Məhkəmə qərarları › İş №2-1(112)-4552/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4552/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4552/2024 14.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə X4 və onun azyaşlı qızı X5 faktiki sahiblik etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, ev 17 ünvanındakı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ:

1. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə X4 və onun azyaşlı qızı X5 faktiki sahiblik etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, ev 17 ünvanındakı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının faktiki yaşadığı və qeydiyyatda olduğu ünvan 1rdi yaşayış evinə rəhmətlik X1 ailə həyatı qurduqdan sonra yaşadığı və faktiki olaraq sahiblik etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, ev 17 ünvana nikah bağladığı X7 və onun azyaşlı qızı X8 qeydiyyata aldırmışdır. X1 ilə X4 nikahı xx.xx.2020-ci il tarixdən pozulmuşdur. Həmin tarixdən etibarən 3-cü şəxs X12 və onun azyaşlı övladı X13 qeyd edilən ünvanda- ünvan 1rdi yaşayış evində yaşamırlar. 3-cü şəxs X12 və onun azyaşlı övladı X2 Jalə Bəhmən qızına məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Səlyan şossesi, dalan 2 ünvanda yaşayırlar. X1 xx.xx.2021-ci il tarixdə bədxassəli şiş xəstəliyi səbəbindən vəfat etmişdir. Faktiki sahiblik etdiyi fərdi yaşayış evinə razılığa əsasən qeydiyyata alınmış 3-cü şəxs X4 və onun azyaşlı övladı X5 ünvan 1rdi yaşayış evindən qeydiyyatdan çıxarılması labüdlüyü yaranmışdır. Qeyd edilən şəxslərin X4 və onun azyaşlı qızı X5 faktiki sahiblik etdiyi ünvan 1rdi yaşayış evindən qeydiyyatdan çıxarılması məqsədilə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinə etdiyi müraciət xx.xx.2023-cü il tarixli 3-13-46/2-İ- 38604/11/23 saylı məktubla imtina ilə nəticələnib. X4 və onun azyaşlı qızı X5 faktiki sahiblik etdiyi ünvan 1rdi yaşayış evindən qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilməsi məsləhət görülmüşdür. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

-1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır.

6. Göründüyü kimi, iddiaçının tələbi - “Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə X4 və onun azyaşlı qızı X5 faktiki sahiblik etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, ev 17 ünvanındakı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi vəzifəsinin qoyulması”ndan ibarətdir.

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının adlarını göstərməklə qeydiyyatdan çıxarılmasını tələb etdiyi ünvana dair mülkiyyət, istifadə və ya icarə hüquqununa dair müvafiq sənədlər mövcud deyil. Buna görə də cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə X4 və onun azyaşlı qızı X5 faktiki sahiblik etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, ev 17 ünvanındakı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi vəzifəsinin qoyulması” barədə iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5cıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar