Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4555/2021 19.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X4 oglunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “yeni məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçının ehtiyata buraxılarkən xidmət etdiyi “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi rəisinin 1-ci müavini-qərargah rəisi” vəzifəsinin hazırki vəzifə maaşı əsas götürülməklə barəsində tərtib olunmuş yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı 2001-ci ildən 01.08.2013-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit kimi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi-X2 29.04.2013-cü il tarixli, 750 ş/h №-li əmri ilə “AR DSX-nın Sahil Mühafizəsi rəisinin 1-ci müavini-qərargah rəisi” vəzifəsindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. İddiaçıya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş barəsində tərtib edilmiş məlumat vərəqində göstərilən ehtiyata buraxılarkən aldığı pul təminatı xərcliyi (aylıq pul təminatı) nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının ehtiyata buraxıldığı tutduğu vəzifənin vəzifə maaşında 2018-ci ilin avqustunda aparılmış təşkilatı-ştat dəyişiklikləri ilə əlaqədar artım baş vermişdir. Lakin bu artım iddiaçının aldığı pensiyada öz əksini tapmamışdır. Belə ki, ehtiyata buraxıldığı qurum - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ehtiyata buraxılarkən tutduğu vəzifənin vəzifə maaşında baş vermiş artımı nəzərə almaq şərti ilə barəsində yeni məlumat vərəqi tərtib edərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərməli olduğu halda, bunu etməmişdir. Ehtiyata buraxıldığı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi rəisinin 1-ci müavini - qərargah rəisi” vəzifəsinin hazırki vəzifə maaşı əsas götürülməklə barəsində tərtib olunmuş yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi xahişi ilə iddiaçı 11.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət etmişdir. Lakin ərizəsinə 10/3 №-İi, 01.02.2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Aparatında aparılmış dəyişikliklərlə bağlı müəyyən edilmiş aylıq vəzifə maaşları ehtiyata buraxılmış hərbi qulluqçulara şamil edilmir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 28.04.2021-ci il tarixli, 2-1(112)-4555/2021 saylı qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə vermiş, iddia tələbi “İddiaçı ehtiyata buraxılarkən xidmət etdiyi vəzifə üzrə Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 2959 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təşkilat-ştat strukturunda edilmiş dəyişikliklər nəticəsində hazırki vəzifə maaşı 1.130 manat əsas götürülməklə barəsində yeni məlumat vərəqinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun” məzmunda icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. İddia ərizəsinə etiraz (münasibət) bildirilməsi üçün məhkəmənin sərəncamı cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdehin və üçüncü şəxsin iddiaya dair etirazı (münasibəti) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə baxışı iclasında iddia tələbinə dair etiraz edərək bildirdi ki, iddiaçı Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi rəisinin 1-ci müaviniqərargah rəisi vəzifəsi ilə 1 avqust 2013-cü ildən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və ona Sahil Mühafizəsinin (korpus səlahiyyətli) hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarına uyğun olaraq son təminat təminat xərcliyinə görə pensiya təyin edilmişdir. İddiaçıya təyin olunmuş pensiya Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindəni sentyabr 2019-cu il tarixdən qanuna uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentiyabr tarixli 406 nömrəli Qararı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maşlarına uyğun olaraq artımlar nəzərə alınaraq yenidən hesablanmışdır. 2018-ci ilin avqust ayında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin (Hərbi Birləşmələrin) təşkilat-ştat strukturunda aparılmış dəyişiklikləri ilə bağlı müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatında olan hərbi qulluqçulara şamil edilmədiyindən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında cavabdeh tərəfindən müvafiq məlumat vərəqəsinin göndərildiyi təqdirdə icra edələciyini bildirmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 01.02.2021-ci il tarixli, 10/3 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Dövlət Sərhəd Xidmətinə ünvanlanmış ərizənizə aidiyyəti üzrə baxılmışdır. Qeyd edilən məsələ ilə əlaqədar təkrarən nəzərinizə çatdırırıq ki, siz Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi rəisinin 1-ci müavini-qərargah rəisi vəzifəsi ilə 1 avqust 2013-cü ildən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmısız və Sahil Mühafizəsinin (korpus səlahiyyətli) hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarına uyğun olaraq son təminat təminat xərcliyinə görə pensiya təyin edilmişdir. Məlumat üçün bildiririk ki, sizə 1 avqust 2013-cü il tarixdə təyin olunmuş pensiya Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindəni sentyabr 2019-cu il tarixdən qanuna uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentiyabr tarixli 406 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarına uyğun olaraq artımlar nəzərə alınaraq yenidən hesablanmışdır. 2018-ci ilin avqust ayında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin (Hərbi Birləşmələrin) təşkilatştat strukturunda aparılmış dəyişiklikləri ilə bağlı müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatında olan hərbi qulluqçulara şamil edilmir”. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin məhkəmə sorgusuna cavab olaraq göndərdiyi 22.07.2021-ci il tarixli 16/4608 saylı məktubundan görünür ki, İddiaçı 25.02.2002-ci il tarixdə keçmiş MTN-dən xidmətini davam etdirmək üçün MTN X2 sərəncamına ezam edilmiş, N №-li hərbi hissədə və Sahil Mühafizəsində müxtəlif vəzifələrdə xidmət etmiş və DSX-nin rəisinin 29.04.2013-cü il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətindən 1 -ci dərəcəli kapitan vəzifəsində ehtiyata buraxılmışdır. Həmçinin, İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən aylıq vəzifə maaşı 685,00 (altı yüz səksən beş) manat təkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2019-cu il tarixli 406 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 3-cü hissəsinə əsasən həmin vəzifə üzrə aylıq vəzifə maaşı 1015,00 (min on beş) manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin məhkəmə sorgusuna cavab olaraq göndərdiyi 19.08.2021-ci il tarixli 16/5417 saylı məktubundan görünür ki, İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən xidmət etdiyi sonuncu vəzifə üzrə Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 2959 nömrəli sərəncamına əsasən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təşkilat-ştat strukturunda dəyişikliklər aparılmışdır. -Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi iddiaçının pensiya işinə dair sənədlərin təsdiqlənmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 2 avqust 2013-cü il tarixli 000487 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 32 il 2 ay 14 gün xidmət müddətinə görə iddiaçıya 20 avqust 2013-cü il tarixində Mərkəzi Filial tərəfindən təminat xərcliyinin 91 faizi miqdarında yaşa görə (xəstəliyə görə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək təminat xərcliyinin (1.982,20 manat) 91 faizi- 1.803,80 manat məbləğində pensiya qanunvericiliyə uyğun hesablanaraq ödənilmişdir. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1931,52 manat müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 1.015,00 manat, rütbə maaşı 159 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə – 469.60 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə – 355,25 manat, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə – 101,50 manat, məxfiçiliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavə - 203,00 manat, kəşfiyyat əks-kəşfiyyat fəaliyyətinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə - 253,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 2621,10 manat təşkil etmişdir”. Filialın 03.03.2021-ci il tarixli qərarı ilə iddiaçıya 2.310,10 manat məbləğində pensiya təyin edilmişdir. - iddiaçının pensiya işinə dair sənədlərində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış pensiya məbləğinin hesablanması haqqında məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətiniz aidiyyəti üzrə araşdırılmışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 2 avqust 2013-cü il tarixli 000487 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 32 il 2 ay 14 gün xidmət müddətinə görə sizə 20 avqust 2013-cü il tarixində Mərkəzi Filial tərəfindən təminat xərcliyinizin 91 faizi miqdarında yaşa görə (xəstəliyə görə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. Əmək pensiyanızdakı sonrakı artımlar nəzərə alınmaqla sizə 1 mart 2018-ci il tarixinədək təminat xərcliyinizin (1.982,20 manat) 91 faizi- 1.803,80 manat məbləğində pensiya qanunvericiliyə uyğun hesablanaraq ödənilmişdir. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyiniz orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyanız 1931,52 manat müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyiniz orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyiniz vəzifənizə uyğun vəzifə maaşınız 1.015,00 manat, rütbə maaşınız 159 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəniz – 469.60 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəniz – 355,25 manat, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəniz – 101,50 manat, məxfiçiliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavəniz - 203,00 manat, kəşfiyyat əks-kəşfiyyat fəaliyyətinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəniz - 253,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyiniz 2621,10 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyanız təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; -20 ildən artıq xidmət müddətinin (12 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (12x2) təminat xərcliyinin 24 faizi; -natamam ildəki iş stajı aylarının sayına (2 ay) mütənasib olaraq təminat xərcliyinin 0,33 faizi. Əmək pensiyanızın müəyyən edilməsi üçün təminat xərcliyinizin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 79,33 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyiniz (1982,20 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyiniz (2621,10 manat) arasındakı fərq məbləğinin (638,90 manat) 79,33 faizi - 506,84 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanızın (1803,80 manat) üzərinə əlavə olunmaqla 2310,64 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Mərkəzi Filiala göndərilməlidir. Qeyd olunanlara əsasən əmək pensiyanızın məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə təminat xərcliyinizdə baş verən dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyiniz orqandan Mərkəzi Filiala daxil olduqdan sonra baxıla bilər”. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda götərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu Qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; Həmin Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 2959 nömrəli sərəncamına əsasən “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrin Siyahısı” təsdiq edilmiş, “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 avqust tarixli 1356 nömrəli Sərəncamının 1-ci hissəsi ləğv edilmişdir. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” 2008-ci il 6 sentyabr tarixli 205-24 nömrəli və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 oktyabr tarixli 296- 14 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli 173-13 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2019-cu il tarixli 406 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilmişdir. Həmin Qərarın 5.-ci bəndində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır ki, bu Qərarda nəzərdə tutulmuş artımla əlaqədar, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət etmiş hərbi qulluqçulara və onların ailə üzvlərinə əmək pensiyalarının qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etsin. Həmin Qərarın 6 və 7-ci bəndlərinə müvafiq olaraq “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 6 sentyabr tarixli 205-24 nömrəli Qərarının 3cü hissəsi, habelə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 oktyabr tarixli 296-14 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 aprel tarixli 173-13 nömrəli Qərarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 iyun tarixli 280 nömrəli Qərarı) 1-ci və 2-ci hissələri ləğv edilmişdir. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, iddiaçıya cavabdeh tərəfindən təqdim olunmuş 2 avqust 2013-cü il tarixli 000487 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 32 il 2 ay 14 gün xidmət müddətinə görə 20 avqust 2013-cü il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təminat xərcliyinin 91 faizi miqdarında yaşa görə (xəstəliyə görə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla iddiaçıya 1 mart 2018-ci il tarixinədək təminat xərcliyinin (1.982,20 manat) 91 faizi- 1.803,80 manat məbləğində pensiya hesablanaraq ödənilmişdir. 1 mart 2018-ci il tarixindən cavabdeh tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1931,52 manat müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən cavabdeh tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 1.015,00 manat, rütbə maaşı 159 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə – 469.60 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi – 355,25 manat, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi – 101,50 manat, məxfiçiliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi - 203,00 manat, kəşfiyyat əkskəşfiyyat fəaliyyətinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi - 253,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyinin 2621,10 manat təşkil etməklə Mərkəzi Filialının 03.03.2021-ci il tarixli qərarı ilə iddiaçıya 2.310,10 manat məbləğində pensiya təyin edilmişdir. Lakin iddiaçının Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən xidmət etdiyi sonuncu vəzifə üzrə Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 2959 nömrəli Sərəncamına əsasən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təşkilat-ştat strukturunda dəyişikliklər aparılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2019-cu il tarixli 406 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 3-cü hissəsinə əsasən həmin vəzifə üzrə aylıq vəzifə maaşı artırılsa da, həmin artım barəsində göndərilən məlumat vərəqində əksini tapmamışdır. Belə ki, məhkəmə baxışı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məxfi sənədlərə baxış keçirilərək müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 29.04.2013-cü il tarixli əmri ilə iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətindən 1-ci dərəcəli kapitan vəzifəsində ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 2959 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təşkilat-ştat strukturunda edilmiş dəyişikliklər nəticəsində iddiaçının ehtiyata buraxıldığı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi rəisinin 1-ci müavini-qərargah rəisi” tutduğu vəzifəsinin vəzifə maaşında aparılmış təşkilatı-ştat dəyişiklikləri ilə əlaqədar artım baş vermişdir. Belə ki, Sahil Mühafizəsi rəisinin 1-ci müavini - qərargah rəisi vəzifəsi üçün nəzərdə tutulmuş 1.015 manat məbləğində vəzifə maaşı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təşkilat-ştat strukturunda edilmiş dəyişikliklər nəticəsində (Hərbi birləşmə XXİ hissə, 2.) hazırda 1.130 manat məbləğində müəyyən edilmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” 2008-ci il 6 sentyabr tarixli 205-24 nömrəli və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 oktyabr tarixli 296-14 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli 173-13 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2019-cu il tarixli 406 nömrəli Qərarının 5.-ci bəndində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır ki, bu Qərarda nəzərdə tutulmuş artımla əlaqədar, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət etmiş hərbi qulluqçulara və onların ailə üzvlərinə əmək pensiyalarının qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etsin. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 2959 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təşkilat-ştat strukturunda dəyişikliklər nəticəsində iddiaçının sonuncu çalışdığı vəzifə üzrə vəzifə maaşında baş vermiş artım, yəni vəzifə maaşının 1.130 manat olması nəzərə alınmaqla cavabdeh orqan tərəfindən yeni məlumat vərəqəsi tərtib olunaraq üçüncü şəxsə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);..2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (52-ci maddə). Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı oldugundan təmin edilməli, iddiaçının ehtiyata buraxılarkən xidmət etdiyi vəzifə üzrə Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 2959 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təşkilat-ştat strukturunda edilmiş dəyişikliklər nəticəsində hazırki vəzifə maaşı 1.130 manat əsas götürülməklə barəsində yeni məlumat vərəqinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 4.1-ci, 13-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79-cu, 81-ci və 85-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ehtiyata buraxılarkən xidmət etdiyi vəzifə üzrə Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 2959 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təşkilat-ştat strukturunda edilmiş dəyişikliklər nəticəsində hazırki vəzifə maaşı 1.130 manat əsas götürülməklə barəsində yeni məlumat vərəqinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4555/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4555/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver