Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4589/2020 03.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X7 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X10 üzrə Mərkəzi Filialına qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx xxxx 2016-cı il tarixindən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X10 üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırmışdır ki, 57 yaşı tamam olduğu xx xxxx 2016-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 06 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinin xx xxxx 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasına əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və halhazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənişlə ödənilməsi xahişi ilə cavabdehə rəsmi müraciət etmişdir. Lakin cavabdeh xx xxxxx 2020-ci il tarixli **********1 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmaq istəmişdir ki, güzəştli pensiya verən iş stajı 12 il 6 aydan az təşkil etdiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Müraciəti cavabdeh tərəfindən rədd edildiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçı xx xxxx 1959-cu ildə Qazı- Məmməd şəhəri, Qızılburun kəndində doğulmuşdur. Hazırda Hacıqabul rayonunun Qızılburun kəndində yaşayır. Orta təhsilini başa vurduqdan sonra xx.xx.1976-xx.xx.1977-ci il tarixində Bakı şəhər 10 nömrəli X11 təhsil almışdır. xx.xx.1977- xx.xx.1977-ci il tarixində 84 nömrəli Tikinti İdarəsində rəngsaz işlədikdən sonra xx xxxxxx 1977-xx xxxxxx 1979-cu il tarixində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1980-xx.xx.1980 tarixində 84 nömrəli Tikinti İdarəsində fəhlə işləmişdir. xx.xx.1980-xx.xx.1981 tarixində Əli-Bayramlı DRES-nin X5 rəngsaz, xx.xx.1981xx.xx.1988-ci il tarixində N.Nərimanov adına NQÇİ-nin Tikinti Quraşdırma quraşdırıcısı vəzifəsinə keçirilmiş və 01.05. 2008-ci il tarixinə kimi həmin peşədə işləmişdir. Eyni iş yerində çalışmaqla xx.xx.2008-ci ildə Neftqaztikinti Trestinin 5 saylı X6 tabeçiliyində texnoloji avadanlıqların və onunla bağlı konstruksiyaların quraşdırıcısı vəzifəsində əmək fəaliyyətini xx.xx.2014-cü il tarixinə kimi həmin vəzifədə çalışmışdır. Eyni Trestin 4 saylı X5 xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixinə kimi polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində çalışmışdır. Yenə də Neftqaztikinti Trestinin 7 saylı Tikinti Quraşdırma sahəsində xx.xx.2015-ci il tarixindən hal-hazıra kimi polad və dəmir-beton konstruksiyalann quraşdırılması üzrə quraşdıncı peşəsində çalışır. Əmək fəaliyyəti dövründə 57 yaşının tamam olduğu xx xxxx 2016-cı il tarixinə qədər 38 ildən çox ümumi, 36 ilə yaxın güzəştli iş stajı toplamışdır ki, güzəştli iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” (sonradan - Siyahı) uyğun olaraq, xx.xx.1977-xx.xx.1977-ci il tarixində 84 nömrəli Tikinti İdarəsində rəngsaz - 1 ay 27 gün (Siyahıda- 35. Ümumi peşələr, təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə islərdə məşğul olan rəngsazlar), xx.xx.1980-xx.xx.1981 tarixində Əli- Bayramlı DRES- nin X5 rəngsaz - 1 il 4 ay 1 gün (Siyahıda-35. Ümumi peşələr, təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar), xx.xx.1981-xx.xx.1988-ci il tarixində N.Nərimanov adına NQÇİ-nin X3raşdırıcıçilingər- 6 il 7 ay (Siyahıda- 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri- polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar). N.Nərimanov adına NQÇİ-nin X5 xx.xx.1988-xx.xx.2008-ci il tarixində texnoloji boru kəmərlərinin quraşdırıcısı - 20 il 1 ay (Siyahıda- Siyahıda- 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri-polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar). Neftqaztikinti Trestinin 5 saylı X5 xx.xx.2008-xx.xx.2014 tarixlərində texnoloji avadanlıqların və onunla bağlı konstruksiyalann quraşdırıcısı- 6 il 6 ay 26 gün (Siyahıda- 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri- polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar). Neftqaztikinti Trestinin 4 saylı X5 xx.xx.2014-xx.xx.2015-ci tarixlərində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı- 9 ay 3 gün (Siyahıda- 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri- polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar). Neftqaztikinti Trestinin 7 saylı Tikinti Quraşdırma sahəsində xx.xx.2015-ci il tarixindən polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı - (xx xxx 2020 tarixinədək hesabladıqda) - 4 il 8 ay olmaqla yaranmışdır. xx.xx.2015-ci il tarixindən hal-hazıradək həmin vəzifədə çalışır. Hansı idarənin işçisi olmasından asılı olmayaraq, əmək fəaliyyəti dövründə xx.xx.1981-ci il tarixindən indiyə kimi eyni iş yerində işləmiş, yalnız idarə tabeçiliyi vaxtaşırı olaraq dəyişilmişdir. Cavabdehin onun müraciətinə imtina məktubunu nəzərdən keçirdikdə aydın olur ki, cavabdeh onun hansı stajını güzəştli, hansını isə ümumi staj kimi qəbul etdiyini aydınlaşdırmamışdır. Həmçinin cavabdehin onun müraciəti üzrə istinad etdiyi qanuni əsas «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci bəndinin hal-hazırda qüvvədə olan redaksiyası olmuşdur. Halbuki cavabdeh həmin maddənin onun hüququnun yarandığı dövrdə qüvvədə olmuş redaksiyasının müddəaları əsasında qərar çıxarmalı idi. Hazırda qüvvədə olan və Azərbaycan Respublikasında pensiya hüququnu tənzimləyən əsas qanun olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx xxxx 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasında deyilirdi: “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.” xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, x xxx 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. İddiaçı cavabdehə pensiya təyinatı üçün sənədləri təqdim edərkən güzəştli staj barədə arayışı təqdim etməyi lazım bilməmiş, çünki hüququnun yarandığı dövrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılması üçün tələb edilən sənədlərin siyahısında güzəştli arayışın təqdim edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh də bu məsələyə öz imtina məktubunda irad tutmadığı üçün hesab edir ki, bu məsələ hazırki iddia işində mübahisələndirilməyən hal kimi qəbul edilməlidir. Cavabdehin onun 38 illik güzəştli iş stajını nəzərə almayaraq, onun 12 il 6 aylıq güzəştli iş stajının olmamasını qeyd etməsi absurddur. Həmin əmək fəaliyyəti dövründə uzunmüddətli iş stajı dövrlərini nəzərdən keçirməyi lazım bilir: 1) xx.xx.1981-xx.xx.1988-ci il tarixində N.Nərimanov adına NQÇl-nin X3raşdırıcı-çilingər- 6 il 7 ay. 2) N.Nərimanov adına NQÇİ-nin X5 xx.xx.1988xx.xx.2008-ci il tarixində texnoloji boru kəmərlərinin quraşdırıcısı- 20 il 1 ay, 3) Neftqaztikinti Trestinin 5 saylı X5 xx.xx.2008-xx.xx.2014-cü il tarixlərində texnoloji avadanlıqların və onunla bağlı konstruksiyaların quraşdırıcısı- 6 il 6 ay 26 gün. 1-ci bənddə adından da göründüyü kimi X5 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri-bölməsində “inşası” və “qurulması” kimi müəyyənedici ifadələr bu peşənin güzəştli staj hüququ verən peşə olmasını sübut edir. 2-ci bənddə texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsi cavabdeh tərəfindən “polad konstruksiyalann quraşdırıcısı” kimi qəbul edilməyib. Siyahının adında “göstəricilərin Siyahısı” ifadəsi də var və bu nəinki peşənin adını, həmçinin ümumiləşdirici bir addır. Ola bilər ki, bir idarədə yalnız polad konstruksiyalarla işlər həyata keçirilsin. Cavabdeh texnoloji boruları polad konstruksiya kimi hansı səbəblə qəbul etmədiyini izah etməlidir. 3-cü bənddəki staj dövrü ilə də məsələ eynidir. Bütün hallarda texnoloji avadanlıqları quraşdırmaq üçün polad və dəmir-beton konstruksiyalar quraşdırılmalıdır, çünki adı çəkilən idarələr dəniz şəraitində neft hasilatı obyektlərində inşaat və quraşdırma işləri həyata keçirirlər, bu da öz növbəsində stasionar polad və dəmir-beton konstruksiyaların kombinasoyasından ibarət olan dəniz özüllərinin, polad boru xətlərinin (həmin avadanlıqlarla bağlı olan, çünki dəniz şəraitində bütün qurğular hasil edilmiş neftin sahilə nəql edilməsi məqsədini güdür və bu prosesdə müəyyən prosesləri həyata keçirirlər). Hazırda onunla birgə çalışan X9 da Xəzərdənizneftqaztikinti Trestinin 2 saylı X1 Filialında xx xxxxxx 2006-xx xxxxxx 2012-ci il tarixlərində texnoloji boru kəməri quraşdırıcısı vəzifəsində çalışmışdır. Həmçinin onun NeftqazTikinti Trestində polad və beton konstruksiyaların quraşdırıcısı peşəsindəki iş stajı güzəştli iş stajı kimi nəzərə alınmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il, 2-1(102)- 2643/19 nömrəli qərarı ilə həmin peşələr də daxil olmaqla onun 57 yaşdan güzəştli pensiya hüququ tanınmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli, 51 saylı əmrinə əsasən Xəzərdənizneftqaztikinti Trestinin adı Neftqaztikinti Trestinə dəyişdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktlann qüvvəsi geriyə şamil olunmur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3.-cü maddəsində deyilir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı isə ondan qanunla tələb edilən 12 il 6 ay güzəştli iş stajına malik deyil. Belə ki, iddiaçı xx.xx.1977-xx.xx.1977, xx.xx.1980-xx.xx.1981 -ci il tarixlərində işləmiş olduğu rəngsaz peşəsini güzəştli hesab etsə də, həmin peşənin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıdakı peşə ilə uyğunluq təşkil etməsi üçün, İddiaçı sadəcə rəngsaz deyil, “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işləmiş olmalı idi. İddiaçı xx.xx.1981-1988-ci illərdə işləmiş olduğu quraşdırıcı-çilingər peşəsini güzəştli hesab etmişdir. Halbuki istinad etdiyi koda uyğun gəlməsi üçün iddiaçının məhz polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işləmiş olmalı idi. Qalan dövrlərdəki peşələri ilə əlaqədar iddiaçı “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə istinad etsə də, peşəsinin həmin koda uyğun gəldiyi sübut edən hər hansı sənəd təqdim etməmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehə güzəştli arayışın təqdim edilməsini lazım bilməmişdir. Halbuki belə bir arayış olmadan yalnız əmək kitabçası ilə baxıldıqda iddiaçının işləmiş olduğu heç bir peşə güzəştli şərtlərlə pensiya hüququ yaradan peşələrlə uyğunluq təşkil etmir. İnzibati məhkəmə icraatında məhkəmə tərəfindən iddia ərizəsinin tələb hissəsinin tam əks olunmadığını iddiaçının diqqətinə çatdırılaraq iddia tələbini dəqiqləşdirmək təklif edilsə də, lakin iddiaçı texniki qüsur olaraq iddia ərizəsinin tələb etdi hissəsinin tam olaraq kağız daşıyıcıda əks olunmadığını, tələbinin iddia ərizəsinin məzmununda tam əks olunduğunu, tələbinin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx xxxx 2016-cı il tarixindən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsindən ibarət olmasının nəzərə alınmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 17591169 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İşdə olan НЗ № 3630910 saylı hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı noyabr 1977-ci il tarixdən xx xxxxxx 1979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 01 saylı arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.2008-ci ilə qədər N.Nərimanov adına NQÇİ-nin Tikinti quraşdırma sahəsində texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsində işləmişdir. (Əmr 174/k, xx.xx.1981-ci il) xx.xx.2008-ci il tarixində Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2 “a” maddəsinə əsasən (öz təşəbbüsü ilə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Arayış N.Nərimanov adına NQÇİ-nin arxivində saxlanılan İddiaçı T-2 şəxsi vərəqəsi və kadr əmrlərinə əsasən yazılmışdır. İşdə olan ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.1977ci il tarixdən xx.xx.1977-ci il tarixədək 84 nömrəli Tikinti İdarəsində 3-cü dərəcəli rəngsaz, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək 84 nömrəli Tikinti İdarəsində fəhlə, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Əli-Bayramlı DRES-də 3-cü dərəcəli rəngsaz, xx.xx.1981-ci il tarixdən N.Nərimanov adına NQÇİ-nin Tikinti quraşdırma sahəsində 4-cü dərəcəli quraşdırıcı-çilingər, xx.xx.1988-ci il tarixdən texnoloji boruların 4cü dərəcəli quraşdırıcısı, xx.xx.2003-cü il tarixdən tikinti quraşdırma sexinə 5-ci dərəcəli texnoloji boru xəttlərinin quraşdırıcısı peşəsinə keçirilmiş, xx.xx.2008-ci il tarixdək həmin peşə üzrə işləmişdir. xx.xx.2008-ci il tarixdən “Neftqaztikinti” Trestinin 5 saylı X5 5-ci dərəcəli texnoloji avadanlıq və onunla bağlı konstruksiyaların quraşdırıcısı peşəsinə qəbul edilmiş, xx.xx.2010-cu il tarixdən polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə keçirilmiş və hal-hazıradək həmin peşə üzrə işləyir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Neftqaztikinti” tresti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, SOCAR**********80020123X0036 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixindən (əmr № 46-k, xx.xx.2008-ci il) “Neftqaztikinti” trestinin 5 saylı X5 texnoloji avadanlıq və onunla bağlı konstruksiyaların quraşdırıcısı peşəsi üzrə əmək fəaliyyətinə başlayıb. xx.xx.2010-cu il tarixində (əmr №124-k, xx.xx.2010-cu il) polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə keçirilib. xx.xx.2014-cü il tarixində (əmr № 344-k, 27.11,2014-cü il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 4 il 4 ay 27 gün (dörd il dörd ay iyirmi yeddi gün) təşkil edir. İddiaçı xx.xx.2014-cü il tarixində (əmr № 952-k, 28.11,2014-cü il) “Neftqaztikinti” trestinin 4 saylı X8 polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib. xx.xx.2015- ci il tarixində (əmr № 388-k, xx.xx.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 ay 4 gün (doqquz ay dörd gün) təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/xx-xx-000403, xx.xx.2015- ci il) “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma bölümünə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib və hal-hazıradək bu peşədə işləyir. Əmək stajı 4 il 5 ay 11 gün (dörd il beş ay on bir gün) təşkil edir. İddiaçı polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə iş stajı 9 il 7 ay 12 gün (doqquz il yeddi ay on iki gün) təşkil edir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********1 saylı imtina məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərdən göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı 57 yaşı tamam olduğu xx xxxx 2016cı il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdehdən tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən xx xxxxx 2020-ci il tarixli, **********1 saylı məktubla müraciətin təmin edilməsindən imtina edilmiş və imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad olunaraq, təqdim etdiyi sənədlərdən onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi, qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyindən, onun “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə xx xxxx 2017-ci il tarixinədək edilən dəyişikliyə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi stajının olması məhkəmə tərəfindən araşdırılmış, həmin dövrdən sonrakı stajı hazırki mübahisə üzrə nəzərə alınmamışdır. Məhkəmə araşdırması nəticəsində işdə olan əmək kitabçası əsasında iddiaçının xx xxxx 2017-ci il tarixədək 25 ildən artıq ümumi əmək stajının olması öz təsdiqini tapsa da, lakin həmin ümumi stajın 12 il 06 aydan çox müddətinin güzəştli əmək stajına daxil olması öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 84 nömrəli Tikinti İdarəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Əli-bayramlı DRES-nin X5 işlədiyi rəngsaz peşəsinin, xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci il tarixədək N.Nərimanov adına NQÇİ-nin X5 işlədiyi quraşdırıcı-çilingər peşəsinin, xx.xx.1988-ci il tarixdən xx.xx.2008-ci il tarixədək texnoloji boru kəmərlərinin quraşdırıcı peşəsinin, xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək texnoloji avadanlıqların və onunla bağlı konstruksiyaların quraşdırıcı peşəsinin, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinin, xx.xx.2015-ci il tarixdən hal-hazıradək Neftqaztikinti Trestinin 7 saylı Tikinti Quraşdırma sahəsində işlədiyi polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinin güzəştli iş stajı verən peşələrə aid olmasını göstərsə də, lakin buna dair güzəştli arayışları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı ilk növbədə xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 84 nömrəli Tikinti İdarəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Əli-Bayramlı DRESnin X5 işlədiyi rəngsaz peşəsinin Azərbaycan RespublikasınınNazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının Ümumi peşələr adlı XXXİİİ bölməsində nəzərdə tutulmuş rəngsazlar peşəsinə uyğun olmasını göstərərək, həmin dövrün güzəştli iş stajına hesablanmasını tələb etmişdir. Azərbaycan RespublikasınınNazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının Ümumi peşələr adlı XXXİİİ bölməsinin 23200000- 13450 kodlu təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir. Göründüyü kimi bütün rəngsaz peşəsində çalışmış şəxslərin deyil, yalnız 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Belə olan halda iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 84 nömrəli Tikinti İdarəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Əli-bayramlı DRES-nin X5 işlədiyi rəngsaz peşəsi güzəştli iş stajına hesablana bilməz. İddiaçı xx.xx.1981-ci il tarixdən N.Nərimanov adına NQÇİ-nin Tikinti quraşdırma sahəsində 4-cü dərəcəli quraşdırıcı-çilingər, xx.xx.1988-ci il tarixdən xx.xx.2008-ci il tarixdək işlədiyi texnoloji boru xəttlərinin quraşdırıcısı peşəsinin, xx.xx.2010-cu il tarixdən hal-hazıradək işlədiyi polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinin güzəştli iş stajına hesablanmasını tələb edir. Məhkəmə araşdırıması dövründə iddiaçının N.Nərimanov adına NQÇİ-nin Tikinti quraşdırma sahəsində işlədiyi texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsinin güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün əsas olan əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olub-olmaması barədə güzəştli arayışın verilməsi “SOCAR”ın Baş ofisinin Mərkəzi Arxivindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQÇİ tərəfindən verilmiş məktubdan görünür ki, “SOCAR”ın Baş ofisinin Mərkəzi Arxivinin məktubunun icrası ilə əlaqədar məktuba aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, İddiaçı N.Nərimanov adına NQÇİ-nin Tikinti quraşdırma sahəsində işlədiyi “texnoloji boru kəmərlərinin quraşdırıcısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarına əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr siyahısında, yəni 10.2-ci “Neft, qaz və qazkondensatının hasilatı” bölməsində yuxarıda adı çəkilən peşə mövcud deyildir. İddiaçı xx.xx.1981-ci il tarixdən N.Nərimanov adına NQÇİ-nin Tikinti quraşdırma sahəsində 4-cü dərəcəli quraşdırıcı-çilingər, xx.xx.1988-ci il tarixdən xx.xx.2008-ci il tarixdək işlədiyi texnoloji boru xəttlərinin quraşdırıcısı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri adlı 29-cu bölməsinin a fəhlələr yarımbölməsinin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsinə uyğun olmasını göstərsə də, texnoloji boru xəttlərinin quraşdırıcısı peşəsi ilə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsi eynilik təşkil etmir. Həmçinin həmin dövr üzrə iddiaçıya iş yerində güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışı təqdim edilməsindən, həmin peşənin güzəştli iş stajı verən peşəyə aid olmaması əsası ilə imtina edilmişdir. İddiaçının xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək 07 il müddətinə işlədiyi polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri adlı 29-cu bölməsinin a fəhlələr yarımbölməsinin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsinə uyğun olsa da, lakin həmin işlədiyi peşə üzrə güzəştli iş stajı 12 il 06 aydan az müddəti təşkil edir. Beləliklə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq olaraq, həmçinin 57 yaşı tamam olan xx xxxx 2016-cı il tarixədək, eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə xx xxxx 2017-ci il tarixinədək edilən dəyişikliyə qədər iddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müəyyən edilmiş 25 il ümumi iş stajını toplasa da, lakin həmin stajın 12 il 6 ayı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olmadığından, cavabdeh tərəfindən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4589/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4589/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver