Məhkəmə qərarları › İş №2-1(112)-4564/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4564/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4564/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi İddiaçının nümayəndəsi X7 Cavabdehin nümayəndəsi X6iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «Qarabağ müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci qrup “Qarabağ müharibəsi” əlili kimi mənzil uçotuna (qeydiyyatına) alınmağı vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1972-ci ildə doğulmaqla Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və hazırda 2-ci qrup Qarabağ əlilidir. 2020-ci ilin əvvələrində mənzil növbəsinə alınmağı ilə əlaqədar aidiyyəti üzrə Cavabdehnə ərizə və ona əlavə edilmiş sənədlərlə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli İ-5-068 saylı və xx.xx.2020-ci il tarixli İ-19-068 saylı cavab məktublarında ərizənin təmin edilməsindən imtina edilmiş, əsas kimi göstərilmişdir ki, iddiaçıya məxsus olan Nizami rayonu, Şərifli küçəsi, 84 saylı evin 47ci mənzil xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıldığından yaşayış şəraitini qəsdən pisləşdirmiş şəxs kimi mənzil növbəsinə qəbul edilmək üçün hüquqi əsas yoxdur. Bildirilmişdir ki, Mənzil Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq vətəndaşların yaşayış şəraitini qəsdən pisləşdirdiyi gündən 5 ildən tez olmayaraq mənzil uçotuna dayanmaq hüququ yoxdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla onun hüquqlarını məhdudlaşdırır. Belə ki, iddiaçı 2 nəfərdən ibarət ailə tərkibi olmaqla, X2 ilə ailə qurmuşdur və birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü X12 doğulmuşdur. xx.xx.2010-cu il təvəllüdlü oğlu X9 isə vəfat etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Bakı şəhəri Cavabdehnə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaya dair 11-13/534 saylı, xx.xx.2020-ci il tarixli yazılı münasibətində bildirilmişdir ki, ünvan 2 ünvanında daimi qeydiyyatda olan İddiaçı Cavabdehnə müraciət edərək mənzil növbəsinə qəbul olunmasını xahiş etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri Nizami rayonu, Şərifli küçəsi 84 №-li binanın 47-ci mənzili xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satmaqla yaşayış şəraitini qəsdən pisləşdirdiyindən iddiaçı mənzil növbəsinə qəbul edilməmiş və onun tələbi təmin edilməmişdir. Mənzil Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq vətəndaşların yaşayış şəraitini qəsdən pisləşdirdiyi gündən 5 ildən tez olmayaraq mənzil uçotuna dayanmaq hüququ yoxdur. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya 52-ci maddə ilə nəzərdə tutulmuş müddət bitmədikdə yol verilir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı uzun müddətdir ki, yaşayış yeri üzrə ünvan 4i rayonu, R.Rüstəmov küçəsi 72 ünvanında yerləşən 56 saylı mənzil ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsində hərbi uçota alınmışdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində iddiaçı yaşayış sahəsi ilə təmin edilməyib və ona torpaq sahəsi ayrılmamışdır. Nümayəndə göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini, iddiaçının “Qarabağ müharibəsi” əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsiniməhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı münasibətdə qeyd edilənlərə uyğun olaraq izahat verdi və hazırkı vəziyyətdə iddianın təmin edilməməsiniməhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçıya məxsus xx.xx.2019-cu il tarixdə ASAN 5 tərəfindən verilmiş AA******* saylı (FİN: xxxxxxx) şəxsiyyət vəsiqəsinə aid “elektron məhkəmə” sistemindən çıxarışdan müəyyən edilir ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə ünvan 4i rayonu, R.Rüstəmov küçəsi, ev 72, mənzil 56 ünvanında qeydiyyatdadır; - xx.xx.2018-ci il tarixdə Asan 5 tərəfindən verilmiş AZE seriyalı, 19187419 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş X12 yaşayış yeri üzrə ünvan 4i rayonu, C.Naxçıvanski küçəsi 24, mənzil56 ünvanında qeydiyyatdadır; - İddiaçıya məxsus hərbi biletin dublikatının təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı Bakı şəhəri Yasamal rayon hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən nizami hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış, “n” saylı hərbi hissədə hərbi and içmiş, çavuş hərbi rütbəsi verilmişdir. xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Müdafiə nazirinin 141 saylı, xx.xx.1996-cı il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış və Bakı şəhəri Yasamal rayon hərbi komissarlığına göndərilmişdir. xx.xx.1998-ci il tarixdə Bakı şəhəri Yasamal rayon hərbi komissarlığında qeydiyyata alınmış, xx.xx.1999-cu ildə uçotdan çıxmış, xx.xx.1999-cu ildə Bakı şəhəri Nizami rayon hərbi komissarlığında hərbi qeydiyyata alınmışdır. Hərbi biletin 14-cü, yəni “döyüşlərdə, döyüş yürüşlərində, partizan dəstələrində və xüsusi taborlarda iştirakı” hissəsində göstərilmişdir ki, xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixə kimi N saylı hərbi hissə tərkibində xidmət keçmişdir; - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********04 saylı arayışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş məlumata əsasən ünvan 4i rayonu, Məmmədəli Şərifli küçəsi, ev 84 ünvanında yerləşən 47 saylı mənzil ********** nömrəsi ilə xx.xx.2010-cu il tarixdə, Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin arxiv fondundan əldə edilmiş məlumata istinadən isə ünvan 4i rayonu, C.Naxçıvanski küçəsi, ev 86 ünvanında yerləşən 71 nömrəli mənzil xx.xx.2003-cü il tarixdə İddiaçı adına Bakı şəhər inzibati ərazi vahidi üzrə daşınmaz kimi qeydiyyata alınmışdır. ünvan 4i rayonu, Məmmədəli Şərifli küçəsi, ev 84 ünvanında yerləşən 47 saylı mənzil 15 saylı DNK-nın xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X13, ünvan 4i rayonu, C.Naxçıvanski küçəsi, ev 86 ünvanında yerləşən 71 nömrəli mənzil isə 30 saylı DNK-nın xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X15 tərəfindən özgəninkiləşdirilmişdir; - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********17 saylı arayışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş məlumata əsasən ünvan 4i rayonu, C.Naxçıvanski küçəsi 24 ünvanında yerləşən 81 saylı mənzil xx.xx.2006-cı il tarixdə ********* nömrəsi ilə, ünvan 4i rayonu, R.Rüstəmov küçəsi 72 ünvanında yerləşən 56 saylı mənzil isə xx.xx.2017-ci il tarixdə ********** nömrəsi ilə X1 adına Bakı şəhəri üzrə daşınmaz əmlak kimi qeydiyyata alınmışdır. ünvan 4i rayonu, C.Naxçıvanski küçəsi 24 ünvanında yerləşən 81 saylı mənzil 40 saylı notariat kontorunda bağlanmış xx.xx.2010-cu il alqı-satqı müqaviləsinə əsasən X4 tərəfindən özgəninkiləşdirilmişdir; - ASAN 5 tərəfindən verilmiş ******* saylı arayışdan məlum olur ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə ünvan 4i rayonu, R.Rüstəmov küçəsi, ev 72, mənzil 56 ünvanında qeydiyyatdadır. Həmin ünvanda, həmçinin, xx.xx.1979-cu il təvəllüdlü X5 və xx.xx.2002-ci il təvəllüdlü X12 da qeydiyyatdadır; - “ASAN 5” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 538 saylı arayışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1972-cü il tarixdə Azərbaycan Respublikası, Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş İddiaçı oglu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2020-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: 1. Uşaq:X12 (xx.xx.2002 -ci il təvəllüdlü) və 2.Uşaq: X9 (xx.xx.2010-ci il təvəllüdlü) vəfat edib. Qeyd: “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar daxildir; - DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş surətindən aydın olur ki, ünvan 4i rayonu, R.Rüstəmov küçəsi, ev 72 ünvanında yerləşən 31.0 kv.metr sahəsi olan 56 saylı mənzil X1 adına xx.xx.2017-ci il tarixdə ********** nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır; - DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2010-cu ildə tərtib edilmiş **********78-05101-093026 reyestr nömrəli daşınmaz əmlakın texniki pasortunun təsdiq olunmuş surətindən aydın olur ki, ünvan 4i rayonu, R.Rüstəmov küçəsi, ev 72 ünvanında yerləşən 56 saylı mənzilə dair hüquq subyekti X3r. Texniki pasportda mənzilin ümumi sahəsi 29.1 kv.metr, 16.1 kv.metr göstərilmişdir; - DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən verilmiş **********2 saylı, xx.xx.2020-ci il tarixli arayışın təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsinin məlumatına əsasən 313,08 (üç yüz on üç sıfır səkkiz) manat pensiya alır. Pensiyanın növü: 2-ci qrup əlillik, müddət: xx.xx.2023-cü il, P/İ nömrəsi: 04329; - DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən verilmiş **********7 saylı, xx.xx.2020-ci il tarixli arayışın təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsinin məlumatına əsasən 230,00 (iki yüz otuz) manat Prezident təqaüdü alır. Pensiyanın növü: 2-ci qrup əlillik ARƏB, müddət: xx.xx.2023-cü il, P/İ nömrəsi: 064368; - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1166/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X5 arasında 2001-ci il dekabrın 8-də Bakı şəhəri Nizami rayonu WADQ şöbəsində bağlanmış və 794 №-si ilə qeyd edilmiş nikah poulması və nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş 21 iyul 2002-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək atası İddiaçı yanında saxlanılması qət edilmişdir; - ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən verilmiş 022480 saylı vəsiqənin surətindən bəlli olur ki, İddiaçı xx.xx.2019-cu il tarixdən 2023-cü ilin oktyabr ayınadək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq 2-ci qrup əlillik verilmişdir; - Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış İ-5-068 saylı, xx.xx.2020ci il tarixli məktubdan müəyyən edilir ki, mənzil növbəsinə qəbul olunmağı barədə ərizəyə Cavabdehndə baxılmışdır. Bildirilmişdir ki, qeydiyyatda olduğu mənzilə dair texniki pasportun surətini, əlilliyi ilə əlaqədar təqaüd almağını, yaşayış yeri üzrə qeydiyyat və mənzildə daimi qeydiyyatda olan 18 yaşından yuxarı hər bir ailə üzvünün adına yaşayış sahəsinin olub-olmaması haqda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən arayışları Rayon icra Hakimiyyətinə təqdim etdikdən sonra ərizədə qaldırılan məsələyə baxılacaqdır; - Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış İ-19-068 saylı, xx.xx.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, mənzil növbəsinə qəbul olunmağı barədə ərizəyə Cavabdehndə baxılmışdır. Müəyyən edilmişdir ki, şəxsi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Nizami rayonu, Şərifli küçəsi 84 №-li binanın 47-ci mənzili xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıldığından yaşayış şəraitini qəsdən pisləşdirmiş şəxs kimi mənzil növbəsinə qəbul edilməyi üçün hüquqi əsas yoxdur. Bildirilmişdir ki, Mənzil Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq vətəndaşların yaşayış şəraitini qəsdən pisləşdirdiyi gündən 5 ildən tez olmayaraq mənzil uçotuna dayanmaq hüququ yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 29-cu maddəsində vətəndaşların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsinin əsasları müəyyən edilmişdir. 1) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailənin hər bir üzvü üçün rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyən edilmiş səviyyədən aşağı olan mənzil sahəsinə malik vətəndaşlar; 2) dövlət və ictimai mənzil fondu evlərində əsas icarədardan icarəyə götürmək şəraitində və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə yaxud da fərdi mənzil fondu evlərində icarə müqavilələri üzrə uzun müddət yaşayan və başqa yaşayış sahəsi olmayan vətəndaşlar; 3) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olanlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; 4) müəyyən edilmiş sanitariya tələblərinə, texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Həmin Məcəllənin 30-cu maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. Həmin Məcəllənin 38-ci maddəsinə əsasən İ və İİ qrup əmək əlillərinə, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə və hərbi qulluqçular sırasından olan İ və İİ qrup əlillərə yaşayış sahəsi birinci növbədə verilir. Məhkəmə cavabdehin imtinası ilə razılaşmır ona görə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndinə görə yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. Həmin Qanunun 26-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə görə, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafıq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfındən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfındən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.5-cı maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota almanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 43-cü maddəsinə görə əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, həmin sənəd MM-in 51.5-ci maddəsinin tələbinə zidd olaraq qərar formasında tərtib olunmamışdır. Halbuki, qanunvericinin uçota alınma və ya uçota almaqdan imtina haqqında məsələ ilə bağlı göstərişi qətidir. Cavabdehin imtinası inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati icraat haqqında» AR Qanununun tələblərinə də zidd olmuşdur. Belə ki, həmin Qanunun: 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır; 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi, cavabdehin imtinası həm Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, həm də «İnzibati icraat haqqında» Qanunun tələblərini pozmuşdur. «İnzibati icraat haqqında» Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina məktubu qanunsuzdur. İş materiallarından məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində uzun müddət xidmət etmiş və xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Müdafiə nazirinin 141 saylı, xx.xx.1996-cı il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq 2-ci qrup əlillik verilmişdir. İddiaçı hazırda qızı Rəna İmanova ilə və onunla olan nikahı məhkəmə qaydasında pozulmuş keçmiş arvadı X5 ilə birlikdə ünvan 4i rayonu, R.Rüstəmov küçəsi, ev 72, mənzil 56 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olsa da, daimi yaşayış sahəsi ilə təmin edilməmişdir. Mənzil növbəsinə götürülməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmiş sənədlər iddiaçının təkrar müraciət ərizəsinə əlavə edilərək, həmin orqana təqdim edilmiş, lakin yuxarıda göstərilmiş əsaslara görə ona imtina edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın əvvəllər iddiaçının mülkiyyətində olmuş əmlakın sonradan özgəninkiləşdirilməsi halını yaşayış şəraitini qəsdən pisləşdirilməsi kimi qiymətləndirməsi mövqeyi ilə razılaşmır, ona görə ki, iş materiallarından da göründüyü kimi iddiaçının mülkiyyətində olmuş və cavabdehin imtina məktubunda göstərdiyi müvafiq əmlakın özgəninkiləşdirilməsinə zərurət yaradan hallar inzibati orqan tərəfindən tam və hərtərəfli şəkildə araşdırılmamış, əmlakın özgəninkiləşdirilməsi halı iddiaçının əleyhinə olaraq yaşayış şəraitini qəsdən pisləşdirməsi kimi əsassız olaraq qiymətləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində müəyyən olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Beləliklə, məhkəmə araşdırması ilə sübut olmuşdur ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.3), cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1). İnzibati Prosessual Məcəllənin 68.2.-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı 2-ci qrup “Qarabağ müharibəsi” əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 2-ci qrup “Qarabağ müharibəsi” əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 12 SƏDRLİK EDƏN: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar