Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4557/2020 22.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X13, 3-cü şəxslər X1, X5, X6 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X3, X9, X10, X4 3-cü şəxs qismində işə cəlb edilməklə çıxarışların ləğvi barədə işə Bakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X3, X9, X10, X4 3-cü şəxs qismində işə cəlb edilməklə Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş qeydiyyat nömrəli **********, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli, **********7 qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışların ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə mümkünlük iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildə Bakı şəhər Bağlar İdarəsi tərəfindən onun ərizəsi əsasında ailəsinə Dübəndi bağ massivində bağ sahələri ayrılmış və ona bağ kitabçaları verilmişdir. O, da həmin bağ sahələrində özünə ev tikməyə başlamışdır. Hal-hazırda da, ailəsi ilə birgə orada yaşayır. 2007-ci ildə Bağlar İdarəsi ondan həmin bağ kitabçalarını yığaraq onlara izah etmişdir ki, həmin kitabçaların əvəzinə onlara müqavilələr təqdim olunacaq. Eyni zamanda bildirir ki, Bağlar İdarəsindən bildirmişlər ki, sözü gedən torpaq sahəsi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verilmişdir. Lakin, onlar rəsmi Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə müraciət etmişlər və həmin bağ sahələrindən imtina ediblər. Ona görə də, həmin bağ sahələri müqavilə ilə ona verəcəklər. X8 İdarələri ləğv edilmiş və bağlara sənəd verilməsi dayandırılmışdır. O, isə artıq orada ev tikmişdir və hal-hazırda orada ailəsi ilə yaşayır. Eyni zamanda məhkəməyə bildirir ki, cavabdeh tərəfindən vətəndaşlara verilmiş çıxarışlar saxtadır və həqiqətə uyğun deyildir. Belə ki, torpaqları özəlləşdirərkən reyestr xidmətindən mühəndis yerə baxış keçirməli idi və baxış zamanı məlum olsa ki, orada qeyri bir vətəndaş artıq ev tikib yaşayırsa, onların ixtiyarı yox idi ki, onu özəlləşdirsin. Eyni zamanda bildirir ki, özəlləşmiş sənədlərdə əsas göstərilib ki, həmin sənəd xx.xx.2019-cu il tarixli Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi protokoldan çıxarışdır. Heç vaxt X12 vətəndaşlara protokoldan çıxarış etməyib və etməyə də, ixiyarları yoxudr. Ona görə ki, protokoldan çıxarışlar müəssisələrin bağlar yoldaşlıqları tərəfindən tərtib olunurdu. Bundan əlavə çıxarışlar göstərir ki, bağ sahələrinin nömrələri 11,12,13 və 14-dür. Həmin yerdə elə nömrəli bağlar mövcud deyildir. Çıxarışlara nəzər salınsa, çıxarışlarda nə nömrə, nə də seriya vardır. Bunlar hamısı onu sübut edir ki, çıxarışlar saxtadır və məhkəmə tərəfindən ləğv olunmalıdır. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyətinin bu barədə müvafiq sərəncamları vardır: 1342 nömrəli, xx.xx.1996-cı il tarixli, 124 nömrəli, xx.xx.1998-ci il tarixli, 94 nömrəli, xx.xx.2006-cı il tarixli. Bu sərəncamlara əsasən belə çıxarışın verilməsi qeyri-qanunidir. Qonşular tərəfindən tərtib olunmuş akta əsasən məlumdur ki, o, orada 2003-cü ildən ailəsi ilə birlikdə yaşayır və indiyə qədər heç kim bu torpağa dair iddia irəli sürməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxslər iddiaya qarşı etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə tərəfindən iş materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olduğunu iddia etdiyi bağ sahəsi ilə üst-üstə düşən, 3-cü şəxslərə məxsus bağ sahələrinə dair cavabdeh tərəfindən verilmiş çıxarışların ləğv edilməsini xahiş etsə də, iş materiallarında iddiaçıya məxsus olduğu iddia edilən bağ sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədlər, yəni, iddiaçının mübahisəli ünvan üzrə iddia qaldırmaq, hüquq və mənafelərini məhkəmədə təmsil etmək hüququnu təsdiq edən sənəd-sübut aşkarlanmamışdır. Göründüyü kimi, iddiaçı 3-cü şəxslərə məxsus çıxarışın qanunsuz və əsassız olduğunu iddia edərək, həmin çıxarışların ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Halbuki, iddiaçının hazırki iddianı qaldırmağda subyektiv hüququ mövcud deyildir. Belə ki, onlunla cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu və həmin orqan tərəfindən 3-cü şəxslərə verilmiş çıxarışla onun subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarını pozması faktı müəyyən edilmir. Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4557/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4557/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver