Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4572/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Babasəm oğlunun iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı torpaq sahəsinə dair yerləşmə cizgisində yol verilmiş yanlışlığın düzəldilməklə, yenidən tərtib edilərək, bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinin yerləşmə cizgisində soyadının yazılışında yol verilmiş yanlışlığa düzəliş aparılması və ya cizginin yenidən tərtib olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının 1971 nömrəli 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisində soyadının yazılışında yol verilmiş yanlışlığın düzəliş aparılmaqla və ya cizgini yenidən tərtib etməklə ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh başçısının 1971 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə ona Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 1244 saylı 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi tərəfindən mişar daşı ilə hasarlanmış və dəmir darvaza quraşdırılmışdır. Cavabdeh orqan tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilərək ona verilmişdir. Torpaq sahəsi üzərində yaranmış hüquqlarının Dövlət qeydiyyatına alınması üçün DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etdikdə torpaq sahəsinin yerləşmə cizgisində texniki xəta olaraq soyadının “Fərzəliyev” kimi yazıldığı müəyyən edilmişdir. Dövlət arxivindən verilən təsdiq edilmiş sərəncamda soyadının düzgün yazıldığı, lakin ona verilmiş torpaq sahəsinin yerləşmə cizgisində isə soyadının səhv yazıldığı aydın olmuşdur. Bunları nəzərə alaraq Bakı şəhəri Cavabdeh başçısının 1971 nömrəli 30 dekabr 1998-ci il tarixli sərəncamı əsasında tərtib edilmiş torpaq sahəsinin yerləşmə cizgisində soyadının yazılışında yol verilmiş yanlışlığın aradan qaldırılması üçün cavabdeh orqana dəfələrlə edilmiş müraciətlərinin icrasından imtina olunmuşdur. Həmin cizgi rəsmi şəkildə cavabdeh orqanın nümayəndəsinə təhvil verilmişdir. Eləcə də hüquq-mühafizə orqanlarında araşdırma aparılsa da qanunsuz əməl aşkar edilməmişdir. Hal-hazırda həmin cizgi ona qaytarılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə təqdim olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)2295/2019 saylı iş üzrə çıxartdığı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2334/2019 saylı 12 sentyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)-172/2020 saylı 14 yanvar 2020-ci il tarixli qərarı ilə İddiaçı tərəfndən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2334/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-895/2020 saylı 18 mart 2020-ci il tarixli qərardadı ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)2295/2019 saylı iş üzrə çıxartdığı xx.xx.2019cu il tarixli qərardadı ləğv edilmiş, inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-895/2020 saylı 18 mart 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisini iddia ərizəsinə əlavə etməmiş, sonradan məhkəməyə təqdim etməmişdir. 18 noyabr 2016-cı il tarixdə tərtib edilmiş aktdan görünür ki, həmin sənədin əsli Cavabdeh rayon təsərrüfat şöbəsinin baş məsləhətçisi X3 təqdim edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehə göndərdiyi 14 may 2019-cu il tarixli məktubunda mübahisəyə baxılması ilə bağlı işin obyektiv araşdırılması məqsədilə 30 dekabr 1998-ci il tarixli 1971 saylı sərəncamın verilməsinə səbəb olmuş əsaslar barədə məlumatın qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında isə məhkəmənin sorğusu ilə bağlı hər hansı cavab verilməsi müəyyən olunmur. Bundan sonra işə 27 iyun 2019-cu il tarixdə baxılması barədə iddiaçı və cavabdehə məktub göndərilmiş, birinci instansiya məhkəməsi 27 iyun 2019-cu il tarixli qərardadı ilə mübahisənin mülki məhkəməyə aid olması əsası ilə iddianı mümkün saymamışdır. Beləliklə, iddianın predmetini təşkil edən sənəd iş materiallarında mövcud olmamışdır. Həmin sənəd işdə mövcud olmadığı halda onunla bağlı hüquqi qiymətləndirmə aparılması istisna edilir. Birinci instansiya məhkəməsi özünün etdiyi sorğuya cavab verilməsinin səbəblərini araşdırmamış, mübahisə olunan sənədlərin alınmasına cəhd göstərməmiş, lazımi sənədlərin tələb olunması ilə bağlı cavabdehə, yaxud sənədlərin saxlandığı arxiv idarəsinə sorğu etmədən iddianı mümkün saymamaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin qərardadında qeyd olunmuş göstərişlərə əsasən işə yenidən baxılarkən, məhkəmənin müvafiq sorğularına əsasən; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2020-ci il tarixli 485 №li məktubu ilə İddiaçı “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Cavabdeh arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 1971 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı 1 (bir) vərəqədən ibarət məhkəməyə göndərilmiş və məktubda Sərəncama İddiaçı barədə heç bir sənəd əlavə edilmədiyi qeyd olunmuşdur. - Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 6/10-897 №li xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, sözügedən torpağa dair Cavabdeh başçısının 1971 saylı, xx.xx.1971-ci il tarixli Sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) rayon icra hakimiyyətinin arxivində aşkar edilməmişdir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən iddiaçı-İddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Cavabdeh başçısının 1971 nömrəli 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə ona ayrılmış 600 kv. metr torpaq sahəsi üzrə yerləşmə cizgisinin “soyad” hissəsində yol verilmiş yanlışlığın aradan qaldırılmaqla, yenidən tərtib edilərək, bərpa olunması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil Babasəm oğlu iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşin materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1998ci il tarixli 1971 nömrəli sərəncamı ilə iddiaçıya fərdi ev tikmək üçün 600 kv. metr torpaq sahəsi ayrılmışdır. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, sonuncu xx.xx.2016-cı il tarixli imtina məktubu ilə bildirmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, üç torpaq sahəsi bir hasar daxilindədir, ara sərhədləri şərtidir. Qeyd olunan torpaq sahəsinin bölünməsinə dair notarial qaydada təsdiq olunmuş bölgü cizgisi təqdim edilməsi məqsədəuyğundur. Səbail rayonu İcra hakimiyyətinin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan yerləşmə cizgisində torpaq sahəsinin tərəflərinin ölçüləri qeyd edilməmiş və bundan əlavə yerləşmə cizgisində və torpaq sahəsinin verilməsinə dair aktda ərizəçinin soyadı “Fərzəliyev” qeyd edilmişdir. Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinin bölgü sxemi tərtib edilmiş, eskiz X1 və İddiaçı imzaları ilə təsdiq edilmişdir. xx.xx.2016-cı il tarixli qəbzə əsasən İddiaçı ayrılmış Badamdar qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə dair 1971 saylı 30 dekabr 1998-ci il tarixli sərəncamının və 248 saylı 29 sentyabr 2004-cü il tarixdə təsdiq edilmiş cizginin əslini Cavabdeh rayon Təsərrüfat şöbəsinin baş məsləhətçisi X2 şifahi sorğusuna əsasən ona təqdim edilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı (nümayəndəsinə) ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh 1971 saylı xx.xx.1998-ci il tarixli sərəncamının və həmin sərəncamın ayrılmaq hissəsi olan Səbail rayon Badamdar qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.2004-cü il tarixli 248 saylı torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı araşdırma aparılması ilə əlaqədar Səbail rayon prokurorluğuna və Səbail rayon polis idarəsinə göndərilmişdir. Beləliklə işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı özünə məxsus Bakı şəhəri Cavabdeh başçısının 1971 nömrəli 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə ona ayrılmış 600 kv. metr torpaq sahəsi üzrə yerləşmə cizgisinin “soyad” hissəsində yol verilmiş yanlışlığın aradan qaldırılması məqsədilə, həmin sərəncamı və torpaq sahəsi üzrə yerləşmə cizgisini cavabdeh inzibati orqana rəsmi qaydada təqdim etmiş, lakin sonuncu tərəfindən qeyd olunan sənəddəki yanlışlıq aradan qaldırılmaqla iddiaçıya qaytarılmamışdır. İddiaçının iddia tələbinin mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.1-ci bəndinin tələbinə görə məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçünqanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Plenum qərarına görə hazırkı halda cavabdeh tərəfindən verilmiş cizgidə olan soyad səhvi onun vermiş cavabdehin özü tərəfindən aradan qaldırıla bilər. Belə olan halda hazırki mübahisəyə inzibati icraat qaydasında baxılmalıdır. İddianın mahiyyəti üzrə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar (bundan sonra - yanında olan orqanlar), tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər (bundan sonra - tabeliyində olan hüquqi şəxslər) və mərkəzi icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq inzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar (bundan sonra - mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları) yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. Bu bənddə nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir - onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər. Əsasnamənin 1.6-cı bəndinə əsasən müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Əsasnamənin 3.1.16-cı bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını və onlara cavab verilməsini təmin edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 1971 nömrəli 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 600 kv. metr torpaq sahəsi üzrə yerləşmə cizgisinin “soyad” hissəsində yol verilmiş yanlışlığın aradan qaldırılmaqla, yenidən tərtib edilərək, bərpa olunması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4572/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4572/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver