Məhkəmə qərarları › İş №2-1(112)-4580/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4580/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4580/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X6 və X14) qarşı “sərəncama əlavə edilmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2000-ci il təvəllüdlü nəvəsi X3 və xx.xx.1998-ci il təvəllüdlü nəvəsi X7 ailə tərkibi olaraq xx.xx.2018-ci il tarixli 65 nömrəli sərəncama əlavə edilməsi barədə sərəncam qəbul edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı X2 RİHB-nin 16 may 1989-cu il tarixli. 41/331 saylı qərarı ilə ailə tərkibi 4 nəfər (özü, h/yoldaşı, 2 uşağı) olamqla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. X12 mənzil növbəsi yaşayış yerin dəyişdirilməsi əlaqədar Sabunçu RİHB-nin xx.xx.1999-cu il tarixli 1173 saylı Sərancamı ilə Sabunçu RİHnə köçürülmüşdür. X15 xx.xx.2017-ci il tarixində vəfat etmişdir və həyat yoldaşı vəfat edəndən sonra İddiaçı Cavabdehnə müraciət edərək mənzil növbəsini onun adına keçirilməsini və imtiyazlı əsaslarla olan siyahıya (gözdən əlil) daxil edilməsinə xahiş etmişdir. Qeyd olunan müraciətə Cavabdehndə baxılmışdır və xx.xx.2018-ci il tarixli, 65 saylı Bakı Şəhəri Cavabdeh Başçısının Sərancamı ilə X8 mənzil növbəsi İddiaçın adına keçirilmişdir və ailə tarkibi 2 nəfər olmaqla (özü və oğlu) 1989-cu il tarixindən mənzil növbəsində dayanmış hesab edilmişdir. Qeyd olunan sərancam əsasında İddiaçı gözdən əliliyini nəzərə alaraq xx.xx.2017-ci il tarixindən güzəştli siyahıya (gözdən əlil) daxil edilmişdir. Sərancam qəbul ediləndən sonra İddiaçı dəfələrlə icra hakimiyyətinə müraciət edərək ona məxsus olan mənzildə qeydiyyatda olan və onunla yaşayan nəvələrini xx.xx.1998-ci il təvəllüdlü X5 və xx.xx.2000-ci il təvəllüdlü X4 ailə tərkibinə əlavə edilməsini xahiş etmişdir. İddiaçının sonuncu müraciəti Bakı Şəhəri Cavabdehnə xx.xx.2024-cü il tarixində olmuşdur, lakin icra hakimiyyəti tərəfindən müraciətə cavab verilməmişdir. İddiaçı qeyd edir ki, 18 kv.m. ibarət olan evdə iddiaçı oğlu və nəvələri ilə birlikdə yaşayır və iddiaçıya onun gündəlik tələbatlarını həyata keçirilməsində köməklik edirlər. Bakı Şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 11 nömrəli sərancamı əsasında xx.xx.2000-ci il təvəllüdlü X9 İddiaçı patron təyin edilmişdir. X1 patron təyin edilməsinə baxmayaraq, iddiaçı ilə birlikdə yaşayan digər nəvəsi də X14 nənəsinə gündəlik hərəkətlərini icra edilməsinə köməklik edir və bu səbəbdən hər iki nəvəni ailə tərkibinə əlavə edilməsi ilə bağlı dəfələrlə cavabdeh orqana müraciət edilmişdir, lakin müraciətlər cavabsız qalmışdır. İddiaçı nəvələrinin faktiki olaraq iddiaml ilə birlikdə yaşamaqlarını və adlarına heç bir torpaq sahəsi və ya daşınmaz əmlakın olmaması barədə sənədləri cavabdeh orqana təqdim etmişdir.

3. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, ailə qanunvericiliyində ailə üzvlərinin dairəsi müəyyən edilmişdir. Belə ki, ailə üzvləri ər-arvad, valideynlər və uşaqlar olaraq müəyyən edilmişdir. İddiaçının nəvələri ailə üzvü kimi qəbul edilmədiyindən hesab edirik iddia tələbi əsassızdır. Eyni zamanda bildirilir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunun 31.1-ci maddəsində əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunur ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləməsi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinrti 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydaları Azərbayan Respublikasının Prezidenti ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin həmin qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi xahiş edilir.

4. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 65 nömrəli Sərəncamına əsasən X8 mənzil növbəsi İddiaçı adına keçirilmiş və o, ailə tərkibi 2 nəfər olmaqla (özü və oğlu) 1989-cu il tarixdən mənzil növbəsində dayanmış hesab edilmişdir. İddiaçı gözdən əlilliyi nəzərə alınaraq onun mənzil növbəsi xx.xx.2017-ci il tarixindən güzəştli siyahıya (gözdən əlil) daxil edilmişdir.

5. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 11 nömrəli Sərəncamına əsasən X10 xx.xx.1951-ci il təvəllüdlü İddiaçı üzərində patron təyin edilmişdir.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın dövlət reyestrindən Arayışa əsasən X5 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024 tarixli ********** qeydiyyat nömrəli müraciətə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın dövlət reyestrindən Arayışa əsasən X3 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024 tarixli ********** qeydiyyat nömrəli müraciətə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.

8. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə Çıxarışa əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə OU-görmə sinirinin atrofiyası, ODmakulodistrofiya, OD-fəsadlı katarakta, OU-mürəkkəb hipermetropik astiqmatizm, OUbinokulyar korluq, isOU=əl hərəkəti diaqnozu ilə müddətsiz birinci dərəncə əlillik təyin edilmişdir.

9. Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışa əsasən İddiaçı (xx.xx.1951-ci il təvəllüdlü), X14 (xx.xx.1998-ci il təvəllüdlü) və X6 (xx.xx.2000-ci il təvəllüdlü) ünvan 1 ünvanında qeydiyyatdadır.

10. C.Nurməmmədov adına 108 №-li tam orta məktəb tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2000-ci il təvəllüdlü Yusifova (Şəfiyevə) Sürəyyə Etibar qızı xx.xx.2006-cı il tarixində Bakı şəhəri Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur 2014/2015-ci tədris ilində İX sinifini bitirmiş, A № 501766 nömrəli ümumi orta təhsil haqqında attestat almışdır X və Xİ sinifdə təhsilini davam etdirməyib. xx.xx.1998-ci il təvəllüdlü X14 2005/2006-cı tədris ilində Bakı şəhəri Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəbin 2-ci sinfinə qəbul olmuşdur 2012/2013-cü tədris ilində İX sinifini bitirmiş, A № 501766 nömrəli ümumi orta təhsil haqqında attestat almışdır X və Xİ sinifdə təhsilini davam etdirməyib.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İcra Hakimiyyəti yalnız bir şəxsi patron olaraq təyin edir və ərizəçinin istəyinə uyğun bir şəxsi patron təyin edə bilər. O səbəbdən Yusifova Sürəyya patron olaraq təyin olunub. Hazırkı mübahisənin yaranmasının səbəbkarı məhz Cavabdehdir, çünki 1989-cu ildən iddiaçı Fəridə xanım mənzil növbəsindədir və hazırkı zamanda hələ də mənzillə təmin olunmayıb.

13. Üçüncü şəxs X6 Məhkəmə iclasında iştirak edərkəniddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 2005-ci ildən nənəsi ilə yaşayır. Atası rəhmətə gedəndən sonra, yəni 2017-ci il tarixdən sözügedən ünvana qeydiyyata alınmışdır. 2018-ci ildən patron təyin edilmişdir. Qardaşı ilə orta məktəbi bitiriblər. Orta təhsiləri 2006-2016-cı il tarixləri əhatə edir.

II. İddianın növü və mümkünlüyü

14. İddianın növü mübahisələndirilmə növündə iddiadır.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

17. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

18. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 55.3. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

20. X20 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

21. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

22. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

23. İddia ərizəsinin mməzmunundan göürünür ki, İddiaçı nəvələri X6 və X14 ailə tərkibi kimi nəzərə alınaraq Cavabdeh tərəfindən yeni sərəncam verilməsini tələb etmişdir.

24. Cavabdeh orqan imtinanın dəlili olaraq bildirmişdir ki, ailə qanunvericiliyində ailə üzvlərinin dairəsi müəyyən edilmişdir. Belə ki, ailə üzvləri ər-arvad, valideynlər və uşaqlar olaraq müəyyən edilmişdir. İddiaçının nəvələri ailə üzvü kimi qəbul edilmədiyindən hesab edirik iddia tələbi əsassızdır.

25. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 89. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Maddə 90. Nəvələrin baba və nənəni saxlamaq vəzifəsi Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.

26. Azərbaycan SSR Mənzil Məcəlləsi: Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

27. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (Bu Məcəllə Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmişdir): Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

28. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı ailə tərkibi 2 nəfər olmaqla (özü və oğlu) 1989cu il tarixdən mənzil növbəsində dayanmış hesab edilmişdir (Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 65 nömrəli Sərəncamına əsasən).

29. Məhkəmə nəzərə alır ki, Azərbaycan SSR Mənzil Məcəlləsinə əsasən icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər (maddə 53). Eyni zamanda Azərbaycan Respublikası Mənzil Məcəlləsində qeyd olunmuşdur ki, şəxsin digər qohumları mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

30. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə X3 və X5 İddiaçı ailə üzvü kimi hesab edilməsi üçün şəxslərin birlikdə yaşaması faktı təsdiq olunmalıdır.

31. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki: - Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışa əsasən İddiaçı (xx.xx.1951-ci il təvəllüdlü), X14 (xx.xx.1998-ci il təvəllüdlü) və X6 (xx.xx.2000-ci il təvəllüdlü) ünvan 1 ünvanında qeydiyyatdadır. - C.Nurməmmədov adına 108 №-li tam orta məktəb tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2000-ci il təvəllüdlü Yusifova (Şəfiyevə) Sürəyyə Etibar qızı xx.xx.2006-cı il tarixində Bakı şəhəri Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur 2014/2015-ci tədris ilində İX sinifini bitirmiş, A № 501766 nömrəli ümumi orta təhsil haqqında attestat almışdır X və Xİ sinifdə təhsilini davam etdirməyib. xx.xx.1998-ci il təvəllüdlü X14 2005/2006-cı tədris ilində Bakı şəhəri Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəbin 2-ci sinfinə qəbul olmuşdur 2012/2013-cü tədris ilində İX sinifini bitirmiş, A № 501766 nömrəli ümumi orta təhsil haqqında attestat almışdır X və Xİ sinifdə təhsilini davam etdirməyib. - Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 11 nömrəli Sərəncamına əsasən X10 xx.xx.1951-ci il təvəllüdlü İddiaçı üzərində patron təyin edilmişdir.

32. X14 və X6 yaşadıqları mənzilin yaxınlığında yerləşən C.Nurməmmədov adına 108 №-li tam orta məktəbdə təhsil almışdırlar. Eyni zamanda X10 İddiaçı üzərində patron kimi təyin edilmişdir. Qeyd edilənlər üçüncü şəxslərin həmin mənzilə köçməklə onunla birlikdə yaşamasını təsdiq edir.

33. Odur ki, məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, İddiaçı, nəvələri X14 və X6 eyni mənzildə qeydiyyatda olmaqla yaşayırlar (Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışa əsasən).

34. Belə olan təqdirdə məhkəmə hesab edir ki, X14 və X6 İddiaçı ilə uzun müddətdir birlikdə yaşayırlar. Odur ki, Mənzil Məcəlləsinin tələblərinə əsasən X14 və X6 İddiaçı ailə üzvü hesab edilə bilmirlər.

35. Odur ki, iddiaçının ailə üzvləri ilə birlikdə (nəvələri X14 və X6) güzəştli mənzil növbəsinə uçota alınmasına qanuni gözləntisi vardır və cavabdehin qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur.

36. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı nəvələri xx.xx.2000-ci il təvəllüdlü X3 və xx.xx.1998-ci il təvəllüdlü X7 ailə tərkibi olaraq Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 65 nömrəli sərəncama əlavə edilməsi (sərəncam vermək) vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar