Məhkəmə qərarları › İş №2-1(112)-457/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-457/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-457/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitsiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitsiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 04 iyul 2023cü il tarixli, 3-17-4/3-S-86236/2023 saylı qərarının ləğv edilməsi və iddiaçıya sonuncu dəfə təyin edilmiş əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı peşə xəstəliyinə görə 2011-ci ildən 2021-ci ilədək ikinci qrup əlilllik dərəcəsinə malik olmuşdur. Belə ki, buna səbəb iddiaçının 2011-ci ildən başlayaraq 80% iş yerində əmək qabiliyyətinin itirilməsi əsas olmuşdur. İkinci qrup əlilliyinin müəyyən olunması üçün əlilliyin meyarı kimi bütün hüquqi sənədlərdə iddiaçının “Bel oma fəqərələrinin ostexondrozu” xəstəliyi göstərilmiş və onun yalnız yüngül işlərdə işləyə bilməsi qeyd edilmişdir. Bu faktlar məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (hazırki Agentliyin) 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının 2011-ci ildən başlayaraq 2021-ci ilədək eyni qaydada və əsalarla verilmiş rəsmi arayışlar və qərarlarla təsdiq edilmişdir. Cavabdehin 28 aprel 2022-ci il tarixli qərarına əsasən isə, iddiaçı təkrarən yuxarıda adı çəkilən komissiyadan elə qərar qəbul edilən tarixdə müayinə edilərək yoxlamadan keçirilmiş və iddiaçıya növbəti müayinə tarixi xx.xx.2027-ci il göstərilməklə 60% əmək qabiliyyətinin itirilməsi faktı qeyd edilərək, üçüncü dərəcəli əlillik dərəcəsi verilmişdir. Bu zaman iddiaçıya 3-cü qrup əlilliyinin müəyyən olunması üçün əlilliyin meyarı kimi həmin qərarda iddiaçının “əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi” xəstəliyi göstərilmiş və onun yenə də yalnız yüngül işlərdə işləyə bilməsi qeyd edilmişdir. Halbuki, həmin qərarın məzmunundan görünür ki, TSEK-in iddiaçı barədə həmişə əsas diaqnozu məhz onun “Bel oma fəqərələrinin ostexondrozu” xəstəliyi fonunda daimi davamlı olaraq ağrı sindromlarının tez-tez baş verən fəsadları ilə bağlı olması göstərilmişdir. Yəni əsas diaqnoz kimi həmişə geridə qalmış on ildən də artıq müddət ərzində bu hallar və xəstəliklər olduğu halda, sonuncu dəfə iddiaçıya 3-cü qrup əlilliyinin müəyyən olunması üçün əlilliyin meyarı kimi həmin qərarda məhz iddiaçının “əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi ” xəstəliyinin göstərilməsi əslində düzgün hesab edilməməli idi. Əslində bu faktlar iddiaçı ilə bağlı qəbul edilmiş əvvəlki qərarlarda da eyni ilə göstərilmiş və bu halları təsdiq edən iddiaçıya aid çoxsaylı X4larda öz təsdiqini tapır. İddiaçı məhz həmin vaxtı cavabdeh orqanın 28 aprel 2022-ci il tarixli Qərarını mübahisələndirməmiş və 3-cü qrup əlil kimi pensiyasını almaqda davam etmişdir. Lakin cavabdeh orqan buna baxmayaraq, sonuncu dəfə iddiaçının 28 aprel 2022-ci il tarixində müayinə edilərək onun artıq 3-cü qrup əlil olmasına dair TSEK-in müvafiq qərarı olduğu və həmin qərara görə iddiaçının növbəti müayinə tarixinin məhz 28 aprel 2027-ci il tarixi göstərildiyi halda, iddiaçı yenidən 23 iyun 2023-cü il tarixində cavabdeh tərəfindən əyani müayinəyə dəvət edilmişdir. Bu zaman iddiaçı tərəfindən cavabdeh orqanının komissiya üzvlərinə X6 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi mövcud xəstəliyini təsdiq edən X4 təqdim edilməsinə və hazırda da iddiaçının yuxarıda qeyd edilən xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, həmin sənədin mövcud olması nəzərə alınmamışdır. Beləliklə, iddiaçı həmin tarixdə yenidən əyani müayinədən keçirilmiş və ona həmin vaxtı bildirilmişdir ki, rəsmi olaraq cavabdeh orqan tərəfindən onun əlillik məsələsi ilə bağlı cavab veriləcəkdir. Cavabdeh orqan iddiaçıya yalnız 03 avqust 2023-cti il tarixli 3-17-4/2-R- 21097/2023 nömrəli məktubbildiriş göndərərək, həmin bildirişdə qeyd etmişdir ki, Sizə xx.xx.2022-ci il tarixində təyin edilmiş 5 il müddətinə, 3-cü dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir. Həmin bildiriş 07 avqust 2023-cü il tarixində iddiaçıya poçt vasitəsilə çatdırılmasına baxmayaraq, həmin qərarın özünü iddiaçı bu günə kimi rəsmi olaraq əldə edə bilməmişdir. Hazırda iddiaçı onun barəsində sonuncu dəfə xx.xx.2022-ci il tarixində təyin edilmiş 5 il müddətinə, 3-cü dərəcə əlilliyinin ləğvi barədə qərarla razı deyil və hesab edir ki, həmin qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq “Peşə xəstəliyi” səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik və əmək qabiliyyətinin 60% (altmış faiz) itirilməsinə dair qərar qəbul edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-B- 13690/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Anamnestik məlumatlar, obyektiv, instrumental müayinələr və təqdim edilmiş sənədlərə əsasən əlillik təyinatına əsas verən hər hansı patofunksional pozuntu aşkar edilmədiyindən xx.xx.2023-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. İddiaçı və onun nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 11 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı verilmiş arayışa əsasən o xx.xx.2016-cı ildə təkrar müayinə olunmuş, xx.xx.2016-cı ildə ikinci dərəcəli əlillik təyin edilmiş peşə xəstəliyi səbəbindən, əmək qabiliyyətinin itirilməsi 80%, diaqnoz – Bel oma fəqərələrinin osteoxondrozu fonunda davamlı kökcük ağrıları ilə. Tez tez fəsadlaşan uzun gedişi. Xrdiskogen bel oma radikuliti. L5-S1 fəqərəsinin laminoektomiyası. Qabarıq ANS. Əlilliyin müəyyən olunması meyarı: 2.2. ikinci dərəcə əlillik – digər: Bel oma fəqərələrinin osteoxondrozu. Tibbi-sosial yardım və reabilitasiya vasitələri: ixtisaslaşmış müalicə. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının qərarına əsasən İddiaçı xx.xx.2022-ci ildə təkrar müayinə olunaraq ona üçüncü dərəcəli əlillik peşə xəstəliyi səbəbindən təyin edilmişdir. Əmək qabiliyyətinin itirilməsi 60%-dir. Diaqnoz: əsas diaqnoz M42 Onurğanın osteoxondrozu, Bel-oma fəqərələrinin osteoxondrozu fonunda daimi davamlı ağrı sindromu ilə tez-tez fəsadlaşan, uzanmış gedişli xroniki diskogen, bel-oma radikulopatiyası. Ağırlaşma M54.1 Radikulopatiya. Diskogen bel-oma radikulopatiyası, ağrı sindromu ilə. (diskektomiya 2010) Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Keçirilmiş (2010) L5-S1 diskektomiya əməliyyatından sonrakı vəziyyət, L5-S2 radikulopatiya davamlı kökcük ağrıları ilə, sol aşağı ətraflarda hissi hərəkəti pozulmalar. Ağırlaşma G82 Paraplegiya və tetraplegiya. Aşağı ətrafların paraparezi. Əlilliyin müəyyən olunması meyarı: 2.3. üçüncü dərəcə əlillik – 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2) Tibbi-sosia yardım və reabilitasiya vasitələri – ixtisaslaşmış müalicə. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı verilmiş 396197 nömrəli arayışa əsasən ona peşə xəstəliyi (80%) səbəbindən 2-ci qrup əlilliyi xx.xx.2015- ci ilədək təyin edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2015-ci il. Yüngül işlərdə işləyə bilər. Əsas 12 06 nömrəli, xx.xx.2014-cü il tarixli müayinə aktı. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı verilmiş 187509 nömrəli arayışa əsasən ona ümumi xəstəlik səbəbindən 2-ci qrup əlilliyi xx.xx.2014-cü ilədək təyin edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2014-cü il. Əmək qabiliyyətsizdir. Əsas 1119 nömrəli xx.xx.2013-cü il tarixli müayinə aktı. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı verilmiş 016698 nömrəli arayışa əsasən ona ümumi xəstəlik səbəbindən 2-ci qrup əlilliyi xx.xx.2013-cü ilədək təyin edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2013-cü il. Əmək qabiliyyətsizdir. Əsas 1010 nömrəli, xx.xx.2012-ci il tarixli müayinə aktı. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı verilmiş 016698 nömrəli arayışa əsasən ona ümumi xəstəlik səbəbindən 2-ci qrup əlilliyi xx.xx.2013-cü ilədək təyin edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2013-cü il. Əmək qabiliyyətsizdir. Əsas 1010 nömrəli, xx.xx.2012-ci il tarixli müayinə aktı. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi məqsədilə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq cavabdeh tərəfindən yenidən araşdırma aparılması üçün cavabdehə 1 ay müddət təyin edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq peşə xəstəliyi (əmək qabiliyyətinin 60 faiz itirilməsi ilə) səbəbilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B-13690/2023 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmiş və müayinədə iştirak etmişdir, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Təqdim edilən tibbi sənədlər və A.Ağayev əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin J00093508ZFS nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinədə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş və məhkəmə qərardadına uyğun olaraq xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2023-cü il tarixli tam reabilitasiya olması barədə qərar qüvvədə saxlanılmışdır. İşdə olan cavabdehin Tibbi-Sosial Ekspert Komissiyasının qərarına əsasən İddiaçı xx.xx.2022-ci ildə təkrar müayinə olunaraq ona peşə xəstəliyi səbəbindən xx.xx.2027-ci il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əmək qabiliyyətinin itirilməsi 60%-dir. Diaqnoz: əsas diaqnoz M42 Onurğanın osteoxondrozu, Bel-oma fəqərələrinin osteoxondrozu fonunda daimi davamlı ağrı sindromu ilə tez-tez fəsadlaşan, uzanmış gedişli xroniki diskogen, bel-oma radikulopatiyası. Ağırlaşma M54.1 Radikulopatiya. Diskogen bel-oma radikulopatiyası, ağrı sindromu ilə. (diskektomiya 2010) Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Keçirilmiş (2010) L5- S1 diskektomiya əməliyyatından sonrakı vəziyyət, L5-S2 radikulopatiya davamlı kökcük ağrıları ilə, sol aşağı ətraflarda hissi hərəkəti pozulmalar. Ağırlaşma G82 Paraplegiya və tetraplegiya. Aşağı ətrafların paraparezi. Əlilliyin müəyyən olunması meyarı: 2.3. üçüncü dərəcə əlillik – 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2) Tibbi-sosial yardım və reabilitasiya vasitələri – ixtisaslaşmış müalicə. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 T578/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” PHŞ müalicə müəssisəsi olmadığından və iddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər mütəxəssisə göndərilməsinə ehtiyac olmadı. Lakin, əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd edilən “Əsas diaqnoz: M42 Onurğanın osteoxondrozu, Bel-oma fəqərələrinin osteoxondrozu fonunda daimi davamlı ağrı indromu ilə. Tez-tez fəsadlaşan, uzanmış gedişli xroniki diskogen, bel-oma radikulopatiyası. Ağırlaşma: M54.1 Radikulopatiya,. diskogen bel-oma radikulopatoiyası, ağrı sindromu ilə. (diskektomiya 2010). Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər,. Keçirilmiş (2010) L5-S1 Diskektomiya əməliyyatından sonrakı vəziyyət, L5-S2 radikulopatiya davamlı kökcük ağrıları ilə, sol aşağı ətraflarda hissi hərəki pozulmalar, G82 Paraplegiya və tetraplegiya,. Aşağı ətrafların paraparezi” diaqnoz ona şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu, səmərəliliyi qənaətbəxş olmuşdur. xx.xx.2024-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 T45/2025 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Qərarda qoyulan sualda qeyd edilən xəstəliklər “Əlilliyin müəyyən edilməsi meyarları”na aid olduğundan onların həlli Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1- Sosial Ekspertlərinin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. Cavabdeh mübahisələndirilən qərarın iddiaçıya çatdırılmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1). Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir (1.2.). TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir (1.3.). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir (1.4.). Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir (1.7.). Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır (2.1.). Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda (3.1.). İşdən göründüyü kimi iddiaçıya 2011-ci ildə əlillik dərəcəsi təyin edilmişdir. Bundan sonra iddiaçıya təyin edilmiş əlilliyin müddəti bir neçə dəfə uzadılmış və sonuncu dəfə xx.xx.2022-ci ildə təkrar müayinə olunaraq ona üçüncü dərəcəli əlillik peşə xəstəliyi səbəbindən 5 il müddətinə təyin edilmişdir. Lakin, iddiaçıya təyin edilmiş əlilliyin müddəti bitmədən o, cavabdeh tərəfindən əyani müəyyən edilərək barəsində tam reabilitasiya olunması barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən iddiaçının əlilliyi xx.xx.2023-cü ildən ləğv edilmişdir. Hazırda iddiaçı həmin qərarı mübahisələndirir. Qeyd edilməlidir ki, şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün onda yalnız əlillik təyinatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş xəstəliklərin olması kifayət deyildir. Həmin xəstəliklərin qeyd olunan “Meyarlar”ın müvafiq yarımbəndlərində nəzərdə tutulmuş ağırlaşmalara səbəb olması şəxsə əlillik təyinatına əsas verə bilər. İddiaçıya sonuncu dəfə əlillik dərəcəsi təyin edilərkən ona “M42 Onurğanın osteoxondrozu, Bel-oma fəqərələrinin osteoxondrozu fonunda daimi davamlı ağrı indromu ilə. Tez-tez fəsadlaşan, uzanmış gedişli xroniki diskogen, bel-oma radikulopatiyası” diaqnozu qoyulmuşdur. Həmin diaqnoz “Meyarlar”da nəzərdə tutulmuş aşağıdakı ağırlaşmalara səbəb olduğu halda şəxsə əlillik təyin edilməsi üçün əsasdır: Boyun nahiyəsində onurğa sütunu hərəkətliliyinin məhdudlaşması: - bükülmə zamanı çənəaltı nahiyə döş sümüyünə 4-5 sm çatmır, rotasiya 25-45 dərəcə məhdudlaşır, başın yana əyilməsi 30-50 dərəcə məhdudlaşır, mülayim demək olar ki, daimi və ya tez-tez kəskinləşən ağrı sindromu ilə; - döş və bel nahiyəsində hərəkətliliyin mülayim dərəcədə məhdudiyyəti: bükülmə zamanı sütunun uzunluğu 4-5 sm artır, açılma zamanı azalma 2-3 sm; - yuxarı ətraf hərəkətliliyinin mülayim pozuntusu: mülayim paraparez, mülayim distal və ya təzahür edən proksimal paraparez, təzahür edən və əhəmiyyətli təzahür edən distal monoparez, distal monoplegiya, əhəmiyyətli təzahür edən proksimal paraparez və ya proksimal paraplegiya, təzahür edən, əhəmiyyətli təzahür edən monoparez, yuxarı ətraf monoplegiyası; - aşağı ətraf hərəkətliliyinin mülayim pozuntusu: mülayim paraparez, təzahür edən distal və ya mülayim proksimal paraparez, təzahür edən və əhəmiyyətli təzahür edən proksimal monoparez, proksimal monoplegiya, təzahür edən, əhəmiyyətli təzahür edən monoparez, aşağı ətraf monoplegiyası; - sidiyin (8 saatda 400-600 ml) və nəcisin (formalaşmış nəcisin) saxlanılmamasının orta dərəcəsi (13.5.1.1). Onurğa sütununun boyun nahiyəsində hərəkətin təzahür edən məhdudluğu: - bükülmə zamanı çənəaltı nahiyə ilə döş arasında məsafə 6 sm-dan çox, rotasiya və yan hərəkətlər 50-70 dərəcəyə qədər məhdudlaşır, təzahür edən daimi və ya tez-tez baş verən kəskinləşən bel ağrıları ilə: - döş və bel nahiyəsində hərəkətliliyin təzahür edən dərəcədə məhdudiyyəti: bükülmə zamanı sütunun uzunluğu 3 sm-dan artıq böyümür, açılma zamanı 1 sm-dan çox azalmır, yana əyilmələr – 10 dərəcədən artıq deyil; - yuxarı ətraf funksiyalarının təzahür edən pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən proksimal paraparez və ya proksimal paraplegiya; təzahür edən distal paraparez yuxarı ətraflarda; aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal; - distal paraplegiya və ya təzahür edən proksimal paraparez aşağı ətraflarda; - sidiyin (8 saatda 600 ml və daha çox) və nəcisin (formalaşmış nəcisin) saxlanılmamasının ağır dərəcəsi (13.5.1.2). Onurğa sütunun statodinamik funksiyasının əhəmiyyətli pozuntusu (müstəqil hərəkətin, yataqdan durmanın, bir vəziyyətin alınmasının və saxlanılmasının, yerdəyişmənin): - beldə olan əhəmiyyətli ağrılarla; - yuxarı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: əhəmiyyətli distal paraparez, distal paraplegiya, əhəmiyyətli təzahür edən paraparez, paraplegiya; - aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: əhəmiyyətli təzahür edən proksimal paraparez, proksimal paraplegiya, əhəmiyyətli təzahür edən paraparez, paraplegiya; - digər insanların daimi yardımına ehtiyac; - gigiyenik vasitələrin istifadəsinin qeyri-mümkünlüyü ilə sidiyin və nəcisin saxlanılmamasının ağır dərəcəsi (13.5.1.3). İddiaçıya qoyulmuş diaqnozun ona qeyd edilən ağırlaşmalara səbəb olubolmamasının təyin edilməsi üçün məhkəmə tərəfindən ekspertizalar təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 T578/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində hmin diaqnozların iddiçıya düzgün təyin edildiyi qeyd edilmişdir. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1- Sosial Ekspertlərinin səlahiyyətlərinə aid olduğu üçün müvafiq ağırlaşmaların iddiaçıda mövcud olub-olmaması ilə bağlı suala cavab verilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş əlavə məhkəmə tibbi ekspertizasına dair ekspert rəyində də, mövqe oxşar olmuşdur. İş üzrə ekspert rəylərində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan mövcudluğunun istisna edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, ekspert iddiaçıda həmin diaqnozların mövcudluğunu bildirsə də, həmin diaqnozların “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olub-olmaması barədə rəy verməkdən imtina etmişdir. Bu hal isə iddiaçının xeyrinə şərh edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas sübut qismində çıxış edən espert rəyində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. İPM-də göstərilmişdir ki, İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən iddiaçıya təyin edilmiş əlillliyin ləğvi barədə qəbul edilmiş 04 iyul 2023-cü il tarixli, 3-17-4/3-S-86236/2023 saylı qərar ləğv edilsin və İddiaçı sonuncu dəfə təyin edilmiş əlillik dərəcəsinin xx.xx.2023-cü il tarixindən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar