Məhkəmə qərarları › İş №2-1(112)-4588/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4588/2022

10.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4588/2022 10.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən istifadəsində olan həyətyanı torpaq sahəsinin qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quliyev (keçmiş Komsomol) küçəsi ev 20 tikilisinin yerləşdiyi torpaq sahəsində Bakı şəhəri Orconikidze rayonunun X15 İcra Komitəsinin 28 iyul 1954-cü il tarixli protokoluna əsasən İddiaçı atası X16 Xeyrutdinoviçə yaşayış evinin tikintisi üçün verilmiş həmin torpaq sahəsində iki fərdi yaşayış evi tikilmiş, 30 yanvar 1956-cı il tarixdə X16 Xeyrutdinoviç həmin torpaq sahəsində yerləşən tikililərdən birini - fərdi yaşayış evinin 1\2 hissəsini X13 satmış, digər 1\2 hissəsi isə özündə qalmışdır. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin Əmircan qəsəbəsi, Komsomol küçəsi, ev 20 ünvanında yerləşən şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasporta əsasən həmin fərdi yaşayış evi 1\2 hissədə X13, 1\2 hissədə isə X16 Xeyrutdinoviçə məxsus olmuşdur. X16 Xeyrutdinoviç 13 avqust 1979-cu il tarixdə vəfat etdikdən sonra onun həyat yoldaşı X8 həmin fərdi yaşayış evinin ona məxsus hissəsinə dair çıxarışın alınması üçün müraciət etsə də, **********24 nömrəli, xx.xx.2017-ci il tarixli məktubla bölgü sxemi və digər payçıların razılıq ərizəsinin alınmaması səbəbindən imtina verilmişdir. Bundan sonra bölgü sxeminin alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət edilsə də, sözügedən yaşayış evinin anasına məxsus hissəsi ilə digər payçıya məxsus hissəsinin bir dam altında yerləşdiyi əsas gətirilərək bölgü sxeminin tərtib edilməsindən imtina edilmişdir. Həmçinin həmin torpaq sahəsində iki tikili olduğu halda, həmin tikililərdən birinin 1\2 hissəsinə və digər tikiliyə birlikdə bir çıxarış verilmiş, vahid dam örtüyünə malik olan hissə açıqda qalmış, həmin hissəyə dair paylı mülkiyyətlə bağlı sənədin alınması mümkünsüz olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya etirazında göstərmişdir ki, təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1962-ci il tarixində tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd olunan hüquq sahibi ilə ərizəçi arasında hər hansı əlaqəli sənəd (vərəsəlik işi üzrə vərəsələrin dairəsinin müəyyən olunması barədə notariat ofisinin məktubu) təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı fərdi yaşayış evinin digər payçıya məxsus hissə ilə bir dam altında yerləşdiyi müəyyən edilmiş, bundan əlavə elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 489 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. Daşınmaz əmlakla bağlı notarial qaydada təsdiq edilmiş bölgü sxemi idarəyə təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya **********22 nömrəli, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İşdən görünür ki, iddiaçı ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin onun adına qeydə alınmasını xahiş edir. İşdə olan xx.xx.1956-cı il tarixli müqavilədən görünür ki, X16 Xayrutdinoviç Ordconikidze rayonu Əmircan qəsəbəsi Zəhmətkeş deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1955-ci il tarixli 14 nömrəli arayışına əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 40 kv.metr olan 2 otaq və 30 kv.metr olan mətbəxdən ibarət fərdi yaşayış evinin ½ hissəsini X14 satmışdır. İş materiallarında olan aprel 1962-ci il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Əmircan qəsəbəsi, Komsomol küçəsi, ev 20 X16 Xayrutdinoviç və X14 məxsusdur. İddiaçı hazırda X16 Xayrutdinoviçə məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə hüququnun qeydə alınmasını xahiş edir. İşdə olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Ədliyyə Nazirliyinin notariat kontoru tərəfindən verilən xx.xx.2013-cü il tarixli 251 saylı məktubdan görünür ki, X7 müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.1979-cu ildə ölmüş əri X3 adına vərəsəlik işi açılmışdır. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X11 xx.xx.2018ci il tarixdə ölmüşdür. İşdə olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-14900/2016 nömrəli, 29 dekabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, X11 xx.xx.2016-cı il tarixində ərizə ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, 13 avqust 1979-cu il tarixdə vəfat etmiş X2 əri, xx xxxxxx 1954-cü il tarixdə Bakı şəhərində anadan olmuş Sadıxova (Xairova) Zifa Xabirovnanın onun qızı olması; Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 oktyabr 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 809224 nömrəli ölüm haqqında şəhadətnamədə “X6” kimi göstərilmiş şəxslə 30 yanvar 1956-cı il tarixli müqavilədə və 28 iyul 1954-cü il tarixli 63 nömrəli protokolda qeyd edilmiş “X17 Xeyrutdinoviç”in və “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" Pasportda qeyd edilmiş “X18 Xeyrutdinoviç”in eyni şəxs olması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin həmin qətnaməsi ilə ərizə təmin edilmiş, 13 avqust 1979-cu il tarixdə vəfat etmiş X5 ərizəçi X7 əri, xx xxxxxx 1954-cü il tarixdə Bakı şəhərində anadan olmuş Sadıxova (Xairova) Zifa Xabirovnanın ərizəçi X4 olması; Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 oktyabr 2016-cı il tarixdə verilmiş AZ- 1 seriyalı 809224 nömrəli ölüm haqqında şəhadətnamədə “X6'' kimi göstərilmiş şəxslə-30 yanvar 1956-cı il tarixli müqavilədə və 28 iyul 1954-cü il tarixli 63 nömrəli protokolda qeyd edilmiş “X17 Xeynıtdinoviç”in və “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportda qeyd edilmiş “X18 Xeyrutdinoviç”in eyni şəxs olmasının müəyyən edilməsi qət edilmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq 18.07.222-ci il tarixdə təqdim olunmuş məktubda göstərilmişdir ki, sorğuda qeyd edilmiş 2(010)-14900/2016 nömrəli mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə qətnamə qəbul edilmiş, qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bitdiyi tarixdən qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı hazırda bu qətnaməyə istinad edərək X1 atası olduğunu, buna görə də onun vərəsəsi kimi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi, ev 20 ünvanında yerləşən torpaq sahəsinə dair onun hüququnun olduğunu iddia edir. Lakin məsələnin araşdırılması ilə bağlı məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş 1954-cü il tarixli doğum haqqında akt qeydinin surətindən görünür ki, Sadıqova (Xairova) Zifa xx.xx.1954-cü il tarixdə doğulmuş, ata qrafası boş saxlanılmış, ana qrafasında isə anasının adı X9 kimi qeyd edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-14900/2016 nömrəli, 29 dekabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, X9 ilə X19 Xayrutdinoviç arasında nikah xx.xx.1959-cu il tarixdə bağlanmışdır. Beləliklə, müəyyən olunur ki, iddiaçı nikahı olmayan anadan olduğundan onun doğum haqqında akt qeydində ata adı qeyd olunmamış, daha sonra isə atalığın müəyyən edilməsi barədə akt qeydi tərtib edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Suraxanı Rayon Məhkəməsinin 2(010)- 14900/2016 nömrəli, 29 dekabr 2016-cı il tarixli qətnaməsinə gəldikdə, həmin qətnamədən görünür ki, qətnamədə 13 avqust 1979-cu il tarixdə vəfat etmiş X5 X7 əri, xx xxxxxx 1954cü il tarixdə Bakı şəhərində anadan olmuş Sadıxova (Xairova) Zifa Xabirovnanın isə ərizəçi X4 olması müəyyən edilmişdir, həmin qətnamə atalığın tanınması faktı barədə olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə yalnız onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsini təsbit edir. İddiaçı vəfat etmiş X18 Xeyrutdinoviçin vərəsəsi olmasını təsdiq edən hər hansı bir sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçının hazırkı məzmunda, yaxud qanunvericiliyə uyğun mübahisəli əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələblərə cavab vermədyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, iddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 4alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar