Məhkəmə qərarları › İş №2-1(112)-4554/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4554/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4554/2024 23.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya borcunun tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və onun pensiyasının əvvəlki vəziyyətinə bərpa ediməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə “Vətəndaşların pensiya təyinatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş və həmin əmək pensiyası xx.xx.2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanununun 12-ci maddəsi tətbiq edilməklə ödənişi davam etdirilir. Bundan başqa 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(81)-989/2015 saylı qərarına əsasən iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək aldığı orta aylıq əmək haqqı əsasında hesablanaraq ödənişi davam etdirilmişdir. Daha sonra cavabdeh orqan tərəfindən iddiaçının pensiyasının məbləği üzrə araşdırma aparılmışdır. Həmin araşdırma zamanı "İnzibati icraat haqqında" Qanunun normalarına uyğun olaraq maraqlı şəxsin dinlənilmək hüququ təmin cdilmi və iddiaçı xx.xx.2023-cü il tarixdə DSMF-nin qəbul şöbəsində dinlənilmişdir. Bundan sonra iddiaçıya cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2- 11-270261/2023 saylı məktub ünvanlanmışdır. Adıçəkilən məktuba nəzər yetirilən zaman məlum olmuşdur ki, cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Qərara əsasən xx.xx.1998-xx.xx.2000-ci il üzrə 1731.09 manat orta aylıq əmək haqqı əsasında iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2000-ci tarixdən 2753.33 manat müəyyən edilmişdir. Daha sonrakı indeksasiyalar nəzərə alınmaqla iddiaçının pesniyasının məbləği 3656.82 manata çatdırılmışdır. Bank hesabından çıxarışdan görünür ki, iddiaçı 2023-cü il fevral ayından etibarən noyabr ayına qədər 4648,64 manat məbləğində əmək pensiyası almışdır. Cavabdeh inzibati orqanın pensiyanın yenidən hesablanması və eləcə də ilkin təyinat zamanı düzgün hesablanmamanın səbəbi aşağıdakı kimi olmuşdur. İddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2020-ci il tarixədək orta aylıq əmək haqqısı 1731.09 olsa da inzibati orqı tərəfindən 1781.46 manat orta aylıq əmək haqqı əsas götürülməklə pensiya hesablanaraq ödənilmişdir. Göründüyü kimi DSMF orqanı 51 manatlıq fərq əsasında iddiaçının pensiyasını birdən-birə 1000 manat azaltmışdır. xx.xx.2006-cı ildən 01.01 2023-cü ilə qədər mövcud olmuş illik indeksasiya faizləri nəzərə alınsa belə 51 manat fərqə görə 1000 manat pensiyanın azaldılması heç bir məntiqə uyğun deyildir. Bu hal pensiya işi məhkəməyə təqdim olunduğu zaman aydın olacaqdır. Çünki cavabdeh orqan inzibati icraat zamanı həmin sənədlərlə tanış olma onlardan çıxarış əldə etmək həmçinin 51 manatlıq fərqə görə 1000 manat pensiyanın azaldılmasını özündə ehtiva edən məntiqli bir izahat verə bilməmişdir. Cavabdeh orqanın iddiaçının pensiyasının hesablanmasında ifadə olunan hərəkətləri əsassız olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “İddiaçı iddia tələbi “cavabdeh orqanın xx.xx.2023-cü il tarixli inventar nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi və iddiaçıya hesablanmış 31831.36 manat artıq ödənilmiş pensiya borcunun ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilsin.” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdeh tərəfindən iddiaçıdan artıq ödənilmiş pensiya borcunun tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi və iddiaçıdan 2024-cü ilin fevral ayında tutulmuş 409 manat məbləğində vəsaitin iddiaçıya geri ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialından iddiaçıya ünvarlanan xx.xx.2023cü il tarixli 3-17-1/2-H-270261/2023 nömrəli məktuba əsasən, aparılan araşdırma zamanı əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 24-cu maddəsinə əsasən İddiaçı xx.xx.2000-ci il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixindən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi ətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. Xidməti araşdırma zamanı müəyyən olmuşdur ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli № 2-1(81)- 989/2015 nimrəli qərarına əsasən xx.xx.2022-ci il tarixində onun əmək pensiyası xx.xx.1998-xx.xx.2001 )-ci il tarixi üzrə 1731,09 manat orta aylıq əmək haqqı əsasında hesablanmalı olduğu nalda, xx.xx.1998-xx.xx.2000-ci il tarixi üzrə (əmək müqavilənizə xx.xx.2000-ci il tarixində : çitam verilməsinə baxmayaraq) 1781,46 manat orta aylıq əmək haqqı nəzərə alınaraq yenidən hesablanmışdır. İddiaçının pensiyasının yenidən hesablanması zamanı tarixinədək pensiya təyin olunması üçün tətbiq olunmuş orta aylıq əməkhaqqı məhdudiyyəti məbləği (51 manat) çıxılmamışdır. Bu səbəbdən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək əlilliyə görə amək pensiyası üzrə artıqödəmə müəyyən edilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibat aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci və 21.2-ci maddəlc rinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat baıədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını tt nih etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən ə/vəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. İddiaçıya vaxtilə təyin edilmiş əmək pensiyas nın qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən "İnzibati icraat haqqında" Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pen ya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqəidar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün xx.xx.2023-cü il tarixində dəvət məktubu göndərilmiş (3-17-1/2-H-243036/2023 nömrəli məktub) və xx.xx.2023-ci il tarixində saat 11:55-də Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdııfıə X3 (Qəbul şöbəsinə) gəlməyi və ya yazılı qaydada öz mülahizələrini təqdim etməyi xahiş olunmuşdur. Yuxarıda qeyd olunan tarixdə o Dövlət Sosial Müdafiə Fondunda qəbulda olub. İddiaçıya ona pensiya təyin olunması üçün tətbiq olunmuş orta aylıq əməkhaqqının düzgün müəyyən edilmədiyi və məhdudiyyət məbləği nəzərə alınmadığı və bu səbəbdən də ona təyin lunmuş pensiyan üzrə artıqödəmə müəyyən edildiyi bildirilmişdir. Daha sonra iddiaçıya qanunvericiliyin bununla bağlı tələbləri və bu tələblərlə bağlı hansı tədbirlərin görüləcəyi ətraflı izah edilmişdirş Daha sonra, maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmişdir. İddiaçının iştirakı ilə inzibati icraatın yuxarıdakı qaydada aparılmasını xx.xx.2023-cü il tarixli akt da təsdiq edir. Nəticədə inzibati orqan tərəfindən iddiaçının özünün iştirakı ilə inzibati icraat aparılnı ş və xx.xx.2023-cü il tarixli inzibati qərar qəbul olunmuşdur. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.1998xx.xx.2000-ci il tarixi üzrə 1731,09 manat orta aylıq əmək haqqı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixindən (artıq ödəmənin aşkar edildiyi tarixdən 3 il əvvələ) 2753,33 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən mü edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfihdən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qə»ar na əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 3067,21 manata, xx.xx.2022-ci il tarixindən 3171,50 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onlann əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanları nəzərə alaraq iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən Qanunun 26.4-cü maddəsinə əsasən 3188,16 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 3656,82 manata çatdırılmışdır (sonuncu yeridən hesablanmalara əsasən). Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-H-270261/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 24-cü maddəsinə əsasən sizə xx.xx.2000-ci il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və 01.01,2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyanızın ödənişi davam etdirilir. Xidməti araşdırma zamanı müəyyən olmuşdur ki, Azərbaycan Respublikası 1 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli № 2-1 (81 )-989/2015 nömrəli qərarına əsasən xx.xx.2022-ci il tarixində əmək pensiyanız xx.xx.1998-xx.xx.2000-ci il tarixi üzrə 1731,09 manat orta aylıq əmək haqqı əsasında hesablanmalı olduğu halda, xx.xx.1998-xx.xx.2000-ci il tarixi üzrə (əmək müqavilənizə xx.xx.2000-ci il tarixində xitam verilməsinə baxmayaraq) 1781,46 manat orta aylıq əmək haqqı nəzərə alınaraq yenidən hesablanmışdır. Eyni zamanda pensiyanızın yenidən hesablanması zamanı xx.xx.2006-cı il tarixinədək pensiya təyin olunması üçün tətbiq olunmuş orta aylıq əməkhaqqı məhdudiyyəti məbləği (51 manat) çıxılmamışdır. Bu səbəbdən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək əlilliyə görə əmək pensiyası üzrə artıqödəmə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, sizə vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün xx.xx.2023-cü il tarixində dəvət məktubu göndərilmiş {3-17-1 /2-H- 243036/2023 nömrəli məktub} və xx.xx.2023-cü il tarixində saat 11:55-də Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 (Qəbul şöbəsinə) gəlməyiniz və ya yazılı qaydada öz mülahizələrinizi təqdim etməyiniz xahiş olunmuşdur. Yuxarıda qeyd olunan tarixdə siz Dövlət Sosial Müdafiə Fondunda qəbulda olmusunuz. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.1998-xx.xx.2000-ci il tarixi üzrə 1731,09 manat orta aylıq əmək haqqı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanmış və 01.11,2020-ci il tarixindən (artıq ödəmənin aşkar edildiyi tarixdən 3 il əvvələ) 2753,33 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 3067,21 manata, 01,01.2022-ci il tarixindən 3171,50 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanları nəzərə alaraq əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən Qanunun 26.4-cü maddəsinə əsasən 3188,16 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 3656,82 manata çatdırılmışdır (sonuncu yenidən hesablanmalara əsasən). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-12/2-1594/2023 saylı xx.xx.2024-cü il tarixli məktub ilə iddiaçının pensiya işinin təsdiq edilmiş surəti və pensiya alt sistemindən çıxarışlar təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialın yaşa görə əmək pensiyası yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı təyin edilmiş əmək haqqı hesablanarkən hüququnun xx.xx.2006-cı il tarixdən əvvəlki dövrdə yarandığı nəzərə alınmayıb. Əmək haqqı düzgün hesablanmayıb. TSEK-də əlillik dərəcəsi 1988-ci il tarixdən müddətsiz olaraq İİİ dərəcə qeyd olunub. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialın yaşa görə əmək pensiyası yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı təyin edilmiş əmək haqqı hesablanarkən hüququnun xx.xx.2006-cı il tarixdən əvvəlki dövrdə yarandığı nəzərə alınmayıb. Əmək haqqı düzgün hesablanmayıb. TSEK-də əlillik dərəcəsi xx.xx.2007-ci il tarixdən müddətsiz olaraq İİ dərəcə qeyd olunub. Yenidən hesablanmış pensiya məbləği 3656,82 manat, əvvəlki pensiya məbləği 4648,64 manat qeyd edilmişdir. Cəmi 31831,36 manat artıqvermə qeydi aparılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialın yaşa görə əmək pensiyası yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı 4036,20 manat əmək pensiyası hesablanmışdır. İddiaçı dair əmək kitabçasının surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2-63788/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixinə kimi qüvvədə olmuş “SSRİdə vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun olaraq xx.xx.1986cı il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.1992-ci il tarixində qüvvəyə minmiş və xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun tələblərinə əsasən və xx.xx.2006-cı il tarixində qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə adıçəkilən şəxsin əmək pensiyasının ödənişi davam etdirilir. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli xidməti yoxlamasına əsasən iddiaçının əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 29- cu maddəsinə əsasən İİ qrup əlillərə pensiyanın məbləği pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 50 faizi məbləğində hesablanır. İ və İİ qrup əlillərin yaşa görə, o cümlədən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb edilən iş stajı olduqda əlilliyə görə pensiya müvafiq iş stajına uyğun olaraq yaşa görə pensiyanın məbləğində təyin edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən kişilər 60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, qadınlar isə 55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda yaşa görə pensiya hüququna malikdir. Sözügedən Qanunun 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Sözügedən Qanunun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. İddiaçı təqdim etdiyi Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin xx.xx.2007-ci il tarixli arayışına əsasən xx.xx.1998-ci il tarixindən xx.xx.2000ci il tarixinədək olan dövrlər üzrə orta aylıq əməkhaqqının məbləği 1731,09 manat təşkil edir: 1998-ci ilin sentyabr-dekabr ayları üzrə: 7478 dollar 3868,79 AZN (Azərbaycan Respublikası Milli Bankının 1998-ci il üzrə ABŞ dollarının Azərbaycan manatına qarşı orta illik məzənnəsi)=28930811,62 AZN. 1999-cu ilin yanvar-dekabr ayları üzrə: 25164 dollar x 4118,18 AZM (Azərbaycan Respublikası Milli Bankının 1999-cu il üzrə ABŞ dollarının Azərbaycan manatına qarşı orta illik məzənnəsi)=103629881,52 AZN 2000-ci ilin yanvaravqust ayları üzrə: 16800 dollar x 4474,23 AZM (Azərbaycan Respublikası Milli Bankının 2000-ci il üzrə 1 ABŞ dollarının Azərbaycan manatına qarşı orta illik məzənnəsi)=75167064 AZN. Cari məzənnə:28930811,62+103629881,52+75167064=207727757,14:5000=41546 manat. Orta aylıq əməkhaqqının müəyyən edilməsi üçün iddiaçının aldığı əməkhaqlarının cəmi 24-ə bölünür: 41546:24=1731,08 manat. İddiaçının sığorta stajı 30 il 10 ay olmaqla qanunla tələb edilən 25 il sığorta stajından çox olduğu üçün onun əmək pensiyası yaşa görə pensiya məbləğində hesablanmış, orta aylıq əmək haqqının 60 faizi və 5 il əlavə sığorta stajına uyğun olaraq hər tam il üçün orta aylıq əmək haqqının iki faizi qədər artırılaraq (10 faiz) orta aylıq əmək haqqının 70 faizi nəzərə alınmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. Qeyd olunan maddənin tələbinə əsasən İddiaçı əmək pensiyasının məbləği həmin dövr üzrə orta aylıq əməkhaqqının 3 mislindən (60.000x3=180.000 AZM) artıq ola bilməz (cari məzənnə: 180.000:5.000=36 manat). Vətəndaşın 1998-2000-ci illər üzrə 1731,08 manat orta aylıq əmək haqqı qanunla tələb olunan orta aylıq əmək haqqının üçqat məbləğindən (36 manat) çox olduğu üçün xx.xx.2000-ci il tarixdə əmək pensiyasının məbləği Qanunun 78-ci maddəsinə əsasən müəyyən edilən orta aylıq əmək haqqı əsasında hesablanmışdır: 36x70%=25,20 manat xx.xx.2003-cü il tarixində orta aylıq əmək haqqının məbləği 85.000 AZM müəyyən edildiyindən həmin dövr üzrə orta aylıq əmək haqqının 3 misli 255.000 AZM təşkil etmişdir (cari məzənnə: 255.000:5.000=51 manat). Həmin tarixdən vətəndaşın əmək pensiyası 35,70 manat hesablanmışdır (51x70%=35,70 manat). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 26.1 -ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Sözügedən maddəyə əsasən vətəndaşın 35,70 manat pensiyasından 25 manat baza hissə çıxıldıqdan sonra yerdə qalan 10,70 manat sığorta hissə hesab edilir. Adıçəkilən şəxsin pensiyasının məbləği illər üzrə indeksləşərək aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2006- 25 (baza hissə) + 10,70 (sığorta hissə)=35,70 xx.xx.2006- 30 (baza hissə) +10,70 (sığorta hissə)=40,70 xx.xx.2006- 35 (baza hissə) +10,70 (sığorta hissə)=45,70, xx.xx.2007-40 (baza hissə)+(10,70+8,3%) (sığorta hissə)=51,59, xx.xx.2007- 50 (baza hissə)+10,70 (sığorta hissə)=61,59, xx.xx.2008- 60 (baza hissə)+ 1199,94 (sığorta hissə)= 1.236,05 (xx.xx.2008-ci il tarixindən əmək haqqına qoyulan məhdudiyyətin aradan qaldırılması ilə əlaqədar vətəndaşın pensiyası yenidən hesablanmış, sığorta hissə 1998- 2000-ci illər üzrə 1731,08 manat orta aylıq əmək haqqına əsasən pensiya məbləğinin xx.xx.2008-ci il tarixinə indeksləşdirilmiş məbləği 1199,94 manat təşkil etmişdir. xx.xx.2008 - 75 (baza hissə)+ 1199,94 (sığorta hissə)= 1.274,94 xx.xx.2009 - 75 (baza hissə)+ (1199,94+1199,94x20,8%) (sığorta hissə)= 1.524,52 xx.xx.2010 - 75 (baza hissə)+(1.449,52+1.449,52x1,5%) (sığorta hissə)= 1.546,26 xx.xx.2010 - 85 (baza hissə)+ 1.471,26 (sığorta hissə)= 1.556,26 xx.xx.2011 - 85 (baza hissə)+ (1.471,26+1.471,26x5,7%) (sığorta hissə)= 1.640,12 xx.xx.2012 - 85 (baza hissə)+(1.555,12+1.555,12x7,9%) (sığorta hissə)= 1.762,97 xx.xx.2013 - 85 (baza hissə)+(1.677,97+1.677,97x1,1%) (sığorta hissə)= 1.781,42 xx.xx.2013 - 100 (baza hissə)+ 1.696,42 (sığorta hissə)= 1.796,42 xx.xx.2014 - 100 (baza hissə)+(1.696,42+1.696,42x2,4%) (sığorta hissə)= 1.837,13 xx.xx.2015 - 100 (baza hissə)+(1.737,13+1.737,13x1,4%) (sığorta hissə)= 1.861,44 xx.xx.2016 - 100 (baza hissə)+(1.761,44+1.761,44x4,0%) (sığorta hissə)= 1.931,89 xx.xx.2016 - 110 (baza hissə)+ 1.831,89 (sığorta hissə)= 1.941,89 xx.xx.2017 -110 (baza hissə)+(1.831,89+1.831,89x12,4%) (sığorta hissə)= 2.169,04 xx.xx.2018 - 2.169,04+2.169,04x5,7%=2.292,67 xx.xx.2019 - 2.292,67+2.292,67x3%=2.361,46 xx.xx.2020 - 2.361,46+2.361,46x16,6%=2.753,33 xx.xx.2021 - 2.753,46+2.753,46x11,4%=3.067,21 xx.xx.2022 - 3.067,35+3.067,35x3,4%=3.171,50 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 3.188,16 manat müəyyən edilib. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 3.656,82 manata, xx.xx.2024-cü il tarixindən 4.066,38 manata çatdırılmışdır. Qeyd olunanlara əsasən Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək İddiaçı əmək pensiyasının məbləğində 31831,36 manat artıq ödəmə aşkar edilmişdir. İddiaçının əmək pensiyasının hesablanma qaydasının izah edilməsi üçün məhkəmə iclasında mütəxəssisin iştirakı təmin ediləcəkdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “müstəqil auditorun hesabatı”ndan görünür ki, İddiaçı 1998-2000-ci illər üzrə orta aylıq əmək haqqı 891,00 manat məbləğ təşkil edir. İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr üçün ödənilməli olan əmək pensiyasının məbləğinin fərqi 93064,08 manat - faktiki ödənilmiş əmək pensiyasının məbləği 3123,78 manat = 89940,03 manat təşkil edir. İddiaçı təyin edilmiş əmək pensiyasının hesablanmasına dair mütəxəssis rəyi: Əmək haqqına İndeksasiya DÖVR ÜZRƏ Baza hissə görə sığorta Pensiya məbləği faizi hissə xx.xx.2006 xx.xx.2006 25,00 18,90 43,90 xx.xx.2006 xx.xx.2006 30,00 18,90 48,90 1,083 xx.xx.2006 xx.xx.2006 35,00 18,90 53,90 xx.xx.2007 xx.xx.2007 40,00 20,47 60,47 1,167 xx.xx.2007 xx.xx.2007 50,00 20,47 70,47 xx.xx.2008 xx.xx.2008 60,00 23,89 83,89 1,208 xx.xx.2008 xx.xx.2008 75,00 1.199,94 1.274,94 1,015 xx.xx.2009 xx.xx.2009 75,00 1.449,53 1.524,53 xx.xx.2010 xx.xx.2010 75,00 1.471,27 1.546,27 1,057 xx.xx.2010 xx.xx.2010 85,00 1.471,27 1.556,27 1,079 xx.xx.2011 xx.xx.2011 85,00 1.555,13 1.640,13 1,011 xx.xx.2012 xx.xx.2012 85,00 1.677,99 1.762,99 xx.xx.2013 xx.xx.2013 85,00 1.696,45 1.781,45 1,024 xx.xx.2013 xx.xx.2013 100,00 1.696,45 1.796,45 1,014 xx.xx.2014 xx.xx.2014 100,00 1.737,16 1.837,16 1,04 xx.xx.2015 xx.xx.2015 100,00 1.761,48 1.861,48 xx.xx.2016 xx.xx.2016 100,00 1.831,94 1.931,94 1,124 xx.xx.2016 xx.xx.2016 110,00 1.831,94 1.941,94 1,057 xx.xx.2017 xx.xx.2017 110,00 2.059,10 2.169,10 1,03 xx.xx.2018 xx.xx.2018 2.292,74 2.292,74 1,166 xx.xx.2019 xx.xx.2019 2.361,52 2.361,52 1,114 xx.xx.2020 xx.xx.2020 2.753,53 2.753,53 1,034 xx.xx.2021 xx.xx.2021 3.067,44 3.067,44 1,147 xx.xx.2022 xx.xx.2022 3.171,73 3.171,73 1,112 xx.xx.2023 xx.xx.2023 3.657,08 3.657,08 xx.xx.2024 xx.xx.2024 4066,68 4066,38 xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci və 78-ci maddələrinə uyğun olaraq ardıcıl 5 ilin və yaxud axırıncı 2 ilin orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilməklə (ölkə üzrə orta aylıq əmək haqqının 3 misli = 51 manat) pensiyanın məbləği aşağıdakı qaydada hesablanıb: 1998 (9-12) 7478 x 3868,79 AZM=28 930 811,62 1999 15164 x 4118,18 AZM=103 629 881,52 2000 (1-8) 16800 x 4474,23 AZM=75 167 064 2000 (1-8) 16800 x 4474,23 AZM=75 167 064 OAƏH=28 930 811,62 + 103 629 881,52 + 75 167 064 = 207 727 757,14 : 5000 =41 546 : 24 ay = 1.731,08 AZN Staj 30 il 10 ay 6 gün. 25 il staja görə pensiya məbləğinin hesablanmasında OAƏH-nin 60%-i nəzərə alınırdı. 25 ildən artıq stajın hər ilinə görə 2 % olmaqla OAƏH-nin maksimum 85 % -dək məbləğdə pensiya hesablanırdı. Vətəndaşın 30 il 10 gün 6 ay stajına görə pensiyanın hesablanması üçün əmək haqqı məhdudiyyəti nəzərə alınmaqla OAƏH-nin x (60% + 5 il x 2% )= 70%-i məbləğdə pensiya hesablanmışdır. Əmək haqqına qoyulmuş məhdudiyyətlə əlaqədar OAƏH-nin nəzərə alınmayan məbləği = (1731,08 - 51) x 70% = 1.176,05 manat 2006-cı il tarixə pensiyanın sığorta hissəsinin məbləği = 51 manat x 70% - 25 baza hissə =10,70 +2,20+6=18,90 manat (işləməyən əlillərə 2,20 manat çörək pulu + 6 manat kommunal xidmətlər üçün) 2007-ci il tarixə pensiyanın sığorta hissəsinin məbləği = 18,90 + 18,90 x 8,3% = 20,47 manat, 2008-ci il tarixə pensiyanın sığorta hissəsinin məbləği = 20,47 + 20,47 x 16,7% = 23,89 + 1.176,05 (OAƏH-nin nəzərə alınmayan məbləği) = 1.199,94 manat İndeksasiya Əmək haqqına faizi dövr üzrə Baza hissə Pensiya məbləği görə sığorta hissə xx.xx.2006 xx.xx.2006 25,00 10,70 35,70 xx.xx.2006 xx.xx.2006 30,00 10,70 40,70 1,083 xx.xx.2006 xx.xx.2006 35,00 10,70 45,70 xx.xx.2007 xx.xx.2007 40,00 11,59 51,59 1,167 xx.xx.2007 xx.xx.2007 50,00 11,59 61,59 xx.xx.2008 xx.xx.2008 60,00 1.544,46 1.604,46 1,208 xx.xx.2008 xx.xx.2008 75,00 1.544,46 1.619,46 1,015 xx.xx.2009 xx.xx.2009 75,00 1.865,71 1.940,71 xx.xx.2010 xx.xx.2010 75,00 1.893,69 1.968,69 1,057 xx.xx.2010 xx.xx.2010 85,00 1.893,69 1.978,69 1,079 xx.xx.2011 xx.xx.2011 85,00 2.001,63 2.086,63 1,011 xx.xx.2012 xx.xx.2012 85,00 2.159,76 2.244,76 xx.xx.2013 xx.xx.2013 85,00 2.183,52 2.268,52 1,024 xx.xx.2013 xx.xx.2013 100,00 2.183,52 2.283,52 1,014 xx.xx.2014 31.12.20 100,00 2.235,92 2.335,92 1,04 xx.xx.2015 xx.xx.2015 100,00 2.267,23 2.367,23 xx.xx.2016 xx.xx.2016 100,00 2.357,92 2.457,92 1,124 xx.xx.2016 xx.xx.2016 110,00 2.357,92 2.467,92 1,057 xx.xx.2017 xx.xx.2017 110,00 2.650,30 2.760,30 1,03 xx.xx.2018 xx.xx.2018 2.917,64 2.917,64 1,166 xx.xx.2019 xx.xx.2019 3.005,16 3.005,16 1,114 xx.xx.2020 xx.xx.2020 3.504,02 3.504,02 1,034 xx.xx.2021 xx.xx.2021 3.903,48 3.903,48 1,147 xx.xx.2022 xx.xx.2022 4.036,20 4.036,20 1,112 xx.xx.2023 xx.xx.2023 4.648,63 4.648,63 xx.xx.2024 xx.xx.2024 5.169,28 5.169,28 Vətəndaşın əlilliyə görə əmək pensiyası hüququn xx.xx.1986-ci il tarixdə yaranmasına baxmayaq, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-l(103)- 858/2015 nömrəli qərarına əsasən pensiya məbləği xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun tələblərinə zidd olaraq orta aylıq əmək haqqına qovulmuş 51 manat məhdudiyyəti nəzərə alınmadan əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı qaydada hesablanıb: Vətəndaş tərəfində təqdim olunmuş orta aylıq əmək haqqı arayışına əsasən OAƏH səhvən = 1.781,46 AZN, (1.781,46 -1.731,08 = 50,38 manat artıq) olmaqla xx.xx.2000-ci il tarixdən pensiyanın sığorta hissəsinin məbləği yenidən hesablanmışdır. 25 il staja görə pensiya məbləğinin hesablanmasında OAƏH-mn 60%-i nəzərə alınırdı. 25 ildən artıq stajın hər ilinə görə 2 % olmaqla OAƏH-nin maksimum 85 % -dək məbləğdə pensiya hesablanırdı. Vətəndaşın 30 il 10 gün 6 ay stajına görə pensiyanın hesablanması üçün əmək haqqı məhdudiyyəti nəzərə alınmaqla OAƏH-nin x (60% + 5 il x 2% )= 70%-i məbləğdə pensiya hesablanmışdır. Staj 30 il 10 ay 6 gün OAƏH = 1.781,46 AZN 30 ilə görə OAƏH x (60% + 5 x2% )= 70% Əmək haqqına qoyulmuş məhdudiyyət (51 manat) əmək haqqına qoyulmuş məhdudiyyət olmasa nəzərə alınmaqla 2006-cı il tarixə pensiyanın sığorta hissəsinin məbləği: SH (2006) = 51 manat x 70% -25 manat (BH)= 10,70 manat SH (2007) = 10,70 + 10,70 x 8,3% = 11,59 manat SH (2008) = 11,59 + 11,59 x 16,7 % = 13,52 manat 2006-cı il tarixə pensiyanın sığorta hissəsinin məbləği olmalı idi: SH (2006) = 1.781,46 x 70% - 25 manat (BH) = 1222,02 manat SH (2007) = 1.222,02 + 1.222,02 x 8,3% = 1.323,45 manat SH (2008) = 1.323,45 + 1323,45 x 16,7 % = 1.544,46 manat Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır. İPM-in 34.1-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. X4 Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrıseçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X1rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İşin halları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının pensiyası üzrə texniki səhv olaraq riyazi hesablamanın düzgün aparılmaması və 2006-2008-ci illər üzrə siğorta hissənin düzgün hesablanmaması nəticəsində hesablamadan əvvəlki son üç il üzrə cəmi 31831,36 manat artıq vermə müəyyən edilmişdir. Artıq ödənilmiş məbləğin tutulmasına dair hər hansı qərar qəbul edilməmişdir, bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdir. Lakin iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasından 2024-cü ilin fevral ayında 409 (dörd yüz doqquz) manat məbləğində pul tutulmuşdur. Məhkəmə nəzərə alır ki, pensiya təyin olunarkən vətəndaşın təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən iddia edilmir. Pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Belə olan halda, cavabdeh tərəfindən səhvə yol verilməsi nəticəsində müəyyən edilmiş artıq ödənilmə ilə əlaqədar 2024-cü ilin fevral ayında birtərəfli qaydada, iddiaçı aparılmış inzibati icraata cəlb edilmədən, iddiaçının razılığı olmadan pensiyadan tutulmanın aparılması qanunsuz hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən əsaslar, yəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin İddiaçı əmək pensiyasından tutulmaların aparılmasına dair hərəkətləri qanunsuz hesab edilməli və 2024-cü ilin fevral ayında tutulmuş 409 (dörd yüz doqquz) manat məbləğində pulun qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı əmək pensiyasından tutulmaların aparılmasına dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin və 2024-cü ilin fevral ayında tutulmuş 409 (dörd yüz doqquz) manat məbləğində pulun qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar