Məhkəmə qərarları › İş №2-1(112)-4572/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4572/2024

03.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4572/2024 03.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə (üçüncü şəxs X9) qarşı “doğum haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il təvəllüdlü X2 adına verilmiş xx.xx.1972ci il tarixli doğum haqqında şəhadətnaməsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 hazırkı inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü il təvəllüdlü oğlu X2 doğum haqqında şəhadətnaməsində qanunsuz dəyişiklik olunaraq ana adı əsassız olaraq dəyişdirilmiş və doğum haqqında şəhadətnamədə oğlunun anası olaraq bacısı X3 adı qeyd edilmişdir. İddiaçı müəyyən araşdırmalar nəticəsində topladığı arxiv sənədlərində oğlunun ana və ata adları olaraq iddiaçı və mərhum həyat yoldaşının adının olması öz təsdiqini tapır. Belə ki, AR X15 filialından verilmiş xx.xx.2012-ci il tarixli arayışa əsasən Quba rayonu Alekseyevna kənd X8 İcraiyyə Komitəsinin 1966-1968-ci illərə aid 12 №-li sovxosuz İ şöbəsi üzrə təsərrüfatbaşı kitabında oğlu X2 təvəllüdlü 3/Xİİ-1963-cü il tarix, atası İddiaçı, anası isə X1 adı qeyd olunmuşdur. Bundan başqa, həmin idarədən aldığı xx.xx.2012-ci il tarixli məktubda isə, X2 qəyyumluğa verilməsi barədə Quba rayonu Zərdabi kənd X8 İcraiyyə Komitəsinin və Quba rayon Maarif şöbəsinin filialda mühafizə olunan Qəyyumluq Komissiyasına aid sənədlərində heç bir məlumat aşkar edilməmişdir. Göründüyü kimi, oğlunun qəyyumluğa verilməsi və ya doğum şəhadətnaməsində hər hansı dəyişikliyin olunması barədə nə iddiaçının məlumatı olmuş, nə də hər hansı dövlət orqanında bununla bağlı sənəd aşkar olunmamışdır. Görünür ki, hansısa maraqlardan irəli gələrək, iddiaçının razılığı alınmadan övladı öz doğma bibisinin övladlığına keçmişdir. Bu tamamilə qanunsuz və əsassız olmuşdur. Cavabdeh və üçüncü şəxs iddiaya yazılı münasibətlərini bildirməmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Oktyabr rayonu ZDS İK-nın xx.xx.1972-ci il tarixli, 30/5 saylı qərarından görünür ki, X3 yetkinlik yaşına çatmayan X5 övladlığa götürməsinə icazə verilmişdir. xx.xx.1972-ci il tarixli 44 saylı övladlığa götürmə aktının qeydindən görünür ki, X4 X10 tərəfindən övladlığa götürülməsi barədə akt qeydi tərtib edilmiş, bununla bağlı 285 saylı xx.xx.1963-cü il tarixli O.Məmmədov barəsində tərtib edilmiş doğum haqqında akt qeydinə düzəliş edilmişdir. İ-ЖГ №395380 nömrəli 27 iyun 1972-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1963-cü ildə Quba rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1963-cü ildə 285 nömrəsi ilə qeyd aparılmışdır. İddiaçının anası X6r. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda bu doğum haqqında şəhadətnamənin ləğv edilməsini xahiş edir. Lakin işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1050/2024 saylı xx.xx.2014-cü il tarixli qərarından göstərilmişdir ki, “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2014-cü il tarixli, 2-1(81)-202/2014 saylı qərardadı ilə İddiaçı xx.xx.1972-ci il tarixli, İ-ЖГ №395380 saylı doğum haqqmda şəhadətnamənin ləğv edilməsi hissəsində iddia tələbi mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2014-cü il tarixli 2-1(81)- 202/2014 saylı qərarı ilə İddiaçı cavabdeh Yasamal İcra Hakimiyyətinə və üçüncü şəxs X7 qarşı X2 övladlığa verilməsi barədə keçmiş Oktyabr rayonu rDS İK-mn xx.xx.1972-ci il tarixli, 30/5 saylı qərarının etibarsızlığı barədə iddia tələbi pdd edilmişdir (hakim - T.Ə.Əsədova). Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 23 iyun 2014-cü il tarixli, 2-1(103)-921/14 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2014-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı X2 övladlığa verilməsi barədə keçmiş Oktyabr rayonu İK-nın xx.xx.1972-ci il tarixli, 30/5 saylı qərarının etibarsızlığı barədə iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 23 iyun 2014-cü il tarixli qərardadından İddiaçı və onun vəkili Quliyev Elnur Ağlara oğlu kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, iddia tələblərinin təmin edilməsinə zərurət yarandığı halda işin yeni apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının həmin qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsi İnzibati- İqtisadi Kollegiyasının 23 iyun 2014-cü il tarixli, 2-1(103)-921/14 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərar bununla əsaslandırılmışdır ki, “...Apellyasiya Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə iddia tələbləri Oktyabr rayonu ZDS İcraiyyə Komitəsinin xx.xx.1972-ci il tarixli, 30/5 saylı qərarının etibarsız hesab edilməsindən ibarətdir, iddiaçı öz hüququnun pozuntusunu oğlunun digər şəxsin övladlığına verilməsi barədə cavabdehin mübahisələndirilən inzibati aktı, onun razılığı və məlumatı olmadan qəbul edilməsi ilə əsaslandırır, üçüncü şəxsin L.H.Məmmədova tərəfindən övladlığa götürülməsi barədə iddiaçının razılıq ərizəsi arxiv materiallarında aşkar edilməsə də, mübahisələndirilən qərar 1972-ci ildə qəbul edilməklə, hazırda həmin qərarın qəbulundan 42 il ötür və üçüncü şəxs yetkinlik yaşma çatmış tam fəaliyyət qabiliyyətli şəxsdir, mübahisəli münasibət yaranan zaman xx.xx.1969-xx.xx.1999-cu illərdə qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə qanunvericiliyə əsasən övladlığa götürülmüş uşaq on yaşma çatmışdırsa, övladlığa götürmənin ləğvinə də yalnız onun razılığı ilə yol verilir, hazırda isə üçüncü şəxs O.İddiaçı yetkinlik yaşma çatmış, tam fəaliyyət qabiliyyətli şəxs olmaqla mübahisəli inzibati aktın ləğvinə birmənalı etiraz edir, belə olan halda iddiaçının valideynlik hüquqlarının pozulduğunu əsas gətirməklə cavabdehin inzibati aktını qəbul edildikdən 42 il sonra mübahisələndirmək hüququ tanına bilməz, digər tərəfdən hazırkı iddianın iddiaçının deyil, onun qızı Təranə Məmmədovanın hüquqlarının müdafiəsi naminə qaldırıldığı və üçüncü şəxsin faktiki olaraq vərəsəlik hüququndan məhrum edilməsinə yönəldiyi məlumdur, iddiaçının apellyasiya şikayətində bu hal aşkar şəkildə vurğulanmış, “Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 117-ci maddəsinə zidd olaraq verilmiş mübahisələndirilən qərarla iddiaçının bacısı X3 hüquqi varisi olan iddiaçının qızı Təranə Məmmədovanın hüquqlarının pozulduğu qeyd edilmiş, halbuki qanunvericiliyin tələbinə əsasən iddianın mümkün ayılması üçün məhz iddiaçı qismində çıxış edən şəxsin hüquqlarının pozulması əsaslandırılmalıdır, həmçinin üçüncü şəxsin müəyyən müddət ərzində ünvan 1 ünvanında bibisi ilə birlikdə yaşaması, ora atası tərəfindən göndərilməsi iddiaçının nümayəndələrinin izahatları ilə də təsdiq olunmaqla, övladlığa götürmənin rəsmiləşdirilməsi üzrə həm Oktyabr rayonunun müvafiq səlahiyyətli orqanları, həm də iddiaçının yaşadığı Quba rayonundakı səlahiyyətli orqan tərəfindən müvafiq sənədlər tərtib olunmuş, iddiaçı cavabdehin inzibati aktını 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsində müəyyən edilmiş üç illik və inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən edilmiş bir aylıq iddia müddətlərini ötürməklə mübahisələndirmişdir.” Beləliklə, işin istinad edilən hallarından görünür ki, iddiaçı hazırda məhkəməyə müraciət etdiyi eyni tələblə daha əvvəl məhkəməyə müraciət etmiş və iddiaçının tələbi mümkün sayılmamışdır. Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhkəmə qeyd edir ki, doğurdur, iddianın mümkün sayılmaması ilə bağlı qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Lakin hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçının arzuladığı nəticəyə nail olması üçün xx.xx.1972-ci il tarixli doğum haqqında şəhadətnamənin deyil, həmin şəhadətnamənin verilməsinə əsas olan üçüncü şəxsin övladlığa götürülməsi barədə keçmiş Oktyabr rayonu ZDS İK-nın xx.xx.1972-ci il tarixli, 30/5 saylı qərarının ləğv edilməsi zəruridir, hansı ki, iddiaçının həmin məzmunda tələbi prosessual müddətin ötürülməsi əsası ilə mümkün sayılmamış və bu barədə məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Belə olan halda aydındır ki, iddianın mümkün sayılmamasına əsas olan bu halı aradan qaldırmaq mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında göstərilmişdir ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar