Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4553/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, peşəsi qaynaqçı), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı “iddiaçının 13 il işlədiyi müddəti ümumi iş stajına daxil edilməklə ona təyin edilmiş sosial müavinat kateqoriyasından yaşa görə əmək pensiyası təyin edilməsi, yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən yenidən hesablanması və bu yeni hesablamaya görə xx.xx.2021-ci il tarixdən fərqin ödənilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq iddiaçının 13 il işlədiyi müddəti ümumi iş stajına daxil edilməklə ona təyin edilmiş sosial müavinat kateqoriyasından yaşa görə əmək pensiyası təyin edilməsi, yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən yenidən hesablanması və bu yeni hesablamaya görə xx.xx.2021ci il tarixdən fərqin ödənilməsi edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.2021-ci il tarixində 65 yaşı tamam olduğundan, yaşa görə əmək pensiyası almaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Dövlət Sosial Müdafı Fondu tərəfindən ona sosial müavinat təyin edilmiş, səbəbi 25 il əmək stajının olmaması ilə əlaqələndirilməsidir. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsi zamanı əmək kitabçasında onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmamışdır. Belə ki, xx.xx.1973-cü il tarixdən xx.xx.2008-ci il tarixə kimi işləmişdir. Əmək stajı 35 il təşkil edir. Mövcud qanunvericiliyə əsasən 2006-cı il tarixə kimi götürüldüyündən 33 il əmək stajı təşkil edir. Lakin cavabdeh onun 13 il işlədiyi müddəti ümumi iş stajına daxil etməmişdir. O, cavabdehə müraciət edərək 13 il müddətin ümumi iş stajına daxil etməsini xahiş etmişdir. 16 avqust 2021-ci il tarixdə cavabdeh ərizə ilə əlaqədar imtinaedici inzibati akt qəbul etmiş, imtinaedici aktını onunla əsaslandırmışdır ki, ümumi stajı 20 il 2 ay təşkil edir və qalan işlədiyi illər əmək haqqı cədvəlində onun adına rast gəlinməmiş və xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mövcud qanunvericiliyə görə xx.xx.2006-cı il tarixdən 1 ay da stajı olması dövlət tərəfindən 25 il staj aministiyası verilir. Yəni faktiki 2006-cı il tarixdən 1 ay stajı olması mövcud qanunvericiliklə 25 il staj toplayır. Belə ki, onun müvafiq əmək stajı qanuni sənədlər əsasında təsdiq edilir və həmin sənədlərin mötəbərliyi mübahisəsizdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. İddiaçı göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı əsasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası iki şərtdən biri mövcud olduqda: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı qanunla tələb olunan müddətdən (25 ildən) azdır. İddiaçıya məxsus xx.xx.1973-cü il tarixdə tərtib edilmiş əmək kitabçasında qeyd edilmiş xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. İşin mübahisələndirilən halı iddiaçının xx.xx.1985 - xx.xx.2008-ci illərdə "xxxx" ASC-də işlədiyi dövrlərdir. İddiaçının təqdim etdiyi xx.xx.1973-cü il tarixində tərtib edilmiş əmək kitabçasına və hərbi biletin surətinə əsasən onun ümumi sosial sığorta stajı 20 il 02 ay olmaqla qanunla tələb olunan müddətdən azdır və fərdi hesabın sığorta hisssində qeydə alınmış 15.217 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manat) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA- 02824-2021 nömrəli məktubuna əsasən xx.xx.1985-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" ASC-də olan əmək fəaliyyəti dövrünün əmr kitabları və əməkhaqqı cədvəlləri əsasında araşdırılması zamanı 1990-cı ilin 2-ci ayında, 1994-cü ilin 5-9-cu aylarında, 1995-ci ilin 2-6, 9-12-ci aylarında və 1996-cı ildən 2008-ci ilədək olan dövrlərdə əməkhaqqı cədvəllərində iddiaçının adına rast gəlinməmişdir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi X4 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərə alaraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1956-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli imtina məktubuna əsasən təqdim olunmuş xx.xx.1973-cü il tarixində tərtib edilmiş əmək kitabçasına və hərbi biletinin surətinə əsasən iddiaçının ümumi sığorta stajı 20 il 2 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır və fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15.217 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli № BA-02824-2021 saylı məktubuna əsasən xx.xx.1985-ci il tarixindən 0110.2008-ci il tarixinədək “Bakı-Qazan Mexaniki" ASC-dəki əmək fəaliyyəti dövrü əmr kitabları və əməkhaqqı cədvəlləri əsasında araşdırılması zamanı 1990-cı il tarixinin İİ ayında, 1994-cü il tarixinin V-İX aylarında, 1995ci il tarixinin ll-Vİ, İX-Xİİ aylarında və 1996-cı il tarixindən 2008-ci il tarixinədək il ərzində əməkhaqqı cədvəllərində onun adına rast gəlinməmişdir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçının əmək kitabçasının surətinə əsasən, o, xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək ŞTPM № 44 təhsil almış, 1 №-li X5 Ordeni trestinin 12 №-li Tİ-də xx.xx.1973-ci ildən 3-cü dərəcəli elektrik qaynaqçısı kimi işləmiş, xx.xx.1974-cü ildən təsərrüfat hesablı kiçik mexanikləşdirmə sahəsinə keçirilmiş, həmin ildən xx.xx.1974-cü ilə qədər 3-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilə qədər dəstədə fəhlə kimi işləmiş, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər MTTK trestinin Qafan bazasının k/tikintisində fəhlə, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Qubadlı THİ uzaqdan ödənişlə 5-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər qaynaqçı, xx.xx.1981-ci ildən xx.xx.1985-ci ilə qədər 5-ci dərəcəli qaynaqçı, Bakı Qazan Mexaniki zavodu “İstilik enerji avadanlıqları” trestində xx.xx.1985-ci ildən qazan-yardımçı avadanlıqlar sexinə 4-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1986-cı ildən 2-ci stropçu, xx.xx.1986-cı ildən 2-ci dərəcə təhkim edilməklə 2-ci stropçu, xx.xx.1988-ci ildən QYAS avtomatlaşdırılmış və yarımavtomatlaşdırılmış maşınlarda 4-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1996-cı ildən QKA və BKS 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində işləmiş, xx.xx.2000-ci ildə 254 nömrəli sərəncam ilə “Bakı Qazan-Mexaniki” zavodunun bazasında “Bakı Qazan-Mexaniki” Açıq tipli Səhmdar Cəmiyyəti yaradılmış, xx.xx.2004-cü ildən xx.xx.2008-ci ilə qədər istehsal sexində 5-ci dərəcəli əl qaynaqçısı peşəsində işləmişdir. Dövlət Arxivinin Bakı Filialının 23 iyun 2021-ci il tarixli arxiv arayışına əsasən, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Qazan Mexaniki ATSC-nin arxiv sənədlərinin şəxsi vərəqələrində xx.xx.1956-cı ii təvəllüdlü vət. X1 xx.xx.1985-ci il tarixli 62\p saylı əmrlə xx.xx.1866-d il tarixdən ÇKVO sexinə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul olunması, xx.xx.2008-ci il tarixli, 10 saylı əmrlə müəssisəsinin ləğv edilməsi ilə əlaqədar olaraq xx.xx.2008-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi, 1989,1990, 1991, 1992, 1993, 1994 və 1995-ci illərə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlara əsasən X3 1990-cı ilin fevral ayı, 1994-cü ilin may, iyun, iyul, avqust, sentyabr ayları, 1995-ci ilin fevral, mart, aprel, may, iyun, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün oğluna əmək haqqı hesablanmamışdır. Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Qazan Mexaniki ATSC-nin 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002, 2003, 2004, 2005, 2006, 2007 vs 2008-ci illərə dair əmək haqqı cədvəllərində vət.X3 əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. 3 saylı DOST Mərkəzinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya “Sosial müavinətlər haqqında” AR Qanununun 4.0.1.2-ci maddəsinə uyğun olaraq 130 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun həmin fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvnladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən 2022-ci il 18 oktyabr tarixli **********3 nömrəli xidməti məktubla ünvanlanmış məsələ ilə bağlı bildirilir ki, Nazirliyin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin (MEİS) “Sığorta (Monitorinq)” altsisteminin “Sığortaolunanların reyestri” bölməsindən əldə edilən məlumatlara əsasən İddiaçı (FİN: xxxxxxx) 2019-cu il 31 mart tarixində **********093 sosial sığorta nömrəsi ilə sığortaolunan kimi uçota alınmışdır. MEİS-in “Sığorta (Hesabat)” altsistemində fərdi sahibkar (sığortaedən) İddiaçı (SUN: **********1) tərəfindən 2019-cu ilin ll-lll rübləri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən minimum əmək haqqına nisbətdə müəyyən edilmiş faizlə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar fərdi şəxsi hesabında əks olunmuşdur. Sığortaedən İddiaçı tərəfindən 2019-cu ilin İV rübü üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada hesabat əvəzinə fəaliyyətin olmaması barədə “Arayış hesabafı təqdim edildiyindən hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar fərdi şəxsi hesabında əks olunmamışdır. MEİS-in “Sığorta (Hesabat)” altsistemindən əldə olunan məlumatlara əsasən hər hansı sığortaedən tərəfindən vətəndaşın xeyrinə xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmamışdır. İZ ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 19 may 1975-ci ildən 18 may 1977-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Məhkəmə təqdim edilmiş sənədləri tədqiq etdikdən sonra müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1956-ci il təvəllüdlüdür, cavabdehə müraciət edərək 25 ildən artıq sığorta stajının olması və qanunvericilikdə nəzərdə tutulmuş yaşa çatması əsası ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edildiyi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2.yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; 21.2.5.işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7.zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla); “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati işin materiallarından görünür ki, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq iddiaçının təqdim etdiyi əmək kitabçası ilə kifayətlənməyərək iddiaçının əmək stajı və sığorta kapitalı ilə bağlı araşdırma aparmış, sorğular göndərmiş və həmin sorğulara cavablar almışdır. Qeyd edilən cavablar və araşdırmalar əsasında iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il əmək stajına və ya tələb olunan sığorta kapitalına malik olmaması nəticəsinə gəlmişdir. Məhkəmə "xxxx" ATSC-də xx.xx.1985-ci ildən xx.xx.2008-ci ilədək müddətin müvafiq aylarının sığorta stajına daxil edilməsinin mümkün olmaması barədə cavabdehin mövqeyini əsaslı hesab edir. Belə ki, iddiaçının həmin illərdə işləməsi əmək kitabçasında göstərilsə də, Dövlət Arxivində saxlanılan Bakı Qazan Mexaniki ATSC-nin tərtib etdiyi əmək haqqı cədvəlləri əsasında iddiaçının 1996-cı ildən 2008-ci ilədək olan dövrlərdə əmək haqqı almaması müəyyən edilmişdir. Belə olan halda cavabdeh düzgün olaraq iddiaçının sosial sığorta stajının 25 ildən az olması nəticəsinə gəlmişdir. Belə ki, iddiaçının 1996-ci ildən xx.xx.2008-cı ilə qədər əmək haqqı almağı, müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları ödəməyi təsdiqlənmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında əsasnamənin 3-cü bəndinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, əmək pensiyası məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə aylıq pul ödənişidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 853/2020 nömrəli inzibati iş üzrə qəbul etdiyi xx.xx.2020-cı il tarixli qərarında əks olunmuş mövqeyinə əsasən də qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Azərbaycan Respublikasının İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə iş materiallarını tədqiq edərək, iş üzrə toplanılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təmin edilməsindən imtinası əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddiaçının 13 il işlədiyi müddəti ümumi iş stajına daxil edilməklə ona təyin edilmiş sosial müavinat kateqoriyasından yaşa görə əmək pensiyası təyin edilməsi, yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən yenidən hesablanması və bu yeni hesablamaya görə xx.xx.2021ci il tarixdən fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İPM-nin 2,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4553/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4553/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver