Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-458/2020 18.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçı X9 nümayəndəsi və vəkili Vəkil oglunun Cavabdehin nümayəndəsi X4 oglunun iştirakları ilə, iddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi, qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı X9 nümayəndəsi Vəkil oglu cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-169/1 saylı xx.xx.2019-cu il tarixli və 369 saylı xx.xx.2019-cu il tarixli tarixli qərarlarının ləgv edilməsi, X9 “qaçqın statusu verilməsi haqqında" vəsatəti təmin edilərək X10 “qaçqın" statusu verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ- 169/1 saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, X9 “qaçqın statusu verilməsi haqqında" vəsatəti təmin edilərək X10 “qaçqın" statusu verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, hazırkı iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45-ci maddəsinə əsasən iddiaçı X11 tərəfindən cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı verilir. İddiaçı X11 xx.xx.1956cı ildə İraq Respublikasının Bağdad şəhərində anadan olub, İraq Respublikasının vətəndaşıdır. O, Bağdadda 12 illik təhsil aldıqdan sonra İraqın “Al-Mustansiriya University” adlı universitetin fizika fakültəsinə qəbul edilmiş və oranı bitirmişdir. İddiaçı 1982-ci ildə Azərbaycana gəlmiş və Dövlət Universitetinə qəbul edilmişdir. Dövlət Attestasiya Komissiyasının xx.xx.1984-cü il tarixli qərarı ilə iddiaçıya “nüvə fizikası” ixtisası üzrə “fizika və riyaziyyat elmləri üzrə” magistr elmi dərəcəsi verilmişdir (diplomun surəti əlavə olunur). Daha sonra SSRİ Nazirlər Şurasının yanında Ali Attestasiya Komissiyasının xx.xx.1987-ci il tarixli qərarı ilə iddiaçıya “fizika və riyaziyyat elmləri üzrə” fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir (diplomun surəti əlavə olunur). İddiaçı Liviyanın Tripoli şəhərində yerləşən “X6”ndə 25 il çalışmışdır. Liviyada müharibə başlanandan sonra onun evinə hücum olmuş, avtomobili əlindən alınmışdır. Məcburiyyət qarşısında qalaraq iddiaçı 2012-ci ildə ölkəni tərk etmiş və İraqa qayıtmışdır. İddiaçı 2 il İraqın Süleymaniyə şəhərində yaşamış, sonra Rusiyanın Moskva şəhərinə getmiş və 1 il orada yaşamışdır. Sonra iddiaçı Türkiyəyə gəlmiş, oradan İraqa getmişdir. Bir müddət İraqda yaşadıqdan sonra iddiaçı 2017-ci ildə Azərbaycan Respublikasına gəlmiş və “Rail Travel” şirkətində çalışmışdır. İddiaçı 3 dəfə ailə qurmuş, Duka Septidən 2 qızı, 1 oğlu dünyaya gəlmişdir. Hazırda onun ailəsi Liviyada yaşayır. İkinci dəfə Olena adlı Ukrayna vətəndaşı ilə ailə qurmuş, lakin bu nikahdan onun övladı olmamışdır. Azərbaycanda iddiaçı xx.xx.1988-ci il tarixində X1 ilə ailə qurmuş, nikahları Səadət Sarayında dövlət qeydiyyatına alınmış və birgə nikahdan onun 1 qızı dünyaya gəlmişdir (nikah haqqında şəhadətnamənin surəti əlavə olunur). İddiaçının əsaslı təqib qorxusunun faktiki əsasları. İddiaçı uzun müddət ərzində xarici dövlətdə nüvə sahəsində elmi-tədqiqatlar apardığına görə vətəndaşı olduğu İraqa qayıdacağı təqdirdə təqiblə üzləşəcəyindən, nüvə silahının hazırlanmasına cəlb ediləcəyindən, imtina etdikdə isə həbs ediləcəyəcindən qorxur. Bundan başqa iddiaçı hesab edir ki, onun nüvə fizikası üzrə biliyi və iş təcrübəsi Azərbaycan elminə töhvə verə bilər.İddiaçının Azərbaycan Respublikasına gəlməsi və “qaçqın” statusunun verilməsi üçün müraciət etməsi. İddiaçı xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasına gəlmiş və xx.xx.2019-cu il tarixində “qaçqın” statusu verilməsi haqqında vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Vəsatətdə iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 1-ci bəndinin 8-ci abzasına müvafiq olaraq, ona “qaçqın” statusunun verilməsini xahiş etmişdir. Onun vəsatəti cavabdeh inzibati orqanda 147/2019 nömrə ilə qeydiyyata alınmış və iddiaçı ilə müsahibə aparılmışdır. İddiaçı müsahibədə bildirmişdir ki, o, uzun müddət ərzində xarici dövlətdə nüvə sahəsində elmi- tədqiqatlar apardığına görə öz ölkəsində təqib ediləcəyindən qorxur və bu səbəbdən də, İraq Respublikasına geri qayıtmaq istəmir. Cavabdeh inzibati orqanın İQ-169/1 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçıya “qaçqın” statusu verilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardan narazı olduğu üçün “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə müvafiq olaraq qərardan inzibati qaydada şikayət vermişdir. Cavabdeh inzibati orqanın 369 saylı xx.xx.2019-cu il tarixli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı X11 xx.xx.1956-cı ildə İraq Respublikasının Bağdad şəhərində anadan olmuş, İraq Respublikasının vətəndaşıdır. O, Bağdadda 12 illik təhsil aldıqdan sonra İraqın “Al-Mustansiriya University” adlı universitetin fizika fakültəsinə qəbul edilmiş və oranı bitirmişdir. İddiaçı 1982-ci ildə Azərbaycana gəlmiş və Dövlət Universitetinə qəbul edilmişdir. Dövlət Attestasiya Komissiyasının xx.xx.1984-cü il tarixli qərarı ilə iddiaçıya “nüvə fizikası” ixtisası üzrə “fizika və riyaziyyat elmləri üzrə” magistr elmi dərəcəsi verilmişdir. Daha sonra SSRİ Nazirlər Şurasının yanında Ali Attestasiya Komissiyasının xx.xx.1987-ci il tarixli qərarı ilə iddiaçıya “fizika və riyaziyyat elmləri üzrə” fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. İddiaçı Liviyanın Tripoli şəhərində yerləşən “X6”ndə 25 il çalışmışdır. İddiaçı xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasına gəlmiş və xx.xx.2019-cu il tarixində “qaçqın” statusu verilməsi haqqında vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti cavabdeh inzibati orqanda 147-2019 nömrə ilə qeydiyyata alınmış və iddiaçı ilə müsahibə aparılmışdır. İddiaçı müsahibədə bildirmişdir ki, o, uzun müddət ərzində xarici dövlətdə nüvə sahəsində elmi- tədqiqatlar apardığına görə öz ölkəsində təqib ediləcəyindən qorxur və bu səbəbdən də, İraq Respublikasına geri qayıtmaq istəmir. Belə ki, Liviyada müharibə başlanandan sonra onun evinə hücum olmuş, avtomobili əlindən alınmışdır. Məcburiyyət qarşısında qalaraq iddiaçı 2012-ci ildə ölkəni tərk etmiş və İraqa qayıtmışdır. İddiaçı 2 il İraqın Süleymaniyə şəhərində yaşamış, sonra Rusiyanın Moskva şəhərinə getmiş və 1 il orada yaşamışdır. Sonra iddiaçı Türkiyəyə gəlmiş, oradan İraqa getmişdir. Bir müddət İraqda yaşadıqdan sonra iddiaçı 2017-ci ildə Azərbaycan Respublikasına gəlmiş və “Rail Travel” şirkətində çalışmışdır. İddiaçı 3 dəfə ailə qurmuş, Duka Septidən 2 qızı, 1 oğlu dünyaya gəlmişdir. Hazırda onun ailəsi Liviyada yaşayır. İkinci dəfə Olena adlı Ukrayna vətəndaşı ilə ailə qurmuş, lakin bu nikahdan onun övladı olmamışdır. Azərbaycanda iddiaçı xx.xx.1988-ci il tarixində X1 ilə ailə qurmuş, nikahları Səadət Sarayında dövlət qeydiyyatına alınmış və birgə nikahdan onun 1 qızı dünyaya gəlmişdir. O, “Baas” adlı partiyanın üzvü olmuş, 1988-ci ildə həmin partiyanı tərk etmiş, heç vaxt həbs olunmamış və tutulmamışdır. İddiaçı uzun müddət ərzində xarici dövlətdə nüvə sahəsində elmi-tədqiqatlar apardığına görə vətəndaşı olduğu İraqa qayıdacağı təqdirdə təqiblə üzləşəcəyindən, nüvə silahının hazırlanmasına cəlb ediləcəyindən, imtina etdikdə isə həbs ediləcəyindən qorxur. Bundan başqa iddiaçı hesab edir ki, onun nüvə fizikası üzrə biliyi və iş təcrübəsi Azərbaycan elminə töhvə verə bilər. Lakin bununla baglı hər hansı rəsmi orqana müraciət etməmişdir. Cavabdeh inzibati orqanın İQ-169/1 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçıya “qaçqın” statusu verilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardan narazı olduğu üçün qərardan inzibati qaydada şikayət vermişdir. Cavabdeh inzibati orqanın 369 saylı xx.xx.2019-cu il tarixli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Bununla baglı məhkəmə qeyd edir ki, Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır. Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.” Avropa Məhkəməsinin presedent hüququnda da bu məsələ beynəlxalq hüququn hamılıqla tanınan məsələsi hesab olunur ki, iştirakçı dövlətlər öz müqavilə öhdəliklərinə, o cümlədən Konvensiyadan irəli gələn öhdəliklərinə əməl etmək şərti ilə əcnəbilərin ölkəyə gəlişinə, yaşayış yerinə və ölkə daxilində yerdəyişmələrinə nəzarət etmək hüququna malikdirlər (Əbdüləziz, Kabales və X2rşı, 28 may 1985-ci il tarixli qərar, A seriyaları, c. 94, b. 67; və Bujlifa Fransaya qarşı, 21 oktyabr 1997-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1997-Vİ, b. 42). Bundan əlavə, nə Konvensiya, nə də onun Protokolları siyasi sığınacaq hüququ vermir (bax: Vilvaraca və başqaları Birləşmiş Krallığa qarşı, 30 oktyabr 1991-ci il tarixli qərar, A seriyaları, c. 215, b. 102; və Əhməd Avstriyaya qarşı, 17 dekabr 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1996-Vİ, b. 38). İddiaçı vətəndaşı olduğu ölkədə şərti siyasi mövqeyinə görə (uzun müddət ərzində xarici dövlətdə nüvə sahəsində elmi-tədqiqatlar aparması)qayıtdıgı təqdirdə Avropa Konvensiyasının 3-cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin oldugunu göstərmir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 37; və X5rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (Çahalın işi üzrə qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə ərizəçinin 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə ərizəçinin öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, 26 iyul 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə ərizəçini onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və ərizəçinin şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə). Konkret ölkədəki ümumi situasiyanı araşdırmaq məqsədi ilə məhkəmə çox vaxt insan hüquqlarının müdafiəsi üzrə müstəqil beynəlxalq assosiasiyaların son dövrlərə aid hesabatlarında yer alan informasiyaya önəm verir (Çahalın işi üzrə qərar, b. 99-100; Müslim Türkiyəyə qarşı, ərizə N 53566/99, b. 67, 26 aprel 2005; Səid Niderlanda qarşı, ərizə N 2345/02, b. 54, 5 iyul 2005; və Əl-Moayad Almaniyaya qarşı (qərardad), ərizə N 35865/03, b. 65-66, 20 fevral 2007). Eyni zamanda, bir çox işlərdə Məhkəmə qərara alıb ki, sadəcə şəxsi qəbul edəcək ölkədə nizamsız situasiyanın olması səbəbindən qəddar rəftar ehtimalının mövcud olması özlüyündə 3-cü maddənin pozuntusuna səbəb olmur (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 111; və Fatqan Katani və başqaları Almaniyaya qarşı (qərardad), ərizə N 67679/01, 31 may 2001) və Məhkəmənin əlində ümumi situasiyanı təsvir edən mənbələr olduqda, onun konkret işdə ərizəçinin konkret iddialarını digər sübutlarla tutuşdurması tələb olunur (bax: Mamatkulov və Askarovun işi üzrə qərar, b. 73; və Müslimin işi üzrə qərar, b. 68). Ərizəçinin mütəmadi olaraq qəddar rəftar praktikasına məruz qalan qrupun üzvü olduğunu iddia etdiyi işlərdə Məhkəmə hesab edir ki, ərizəçi əvvəlki bənddə qeyd edilmiş mənbələrin əsasında zərurət yarandığı təqdirdə sözügedən praktikanın mövcud olduğunu və onun sözügedən qrupun üzvü olduğunu düşünmək üçün ciddi səbəblərin olduğunu sübut edərsə, o halda Konvensiyanın 3-cü maddəsinin müdafiə mexanizmi işə düşür (Salah Şixin işi üzrə qərar, b. 138-149). Hazırkı işdə ərizəçi səbəb kimi ölkəsini tərk etməsini ona qarşı təqibi həyata keçirən şəxslər (təqib agentləri) - qeyri-rəsmi qurumlar, əsasən də İŞİD terror təşkilatı tərəfindən təqib edilməsinin əsasını onun şərti siyasi mövqeyinə görə (uzun müddət ərzində xarici dövlətdə nüvə sahəsində elmi-tədqiqatlar aparmışdır) qarşılaşdığı mənəvi və fiziki təzyiqlərlə əlaqələndirmiş, lakin özünün bu hallara görə hər hansı cinayət təqibinə məruz qalması (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) barədə sübut ya dəlil gətirməmişdir. Yəni ərizəçi istinad etdiyi mənbələrdəki iddiaları ona aid təsdiq edən hər hansı sübut və ya məlumat təqdim etməyib. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçinin İraq Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əhəmiyyətli əsaslar gətirilməyib. Bu risk məhkəməyə təqdim olunan iş materialları əsasında da sübut olunmur. Ərizəçi həmçinin onun Konvensiyanın 8-ci və 13-cü maddələrinin iddia edilən pozuntusu (məsələn, ailəsini onunla birgə olmaqdan və onun yardımından məhrum edilməsi, ərizəçinin ailəsinin üzərinə hər-hansı qeyri-mütənasib və ya həddən artıq ağır vəzifənin qoyulması, ailə həyatına müdaxilənin digər formada baş verməsi) barədə hərhansı sübut ya dəlil gətirməyib, yalnız bəhailərin qeyri-adekvat mühitdə yaşamaqlarını ümumi formada ifadə edib. Əksinə olaraq o, Azərbaycana gəlməkdə başqa niyyətinlə oldugunu da, yəni iş tapmaq, habelə elmi tədqiqatlarını davam etdirmək barədə fikirlər bildirmişdir ki, bu hallar da qaçqın statusunun verilməsinin nəinki əsası, ümumiyyətlə predmeti deyil. Beləliklə də ərizəçinin vəsatəti Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş və bu dəlillər Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmiş, bununla da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-169/1 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən İraq Respublikasının vətəndaşı X8çqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin Qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Məhkəmə qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, işin faktiki hallarından da müəyyən edilir ki, X9 vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə göstərilənləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən ona qaçqın statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan zəruri faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı İQ-169/1 saylı xx.xx.2019-cu il tarixli qərarının qanunsuz hesab edilməklə, iddiaçıya qaçqın statusu verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərarından təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-458/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-458/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver