Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4580/2023 20.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilləyiinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxs kimi ailə üzvləri ilə (özü, həyat yoldaşı və 2 uşağı) birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınması barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsi”nə dair iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınması barədə sərəncam verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda ünvan 1 ünvanında pasport qeydiyyatındadır. xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2020-ci il tarixdə 44 günlük Vətən Müharibəsində döyüş vaxtı yaralanaraq travma almışdır. Aldığı travma nəticəsində sağlamlığını itirmiş və xx.xx.2021-ci il tarixdə ona 5 illik müddətə 3-cü dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” göstərilmişdir. İddiaçı hal-hazırda ailəsi ilə birlikdə kirayə yaşayır. Daimi yaşayış sahəsi yoxdur. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmağı xahişi ilə 2022-ci ilin oktyabr ayında cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, Ş-43-174 nömrəli məktubla ona imtina cavabı vermişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamına əsasən iddiаyа dаir cavabdehin yazılı münasibətində bildirilmişdir ki, iddiaçı yaşayış sahəsi ilə təmin olunması üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə mövcud mənzil qanunvericiliyinə əsasən son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyi ilə əlaqədar əlil olmuş şəxs kimi ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməmişdir. Vətən müharibəsində Azərbaycan ordusu Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edilməsi istiqamətində möcüzəvi nəticələr əldə etdi, tarixi qələbələr qazandı, 30 ilə yaxın davam edən işğala son qoyuldu. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusu düşməni tamamilə diz çökdürdü. Vətən oğulları öz canları, qanları bahasına torpaqları düşmən əsarətindən azad etdilər. Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan hərbi qulluqçular və eyni zamanda müxtəlif əlillik kateqoriyaları üzrə əlil olan zabitlər və əsgərlər də oldu. Yuxarıda qeyd olunan 44 günlük Vətən müharibəsində şəhid, əlil və müharibə iştirakçıları olan vətəndaşlar müharibə başlayan zaman pasport qeydiyyatları olan rayonlar üzrə müharibəyə yolandıqları üçün şəhid olmuş şəxslərin ailə üzvləri, müharibə əlilləri və müharibə iştirakçıları olan şəxslər qeydiyyatda olduqları rayonlar üzrə mənzil növbəsinə götürülmüşlər. Lakin Vətən müharibəsindən 1 il ötəndən sonra bəzi Vətən Müharibəsi şəhid ailələri, əlillər və müharibə iştirakçıları öz qeydiyyatda olduqları rayonlar üzrə mənzil növbəsində olduqları halda Bakı şəhərinə üz tutaraq Bakının müxtəlif rayonlarına pasport qeydiyyatına düşdükdən sonra Bakı şəhərinin müxtəlif Rayon İcra Hakimiyyətlərinə müraciət edərək rayonlarda olan mənzil növbələrinin Bakı şəhərində qeydiyyatda olduqları rayonlar üzrə köçürülməsini bildirmişdirlər. Belə olan hallar üzrə araşdırılma aparılmış və məlum olmuşdur ki, Bakı şəhərinə yeni qeydiyyata düşən şəhid ailələri, vətən müharibəsi əlilləri və müharibə iştirakçıları qeydiyyata düşmə səbəbləri kimi mənzilin Bakı şəhərindən əldə edilməsi məqsədi olmuşdur. Cavabdeh tərəfindən belə olan hallara dair yəni Yasamal Rayon ərazisinə yeni qeydiyyata düşən vətən müharibəsi əlillərinə və müharibə iştirakçılarına mənzil növbəsinə götürülməsinə dair ərizələri üzrə imtinalar verilmiş (şəhid ailələri istisna olmaqla) və eyni zamanda məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Məhkəməyə müraciət edən əlillər və müharibə iştirakçıları arasında olan bəzi şəxslərin həqiqətən də Bakı şəhərinə qeydiyyatı formal olmaması, daimi yaşaması, yəni övladlarının Bakı şəhərində təhsil alması, ailə üzvlərinin Bakı şəhərində işləməsi, və özünün müxtəlif vaxtlarda Bakı şəhərində bərpa edici müalicələrinin alması nəzərə alınaraq məhkəmə qaydasında mənzil növbəsinə görürülmüşdürlər. Lakin digər müharibə iştirakçılarının və əlillərinin Bakı şəhərinə yeni qeydiyyatı formal olduğundan, Bakı şəhərində hər hansı bir asıllıq olmadığından (müalicə, iş yeri, təhsil) və daimi yaşamadığından, məhkəmə qaydasında imtinalar verilmiş və mənzil növbəsinə götürülməmişdirlər. Ölkə daxilində əhalinin doğma yeri ilə son yaşayış yerləri arasındakı fərq bu əhalinin regional daxili miqrasiyasını göstərir. Ümumi olaraq bir sosial sistemdə uyğunlaşma prosesi olan miqrasiya istehsalın məhsuldarlığını daha da artırır və əmək qabiliyyətinin məkanlar üzrə paylanmasını yenidən təşkil edir. Bu, sosial struktur və qurumlar arasında nisbi balansı təmin edir. Ancaq bu proses bütün ölkələr və şəhərlər üçün eyni nəticə vermir. Məsələn, Bakı kimi aktiv miqrasiya dalğasına məruz qalan şəhərin rayonları arasında əmək qabiliyyətliliyi və məşğulluq bərabər paylanmaya bilər. Belə ki, aktiv miqrasiya prosesində mövcud sosial-iqtisadi tarazlığın pozulması baş verir və insan məskunlaşmalarında əməyin effektli paylanması mümkün olmur. Şəhərə istiqamətlənən kütləvi köç-miqrasiya prosesi şəhərin təbii mühitini pozur. Belə ki, şəhərə gələnlərin, əsasən də zorakı (məcburi) miqrasiyanın subyektlərinin birdən-birə şəhər mühitinə uyğunlaşmamaları, onlara qarşı kənarlaşdırıcı davranışı mənimsəməməsi şəhər mühitində narazılıq, münaqişə və həmçinin cinayət hallarının artmasına səbəb olur. Yerli mühit və sakinlərlə gəlmələr arasında uyğunlaşma müəyyən vaxt alır. Bu zaman ərzində şəhərin başda ifrastrukturu-quruluşu olmaqla ictimai, iqtisadi, ekoloji kimliyi yenidən inşa edilmiş olur. Bu baxımdan 80-ci illərin sonu 90-cı illərin əvvəllərində şəhər mühitinin görünüş olaraq birdən dəyişməsi yerli sakinlər və gəlmələr arasında ziddiyyətlər və münaqişələr yaradırdı. Bu hal 2000-ci illərin ortalarına qədər müxtəlif aspektlərdə əks olunurdu. Keyfiyyətli bir şəhər həyatının mövcud olması üçün urbanizasiya prosesi təbii olmalıdır və bu çərçivədə şəhərləşmə və şəhər inteqrasiyası nəzərə alınmalıdır. Ancaq şəhərə kənardan olan kütləvi axın bu təbii prosesə zərər verir. Şəhərin inteqrasiyasını zədələyən bu axın şəhər 'mərkəzlərində təhlükəsizlik, cinayət, mənzil çatışmazlığı, infrastrukturun zəifləməsi, nəqliyyat sıxlığı kimi maddi əsaslı problemlərlə yanaşı, psixoloji və sosial məzmunlu problemlərin də ortaya çıxmasına səbəb olmaqdadır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü
4. İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati məhkəmə icraatı qaydasında baxılır.
5. Həmin Məcəllənin 33.1.-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır; iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
7. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1985-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X8 xx.xx.1993-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X4 xx.xx.2016-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X7 xx.xx.2018-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AZ-İİ 026764 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı ilə X9 xx.xx.2015-ci il tarixdə nikahlarını bağlamışlar. Tibbi-Sosial Ekspert Komisisyasının xx.xx.2021-ci il tarixli məlumatına əsasən İddiaçı üçüncü dərəcəli əlillik xx.xx.2021-ci il tarixdə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konsittuisya quruluşunun müdafiəsi ilə əlaqədar təyin edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, mövcud mənzil qanunvericiliyinə əsasən son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayon ərazisində qeydiyyatda olmadığından xahişinin yerinə yetirilməsi mümkün deyildir. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 106 nömrəli “Sığorta olunmuş hərbi qulluqçuların, məhkəmə-hüquq və mühafizə orqanları işçiləri və polis əməkdaşlarının xidmət dövrü haqqında” arayışına əsasən göstərilmişdir: İddiaçı, rütbəsi- manqa komandiri, xidmət dövrü – xx.xx.2012-ci ildən tarixdən xx.xx.2021-ci il tarixədək, tərxis olunduğu tarix – xx.xx.2021-ci il-MNM-QQK-nin xx.xx.2021-ci il tarixli 04N gm nömrəli əmri. N № hərbi hissə. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron – Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin 15 mart 2023-cü il tarixli, 134 nömrəli arayışına əsasən bildirilmişdir ki, X1 rayon Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin İ (birinci) sinfində təhsil alır. Abşeron rayon Xırdalan şəhər 17 saylı k/evi uşaq bağçasının arayışına əsasən bildirilmişdir ki, İddiaçı övladı X7 xx.xx.2022-ci il tarixdən Xırdalan şəhər 17 saylı körpələr evi uşaq bağçasında qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz Əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli arayışa əsasən bildirilmişdir ki, X5 Respublikası ərazisi üzrə Ağstafa rayonu, Köçvəlli kəndində yerləşən 0.12 ha torpaq sahəsi mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz Əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli arayışa əsasən bildirilmişdir ki, İddiaçı Respublikası ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respubliası Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Köçvəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 315/g, xx.xx.2023-cü il tarixli arayışına əsasən bildirilmişdir ki, Şəmilov X3 rayonu Köçvəlli kəndində əmisinə məxsus həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evində yaşamışdır.
İİİ. Məhkəmənin mövqeyi
10. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir.
11. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
12. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci bəndinə əsasən, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinə 1-ci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi tərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş ) aşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşavış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 5-ci abzasına əsasən, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.
12. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
13. Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir.
14. Mənzil Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər.
15. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. (Mənzil Məcəllənin 51.1-ci maddə)
16. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə;53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.
17. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə əsasən, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.
18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə əsasən yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyriyaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 4.6.9-cu bəndinə görə əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlillərin reabilitasiya proqramlarının icrasına və əlillərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 4.9.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir.
19. Göstərilənlərə əsasən, məhkəmə belə hesab edir ki, iddiaçının və onun ailə üzvlərinın adına daşınmaz əmlak (ev və ya mənzil) olmadığından, onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
20. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
21. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi, iddiaçı hərbi xidmət vəzifələrini icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqşusu olduğundan, ailəsinin yaşayış sahəsi olmadığı üçün, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ mövcuddur. Bundan əlavə məhkəmə cavabdeh tərəfindən etirazın əsasını təşkil edən “vətən müharibəsi iştirakçılarının müharibədən 1 il ötəndən sonra Bakı şəhərinə axın edilməsi” dəlili ilə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ünvan 3 ünvanında 2019cu ilin 26 noyabr tarixindən qeydiyyatdadır. Yəni, iddiaçının 2012-ci ildən 2021-ci ilədək hərbi xidmətdə olmasının, 2019-cu ildə Bakı şəhərində qeydiyyata düşməsinin, İİ Qarabağ müharibəsinin 2020-ci ilin 27 sentyabr tarixində başlamasının nəzərə alındıqda cavabdehin yuxarıda göstərilmiş dəlillərinin yanlış və əsassız olması aşkardır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2014-cü il tarixli Qərarında göstərilmişdir: “Vətəndaşın həqiqi hərbi qulluğa daxil olması onun Konstitusiyada təsbit olunmuş əmək hüququnun realizə üsullarından biridir. Hərbi qulluğun özü isə dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
23. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilən əsaslarla yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota götürülməsindən imtina edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdr.
24. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilləyiinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxs kimi ailə üzvləri ilə (özü, həyat yoldaşı və 2 uşağı) birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınması barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir.
26. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.
27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
28. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilləyiinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxs kimi ailə üzvləri ilə (özü, həyat yoldaşı və 2 uşağı) birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınması barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova