Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4573/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyəti 3-cü şəxs qismində icraata cəlb edilməklə “ticarət obyektinin sökülməsinə görə başqa torpaq sahəsi ilə əvəzləşdirilməsi” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən iddiaçının xüsusi mülkiyyətində olmuş Bakı şəhəri 28 May Metrostansiyasının yaxınlığında 1 May küçəsində ticarət obyektinin sökülməsinə görə torpaq sahəsi ilə əvəzləşdirilməsi və ya kompensasiyanın ödənilməsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra hakimiyyəti tərəfindən iddiaçının xüsusi mülkiyyətində olmuş Bakı şəhəri 28 may metrostansiyasının yaxınlığında 1 may küçəsində ticarət obyektinin sökülməsinə görə başqa torpaq sahəsi ilə əvəzləşdirilməsinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4573/2022 saylı 28.01.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “iddiaçıya Bakı şəhəri İcra hakimiyyəti tərəfindən iddiaçının xüsusi mülkiyyətində olmuş Bakı şəhəri 28 may metrostansiyasının yaxınlığında 1 may küçəsində ticarət obyektinin sökülməsinə görə başqa torpaq sahəsi ilə əvəzləşdirilməsinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” məzmunda icraata qəbul edilmiş, Bakı şəhər İcra Hakimiyyəti cavabdehlər sırasından çıxarılaraq 3-cü şəxs qismində icraata cəlb edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam rayonundan məcburi köçkündür, 1995-ci ildə Bakı şəhəri 28 May Metrostansiyasının yaxınlığında 1 May küçəsində ticarət obyekti almış, bir müddət bununla ailəsini saxlamış, lakin 2001-ci ildə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə Bakı şəhəri 28 May metrostansiyasının ətrafında aparılan abadlıq və yenidənqurma işləri nəticəsində xüsusi mülkiyyət kimi iddiaçıya məxsus ticarət obyekti sökülmüşdür. Həmin vaxt Bakı şəhəri İcra Hakimiyyəti Başçısının qəbulunda olanda ticarət obyektinin sənədlərinə baxılaraq əvəzində pul kompensasiyasının verilməsi barədə ona təkliflər verilmişdir. Lakin iddiaçı obyektin başqa obyektlə və ya torpaq sahəsi ilə əvəzləşdirilməsini tələb etmiş, Bakı şəhəri İcra hakimiyyəti Başçısı həmin ərazidə başqa ticarət obyektinin bərpa edilib iddiaçıya verilməsi üçün müavini R.Pənahova göstəriş vermiş, sonradan Bakı şəhəri İcra Hakimiyyəti həmin ərazidə obyekt olmadığı üçün, Q-724 №-li 15.09.2001-ci il tarixli məktubu ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş Ağdam rayon köçkünü olan iddiaçının ərizəsi ilə əlaqədar tədbir görülməsini bildirmişdir. Həmçinin, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Q-249/1 №-li 31.05.2002-ci məktubu ilə iddiaçının ərizəsini baxılması üçün Binəqədi RİHB-nə göndərmişdir. Habelə Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin rəhbəri R.Pənahovun imzası ilə 18/03-8/6570 N-li 20.10.2005-ci il tarixli məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə mövcud qanunvericiliyinə əsasən iddiaçıya kömək göstərilməsi barədə məktub göndərilmişdir. Uzun müddət göstərilən icra qurumları iddiaçının ticarət obyektinə görə torpaq sahəsi ayıracaqlarını bildirsələr də, lakin aidiyyatı qurumlar iddiaçıya nə torpaq sahəsi ayırmış, nədəki ticarət obyektinə görə kompensasiya ödəməmişlər. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 02/09-11-7/Q 62-149 saylı 28.04.2017-ci il tarixli məktubunda iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Bakı Metropolitenin 28 May metrostansiyasının yaxınlığında iddiaçıya torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində mağaza inşa olunmuş, lakin 2001-ci ildə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən həmin mağaza sökülmüşdür. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, vətəndaşlara hər hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması 01 yanvar 2001-ci il tarixində Bələdiyyələrin səlahiyyətinə verilmişdir. Bu səbəbdən də torpaq sahəsi ilə təmin olunmağına köməklik göstərilməsi üçün müraciəti Binəqədi rayon Bələdiyyəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Q-62 N:li 29 mart 2021-ci il tarixli məktubunda iddiaçının məsələsinə baxılması üçün Bakı şəhəri İcra hakimiyyətinə gəlməyi bildirilmişdir. Qeyd edir ki, deyilən vaxtda iddiaçı icra hakimiyyətində olmuş və tələbinin təmin ediləcəyi bildirilsə də, lakin yenə də, aldadılmışdır. Sonradan iddiaçıya məktub göndərilərək guya torpaq sahəsi ayrılsa da, iddiaçı təklif olunan torpaq sahəsindən imtina etmişdir. Bu tamamilə yalandır. Əksinə, iddiaçı torpaq sahəsini harada ayrılmasından asılı olmayaraq qəbul edəcəyini bildirmişdir. X2 iddiaçıya torpaq sahəsini ayrılmasını təmin etməmişdir. İddiaçının təkrar müraciətinə Binəqədi Rayon İcra Hakimiyyətinin 02/09-11/Q-105/2-L/l №-li 11 noyabr 2020-ci il tarixli məktubunda Binəqədi Bələdiyyəsinə müraciət etməyi məsləhət görülmüşdür. Binəqədi Rayon Bələdiyyəsi iddiaçıya torpaq sahəsi ayırmamışdır. Sonuncu dəfə iddiaçı Binəqədi rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək qanunla müəyyən edilmiş qaydada iddiaçının əmlakına görə ya torpaq sahəsi, ya da kompensasiya verilməsini xahiş etsə də, nəticəsi olmamışdır. Cavabdeh yuxarıda göstərilən qanununların tələblərini pozmuş və özbaşnalıq edərək iddiaçının mülkiyyətində olan obyektini sökərək uzun müddət iddiaçıya başqa torpaq sahəsi verəcəyi adı ilə aldatmışdır. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunsa da, məhkəməyə təqdim edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyərək iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İ.Süleymanovun 02/09-11-11/Q-105/2-113/2-t/1 nömrəli 11.11.2020-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “mağazanızın sökülməsi barədə Bakı Şəhər İcra Hakimiyyətindən 23.10.2020-ci il tarixli Q-285/2-149/2-t/1 saylı məktubla Binəqədi Rayonu İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətdə qeyd olunmuş məsələ ilə əlaqədar tərəfimizdən araşdırma aparılarkən məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı Metropoliteninin 28 may metrostansiyası yaxınlığında Sızə torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində tərəfinizdən mağaza inşa olunmuş, lakin 2001-ci ildə həmin ərazidə aparılan işlərlə əlaqədar olaraq sözügedən mağaza sökülmüşdür. Torpaq sahəsi ilə təmin olımmağınızla bağlı bildiririk ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq, vətəndaşlara hər hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması 01 yanvar 2001-ci il tarixdən bələdiyyələrin səlahiyyətinə verilmişdir. Bu səbəbdən də, torpaq sahəsi ilə təmin olunmağınıza köməklik göstərilməsi ilə bağlı aidiyyəti üzrə müvafıq bələdiyyəyə müraciət olunması Sizə tövsiyə olunur. Qızınıza səhv müalicə təyin olunduğundan hal-hazırda səhhətində böyük problemlərinin olduğunu və buna səbəb olmuş şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına dair müvafiq göstərişin verilməsini xahiş etdiniz. Müraciətinizdə qeyd etdiyiniz halların araşdırılması və şikayət etdiyiniz şəxslər barəsində müvafiq tədbirlərin görülməsi Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmadığından Sizə aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə olunur. Qeyd olunanların nəzərə alınmasını Sizdən xahiş edirəm”. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İ.Süleymanovun 02/09-11-7/Q-62-149 nömrəli 28.04.2017-ci il tarixli məktubu iddiaçıya ilə bildirilmişdir ki, “Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı Metropoliteninin 28 may metrostansiyası yaxınlığında Sizə torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində tərəfinizdən mağaza inşa olunmuş, lakin 2001-ci ildə Bakı Şəhər icra Hakimiyyəti tərəfindən həmin mağaza sökülmüşdür. Torpaq sahəsi ilə təmin olunmağınızla bağlı bildiririk ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, vətəndaşlara hər- hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması 01 yanvar 2001-ci il tarixdən bələdiyyələrin səlahiyyətinə verilmişdir. Bu səbəbdən də, torpaq sahəsi ilə təmin olunmağınıza köməklik göstərilməsi barədə müraciətiniz aidiyyəti üzrə Binəqədi rayon Bələdiyyəsinə göndərilmişdir. Qeyd olunanların nəzərə alınmasını Sizdən xahiş edirəm”. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini F.Aslanovun 13-11/8-9 nömrəli 16.07.2008-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Sizin, Bakı Şəhər İcra Hakimiyyətindən Q-189 saylı, 19.06.2008-ci il tarixli dərkənarla Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş, rayon ərazisində sökülmüş mağazanızın bərpası məqsədilə Binəqədi bələdiyyəsi tərəfindən Binəqədi rayonu, 8-ci mikrorayon, 28 saylı binanın qarşısında sahibkarlıq fəaliyyəti ilə məşğul olmanız üçün ayrılmış 30 kv.metr torpaq sahəsinin sənədləşdirilməsi barəsindəki müraciətinizə baxılmışdır. Məlumat üçün nəzərinizə çatdırıram ki, Sizin sosial vəziyyətinizin çox ağır və himayənizdə xəstə övladlarınızın olması və yuxarı dövlət orqanlarına etdiyiniz çoxsaylı müraciətləriniz nəzərə alınaraq, yuxarıda qeyd olunan ünvanda yerləşən 30 kv.metr torpaq sahəsinin sənədləşdirilməsi üçün tərəfimizdən 12/793 saylı, 05.11.2007-ci il tarixli məktubla aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət olunmuşdur. MŞBİ-dən Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş 18/03-8/7120 saylı, 27.11.2007-ci il tarixli məktubda qeyd olunan ərazinin Bakı şəhərinin Baş Planına əsasən məhəllənin yaşıllaşdırılması üçün nəzərdə tutulduğundan və hal-hazırda həmin ərazidə park salındığından qaldırılan məsələnin həllinin mümkün olmadığı bildirilmişdir. Buna baxmayaraq Sizə digər bir ərazidən torpaq sahəsi ayrılması təklif olunmuş lakin tərəfinizdən bu təklif qəbul olunmamışdır”. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Q-229 nömrəli 25.10.2007-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “mağazanın tikilməsi üçün nəzərdə tutlmuş ərazi yüksəkmərtəbəli yaşayış binasının yaşıllıq zolağına, sakinlərin ümumi istifadəsində olan sahəyə düşdüyünə görə və gələcəkdə aparılacaq tikinti- quraşdırma işləri sakinlərin haqlı narazılığına səbəb olacağından xahişinizin yerinə yetirilməsi imkan xaricindədir. Eyni zamanda bildiririk ki, Binəqədi bələdiyyəsi tərəfindən ayrılması nəzərdə tutulan 120 kv.metr torpaq sahəsinin 30 kv.metrinin sənədləşdirilməsi və sizə ayrılması təklif olunsa da bu tərəfinizdən qəbul olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, məsələnin həlli məqsədilə qeyd olunan torpaq sahəsinin yerinin dəyişdirilməsi və daha münasib sahə ilə əvəz olunması üçün aidiyyəti üzrə bələdiyyəyə müraciət edə bilərsiniz”. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 12/793 nömrəli 05.11.2007-ci il tarixli Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “İddiaçı sosial vəziyyətinin çox ağır və himayəsində xəstə övladlarının olmasını və yuxarı dövlət orqanlarına etdiyi çoxsaylı müraciətləri nəzərə alaraq, yuxarıda qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin sənədləşdirilməsinə həmin ərazidə yaşayan sakinlərin narazılığının olmaması şərtilə Rayon İcra Hakimiyyəti etiraz etmir və səlahiyyətlərinizə aid olduğundan münasibət bildirlməsi üçün müvafiq sənədlər Sizə göndərilir”. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 12-Q-107 nömrəli 26.08.2009-cu il tarixli Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “Dərnəgül yaşayış sahəsi, K.Rəhimov 70. 9 saylı liseydə məskunlaşan vətəndaş İddiaçı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından 10/Q-1427 saylı, 06.06.2009-cu il tarixli, 8/1-Q/1876 saylı, İ7.06.2009-cu il tarixli məktublarla və Qaçqınların və X3 üzrə Dövlət Komitəsindən 27/Q-7062 saylı, 11.06.2009-cu il tarixli dərkənarla Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlərində, Binəqədi bələdiyyəsi tərəfindən Binəqədi rayonu, 8-ci mikrorayon, 28 saylı binanın qarşısında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün ayrılmış 120 kv.metr torpaq sahəsinin sənədləşdirilməsi xahiş olunmuşdur. Nəzərinizə çatdırıram ki, vətəndaş İddiaçı müxtəlif dövlət orqanlarına çoxsaylı müraciətlər edərək, Nəsimi rayonu, 28 May metrostansiyasının yaxınlığında şəxsi mülkiyyətində olan 36 kv.metrlik mağazanın 2001-ci ildə kompensasiya ödənilmədən söküldüyünü qeyd edərək, Binəqədi rayonu ərazisində 9 saylı litseyin yataqxanasında məskunlaşdığını nəzərə alaraq, Binəqədi rayonu ərazisində torpaq sahəsi ayrılmasını tələb edir. Vətəndaş İddiaçı sosial vəziyyətinin çox ağır və himayəsində 5 xəstə övladının olmasını və yuxarı dövlət orqanlarına etdiyi çoxsaylı müraciətləri nəzərə alaraq, Binəqədi bələdiyyəsi tərəfindən təklif olunan torpaq sahəsinin sənədləşdirilməsinə Rayon İcra Hakimiyyəti etiraz etmir və səlahiyyətlərinizə aid olduğundan münasibət bildirlməsi üçün təklif olunan ərazinin situasiya planı Sizə göndərilir”. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 04/09-11-11/Q-158/2-039/2 nömrəli 30.11.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, mağazanızın sökülməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatından 16.11.2021-ci il tarixli Q-384/2-150/2 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş və Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığınız 27.10.2021-ci il tarixli Q-158-039 saylı müraciətlərinizə tərəfimizdən baxılmışdır. Müraciətdə qeyd olunmuş məsələ ilə əlaqədar tərəfimizdən araşdırma aparılarkən məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı Metropoliteninin 28 may metrostansiyası yaxınlığında Sizə torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində tərəfinizdən mağaza inşa olunmuş, lakin 2001 -ci ildə həmin ərazidə aparılan işlərlə əlaqədar olaraq sözügedən mağaza sökülmüşdür. Torpaq sahəsi ilə təmin olunmağınızla bağlı bildiririk ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq, vətəndaşlara hər hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması 01 yanvar 2001-ci il tarixdən bələdiyyələrin səlahiyyətinə verilmişdir. Bu səbəbdən də, torpaq sahəsi ilə təmin olunmağınıza köməklik göstərilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq bələdiyyəyə müraciət olunması Sizə tövsiyə olunur”. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Q-62 nömrəli 29.03.2013-cü il tarixli məktubu ilə bildirilmişdir ki, «Sizin, dövlət məmurlarının qanunsuz hərəkətləri nəticəsində qızınız X4 Respublikasında müalicəsinin yarımçıq qalması, Almaniya Federativ Respublikasının Frankfurt şəhərində isə müalicənin düzgün aparılmaması nəticəsində şikəst olması və Sizə məxsus kiçik ticarət obyektinin 2001-ci il tarixdə kompensasiya ödənilmədən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi barədə ATƏT-in Bakı ofisinə etdiyiniz müraciətlər əsasında “Hüquq və İnkişaf” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı 09.03.2013-cü il tarixli 8/1- H/859 saylı müraciəti Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətində araşdırılır. Şikayət ərizələrinizin araşdırılması ilə əlaqədar Sizin (şəxsiyyət vəsiqəsinin surəti təqdim edilməlidir) 10.04.2013-cü il tarixdə saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinə gəlməyinizi və ya tərəfinizdən səlahiyyətli nümayəndənizin gəlməsinin təmin edilməsini xahiş edirik. Məlumat üçün bildiririk ki, ərizənizdə qeyd etdiyiniz xüsusatları təsdiq edən sənədlərin surətləri və əlavə təqdim etmək istədiyiniz sənədlərin surətləri təqdim edilməlidir. Aparılacaq araşdırma zamanı iştirak edəcək nümayəndənizin şəxsiyyətini təsdiq edən vəsiqənin surəti və səlahiyyətini təsdiq edən etibarnamə (notariat qaydasında təsdiq olunmuş) ərizənin araşdırılmasında onun iştirakını təmin etmək məqsədilə təqdim edilməlidir. Dəvətə əsasən gəlmədiyiniz təqdirdə şikayətinizə iştirakınız olmadan baxılacaqdır”. - Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin 18/03-8/6570 №-li 20.10.2005-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Memarlıq və şəhərsalma baş idarəsində xəstə qızınızın müalicəsi ilə əlaqədar Binəqədi rayonu ərazisində sökülmüş mağazanın bərpa edilməsi barədə müraciətinizə baxılmışdır. Təkrarən bildiririk ki, Binəqədi Rayon İcra Hakimiyyətinə mövcud qanunvericiliyə əsasən Sizə köməklik göstərilməsi barədə məktub göndərilmişdir”. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. Bu maddənin tələbinə uyğun olaraq, iddiaçı cavabdeh inzibati orqana münasibətdə əmlak tələbini irəli sürməklə inzibati iddianı qaldırmışdır. Hazırki iddiasında iddiaçı Bakı Metropoliteninin 28 may metrostansiyası yaxınlığında ona məxsus olmuş mağazanın 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən söküldüyünü iddia edərək cavabdehdən kompensasiya olaraq torpaq sahəsinin ayrılmasını tələb edir. İşin hallarına görə, iddiaçının sahibliyində olmuş daşınmaz əmlak dövlət ehtiyacları üçün alınmış, lakin alınmaya məruz qalmış əmlaka görə heç bir kompensasiya ödənilməmişdir. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə 157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Yuxarıda qeyd olunan normaların məzmununa görə mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər və belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanı nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Məhkəmə vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı daşınmaz əmlak alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya və ya digər əvəz ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu əmlakın real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. İşin araşdırılan hallarına görə iddiaçı ona məxsus olmuş əmlakın dövlət layihəsi çərçivəsinə düşdüyünü, lakin həmin əmlaka dair iddiaçıya hər hansı kompensasiyanın ödənilmədiyini əsas dəlillər kimi irəli sürərək həmin əmlak üzərində hüquqlarını təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sənədin olması müəyyən edilməmişdir. Lakin hətta həmin əmlakın iddiaçının sahibliyində oldugu faktı təsdiqləndiyi halda (işdə olan dövlət orqanlarının yazışmalarından), iddiaçı ona kompensasiya kimi maddi ziyanın tutulması tələbini deyil torpaq sahəsinin ayrılması tələbini irəli sürmüşdür ki, hazırki iddiaya da cavabdeh kimi göstərdiyi orqan cavabdehlik daşımır. “İnzibati icraat haqqında” Qanunun 89.1.-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2.-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (Mülki Məcəllənin 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Mülki Məcəllə: Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Lakin hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilmir. Məhkəmə bir daha qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin (əmlakdan və onunla baglı gəlirlərdən məhrum edilmə) cavabdehin hərəkəti nəticəsində vurulması, iddiaçının vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti ilə vurulduğu zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübuta yetirilmədiyindən cavabdeh mülki hüquq məsuliyyəti daşımır. Belə olduqda, iddiaçı cavabdehdən zərərin əvəzini (əmlak şəklində) tələb etmək hüququna malik deyil. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyəti 3-cü şəxs qismində icraata cəlb edilməklə “Bakı şəhəri İcra hakimiyyəti tərəfindən iddiaçının xüsusi mülkiyyətində olmuş Bakı şəhəri 28 may metrostansiyası yaxınlığında 1 may küçəsində ticarət obyektinin sökülməsinə görə başqa torpaq sahəsi ilə əvəzləşdirilməsinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə” iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16-cı, 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyəti 3-cü şəxs qismində icraata cəlb edilməklə “Bakı şəhəri İcra hakimiyyəti tərəfindən iddiaçının xüsusi mülkiyyətində olmuş Bakı şəhəri 28 may metrostansiyası yaxınlığında 1 may küçəsində ticarət obyektinin sökülməsinə görə başqa torpaq sahəsi ilə əvəzləşdirilməsinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə” iddiası təmin edilməsin. Qərardan inzibati rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4573/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4573/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver