Məhkəmə qərarları › İş №2-1(112)-4581/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4581/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4581/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsinə (X10 üzrə Mərkəzi Filialına) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsinə (X10 üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1973-cü il tarixdən 1978-ci il tarixədək olan müddətdə X6 ixtisası üzrə M.Əzizbəyov adına X14 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığı illər, 1972-1973-cü illərdə Lenin adına Kolxozda mövsümi iş hesab edilən tütün sahəsində çalışdığı illərin əmək stajına daxil edilərək, ona hüququnun yarandığı 2015-ci ildən güzəştli əmək pensiyasının təyin olunması və həmin tarixdən əlavələr də nəzərə alınmaqla pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1973-cü il tarixdən 1978-ci il tarixədək olan müddətdə X6 ixtisası üzrə M.Əzizbəyov adına X14 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığı illər, 1972-1973-cü illərdə Lenin adına Kolxozda mövsümi iş hesab edilən tütün sahəsində çalışdığı illərin əmək stajına daxil edilərək, ona hüququnun yarandığı xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və həmin tarixdən əlavələr də nəzərə alınmaqla pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı xx.xx.1955-ci il tarixində Şəki rayonu Orta Zəyzid kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika Dövlət X9 590 saylı xx xxx 2019-cu il tarixli arayışına əsasən iddiaçı Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda 1972 və 1973-cü illərdə mövsümi iş hesab edilən tütün sahəsində işləmişdir. İddiaçı 1973-cü ildə M.Əzizbəyov adına X14 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1978-ci ildə X6 ixtisası üzrə tam kursu bitirmişdir. Həmin ildə Dövlət imtahan komissiyasının qərarı ilə X6 mühəndisi ixtisası verilmişdir. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək X12 Zavodunda nəzarət ölçü cihazları üzrə mühəndis vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək həmin müəssisədə laborant vəzifəsində, xx.xx.1981-ci il tarixdən xx.xx.1998-cı il tarixədək X1xanasında usta (istilik və energetika mühəndisi) vəzifəsində işləmişdir. Qeyd edilənlərə əsasən iddiaçının ümumilikdə 19 illik güzəştli iş stajı əmək kitabçasında qeyd olunmuşdur. Bundan əlavə 1972-1973-cü illərdə iddiaçı Lenin adına Kolxozda mövsümi iş hesab edilən tütün sahəsində çalışmışdır. Lakin həmin illərin iş stajı cavabdeh tərəfindən hesab edilməmişdir. 1992-ci ildə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında" qanunun 68-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə sənayenin mövsümi sahələrinin tabeliyindən asılı olmayaraq müəssisə və təşkilatlarda tam mövsüm ərzində iş müddəti bir illik staj sayılır. Ona görə də iddiaçının həmin sahədə çalışmağı iş stajı kimi əlavə edilməlidir. Cavabdehin xx xxxx 2020-ci il tarixli imtina məktubunda qeyd edilir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən, onun ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi 19 il iş stajı qeyd olunmuş və həmin iş stajı yalnız bir vəzifədə işlədiyi müddətdə hesablanmışdır. Cavabdehin bu stajın 12 il 6 aydan az təşkil etdiyi qənaətinə gəlməsi əsassızdır və qanunsuzdur. İddiaçının ümumi iş stajı isə cavabdeh tərəfindən ümumiyyətlə səhv hesablanmışdır. 1973-cü il tarixdən 1978-ci il tarixədək olan müddətdə iddiaçı X6 ixtisası üzrə M.Əzizbəyov adına X14 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir ki, bu da iş stajı kimi cavabdeh tərəfindən nəzərə alınmalı idi. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (xx xxxx 2007-ci il tarixdə qüvvədən düşmüşdür) 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normasının tələbindən açıq aydın görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğuna görə, iddiaçı bu hüquqdan məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi cavabdehin iddiaçının əyani təhsil müddətini iş stajına daxil etməməsi konstitusyon hüququnun pozulmasına səbəb olmuşdur. Bundan əlavə, iddiaçının çalışdığı vəzifə, yəni əmək kitabçasında göstərilən və X1xanasında usta (istilik və energetika mühəndisi) kimi işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavənin əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında göstərilən Xİİİ fəsildə (Elektrik stansiyaları, enerji qatarlan, buxar güc təsərrüfatı) qeyd olunan vəzifələr (qazanxana, turbin (qaz turbini), yanacaq ötünnə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustalar) siyahısına (kod 2140000b-23398) daxildir. Göründüyü kimi, iddiaçının tələb olunan 12 il 6 ay güşətli iş stajı da vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, onun ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********4 saylı məktubda qeyd olunur: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 25 ildən və güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş materiallarında olan D-İ № 014045 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1973-cü ildə M.Əzizbəyov adına X14 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1978-ci ildə X6 ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan “X15” ASC-nin 01 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X1xana təsərrüfatı Şəki 15 saylı Çörək zavodunun həyətində yerləşmişdi, Şəki 15 saylı Çörək zavodunun balansında olmuş bizə təqdim edilmiş əmək kitabçasına əsasən İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixədək həmin təsərrüfatda usta vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək X13 Zavodunda nəzarət ölkü cihazları üzrə mühəndis işləmişdir. xx.xx.1983-cü il tarixdən həmin qazanxana Azərbaycan Respublikası Yeyinti sənayesi Nazirliyinin sərəncamı ilə X13 Zavoda balansına verilmişdir. İddiaçı xx.xx.1996-cı il tarixədək bu qazanxana təsərrüfatında usta vəzifəsində işləmişdir. Qazanxana Şəki TFZ ilə yanaşı Şəki 15 saylı Çörək zavoduna, Avtomobillərə Texniki xidmət mərkəızinə, Şəki Ticarətinin, Gülüstan Restoranına, Kimyəvi təmizləmə fabrikinə, Şəki maldarlıq sarayına, Şəki Yem laboratoriyasını buxar və istiliklə təmin etmişdir. Qazanxana fasiləsiz 3 növbəli işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəkil filialının 590 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozun kolxozçuların əmək uçotu və kolxoz üzvlərilə hesablaşma kitabına və əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən İddiaçı (Sehran) Əhməd oğlu kolxozda işlədiyi zaman əmək haqqısı və günləri aşağıdakı kimi qeyd edilmişdir – 1972-ci il, şəxsi hesab 107, əmək günü 122, adam günü 106, 1973cü il, şəxsi hesab 24, əmək günü 10, adam günü 14. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdə Şəki Tütün-Fermentasiya Zavoduna müvəqqəti nəzarət-ölçü cihazları üzrə mühəndis vəsifəsinə qəbul edilmiş, xx.xx.1980-cı il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1980-ci il tarixdə 15 nömrəli Şəki Çörək Zavodunda qazanxana üzrə suyun kimyəvi təmizlənməsinə işə qəbul edilmiş, xx.xx.1980-cı il tarixdə müvəqqəti qazanxananın ustası vəzifələri həvalə edilmiş, xx.xx.1981-ci il tarixdə Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 1-ci bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1981ci il tarixdə qazanxananın suyun kimyəvi təmizlənməsi üzrə laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə müvəqqəti qazanxananın ustası vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü il tarixdə Çörək X8 X5 balansına keçirilməsi ilə əlaqədar olaraq, Çörək Zavodunun işçiləri Şəki X5 işçiləri sayılmış və qazanxananın ustası vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü il tarixdə yeni təsdiq edilmiş ştat vahidləri cədvəlinə əsasən, istilik və energetika mühəndisi oxunmuş, xx.xx.1998-ci il tarixdə müəssisədə ehtiyac olmadığından vəzifədən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» xx.xx.2017-ci il tarixli Qanunun 1.16-cı bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir və bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə qeyd edir ki, iddiaçı ona xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etsə də, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür və həmin tarixdə iddiaçının 58 yaşı tamam olur. Lakin iddia ərizəsindən və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 57 yaşına çatdıqda yaranan güzəştli şərtlərlə yaşa görə pensiya hüququna əsasən ona pensiya təyin edilməsini nəzərdə tutur. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının təhsil müddəti də nəzərə alınarsa, onun ümumi sığorta stajı 25 ilə yaxın müddəti təşkil edir, yəni iddiaçı 25 il ümumi sığorta stajına malik deyildir. Bundan başqa, iddiaçı 15 nömrəli Şəki Çörək Zavodunda və X2xananın ustası (istilik və energetika mühəndisi) vəzifələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr hesab edilməsini bildirsə də, məhkəmə qeyd edir ki, həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahıda, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmamışdır. Qeyd olunan siyahılarda həmin vəzifələr Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahələri üçün nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi sahə isə həmin sahəyə aid deyildir. İddiaçının çalışdığı peşə qeyd olunan Siyahılarda nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan azdır. Bununla da iddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsinə (X10 üzrə Mərkəzi Filialına) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar