Məhkəmə qərarları › İş №2-1(112)-457/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-457/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-457/2020 14.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı vəkili X4 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеhlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı məhkəməyə müraciət edərək, ona «müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı xx.xx.N0N0-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyini qeyd edərək ona «müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmə ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N967-ci ildə Salyan rayonunda anadan olmuş, evlidir və ailə ilə birlikdə ünvan Nənzil N03 ünvanında yaşayır.O, N984-cü ildə Orconikidze Ali Hərbi Zenit Raket komandirlər məktəbinə daxil olmuş və həmin məktəbi N988-ci ildə bitirmişdir. xx.xx.N988-ci il tarixdən xx.xx.N989-cu il tarixədək Avakan şəhərində yerləşən N saylı hərbi hissədə heyyət rəisi, xx.xx.N99N-xx.xx.N994-cü illərdə Azərbaycan Respublikasında N saylı hərbi hissədə heyyət rəisi, xx.xx.N994-xx.xx.N997-ci illər N saylı hərbi hissədə tuşlama zabiti, xx.xx.N997-xx.xx.N997-ci illər N saylı hərbi hissədə tuşlamam zabiti, xx.xx.N997-xx.xx.N000-ci illər N saylı hərbi hissədə zenit raket divizion komandiri, xx.xx.N000-xx.xx.N00N-ci illər N saylı hərbi hissədə komanda məntəqəsinin rəisi, xx.xx.N00N-xx.xx.N00N-cı illər N saylı hərbi hissədə əməliyyat və döyüş hazırlığında şöbə rəisinin baş köməkçisi, xx.xx.N00N-xx.xx.N0N5-ci illər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə müəllim vəzifələrində xidmət etmiş və hal-hazırda təqaüddədir. O, xx xxxxx N993-cü ildən xx xxxxx N994-cü ilədək N saylı hərbi hissənin göndərişi ilə N nömrəli yarımbölmənin manqa komandiri kimi Akstafa rayonunun Kənt Poylu kəndində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, həqiqətəndə xx xxxxx N993-cü ildən xx xxxxx N994-cü ilədək N saylı hərbi hissənin göndərişi ilə N nömrəli yarımbölmənin manqa komandiri kimi Akstafa rayonunun Kənd Poylu kəndində vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hətta bunu sübut edə biləcək döyüş iştirakçıları olan yoldaşları və hazırda müharibə veteranı vəsiqələri olan İsgəndərov İlham, Kərimov Mais və Nəsibov Mövluda da bu faktı təsdiq edə bilərlər. Hətta həmin döyüş vaxtlarında və döyüş bölgəsində olan foto-şəkillər də bunu sübut edir. Beləliklə cavabdehin imtinası əsassızdır və iddia təmin edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ümumiyyətlə məhkəmə iclasında iştirak etmədiyinə görə etiraz verməmiş və yazılı etirazı məhkəməyə təqdim etməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili X5 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddiaçıya «müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N.N.3-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx N0N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə- Hüquq Şurasının xx xxxxxx N0N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Bakı şəhər ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Bakı şəhərində qeydiyyatda olduğundan, iddiaçı doğru olaraq Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddianın mahiyyəti. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. İş materiallarında olan: AZE № ******** seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx N967-ci il tarixdə Salyan şəhərində anadan olmuşdur. İddiaçı ünvan N ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxxxx N0N9-ci il tarixli, N/Ə-N3N0N saylı məktubunda qeyd edilir ki, Mərkəzi Arxivin və Hərbi Hava Qüvvələrinin təqdim etdiyi arayışlara əsasən N nömrəli yarımqrup N nömrəli hərbi hissənin hansı bölməsinə aid olduğunu müəyyən etmək mümkün olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivin xx xxxx N0N9-ciu il tarixli 9/N-N0N36 saylı Arxiv Arayışından görünür ki, Salyan RHK-dan çağırılmış, ehtiyyatda olan leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N99N-ci il tarixli müvafiq əmrinə əsasən 98N№-li hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli 3 №li əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərəək 504 №-li yarımbölmənin manqa komandiri vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən hesab nömrəsi rəisi, baş leytenant İddiaçı 98N №-li hərbi hissə komandirinin N6xx xxxx N994-cü il tarixli 5N nömrəli əmrilə xx.xx.N994-cü il tarixdən radiotexniki batareyada OBU-un rəisi vəzifəsinin icrasına başlamışdır. HHQ və HHM QK-nın xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissənin 5-ci C-75 ZRDN-nin Radiotexniki batareyasının döyüş idarəetmə bölməsinin rəisi-tuşlama zabiti vəzifəsinə təyin olunmuş, kapitan İddiaçı 998№-li hərbi hissə komandirinin xx xxxxxx N997-ci il tarixli N00№-li əmrilə xx.xx.N997-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən 5-ci divionun radiotexniki batareyasının döyüş idarəetmə bölməsinin rəisi-tuşlama zabiti, kapitan İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxxx N998-ci il tarixli N3 №-li əmrilə 6-cı divizionun komandiri vəzifəsinin icrasına başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N000-ci il tarixli müvafiq əmri ilə mayor İddiaçı 99N №-li hərbi hissə komandirinin xx xxxxxx N00N-ciil tarixli N №-li əmrilə hərbi hissənin komanda məntəqəsinin rəisi-döyüşü idarəetmə üzrə gərargah rəisinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N00N-ci il tarixli müvafiq əmri ilə N №-li hərbi hissənin əməliyyat və döyüş hazırlığı şöbəsi rəisinin baş koməkçisi vəzifəsinə təyin edilmiş, komanda məntəqəsinin rəisi-döyüşü idarəetmə üzrə gərargah rəisinin müavini, mayor İddiaçı 99N №-li hərbi hissə komandirinin xx xxxx N00N-ci il tarixli 80 №-li əmrilə şəxsi heyətin ad siyahısında bütün növ təminatlardan çıxarılmışdır N №-li hərbi hissə komandirinin dekabr N000-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin N00N-ci il tarixli nizami hissə üzrə əmrləri, N №-li hərbi hissə komandirinin N00N-N00N-ci il tarixli nizami hissə üzrə əmrlə və SQ TTM rəisinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. İddiaçıya məxsus hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı SHXÇDX-nın Salyan rayon şöbəsi tərəfindən xx xxxxxx N984-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmış, xx xxxxxx N989-cu il tarixdə ehtiyyata buraxılmış, xx.xx.N0N5-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0N97 nömrəli Hərbi xidmət keçmə haqqında Əsasnamənin N56 –cı maddəsinin “b” bəndinə əsasən ehtiyyata buraxılmışdır. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və XN tərəfindən göndərilmiş xx xxxx N0N0-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.N967-ci il təvəllüdlü İddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyi, fərariliyi və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 3 №-li əmrindən arxiv çıxarışdan görünür ki, İddiaçı xx xxxxxx N993-cü ildən N saylı hər hissənin göndərişi ilə N nömrəli yarımbölmənin rəisi vəzifəsinə təyin edilmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən xx xxx N0N0-ci il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı barəsində Respublika Hərbi Prokuroluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx xxxxxxxx N0N0-ci il tarixli N/B-NN68N nömrəli məktubda qeyd edilmişdir ki N nömrəli hərbi hissənin 5-ci və 9-cu X3 xx.xx.N994xx.xx.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etmişdir. Beləliklə, iddiaçı N nömrəli hərbi hissənin göndərişi ilə N nömrəli yarımbölmənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirərək, cavabdeh inzibati orqan tərəfindən ona Müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan zəruri inzibati icraat aparmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 57-ci və “Vətəndaşların müraciətlərinə baxılması haqqında”Azərbaycan Respublikası Qanunun N-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə hərbi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Həmin Qanunun 7-ci maddəsində göstərilir ki, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N007-ci il N8 avqust tarixli N36 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”na əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati orqan hesab edilmişdir. “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun N0.N-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun N0.N-ci maddəsinə, əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun NN.N-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun N4.N-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun N4.N-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun N4.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun N4.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun N4.5-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun N3.N-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun N3.N-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in N4.3-cü, 33-cü və 73-cü maddələri tətbiq oluna bilər. Yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi qanunvericilik inzibati icraat üçün ümumi müddət müəyyən etmiş və bu müddətin axımı müraciətin qeydiyyata alındığı gün başlayır və müraciət üzrə qərar (qərar dedikdə həm müraciət üzrə qərarın qəbul edilməsi, həm də qərar qəbul etməkdən imtina haqqında qərar başa düşülür) qəbul edildiyi gün başa düşülür. Qərar qəbul edərkən və ya müraciətə imtina edərkən, işin hallarını öz xidməti vəzifəsindən irəli gələrək araşdırılması inzibati orqanın borcudur. Obyektiv araşdırmanın prinsipi öz məzmununu onda ifadə edir ki, qərarın qəbul edilməsi və müraciətə imtina olunması üçün lazım olan araşdırmanın aparılması və faktların müəyyən edilməsi inzibati orqanın vəzifəsidir və inzibati orqan bunun üçün məsuliyyət daşıyır. İşin halları barədə faktlar və digər sübutlar o həcmdə araşdırılmalıdır ki, qərarın qəbul edilməsi üçün inzibati orqan kifayət qədər yetərli əsaslara malik olsun. Əks halda aparılmış araşdırma qüsurla həyata keçirilmiş sayılır və onun nəticələri qanuni hesab edilmir Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı xx.xx.N984-cü il tarixdə həqiqi hərbi xidmətə çağrılaraq Ali Hərbi Zenit XN xx xxxx N988-ci ilə qədər kursant olmuş, xx.xx.N988-ci il tarixdən xx.xx.N989-cu il tarixədək N hərbi hissədə heyət rəisi olmuş, sonra isə ehtiyata buraxılmış, xx.xx.N99N-ci il tarixdən xx.xx.N994-cü ilə qədər 98N hərbi hissədə heyət rəisi, xx.xx.N994-cü ildən xx.xx.N997-ci ilə qədər 98N hərbi hissədə tuşlama zabiti, xx.xx.N997-ci ildən xx xxxxxx N997-ci ilədək N saylı hərbi hissədə tuşlama zabiti, xx.xx.N997-ci il tarixdən xx xxxxxx N000-ci ilədək N saylı hərbi hissədə zenit raket divizion komandiri, xx xxxxxx N000-ci il tarixdən xx xxxxxx N00N-ci ilə qədər 99N sahlı hərbi hissədə komanda məntəqəsinin rəisi, xx.xx.N00N-ci il tarixdən xx xxxxxx N00N-ci ilədək N sahlı hərbi hissədə əməliyyat və döyüş hazırlıq şöbəsinin rəisi, xx.xx.N00N-ci ildən xx.xx.N0N5-ci ilədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müəllim vəzifələrində xidmət göstərmişdir Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.N0N9-cu il tarixli, N/Ə-N3N0N nömrəli məktubu ilə Mərkəzi Arxivin və Hərbi Hava Qüvvələrinin təqdim etdiyi arayışlara əsasən N nömrəli yarımqrup N nömrəli hərbi hissənin hansı bölməsinə aid olduğunu müəyyən etmək mümkün olmadığına görə iddiaçıya müharibə adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və Mərkəzi Arxivin xx.xx.N0N9-cu il tarixli, 9/N-N0N36 nömrəli arayışında Salyan RHK –dan çağırılmış, ehtiyyatda olan leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N99N-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli 3 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək N nömrəli yarımbölmənin manqa komandiri vəzifəsinin icrasına başlaması qeyd olunmuşdur. Belə ki, Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçıya imtina məktubu verərək, lazımı qaydada onun müraciətini araşdırmamış və N nömrəli yarımqrupun hansı bölməyə aid olduğunu müəyyən edilə bilmədiyini imtina əsası kimi qeyd etmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin N006-cı il N5 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, NN6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində –Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüşəməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında «Müharibə veteranı» adı verilir. Eyni zamanda qanunvericiliyin tələblərinə əsasən müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digər orqanlar tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, şəxsə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən N zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N) şəxsin hərbi xidmət keçməsi və N) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin N0N8-ci il N8 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : NN.N-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. NN.N-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. NN.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. “İnzibati icraat haqqında” Qanunun 6N-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 6N.N-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 6N.3-ci maddəsinə görə inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 6N.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.N və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.N-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.N. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərardan iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar