Məhkəmə qərarları › İş №2-1(112)-4561/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4561/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4561/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə mərhum X5 mülkiyyət hüququ ilə məxsusluğuna dair arayışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etmədiyi bildirdi.

4. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin mərhum X5 mülkiyyət hüququ ilə məxsusluğuna dair arayışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı hazırda ailəsi ilə birlikdə yaşadığı ünvan 2 ünvanda yerləşən 1 saylı mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması sözügedən əmlaka iddiaçının adına Çıxarışın verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə ********** nömrəli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri rüblük hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəyə cavab olaraq sözügedən Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********69 nömrəli məktubda daşınmaz əmlaka dair hüquqların dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı təqdim edilmiş sənədlərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinin tələblərinə uyğun təqdim edilmədiyi bildirilmişdir. Bundan sonra müvafiq sənədlər təqdim edilməklə iddiaçı tərəfindən 01 noyabr 2022- ci il tarixdə yenidən ərizə ilə cavabdehə müraciət edilmiş, qeyd olunan Ərazi İdarəsi xx.xx.2022- ci il tarixli **********26 məktubla iddiaçıya cavab verilmişdir. Ərazi İdarəsi təqdim edilən sənədlərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinin tələblərinə uyğun olmadığını məktubda qeyd etmişdir. İddiaçı cavabdehin yuxarıda göstərilən mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının qeydiyyata alınmaması və həmin mənzilə Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməməsi ilə bağlı hərəkətlərini aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. İlk növbədə qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsrrüfatı Birliyinin 39 saylı Mənzil Kommunal İstismar Sahəsinin iddiaçıya verdiyi 04 iyul 2022-ci il tarixli 557 saylı Arayışına əsasən iddiaçı ünvan 2 ünvanda yerləşən 1 saylı mənzildə xx.xx.1986- cı il tarixdən daimi qeydiyyatdadır. Bundan başqa Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Zabrat İstixana direktorunun imzaladığı “X10 X2 və mənzillərin bölüşdürülməsi barədə” 07 aprel 2003-cü il tarixli Daxili Orderə əsasən iddiaçının atası X5 ünvan 3 ünvanda yerləşən, sahəsi 41 kv.metr olan 3 otaqdan ibarət 1 saylı mənzili almaq hüququ verilmişdir. Sözügedən Orderdə həmin mənzil sahəsinə gedənlərin siyahısında iddiaçının atasından başqa qardaşları X7 və X6 da adları göstərilmişdir. İddiaçının atası X8 24 oktyabr 2016-cı il tarixdə vəfat etmiş və bu barədə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli AZ-1 842209№-li Ölüm Haqqında şəhadətnamə verilmişdir. İddiaçının atası vəfat etdikdən sonra iddiaçı Bakı şəhəri 39 saylı Notariat Ofisinə atasından qalmış miras paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müracət etmişdir. Bakı şəhəri 39 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə 02 iyul 2022-ci il tarixli 213 nömrəli məktubla müraciət edərək X3 vərəsəsi olduğunu bildirməklə, bununla bağlı iddiaçının adına yuxarıda göstərilən ünvanda yerləşən mənzilə dair çıxarış verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən bu barədə iddiaçıya çıxarış verilməmişdir. İddiaçı qeyd edir ki, X10 tərəfindən atasının adına verilmiş mənzillə bağlı hüquqmüəyyənedici sənədlərin əldə edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxivinə, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmiş və iddiaçıya verilmiş cavablarda belə sənədlərin aşkar olunmadığı bildirilmişdir. İddiaçı uzun müddətdir sözügedən mənzildə ailəsi ilə yaşayır, atasının vərəsəsidir və həmin mənzili öz adına özəlləşdirmək istəyir. Lakin cavabdehin iddiaçıya verdiyi cavablardan məlum olur ki, bu mümkün deyildir.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir, İddiaçı ünvan 4 ünvanında yerləşən 9 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzilə dair mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********69 saylı, xx.xx.2022-ci tarixli və **********26 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin faktiki ümumi sahəsi 64,3 kv.mdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

7. X4 X2 və Mənzillərin Bölüşdürməsi barədə 07 aprel 2003-cü il tarixli Daxili Orderdə qeyd olunur ki, X3 və onunla yaşayan 3 ailə üzvünün Bakı şəhərində aşağıda göstərilən ünvanda mənzil sahəsi almaq hüquqları var. X10, ev 29, mənzil 1, Otaqların sayı 3, kv.m. 41. Mənzil sahəsində gedənlərin siyahısı: X8 - özü X12 - oğlu X11 – oğlu.

8. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli, 638 nömrəli məktubda qeyd olunur ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatında yerləşən 29 saylı, 2 mərtəbəli yaşayış binasının, 1 saylı mənzilinin əvvəlki kirayəçisi X8 olub. Ümumi sahəsi 64,8 m2, yaşayış sahəsi isə 41 m2 olan mənzildə hal-hazırda 9 nəfər daimi qeydiyyatdadır. Əlavə olaraq məlum edilir ki, qeyd olunan mənzilə dair MKİS-nin arxivində heç bir hüquqmüəyyənedici sənəd aşkarlanmamışdır.

9. 39 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 557 №-li Arayışda qeyd olunur ki, xx.xx.1986-cı ildən daimi qeydiyyatdadır. Onun qeydiyyatda olduğu mənzil Bakı şəhəri MKTD-nin 3 saylı XTMKTB-nin 39 saylı MKİS-nin xx.xx.2011-ci il tarixindən xidməti ərazisindədir.

10. 39 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 17 №li Arayışda qeyd olunur ki, Z.İ.K-tı ev 29 mən 1-də xx.xx.1973-cü ildə X8 daimi qeydiyyatda olub və yaşayıb, xx.xx.2016-cı ildə vəfat edib. Hal-hazırda həmin mənzildə 9 nəfər daimi qeydiyyatdadırlar. Mənzil 2 mərtəbəli binanın hər 2 mərtəbəsində yerləşir, 64,8 m2 ümumi, 41 m2 yaşayış sahəsindən ibarətdir. MİKs-də Z.İ.K ev 29, mən 1-ə aid heç bir hüquq müəyyən edici sənəd mövcud deyildir.

11. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Departamenti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli, C-26 №-li məktubda qeyd olunur ki, ünvan 7 ünvanda yerləşən ikimərtəbəli yaşayış binası və həmin binanın 1 saylı mənzili 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və 39 saylı mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir.

12. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, qeyd olunan mənzilə dair mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

13. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, qeyd olunan məslə ilə bağlı iddiaçının müraciətinə **********69 nömrəli xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

14. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, X4 arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

15. 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, Abşeron rayonu ərazisi üzrə mərhum X3 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar olunmamışdır.

16. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanlanan məktubunda qeyd olunur ki, Sabunçu rayonu, İsticana kombinatı tərəfindən verilən mənzillərə dair Bakı Şəhər İcra Hakimiyyətinin arxivində məlumat aşkar olunmamışdır.

17. 27 oktyabr 2016-cı il tarixli, AZE-İ 842209 №-li Ölüm haqqında Şəhadətamədə qeyd olunur ki, X8 xx.xx.2016-cı il tarixdə ölmüşdür.

18. Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ünvanlanan 02 iyul 2022-ci il tarixli, 213 №-li məktubda qeyd olunur ki, X3 xx.xx.2016-cı il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilir.

19. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək məzmununa uyğun izahat verdi.

20. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi. II. İddianın növü və mümkünlüyü

21. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

22. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

23. X13 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

24. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

25. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

26. X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

28. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

29. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

30. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

32. Azərbaycan SSR Mənzil Məcəlləsinin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir.

33. İddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində X10 tərəfindən verilmiş “X4 X2 və Mənzillərin Bölüşdürülməsi” barədə daxili orderi təqdim etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq order Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) qəbul edilmiş olsa da, qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtilə xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunmamışdır.

34. Qeyd edilənlərin təhlili onu deməyə əsas verir ki, iddiaçının adına Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) verilmiş etibarlı hüquqmüəyyənedici sənədi mövcud olmamışdır.

35. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, mənzilə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. Belə ki, qeyd edilən mənzilə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi və “qanuni gözləntisi” olmadığı üçün çıxarışın verilməsi tələbi təmin edilməməlidir.

36. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar