Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-456/2023 08.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Abıyevin sədrliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmaqla qərarın ləğv olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəs 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə (bundan sonra mətndə İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli yoxlamanın nəticəsi barədə seriya DVX № 005391 nömrəli aktının və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7037 nömrəli qərarın qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7037 №-li qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC xx.xx.2019-cu ildən Vergilər Nazirliyi MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş və hazırda da ünvan 1 ünvanında fəaliyyət göstərir. 27 iyun 2021-ci il tarixində MMC-nin direktoru olaraq X5 ilə cavabdeh orqandan telefonla əlaqə saxlanılaraq, malların qalığının hesablamaq üçün şirkətdə olan malların siyahıya alınmalı olduğu bildirilmişdir. O, isə həmin gün qeyri iş günü olduğundan işləmədiklərini bildirmiş, lakin cavabdeh orqanın əməkdaşı israrla idarənin tapşırığıdı deyərək, MMC-nin həyətində növbətçi qoyulmasını və səhər tezdən qapının açılmasını tələb etmişdir. O, məcbur olub cavabdeh orqanın əməkdaşlarının əraziyə buraxılması barədə göstəriş vermiş, cavabdehin əməkdaşları şirkətə bəyannnamə olmadan mal gətirdiklərini bildirmişlər. O, İddiaçı MMC-nin idxalixracla heç bir əlaqəsi olmadığını və yalnız sifariş olunan malların kəsimi ilə məşğul olduğu barədə məlumatlandırmışdır. Şirkətə gələn mallar kəsilir və geri qaytarılır. Cavabdehin əməkddaşları həmin gün malları siyahıya almış, təxmini olaraq heç bir çəki və ya malların dəyərinin dəqiq hesabatın aparmadan 258612.46 manat dəyərində malı elektron qaiməfaktura idxal gömrük bəyannaməsi əsasında alınmayan mal kimi qeydə alaraq xx.xx.2021 -ci il tarixli seriya DVX № 003222 nömrəli siyahı tərtib etmişlər. Həmin siyahı üzrə də bir gün sonra xx.xx.2021-ci il tarixdə yoxlamanın nəticəsi barədə seriya DVX № 005391 nömrəli AKT tərtib etmişlər ki, o, həmin aktla razılaşmayaraq qəbul etməmişdir və imza etməkdən imtina etmişdir. Həmin akt əsasında 25861.25 manat maliyyə sanksiyası hesablanmışdır. Bütün bu şəbəbdən də cavabdeh tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli № **********7037 nömrəli Qərar çıxarılmışdır. Məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli № **********7037 nömrəli qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, qeyd edilən və siyahıya alınan mallar onlara məxsus deyildir, hesablanan miqdarda olan mal şirkətdə olmamışdır və onların şirkəti yalnız malların kəsim işinə baxırlar. Bu barədə cavabdehin əməkdaşlarına da bildirilmiş və onların yanında da gələn mallardan kəsilmiş mallar geri qaytarılmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair xx.xx.2021-ci il tarixli **********144000 №li yazılı etirazda göstərilmişdir ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə saat 16:00-da Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexində 1235043,32 manat dəyərində mal aşkar olunmuşdur. Aşkar olunmuş mallardan 258612,45 manat dəyərində malın sənədsiz olması faktı aşkar olunmuş və xx.xx.2021-ci il tarixli 005391 nömrəli akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli 005391 nömrəli akt İddiaçı MMC-nin rəhbəri X3 təqdim edilsə də, rəhbər aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Nəticədə İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 005391 nömrəli akta, eləcə də malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması barədə aktda göstərilən qeydlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı MMC-nin 25861,25 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin rəhbəri X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, “MMC-yə məxsus olan təsərrüfat subyekti Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexindən ibarətdir. Qeyd edilən ünvandan başqa MMC-yə məxsus obyekt və saxlancda olan mal yoxdur. Xidmət haqqı 1 ton kəsimə görə ƏDV daxil 11 manat 80 qəpik təşkil edir. Müəssisənin iş vaxtı həftədə 5 gün olmaqla saat 09:00-dan 18:00-dəkdir. Şənbə və bazar günləri istirahət günləridir”. İddiaçı MMC-nin rəhbəri X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatda da bildirmişdir ki, “MMC-nin əsas fəaliyyət növü yastı prokatın doğranmasıdır (emalı). Göstərilən xidmətə görə hər ton üçün 11,8 manat (ƏDV daxil) xidmət haqqı alırıq”. Dövlət Vergi Xidmətinin məlumat bazasında İddiaçı MMC-nin əsas fəaliyyət növü sair hazır metal məmulatlarının istehsalı olaraq qeyd edilmişdir. Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların siyahısı tərtib edilmişdir. Həmin siyahıda bir vahidinin qiyməti 1,716 manat olan 569015,65 kq, ümumi məbləği 976430,86 manat olan elektron qaimə-faktura və idxal gömrük bəyannaməsi əsasında alınmış mal və bir vahidinin qiyməti 1,876 manat olan 137796 kq, ümumi məbləği 258612,45 manat olan elektron qaimə-faktura və ya idxal gömrük bəyannaməsi əsasında alınmayan mal aşkar edildiyi qeyd edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi İddiaçı MMC tərəfindən verilmiş iddia ərizəsi əsassızdır və MMC tərəfindən Vergi Məcəlləsinin 58.8-ci maddəsinin tələbləri pozularaq, 258612,45 manat dəyərində malın sənədsiz olması müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbardar edilmiş "xxxx" MMC nümayəndəsinin məkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində yəni, xx.xx.2021-ci il tarixdə, müraciət etmişdir. İddia mümkündür.
İşin halları. İş materiallarında olan; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı MMC xx.xx.2019-cu il tarixdə (VÖEN) ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Çıxarışda hüquqi şəxsin ünvanı - ünvan 3miyyətin qanuni təmsilçisi X4r. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********9189 №-li, xx.xx.2021-ci il tarixli Qərarı ilə İddiaçı MMC-yə məxsus obyektdə - Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu STQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında Qurğuların təmiri və yığılması sexində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmala) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********9207 №-li, xx.xx.2021-ci il tarixli tələbnamə ilə İddiaçı MMC-dən operativ vergi nəzarətinin aparılması üçün Malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınmasını təsdiq edən sənədlər, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin təqdim olunması tələb olunmuşdur. İddiaçı MMC-nin rəhbəri X5 tərəfindən İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim olunmuş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, MMC-yə məxsus olan təsərrüfat subyekti Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexindən ibarətdir. Qeyd edilən ünvandan başqa MMC-yə məxsus obyekt və saxlancda olan mal yoxdur. Xidmət haqqı 1 ton kəsimə görə ƏDV daxil 11 manat 80 qəpik təşkil edir. Müəssisənin iş vaxtı həftədə 5 gün olmaqla saat 09:00-dan 18:00-dəkdir. Şənbə və bazar günləri istirahət günləridir. İddiaçı MMC-nin rəhbəri X5 tərəfindən İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim olunmuş xx.xx.2021-ci il tarixli izahatda da bildirilmişdir ki, MMC-nin əsas fəaliyyət növü yastı prokatın doğranmasıdır (emalı). Göstərilən xidmətə görə hər ton üçün 11,8 manat (ƏDV daxil) xidmət haqqı alınır. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektlərindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli DVX seriyalı 005391 №li aktın surətindən müəyyən olunur ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşları tərəfindən İdarənin xx.xx.2021-ci il tarixli **********9189 №li qərarına əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexində operativ vergi nəzarəti tədbiri həyata keçirilərkən, xx.xx.2021-ci il tarixdə saat 16:00-da İddiaçı MMC-yə məxsus qurğuların təmiri və yığılması sexində 1235043,32 manat dəyərində mal aşkar olunmuşdur. Aşkar olunmuş mallardan 258612,45 manat dəyərində malın sənədsiz olması aşkar olunmuşdur. Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 25861,24 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Akta əlavə olunmuş “Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların siyahısı”nda bir vahidinin qiyməti 1,716 manat olan 569015,65 kq, ümumi məbləği 976430,86 manat olan elektron qaimə-faktura və idxal gömrük bəyannaməsi əsasında alınmış mal və bir vahidinin qiyməti 1,876 manat olan 137796 kq, ümumi məbləği 258612,45 manat olan elektron qaimə-faktura və ya idxal gömrük bəyannaməsi əsasında alınmayan mal aşkar edildiyi qeyd edilmişdir. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7037 №-li, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71.1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71.2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 25861.25 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********7038 №-li tələbnamədən görünür ki, İddiaçı MMC-dən büdcəyə ödənilməli olan 25861,25 manat vəsaitin xx.xx.2021-ci il tarixə kimi Milli Gəlirlər Baş İdarəsinin hesabına ödənilməsi tələb olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********483200 №li məktubu ilə bildirilmişdir ki, Çin Xalq Respublikasından (ÇXR) idxal olunan xx.xx.2021-ci il tarixli **********1868, **********532, **********1839, **********1613, **********1771 nömrəli gömrük bəyannaməsi ilə "xxxx" MMC adına rəsmiləşən malların BBGİ-nin X10 ərazisindən 16/xx.xx.2021-ci il tarixində çıxaraq, elektron-qaimə faktura təqdim edlmədən İddiaçı MMC-yə məxsus anbara aparılması halı araşdırma nəticəsində Baş İdarə tərəfindən müəyyən edilmişdir. Yuxarıda qeyd olunan halın yoxlanılması məqsədilə Baş İdarə tərəfindən VM-nin 50.2.2-ci və 50.2.4-cü maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli **********9186 nömrəli operativ vergi nəzarətinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. OVN zamanı anbarda aşkar olunmuş malların üzərində olan etiketlər əsasında və malların ölçüləri barədə məlumatlardan istifadə olunmuş, həmçinin malların qiymətləri GB-də göstərilən qiymətlər əsasında müəyyən edilmişdir. İddiaçı MMC malları elektron-qaimə fakturasız aldığına görə VM-nin 58.8-ci maddəsinə əsasən 25861,24 (258612,46 x 10 %) manat maliyyə sanksiyası tətbiq edilmişdir. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********9186 №-li, xx.xx.2021-ci il tarixli Qərarının, “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektlərindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli DVX seriyalı 005393 №li aktın surətlərindən və "xxxx" MMC-yə aid şəxsi vərəqədə olan məlumatlardan müəyyən olunur ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül S/zonası, 507-ci küçə, 2113-cü məhəllə (kvartal) ünvanında yerləşən **********- 15001 kodlu anbarda YGB əsasında idxal edilmiş alış dəyəri ilə 84651 manat məbləğində mal aşkar edilmiş, **********1532, **********711, **********1868, **********1839, **********1613 nömrəli gömrük bəyannamələri ilə idxal edilmiş 258612,45 manat dəyərində malı, 10 % ticarət əlavəsi, 18 % ƏDV tətbiq etməklə 335678,96 manata e-qaimə tətbiq etmədən satıldığı müəyyən olunmuş, VM-nin 16.1.3, 71 və 130-cu maddələrinin tələblərinin pozulduğuna görə vergi ödəyicisi barəsində VM-nin 58.1.3-cü maddəsinə əsasən 33567,89 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuş, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1346 №-li, xx.xx.2021-ci il tarixli qərarı ilə "xxxx" MMC –yə 33567,90 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunmuş, qeyd olunan məbləğ vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixli ödəniş tarşırığı ilə büdcəyə ödənilmişdir.
Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən şimliridşələdaS“ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71- 1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə- fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys) və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda : 58.8.2. Malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.
Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də malların elektron qaimə təqdim edilməli olduğu halda təqdim edilmədən satılmasıdır. Operativ vergi nəzarəti tədbirinin mahiyyəti bundan ibarətdir ki, sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində sadalanan məsələlərə cari vəziyyətdə riayət olunub-olunmaması müəyyən olunsun. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan iddiaçının sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktra (invoys), alış aktları və ya Vergi Məcəlləsinin 71-2 maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyəti mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələbləri pozulmuşdur. Dövlət Vergi Xidmətinin məlumat bazasında İddiaçı MMC-nin əsas fəaliyyət növü sair hazır metal məmulatlarının istehsalı olaraq qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşı X7 izahatından müəyyən olunmuşdur ki, o, adı çəkilən İdarənin əsasnaməsinə uyğun olaraq, vəzifə səlahiyyətləri çərçivəsində BBGİ-nin X10 ərazisində növbədə olarkən ÇXR-dan idxal olunan xx.xx.2021-ci il tarixli **********1868, **********532, **********1839, **********1613, **********1771 nömrəli gömrük bəyannamələri ilə "xxxx" MMC-nin adına rəsmiləşən malların Gömrük Postunun ərazisindən 16/xx.xx.2021-ci il tarixində çıxaraq, İddiaçı MMC-yə məxsus anbara aparılmasını müşayət etmişdir. Bununla bağlı iddiaçı müəssisənin səlahiyyətli əməkdaşlarının icazəsi ilə cəmiyyətin fəaliyyət göstərdiyi sexin ərazisinə daxil olarkən, 3 avtomobillə sexin ərazisinə gətirilən mallardan (yastı prokat) bir hissəsinin əraziyə boşaldıldığını müşayət etmişdir. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin digər əməkdaşı X11 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İdarənin xx.xx.2021-ci il tarixli **********9189 №li qərarına əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexində operativ vergi nəzarəti tədbiri həyata keçirilərkən, xx.xx.2021-ci il tarixdə saat 16:00-da İddiaçı MMC-yə məxsus qurğuların təmiri və yığılması sexində 1235043,32 manat dəyərində mal aşkar olunmuşdur. Malların üzərində olan məlumatlardan (etiket) onların hansı ölkədən daxil olduğu müəyyən edilmişdir. Aşkar olunmuş mallardan 258612,45 manat dəyərində malın sənədsiz olması müəyyən olunmuşdur. Bununla bağlı müvafiq akt tərtib olunaraq, Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 25861,24 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Məhkəmə araşdırması zamanı İddiaçı MMC-nin nümayəndəsi X5 da 16/xx.xx.2021ci il tarixlərində BBGİ-nin X10 ərazisindən ÇXR-dan idxal olunan xx.xx.2021-ci il tarixli **********1868, **********532, **********1839, **********1613, **********1771 nömrəli gömrük bəyannamələri ilə "xxxx" MMC-nin adına gətirilmiş malların İddiaçı MMC-nin ərazisinə daxil olduğunu, malların bir qismi boşaldıldıqdan sonra, həmin malların səhv olaraq onların ünvanına daxil olduğunu müəyyən etdiklərindən, həmin malları aid olduqları ünvana göndərdiklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən keçirilmiş OVN zamanı vergi ödəyicisi olan iddiaçının sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktra (invoys), alış aktları və ya Vergi Məcəlləsinin 71-2 maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyəti mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmaması halının aşkar olunması halı işin araşdırılan halları ilə tam sübuta yetirilmişdir. İddiaçının qeyd olunan halların yanlışlıq nəticəsində baş verməsi (malların səhvən onlara aid sexin ərazisinə daxil olması və bir qisminin boşaldılması) real münasibətləri əks etdirmir və bu münasibət vergidən yayınma faktı kimi qiymətləndirilir. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi) ki, cavabdeh orqan bunu sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Beləliklə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi, həm də maddihüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda Vergi Məcəlləsinin 50-ci maddəsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuş, inzibati akt qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev