instansiyası məhkəməsinin qərarı ilə rədd edildiyindən, həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarla dəyişdirilmədən saxlanıldığından, hazırkı iş üzrə də, inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilən X7 adına verilmiş xx.xx.2006-cı il tarixli **********11 saylı şəhadətnamə, MH seriyalı, ******* saylı çıxarış və **********3000015 saylı torpaq sahəsinin kadastr planı da eyni, yəni Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1429a saylı bağ torpaq sahəsinə aid olduğundan həmin aktların mübahisələndirilməsinə dair iddia da mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə, xüsusilə, o halı qeyd etməyi zəruri hesab edir ki, iddianın müvafiq aktların mübahisələndirilməsinə dair hissədə mümkün sayılmamasının əsaslarından biri 11445 saylı, xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əsasən iddiaçının mərhum anası X2 istifadəsində olmuş 1427 saylı bağ sahəsinin üçüncü şəxs X7 adına qeydiyyata alınmış bağ torpaq sahəsinə heç bir aidiyyətinin olmamasından ibarətdir. Yuxarıda göstərilənlərdən başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X6 inkişafı və istismarı Birliyinin xx xxxxxx 2006-cı il tarixli, 11445 saylı müqaviləsindən görünür ki, Göradil ərazisindəki 0,12 ha sahəli, 1427 nömrəli bağ sahəsi 10 il müddətinə iddiaçının mərhum anası X2 istifadəsinə verilmişdir. Hazırkı iş üzrə isə məhkəməyədək müvafiq inzibati orqana və məhkəməyə müraciət mərhum X2 oğlu, İddiaçı tərəfindən edilmiş, lakin iddiaçı mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etməyə əsas verən hüquqi varisliyi təsdiq edən sənədi (vərəsəlik hüququ haqqında şəhadətnamə və s.) məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması qənaətinə gəldiyindən iddiaçı tərəfə izah edilir ki, iddia edilən bağ torpaq sahəsinin naturada yerinin və koordinatlarının müəyyən edilməsi, bununla bağlı müvafiq sənədləşmə işlərinin aparılması və işin hallarından asılı olaraq bağ sahəsinə dair hüquqların ölən şəxsə məxsus olması barədə arayışın verilməsi barədə qeydiyyat orqanına müraciət etməli, xahişi təmin edilməyəcəyi təqdirdə isə həmin orqana qarşı məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; 3.0.24. tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək; 3.0.29. vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; 3.0.30. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması sahəsində funksiyaların icrası və aidiyyəti üzrə əlaqələndirilməklə, məkan məlumatları infrastrukturunun formalaşdırılmasında iştirak etmək; 3.0.31. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4-cü bəndində Xidmətə hüquq verilmişdir ki, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) ala bilər, müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edə bilər (Əsasnamənin 4.0.1. və 4.0.5. bəndləri). Məhkəmə onu da qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. Hakim: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4550/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4550/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver