Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4553/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xəstəliyinə görə əlilliyin təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının əlillik vəziyyəti xx.xx.2015-ci il tarixli göndəriş əsasında qiymətləndirilmiş və "Serebral ateroskleroz. Dissirkulyator ensefalopatiya, tez-tez təkrarlanan vegeto-damar paroksizmlərlə. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin, L4-L5 fəqərəarası diskin protruziyası. Durğunluq ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Hipertoniya tip2. Fon retinopatiyaları və retinal damar dəyişikləri. Torlu qişanın angiopatiyası" diaqnozu ilə ona bir il müddətinə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti xx.xx.2016-cı il tarixdə təkrar qiymətləndirilmiş və "Serebral ateroskleroz. Dissirkulyator ensefalopatiya, tez-tez təkrarlanan vegeto-damar paroksizmlərlə. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin, L4-L5 fəqərəarası diskin protruziyası. Durğunluq ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Hipertoniya tip2. Fon retinopatiyaları və retinal damar dəyişikləri. Torlu qişanın angiopatiyası"diaqnozu ilə, "ümumi xəstəlik " səbəbi ilə ona beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçıya ilkin və sonradan təyin edilmiş əlilliklə bağlı diaqnozda hər hansı dəyişiklik olmamış, iddiaçıya davamlı olaraq eyni diaqnozla əlillik təyin edilmişdir. İddiaçı əlillik müddəti bitdikdən sonra müxtəlif vaxtlarda tibb müəssisələrində stasinoar və ambulator şəraitdə müalicələr almışdır. İddia ərizəsinə qoşulmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator kitabçadan çıxarışla müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi "X4" X5 müalicədə olmuş, diaqnostik müayinələrdən keçərək ona, "fəqərəarası disklərin, fəqərə cismlərinin degenativ dəyişiklikləri, Şmorl düyünləri və protruziyaları. C4-C5 fəqərəarası diskin arxa median, ostoefitləşmiş yırtığı, onurğa beyninin minimal sıxılması, C4-C7 səviyyələrində Tarlov kistaları L4-L5-səviyyədə stabilliyin pozulması, L4-fəqərəsinin ön listezi, L5-Sl fəqərəarası diskin arxa median sol paramedian yırtığı, duran kisənin və sol lateral sinir kökcüyünün minimal sızılması. Tetered cord. Diastematomiyeliya" diaqnozu qoyulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahiyyə Xəsrtəxanası X7in xx.xx.2023-cü il tarixli müayinə ptorokoluna əsasən, orada müayinə olunduğu və həmin tibb müəssisəsinin ambulator kitabçasından çıxarışdan göründüyü kimi, iddiaçı göndəriş əsasında həmin müəsisədə mülaciə almış və ona Tetered cord. Diastematomiyeliya" diaqnozu qoyulmuşdur. "Tetered cord. Diastematomiyeliya" əlilliyə əsas verən xəstəlikdir. Yəni, Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi “X4” X6 müalicə üçün tələb etdiyi müddətə iddiaçı tərəfindən tam əməl olunmuşdur. Bundan sonra həmin səhiyyə müəssisələri tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün TSEK-ə sənədlər verilmişdir. İddiaçıda ona əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin, iddiaçıya 07 noyabr 2023-cü il tarixdə göndərilən sms məlumatlarda, ona əlilliyin təyinatından imtina edilmişdir. Əlillik dərəcəsinin təyin edilməsindən imtinanın səbəbi kimi, əlavə müalicəyə ehtiyacının olması göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdeh əlilliyin təyin edilməsi üçün etdiyi müraciətinə imtina verməkdə haqlı olmamışdır. Onun xəstəliyi nəzərə alınaraq, qoyulmuş diaqnozlar əsasında ona əlillik təyin edilməlidir. Qeyd edilməlidir ki, iddiaçının əvəllər ikinci qrup əlil olması və hal-hazırda da müvafiq müalicə alaraq əlillik dərəcəsinin təyin edilməsinə əsas verən xəstəliyinin olması işin mübahisələndirilməyən hallarıdır. İddiaçının əsas diaqnozunun "fəqərəarası disklərin, fəqərə cismlərinin degenativ dəyişiklikləri, Şmorl düyünləri və protruziyaları. C4-C5 fəqərəarası diskin arxa median, ostoefitləşmiş yırtığı, onurğa beyninin minimal sıxılması, C4-C7 səviyyələrində Tarlov kistaları L4-L5-səviyyədə stabilliyin pozulması, L4-fəqərəsinin ön listezi,L5-Sl fəqərəarası diskin arxa median sol paramedian yırtığı, duran kisənin və sol lateral sinir kökcüyünün minimal sızılması. Tetered cord. Diastematomiyeliya" "olmasına dair Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi "X4" X6 arayışının olduğu və müvafiq səhiyyə müəssisəsi tərəfindən F-88 Tibbi Sosial Ekspert Komissiyasına göndərildiyi halda, əlavə müalicəyə ehtiyacının olması səbəbindən iddiaçıya əlillik təyin edilməməsi qanuna ziddir və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdehin əlavə müalicəyə ehtiyacının olması halının mövcudluğu, özü-özlüyündə qanunvericilikdə hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməməlidir və onun üçün hüquqlarının məhdudlaşdırın nəticələr doğurmamalıdır. Çünki, cavabdehin imtinasının əlavə müalicəyə ehtiyacın olması ilə bağlı həmin dəlili mübahisəyə dair işin halları və iddia ərizəsinə əlavə edilmiş sənədələrlə təkzib olunur. Belə ki, iddiaçı uzun müddət qeyd edilən xəstəliklərdən müalicə almış, bu davamlı xarakter daşımış və müalicə səmərəli nəticələrlə müşayiət olunmamışdır. Bundan əlavə, məhkəməyə təqdim olunan sənədlərdə iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından xx.xx.2016-cı il tarixdə göndəriş əsasında 5 il müddətinə əlillik təyin etməsinə və qeyd olunan halların hazırda da mövcud olmasına rəğmən, həmin diaqnoz əsasında 2023-cü il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. 2015-ci ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları imtinasında açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Göründüyü kimi yuxarıda göstərilən qanunun tələblərinə əsasən, əlilliyin təyin edilməsindən imtina əsaslı sayıla bilməz, iddiaçının xəstəliyi nəzərə alınaraq, qoyulmuş diaqnozlar əsasında ona əlillik təyin edilməlidir. Cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin mielopatiya ilə zədələnməsi(G99.2*), Boyun fəqər osteoxondroz C4-C5 Ta diskin yırtığı,diskoqen radikulopatiya Fəqərəarası diskin digər dəqiqləşdirilmiş degenerasiyası, .L5-S1 f/arası disk sol laterial sinir kökcüyü sıxan yırtığı, Bilək kanalı sindromu, Karpal tunel sindrom. [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəliyi, Arterial hipertenziya İİ dər. məzkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2016dən 2021-ci ilə kimi stasionar müalicəsi yoxdur. İxtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsində səbəb: “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2016dan 2021-ci ilə kimi stasionar müalicəsi yoxdur. İxtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür” olmuşdur. Odur ki, iddiaçının müalicə almasını təsdiq edən sənədləri əlavə etməklə əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. Cavabdeh etiraz məktublarında iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də, müraciəti təmin edilməmişdir. İş materiallarında olan sənədlərə əsasən: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 3 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli, xxxxxxx0003 nömrəli elektron müayinə sənədinə əsasən “ilkin və ya təkrar olması barədə məlumat: təkrar, əlillik qrupu: ikinci dərəcə əlillik, səbəb: ümumi xəstəlik, müayinə tarixi: xx.xx.2015, növbəti müayinə tarixi: xx.xx.2016, TSEK-in diaqnozu: "Serebral ateroskleroz. Dissirkulyator ensefalopatiya, tez-tez təkrarlanan vegeto-damar paroksizmlərlə. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin, L4-L5 fəqərəarası diskin protruziyası. Durğunluq ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Hipertoniya tip2. Fon retinopatiyaları və retinal damar dəyişikləri. Torlu qişanın angiopatiyası; əlilliyin müəyyən olunması meyarı: 2.2. İkinci dərəcə əlillik => Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozğunluqlar, görmə pozğunluqları və ya piramid çatmamazlıq əlamətləri ilə; əmək zəmanəti barədə: əmək qabiliyyətsiz” səbəbi ilə xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti xx.xx.2016-cı il tarixdə təkrar qiymətləndirilmiş və “ilkin və ya təkrar olması barədə məlumat: təkrar, əlillik qrupu: ikinci dərəcə əlillik, səbəb: ümumi xəstəlik, müayinə tarixi: xx.xx.2015, növbəti müayinə tarixi: xx.xx.2016, TSEK-in diaqnozu: "Serebral ateroskleroz. Dissirkulyator ensefalopatiya, tez-tez təkrarlanan vegeto-damar paroksizmlərlə. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin, L4-L5 fəqərəarası diskin protruziyası. Durğunluq ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Hipertoniya tip2. Fon retinopatiyaları və retinal damar dəyişikləri. Torlu qişanın angiopatiyası; əlilliyin müəyyən olunması meyarı: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozğunluqlar, görmə pozğunluqları və ya piramid çatmamazlıq əlamətləri ilə; əmək zəmanəti barədə: əmək qabiliyyətsiz” səbəbi ilə xx.xx.2016-ci il tarixdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahiyyə Xəstəxanası X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli müayinə protokolunda qeyd olunmuşdur: - Müayinə olunan nahiyə: Boyun, bel- oma nahiyyələrinin МВТ müayinəsi: - Sagital proyeksiyada seTl,tse T2,aksial proyeksiyada tseT2 rejimlərində: - Boyun nahiyəsi: Servikal lordoz düzlənmişdir. Kifotik defromasiya qeyd edilir. Boyun fəqərə cisimlərinin yüksəkliyi normaldır. - C4,C5,C6,C7-fəqərə cismlərində degenerativ və subxondral sklerotik dəyişiklik mövcuddur. - C5,C5,C6,C7-fəqərərlərində ön və yan istiqamətlərdə inkişaf etmiş osteofitlər izlənilir. - C2 C7 səviyyəsində fəqərəarası disklərin Şmorl düyünləri təyin edilmişdir… - …Spinal kanalda həcmli patologiya təyin olunmamışdır.Onurğa beyninin genişliyi və intenivliyi dəyişməmişdi/. Aon paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib. - Bel oma nahiyyəsi: Bel lordozu dəyişməmişdir. Bel fəqərə cisimlərinin yüksəklikləri normal dəyərləndirilmişdi/ L3-L4-fəaərəarası diskin hissəvi assifikasiycfsı (L3- L4- fəqərə cisimlərinin hissəvi blokvertebra) izlənilir. - L5,S1-fəqərə cismlərində degenerativ və subxondral sklerotik dəyişiklik mövcuddur. - Ll-S1-səviyyəsində fəqərəarası disklərin Şmorl düyünləri mövcuddur. - Ll-S1-səviyyəsində fəqərəarası disklərin degenerativ dəyişikliyi nəticəsində intensivlikləri T2-ağırlıqlı sekanslarda zəifləmişdir. - L4-L5-səviyyədə stabilliyin pozulması, L4 fəqərəsinin ön listezi (5,0mm), L5-Slfəqərəarası diskin arxa median sol paramedian yırtığı (ölçüsü-4,Отт), dural kisənin və sol lateral sinir kökcüyünün minimal sıxılması, Spinal kanalda həcmli törəmə təyin olunmamışdır. - Onurğa beyni L4-səviyyəsində tamamlanir və fiksə olunur, bu səviyyədən fibrolipoma ilə qalınlaşmış filyaterminales. Ll-L2-səviyyəsindən başlayaraq İİ tip diostematomiyeliya. Arxa paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib. Nəticə: Mətndə qeyd edilən fəqərəarası disklərin, fəqərə cisimlərinin degenerativ dəyişiklikləri, Şmorl düyünləri və protruziyaları. C4-C5-fəqərəarası diskin arxa median,osteofitləşmiş yırtığı, onurğa beyninin minimal sıxılması. C4-C7- səviyyələrində Tarlov kistaları L4-L5-səviyyədə stabilliyin pozulması, L4-fəqərəsinin ön listezi, L5-Slfəqərəarası diskin arxa median sol paramedian yırtığı, dural kisənin və sol lateral sinir kökçüyünün minimal sıxılması. Tetered cord. Diostematomiyeliya. İnzibati icraat materiallarına əsasən: İddiaçının əlillik vəziyətinə xx.xx.2013-cü il tarixdə baxılmış və “səbəbi: ümumi xəstəlik; xəstəliklərin beynəlxalq təsnifatı: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ60- İ69 – Serebrovaskulyar xəstəliklər => İ67-Digər Serebrovaskulyar xəstəliklər => İ67.2 – Serebral ateroskleroz; Diaqnozun mətni: Serebral ateroskleroz. Dissirkulyator ensefalopatiya” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyətinə xx.xx.2014-cü il tarixdə baxılmış və “səbəbi: ümumi xəstəlik; xəstəliklərin beynəlxalq təsnifatı: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ70- İ79 – Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ70 – Ateroskleroz => İ70.8 – Digər arteriyaların aterosklerozu; Diaqnozun mətni: Serebral ateroskleroz. Dissirkulyator ensefalopatiya tez-tez təkrarlanan vegeto damar parksizmlərlə, ÜÇ İİ; Meyar: ikinci dərəcə əlillik => 2.2.10 Baş beyin qan dövranınınn xroniki çatmamazlığı (ateroskleroz, hopertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın... ” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış və “səbəbi: ümumi xəstəlik; xəstəliklərin beynəlxalq təsnifatı: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G90-G99- Sinir sisteminin digər pozğunluqları => G93-Baş beynin digər zədələnmələri => G93.4 – Dəqiqləşdirilməmiş ensefalopatiya; diaqnozun mətni: Serebral ateroskleroz. Dissirkulyator ensefalopatiya tez-tez təkrarlanan vegeto damar parksizmlərlə. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin, L4-L5 fəqərəarası diskin protruziyası. Durğunluq ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Hipertoniya tip2. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri. Torlu qişanın angiopatoyası; Meyar: ikinci dərəcə əlillik => 2.2.10 Baş beyin qan dövranınınn xroniki çatmamazlığı (ateroskleroz, hopertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın... ” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixdə baxılmış və “səbəbi: ümumi xəstəlik; xəstəliklərin beynəlxalq təsnifatı: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G90-G99- Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 – Dəqiqləşdirilməmiş ensefalopatiya; diaqnozun mətni: Serebral ateroskleroz. Dissirkulyator ensefalopatiya tez-tez təkrarlanan vegeto damar parksizmlərlə. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin, L4-L5 fəqərəarası diskin protruziyası. Durğunluq ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Hipertoniya tip2. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri. Torlu qişanın angiopatoyası; Meyar: ikinci dərəcə əlillik => 2.2.10 Baş beyin qan dövranınınn xroniki çatmamazlığı (ateroskleroz, hopertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın... ” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il yenidən tarixdə baxılmış və “xəstəliklərin beynəlxalq təsnifatı: XVİİ Sinif – anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları => Q00-Q07 - Sinir sisteminin anadangəlmə anomaliyalari (inkişaf qüsurlarİ) => Q07 – Sinir sistemin...; diaqnozun mətni: sinir sistemin digər anadangəlmə inkişaf qüsurları, Tethered-cord, Diastematomieliya, İİ tip.; imtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması – səbəb: ixtisaslaşdırılmış stasionar müayinə və müalicəsi davam etdirilsin” səbəbi ilə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il yenidən tarixdə baxılmış və “Tibbi-sosial yardım və reabilitasiya vasitələri: reabilitasiya müalicəsi, ixtisaslaşmış müalicə; diaqnozun mətni: Tethered-Cord Diastomatometriya İİ tip. Karpal tunel sindromboyun fəqərə osteoxondroz C4-C5 f/a, diskin yırtığı, diskogen radikulopatiya, diskogen radikulopatiya, aşağı ətrafların hərəkə və nisbi pozulması ilə, davamlı kökçük funk. Ağırlarla; imtina edilmənin səbəbi: əlavə müalcəyə ehtiyacın olması – səbəb: xəstənin müalicə müddəti yetərli deyil, diaqnozu dəqiqləşdirilsin” səbəbi ilə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. İddiaçı əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə imzalanmış xx.xx.2023-cü il tarixli göndəriş əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və “diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin mielopatiya ilə zədələnməsi (G99.2*), Boyun fəqər osteoxondroz C4-C5 f/a diskin yırtığı, diskoqen radikulopatiya, Fəqərəarası diskin digər dəqiqləşdirilmiş degenerasiyası, L5-S1 f/arası disk sol laterial kökcüyü sıxan yırtığı, Bilək kanalı sindromu, Karpal tunel sindrom. (Durğunluq) ürək çatmamazlığı olmadan, əsasən, ürəyin zədələnməsi ilə hiperenziv (hipertoniya) xəstəlik (-yi), Arterial hipertaniya İİ dər. İmtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması – Səbəb: 2016-dan 2021-ci ilə kimi stasionar müalicəsi yoxdur. İxtisaslaşdırılmış müalicəni davam etdirməsi məsləhət görülür. Əsas diaqnoz – Q07 Sinir sisteminin digər anadangəlmə inkişaf qüsurları, Tethered- Cord (RNCX: 0208-xx.xx.2021, 29.09-xx.xx.2023, 05.10-xx.xx.2023) (AzRDN 13.06xx.xx.2013); Ağırlaşma – Q06.2 Diastematomieliya. Diastematomieliya İİ tip. Yanaşı xəstəliklər – M50.0 Boyun şöbəsinin fəqərəarası disklərinin mielopatiya ilə zədələnməsi (G99.2*), Boyun fəqər osteoxondroz C4-C5 f/a diskin yırtığı, diskoqen radukulopatiya; Yanaşı xəstəliklər – M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Diskoqen radikulopatiya aşağı ətrafların hərəki və hissi pozulması, davamlı kökcük ağrılarla (NYM: 23.07-xx.xx.2021 il, xx.xx.2021, 16.02-xx.xx.2016); Yanaşı xəstəliklər – İ20.8 Stenokardiyanın digər formaları, ÜİX. Stabil gərginlik stenokardiyası, FS İ (ETKİ: xx.xx.2022, 21.11-xx.xx.2022); Yanaşı xəstəliklər – G56.0 Bilək kanalı sindromu, Karpal tunel sindrom; Yanaşı xəstəliklər – M51.3 Fəqərəarası diskin digər dəqiqləşdirilmiş degeneriyaslyasl, L5-S1 f/arası disk sol laterial sinir kökcüyü sıxan yırtığı; Yanaşı xəstəliklər – İ11.9 (durğunluq) ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, Arterial hopertenziya İİ dər; Yanaşı xəstəliklər – H52.4 Presbiopiya, VİS OS=1.0, VİS OS= 1.0. Presbiopiya. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4553/2024 nömrəli qərardadı İddiaçı mövcud olan xəstəliklərin həm ona ilkin əlillik təyin edilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»nda göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının 30 gün müddətində müayinəsinin aparılması qərara alınmışdır. Məhkəmə qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-4/2-13928/2024 məktubu ilə təqdim edilmiş Agentliyin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, ...xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş, boyun və belində olan daimi küt agrılardan, ətraflarda keyimə hissinin olması, baş gicəllənməsi, yaddaşın pozulması, təngnəfəslik, ürəkdöyünmə, tərləmə, tez yorulma, fiziki gərginlik zamanı ürək nahiyyəsində olan göynədici xarakterli ağrılardan, yerişin çətinləşməsi, ümumi zəiflik və halsızlıqdan olmuş, mütəmadi olaraq həkim-kardioloq və nevroloq nəzarətində olduğunu bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, X1 İnstitutunun xx.xx.2023-cü il tarixli 3513 nömrəli epikrizinə əsasən diaqnoz “ÜİX: stabil gərginlik stenokardiyası İ f.s. arterial hipertoniya İİ dərəcə”; Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli 3766 nömrəli epikrizinə əsasən “Bel fəqərələrinin skoliozu. Teteredcord. Diastematomiyeliya, tip İİ. L4-L5 və L5-S1 fəqərəarası disklərin yırtıqları, davamlı kökcük ağrı sindromu ilə. Aşağı ətrafların hərəkət pozulmaları. Karpal tunel sindromu” şəklində göstərilmiş, xx.xx.2023-cü il tarixində orada aparılmış MRT müayinəsinin nəticəsi “C4-C5 fəqərəarası diskin arxa median, osteofitləşmiş yırtığı, onurğa beynin minimal sıxılması. C4-C7 səviyyələrində Tarlov kistaları L4-L5 səviyyədə stabilliyin pozulması, L4 fəqərəsinin ön listezi, L5-S1 fəqərəarası diskin arxa median sol paramedian yırtığı, dural kisənin və sol lateral sinir kökcüyünün minimal sıxılması. Tetered cord. Diastematomiyeliya” kimi qiymətləndirilmiş, “Medistyle Hospital”da xx.xx.2022-ci il tarixində aparılmış EMG müayinəsi zamanı əldə olunan elektrofizioloji göstəricilər sol ayaqda daha ifadəli olmaqla L4, L5, S1 və sağ L5,Sİ İnnervasiyalı əzələlərdə radikulopatiya lehinə dəyərləndirilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 130/90 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 90 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmiş, həkim-nevroloq müayinəsinin nəticəsinə əsasən yuxarı və aşağı ətraflarda parez qeyd edilməmiş, reflekslər D=S orta canlı olmuş, atrofiya izlənilməmiş, tonus normal, yuxarı və aşağı ətraflarda hərəkət həcmi tam olmuş, kontraktura, patoloji reflekslər müəyyən edilməmiş, əlillik təyinatına əsas verən nevroloji defisit aşkarlanmamışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da vətəndaşa EXO-KQ müayinəsi aparılmış və həmin müayinənin nəticəsinə əsasən (nəticə: Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=61%). Aortal və Mitral qapaqlar fibrotikdir. Perikard təmizdir.) əlilliyin təyininə əsas verən qan dövranı pozğunluğu müəyyən edilməmişdir. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X7 Bakı Baş Səhiyyə Mərkəzi X7in 5 nömrəli şəhər poliklinikasının Vəkil sorğusuna xx.xx.2024-cü il tarixli, 197 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanda yaşayan, xx.xx.1968-ci il təvəllüdlü, İddiaçı xx.xx.2013-cü ildən Nəsimi rayon 5 nömrəli şəhər Poliklinikasında dispanser qeydiyyatdadır, İİ qrup əlildir. xx.xx.2021ci ildə xəstənin əlillik müddəti bitdiyinə görə TSEK-na forma 088 göndərilmişdir. TSEK-dan imtina cavabı gəlib .Səbəb : "Əlavə müalicəyə ehtiyacın olması. Xəstə NTM-dən tibbi rəy gətirəndən sonra təkrar xx.xx.2022-ci ildə TSEK-na forma 088 doldurulmuşdur. Diaqnoz: Boyun şöbəsinin fəqərəarası disklərinin mielopatiya ilə zədələnməsi (G99.2). Boyun fəqərələrinin ostexondroz C4-C5 f/a diskin yırtığı,diskogen radikulopatiya .Fəqərarası diskin digər dəqiqləşdirilmiş degenerasiyası,L5-Sl f/arası disk sol laterial sinir kökcüyü sıxan yırtığı. Bilək kanalı sindromu, Karpal tunel sindrom. (Durğunluq) ürək çatmamazlığı olmadan,əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi .Arterial hipertenziya İİ dər. xx.xx.2022-ci il tarixdə TSEK-dan imtina cavabı gəlib. Səbəb: əlavə müalicəyə ehtiyacın olması. Stasionarlar: 13.06-xx.xx.2013- Az.RDİN Hospital (İ 67.2) 16.02-xx.xx.2016- Az.RDİN Hospital (İ 67.2) 23.07-xx.xx.2021-X4 (M51.1) xx.xx.2022- ETKİ (İ 20.1, 125.2) 21.11-xx.xx.2022-ETKİ (120.8) 29.09-xx.xx-2023-Neyrocərrahiyyə Xəstəxanası (Q.07, Q06.2, M41, M54.2) 05.10-xx.xx.2023-X4 (Q07, Q06.2, M51.1, R26, M50.1). Müayinələr: Boyun və bel oma nahiyyələrinin MRT (20.08.23) Neyrocərrahiyyə xəstəxanası. Mətndə qeyd edilən fəqərəarası disklərin,fəqərə cisimlərinin degen düyünləri və protruziyaları C4-C5 f/a diskin arxa median, osteofitləşmiş yırtığı (4,6 mm), onurğa beyninin minimal sıxılması C4-C7 səviyyələrində Tarlov kistaları pozulması, L4-L5 səviyyədə stabilliyin pozulması, L4-fəqərəsinin ön listeri, ,L5-Sl f/a diskin arxa median sol paromedian yırtığı (4,0 mm), dural kisənin və sol lateral sinir kökcüyünün minimal sıxılması. Tethered kord. Diastomatomeliya 2 tip. EMQ (aşağı ətraf) xx.xx.2022. EMQ (Medera Hospital): bilateral orta dərəcədə karpal tunel sindromu və C8-Th1 kökcük innervasiyalı əzələlərdə xronik dövr aksonal dgenerisiyalı neyropatik dəyişiklik lehinədir… Məhkəmə tərəfindən iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi zəruri hesab edilməmiş, iddiaçının sağlamlıq vəziyyətinin müayinəsi ilə bağlı müvafiq məlumatlar tibb müəssisələrindən tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “5 nömrəli şəhər Poliklinikası” 23 iyul 2024-cü il tarixli, 18- 1-1-48/2-128/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanda yaşayan, xx.xx.1968-ci il təvəllüdlü, İddiaçı xx.xx.2013-cü il tarixdən Nəsimi rayon 5 nömrəli şəhər Poliklinikasında dispanser qeydiyyatdadır. xx.xx.2013-cü ildən İİ qrup əlildir. Xəstə xx.xx.2022-ci il tarixdə nevropatoloq tərəfindən müayinə olunub və “Q06.2 - Tethered-Cord Diastomatomeliya İİ tip Kapral tunel sindrom. M50.0-Boyun fəqərələrinin osteoxondrozu C4-C5 funksional ağrılarla diskin yırtığı, Diskogen radikulopatiya, aşağı ətrafların hərəki və hissi pozulmaları ilə, davamlı kökcük ağrılarla” diaqnozu ilə xx.xx.2022-ci il tarixdə poliklinikanın HMK tərəfindən əlillik müddəti bitdiyinə görə təkrar TSEK-ə göndərilib. xx.xx.2022-ci il tarixində imtina cavabı gəlib. Səbəb: əlavə müalicəyə ehtiyacın olması. Xəstə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə qədər ETKİ-da müalicə alıb. Diaqnoz:“120.8-UİX-satbil gərginlik stenokardiyası İİİ F/S. İ11.9-Arterial hipertoniya İİİ dər. Ekstrasistolik aritmiya. Xroniki ürək çatmamazlığı İİ F/S“. xx.xx.2023-cü il tarixdə təkrar stasionardan sonra (29.09-xx.xx.2023-cü il RNX,05.10-xx.xx.2023-cü il NTM) forma 088 yazılaraq TSEK-ə göndərilib. xx.xx.2023-cü il tarixdə TSEK-dan imtina cavabı gəlmiş, səbəb: “Əlavə müalicəyə ehtiyacın olması” olaraq bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş Transtorakal Exokardioqrafiyanın xx.xx.2024-cü il tarixli müayinə nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol madəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF-61%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Perikard təmizdir” olaraq müəyyən edilmişdir. 5 nömrəli şəhər Poliklinikasının iddiaçıya aid ambulator kitabçadan çıxarışda iddiaçıda müşahidə olunan xəstəliklərin diaqnozları XBT üzrə M51.1, Q07, Q06.2, M51.2, R26, G56.0 olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd edilən faktiki hallarına qanunvericiliyinin aşağıda göstərilən normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə tərəfindən tibb mərkəzindən işin faktiki hallarına hüququi qiymət verilməsi üçün zəruri məlumatlar əldə edildiyindən iş üzrə əlavə olaraq ekspertizanın təyin edilməsi zəruri hesab edilməmişdir, belə ki, müvafiq tibb müəssisəsi iddiaçıda müşahidə olunan xəstəlik və onların ağırlaşmaları barədə məlumatları XBT kodları göstərilməklə məhkəməyə təqdim etmişdir. İddiaçıda müşahidə olunan xəstəliklərdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının” 6.1-ci bəndində Q06 və Q07 kodlu diaqnozlar, 6.6.3-cü bənddə M51, 2.1-ci bənddə İ11.9 kodlu, 2.2-ci bənddə İ20 kodlu diaqnozlar öz əksini tapmışdır. İşin faktiki hallarını iş materialları ilə qarşılıqlı şəkildə təhlil edən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Qeyd edilməlidir ki, əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın fəaliyyəti diskresion səlahiyyətlər çərçivəsində həyata keçirilməkdədir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Diskresion səlahiyyətlər hüquqi nizamasalmanın inzibati orqana verdiyi sərbəstlikdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion səlahiyyətlərin təsir dairəsinə düşən qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh əlilliyin təyin edilməsindən imtinasını diaqnozun əyani müayinə zamanı öz təsdiqini tapmaması və nəticə etibarı ilə əlillik əlaməti təyin etməməsi ilə əsaslandırmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıda müşahidə olunan, həmçinin göndərişdə öz əksini tapan xəstəliklərdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının” 6.1-ci bəndində Q06 və Q07 kodlu diaqnozlar, 6.6.3-cü bənddə M51, 2.1-ci bənddə İ11.9 kodlu, 2.2-ci bənddə İ20 kodlu diaqnozları öz əksini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, qanunla və qaydalara əsasən müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması cavabdeh tərəfindən aparılan icraat çərçivəsində mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi). İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, iddia iddiaçı tərəfindən irəli sürülən tələb həcmində təmin olunmalı, cavabdehin üzərinə xx.xx.1968-ci il tarixdə doğulmuş iddiaçıya xx.xx.2023-cü il tarixli E00140651BQV nömrəli göndəriş əsasında iddiaçıda müşahidə olunan diaqnozlar əsasında müddəti və orqanizmin funksiyalarının pozulması faizi müəyyən edilməklə əlilliyin təyin edilməsi öhdəliyi qoyulmalıdır. Belə ki, hazırkı vəziyyətdə iddiaçıda ona münasibətdə əlilliyin təyin edilməsini tələb etdiyi diqanoz öz təsdiqini tapır və Meyarlarda mövcuddur. Onun ağırlaşmalarına uyğun əlilliyin dərəcəsinin və müddətinin müəyyən edilməsi isə cavabdehin diskresion səlahiyyətlərinə aiddir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, işə iddia tələbi çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli E00140651BQV nömrəli göndəriş əsasında, göndərişin imzalandığı xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3.
Məhkəmə qərarları › İş №2-1(112)-4553/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4553/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver