Məhkəmə qərarları › İş №2-1(112)-4555/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4555/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4555/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehna qarşı “uşağın sağlamlığı haqqında tibbi arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “uşağın sağlamlığı haqqında tibbi arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə *7 may 2*25-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, övladı, 16.1*.2*12-ci il təvəllüdlü Mustafayeva Ayan Ruslan qızına sağlamlıq haqqında Forma 26 tibbi arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı *3.12.2*24-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin *9.*1.2*25-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qızı Mustafayeva Ayan Ruslan qızı 2*15-ci ildə təcili yardım həkimlərinin vurduğu iynə nəticəsində komaya düşmüşdür. Övladı 16 gün komada olmuş və ayılandan sonra Uşaq Nevroloji Xəstəxanasının həkimlərinin heç biri qızını müalicə edə bilməmişdir. O vaxtdan qızını türk həkimləri müalicə edir. Türkiyə Respublikasının mənəvi və maddi yardımı nəticəsində övladının vəziyyəti yaxşılığa doğru gedir. Hətta türk həkimlərinin məsləhətinə görə uşaq ümumi təhsilə gedib, uşaqlara qarışıb sosiallaşmalıdır. Övladının adı 286 №-li məktəbdə qeydiyyatdadır, lakin əyani şəkildə məktəbə gedə bilmir. Tibbi sənədi Bakı şəhəri 39 №-li poliklinikanın baş həkimi, şöbə müdiri, nevropatoloqu 2*19-cu ilin diaqnozunu yazdığına görə uşağı məktəbə qəbul edə bilmirlər. Övladının hal-hazırda vəziyyəti yaxşıdır və məktəbə gedib təhsil almaq qabiliyyətinə malikdir. Qızı ümumi təhsilini ev şəraitində alıb və hal-hazırda 6-cı sinifdə təhsil almalıdır. Lakin cavabdeh orqan olan Səhiyyə Nazirliyi qızının təhsili ilə bağlı “Forma 26” tibbi arayışın verilməsindən yayınır. Bu səbəbdən də qızı məktəbdə təhsil ala bilmir. Övladı 16.1*.2*12-ci il təvəllüdlü Mustafayeva Ayan Ruslan qızına sağlamlıq haqqında “Forma 26” tibbi arayışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etsə də, müraciətinə bu günədək müsbət cavab ala bilməmişdir. Odur ki, Mustafayeva Ayan Ruslan qızının təhsilini məktəbdə davam etdirməsi üçün “Forma 26” tibbi arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına zərurət vardır. Cavabdehin etirazları: Cavabdeh *3.*2.2*25-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanda yaşayan Mustafayeva Ayan Ruslan qızı - 16.1*.2*12-ci il tarixdə ünvan 2 doğum evində doğulmuşdur. Doğularkən uşağın çəkisi 25** qr, boyu 48 sm olmuş, Apqar şkalası ilə vəziyyəti 5 bal ilə qiymətləndirilmişdir. 17.1*.2*12-ci il tarixdə sağlamlıq vəziyyəti ilə bağlı uşağı, doğum evindən Sumqayıt Şəhər Uşaq Xəstəxanasına köçürmüşlər. Xəstəxanaya daxil olarkən ümumi vəziyyəti həddən artıq ağır qiymətləndirilmişdir. Müayinə zamanı uşağın süst, halsız olduğu, fizioloji reflekslərin alınmadığı, udma və əmmə aktının çox zəif olduğu müşahidə edilmişdir. Xəstəxana daxilində aparılan müayinələr nəticəsində xəstəyə aşağıdakı diaqnozlar qoyulmuşdur: “X2 perinatal hipoksik və travmatik mənşəli zədələnməsi. Kəlladaxili qansızma. Kəskin qan dövranı çatmamazlığı. Bətndaxili infeksiyalaşma. Dölyanı sularla aspirasiya. Bətndaxili inkişafın ləngiməsi hipotrofik variant.” Stasionar şəraitdə müalicə aparılmışdır. 2*.1*.2*12-ci il tarixində valideynlərin öz istəyi ilə uşaq xəstəxanadan nisbi yaxşılaşma halı ilə evə buraxılmışdır. Mütəmadi olaraq Uşaq Bərpa Mərkəzində reablitasiya kursları almışdır. Dəfələrlə müayinə üçün Mustafayeva Ayan Ruslan qızı poliklinikaya dəvət olunmuş, lakin ana övladını müayinə üçün gətirməkdən imtina etmişdir. Bu barədə ambulator kitabçada sahə həkimi tərəfindən qeydlər aparılmışdır. *3.*9.2*24-cü il tarixdə valideyn İddiaçı övladını müayinə üçün poliklinikaya gətirməkdən imtina etməsi barədə ərizə təqdim etmişdir. *7.12.2*24-cü il tarixdə sahə həkimi və tibb bacısı tərəfindən X1 Dispanser müayinədən keçirilməsi üçün dəfələrlə poliklinikaya dəvət olunmasına baxmayaraq, valideyn İddiaçı övladını müayinə üçün gətirməkdən imtina etməsi ilə bağlı akt tərtib edilmişdir. Məlumat üçün bildirilmişdir ki, İddiaçı eyni şikayətlə Yasamal Rayon Prokurorluğu, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxs, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsdən daxil olmuş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına da müraciət etmişdir. İddiaçı *5.12.2*24-cü il tarixdə övladına F-*26 sağlamlıq haqqında arayış verilməsi üçün poliklinikaya rəsmi şəkildə müraciət etmişdir. Sağlamlıq arayışı verilməsi üçün tələb olunan mütləq müayinələrdən keçmək məqsədilə A.Mustafayeva poliklinikaya dəvət olunmuş, valideyn övladını müayinəyə gətirməkdən imtina etdiyini bildirmişdir. Valideynin imtinası barədə akt tərtib olunmuşdur. Eyni zamanda məktuba rəsmi şəkildə poliklinikada müayinələrdən keçməyin zəruriliyi barədə yazılmış cavab məktub əlavə olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi qeyd etmişdir ki, sözügedən arayışın verilməsi üçün psixiatrın nervoloji rəyi lazım olduğu iddiaçıya bildirilmiş və müvafiq göndəriş verilmişdir, lakin rəy təqdim olunmadığı üçün tərəflərindən arayışın verilməsindən imtina verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ İİ seriyalı 98*258 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Mustafayeva Ayan Ruslan qızı 16.1*.2*12-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur; 13 nömrəli uşaq poliklinikasının 1*.*6.2*19-cu il tarixli, 213 nömrəli arayışdan görünür ki, Mustafayeva Ayan Ruslan qızı həmin müəssisədə psixiatr kabinetində müayinədən keçmiş, ”Əqli və nitq inkişafı geriliyi,davranış pozuntusu ilə” diaqnozu qoyulmuşdur; Uşaq Nevroloji Xəstəxanasının *4.*9.2*19-cu il tarixli rəyindən görünür ki, Mustafayeva Ayan Ruslan qızı *4.*9.2*19-cu il tarixdə Bakı şəhəri Uşaq Nevroloji Xəstəxanasında ambulator şəkildə müayinədən keçirilmiş və “G4*.3-Generalizə olunmuş epilepsiya ,tez-tez təkrar olunan epitutmalarla ,G81.9- Hemiplegiya, F7*.*-Əqli və Nitq inkişafı geriliyi” diaqnozları qoyulmuşdur; Psixi Sağlamlıq Mərkəzinin *6.*2.2*2*-ci il tarixli, 896 nömrəli rəyindən görünür ki, Mustafayeva Ayan Ruslan qızının psixiatr müayinəsindən sonra “F *7.8 ;F *2.8 Baş beyin xəstəliyi (epilepsiya) nəticəsində əqli gelirik və tez - tez təkrarlanan epitutmalar; G 81.9 Hemiplegiya ; F 8*.* Nitq inkişafının spesifik pozuntusu" diaqnozları qoyulmuşdur; Uşaq Nevroloji Xəstəxanasının *7.*2.2*2*-ci il tarixli rəyindən görünür ki, Mustafayeva Ayan Ruslan qızı Uşaq Nevroloji Xəstəxanasında ambulator şəkildə müayinədən keçirilmiş və konsilium tərəfindən rəy verilmişdir. ğaS“ tərəfli spastik hemiparez. Simptomatik epilepsiya, tez-tez təkrarlanan generalizə olunmuş epitutmalar” diaqnozları təsdiqlənmişdir. Tətbiq edilən hüquq: “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 25. Sağlamlığının vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ay yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir. ... Vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir. Vətəndaşın tələbi ilə ona sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərin surətləri təqdim olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilir ki, iddiaçının uşağı Mustafayeva Ayan Ruslan qızına 2*19 və 2*2*-ci illərdə keçdiyi müayinələrin nəticəsində ”Əqli və nitq inkişafı geriliyi, davranış pozuntusu ilə”, “Generalizə olunmuş epilepsiya, tez-tez təkrar olunan epitutmalarla, Hemiplegiya” və ğaS“ tərəfli spastik hemiparez. Simptomatik epilepsiya, teztez təkrarlanan generalizə olunmuş epitutmalar” diaqnozları qoyulmuşdur. Hazırkı mübahisə uşağın sağlamlığı haqqında tibbi arayışın (forma 26U) verilməsi ilə bağlıdır. İş materiallarından göründüyü kimi, iddiaçı *5.12.2*24-cü il tarixdə uşağına sağlamlıq haqqında tibbi arayış verilməsi üçün poliklinikaya rəsmi şəkildə müraciət etmişdir. Sağlamlıq arayışı verilməsi üçün tələb olunan müayinələrdən keçmək məqsədilə A.Mustafayeva poliklinikaya dəvət olunmuş, valideyn uşağını müayinəyə gətirməkdən imtina etdiyini bildirmişdir. Valideynin imtinası barədə akt tərtib olunmuşdur (surəti iş materiallarına əlavə olunmuşdur). İddiaçı məhkəmə iclasında da uşağın göndəriş əsasında müayinələrdən keçməsindən imtina etdiyini bildirmişdir. Belə olan halda, iddiaçının uşağı sağlamlıq haqqında tibbi arayış verilməsi üçün tələb olunan müayinələrdən keçmədiyindən (iddiaçı imtina etdiyindən) qeyd edilən arayışın verilməsindən imtina etməkdə cavabdeh haqlıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının “uşağın sağlamlığı haqqında tibbi arayışın verilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, İddiaçı Cavabdehna qarşı “uşağın sağlamlığı haqqında tibbi arayışın verilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehna qarşı “uşağın sağlamlığı haqqında tibbi arayışın verilməsi” tələbinə dair iddiaçı təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 3* gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 54*-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar