Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-459/2020 18.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 (ünvan 1 mənzil 33 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi Vəkil2 (Bakı şəhəri, Binəqədi rayon 9-cu mikrorayon, H.Seyidzadə küçəsi, 38/224 qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu idən xx.xx.1980-ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.2001ci ilədək “Azədənizneftinşaat” trestində və “Xəzərdənizneftsosialtikinti” trestində işlədiyi peşələr Azərbayacan Respublikası Nazilər Kabinetinin 12 saylı xx xxxxxx 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nda 29-cu fəslində (mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular) qeyd edilən peşəyə uyğunlaşdırılaraq, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə İsmayıllı rayonu, Talıstan kəndində doğulmuşdur. Əmək fəaliyyətinə xx.xx.1979-cu ildə başlamışdır. Həmin tarixdən xx.xx.1980-ci ilədək “xxxxxxxxxxxxxxxxxxx” trestinin Mənzil-Kommunal Kontorunda işləmişdir. xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək Sovet ordusunda hərbi xidmət keçmişdir. xx.xx.1983-cü ildən xx.xx.1990-cı ilədək “xxxxxxxxxxxxxxxxxxx” trestinin Mənzil-Kommunal Kontorunda yumuşaq dam örtüyü üzrə 2-ci dərəcəli fəhlə işində işləmişdir. xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilədək “Xəzərdənizneftsosialtikinti” trestinin Mənzil-Kommunal Kontorunun 3-nömrəli Təmir Tikinti sahəsindən köçürülmə yolu ilə 4-cü, 5-ci, 6-cı dərəcəli yumuşaq dam ötürücüsü ustası peşəsində işləmişdir. Onun işlədiyi peşə Azərbayacan Respublikası Nazilər Kabinetinin 12 saylı xx xxxxxx 2007-ci il tarixli "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısınnda 29-cu fəslində (mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular) öz əksini tapmışdır. Qeyd edir ki, o 25 il ümumi stajı və 12 il 06 aylıq xüsusi stajı xx.xx.2006-cı ilədək toplamışdır. İddiaçıya xx.xx.2018-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu X4 İdarəsinə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli **********6 saylı məktubla müraciət edərək bildirmişdir ki, onun təqdim etdiyi sənədlərdə qeyd olunan "Azədənizneftinşaat” trestində və "Xəzərdənizneftsosialtikinti” trestində işlədiyi yumşaq dam ortücü ustası və fəhləsi peşəsi Azərbayacan Respublikası Nazilər Kabinetinin 12 saylı xx xxxxxx 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmamışdır. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, onun işlədiyi peşə Azərbayacan Respublikası Nazilər Kabinetinin 12 saylı xx xxxxxx 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nda 29-cu fəslinə (mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular) uyğundur. Sadəcə əmək kitabçasında rus dilində yazıldığından və hərfi mənada tərcümə olunduğuna görə yumşaq dam ortücü ustası və fəhləsi kimi tərcümə olunub. Halbuki, onunla eyni yerdə və eyni peşədə işləyən iş yoldaşlarından bəzilərinin əmək kitabçalarında sonradan əmək kitabçasına azərbaycan dilində yazılaraq həmin peşə - taxtapuşçu kimi qeyd olunmuşdur. Onun gördüyü işlərdə qır-mastikadan iştifadə edirdi. Hətta ona işlədiyi yerdən zərərli işdə işlədiyinə görə 6 (altı) gün əlavə məzuniyyət günləri verilir. Ona görə də, onun işlədiyi peşə Azərbayacan Respublikası Nazilər Kabinetinin 12 saylı xx xxxxxx 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu fəslində (mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular) qeyd olunan peşəyə uyğunlaşdırılmalıdır. Etiraza görə, İddiaçı cavabdeh İdarəyə qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair iddiasını qəbul etmirlər. İddiaçı iddia edir ki, “Vətəndaşların pensiya təminatı haqqında'’ AR xx xxxxxxxx 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının dəlili yersizdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının x xxxxxx 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. 1) “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının x xxxxxx 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüququ isə İddiaçının zəruri staja sahib olmasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Naziriəı Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin, xx.xx.2006-cı il tarixədək İddiaçının topladığı güzəştli (zərərli) iş stajı 12 il 6 aydan azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. İddiaçının işləmiş olduğu peşələrin ağır və ya xüsusilə ağır (güzəştli) peşələr olubolmaması əmək kitabçasındakı qeydlərin və iş yerindən təqdim edilmiş arayışların Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarına uyğunluğu ilə müəyyən edilir. İddiaçının əmək kitabçasından görünür ki, işləmiş olduğu peşənin adı rus dilində “рабочий по мягкой кровле”, azərbaycan dilində isə “yumuşaq dam örtüyü üzrə fəhlə''-dir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarının 27-ci bölməsində (Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) peşənin adı tamamilə başqa cürdür və burada söhbət fərqli peşələrdən gedir (kod 2290000а—13201 mastika və astarlama tətbiqi isləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə-taxtapuşçular). Analoji iş üzrə AR Ali Məhkəməsinin X3 işi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2- 1(102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya İnstansiya Məhkəməsi qərarında belə hesab edir ki, əgər NK-nin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər”. Göründüyü kimi, AR Ali Məhkəmənin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız İddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin xx xxxxxx 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir, (əlavənin 2.4-cü bəndi). Lakin, göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. İddia ərizəsinə qoşma hissəsində qeyd edildiyi kimi “güzəştli staj barədə arayış” yox, “arxiv arayışı” əlavə edilmişdir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında mütəxəssis qismində dəvət olunmuş Memarlıq və İnşaat Universitetinin “Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması” kafedrasının dosenti, t.ü.f.d Bələgözov Əhməd Məmməd oğlu məhkəməyə təqdim etdiyi yazılı ifadəsində göstərdiklərinə uyğun izahat verərək bildirmişdir ki, müasir tikinti şəraitində müxtəlif mühafizəediçi inşaat materialları dam örtüklərində,o cümlədən rulon, mastika, asbestsement, taxta, polad vərəqələri, metal-kiramit, kiramit və s. istifadə olunur. Tikintidə bu növ dam örtük işləri taxtapuşçu peşəsi olan fəhlələr tərə-findən yerinə yetirilir. Çox çeşidli dam örtüklərinin düzəldilməsi ümumiləşdirilmiş "taxtapuşçu" termini əmək fəa-liyyətində iştiraketmə dərəcəsini məhdudlaşdırır. Digər tərəfdən ağac (taxta) yükdaşıyıcı kon-struktiv elementlərin (mauerlat, çatıayağı, tir şəbəkəsi) dam hissəsində keçmişdə və müasir dövrdə ədədi dam örtük işlərində istifadəsi "taxtapuşçu" peçəsi terminini əsaslandırmağa məqam ya-radır. Dam örtüyü işlərində başğa növ peşə fəhlələri də (dülgər, şüşəci, tənəkəci, bənna, izolyasiya və s.) iştirak edə və ya bu işləri attestasiya keçmiş taxtapuşçu peşə manqası (briqadası) yerinə ye-tirə bilər. Dünya praktikasında dam örtük işləri peşə fəhləsinin gördüyü işi tam xarakterizə et-mir. Belə ki, çatıçı (türkcə), krovelşik (rusca), krovelşik- izolirovşik (cexcə), taxtapuşçu, dammazçı və dam örtük ustası (azərbaycança) peşələri layihəyə uyğun istənilən növ dam örtük işlərini yerinə yetirə bilər. Dam örtüyü öz konstruksiyasının təyinatına görə iki növə bölünür: çardaqlı və çardaqsız. Ör-tük tətbiq olunan materialına görə yumşaq və ədədi materiallardan dam örtüyü növünə bölü-nür. Bu hal üçün daha xarakterik yumşaq materiallı dam örtükləri sayılır. Belə ki, bir qrupa ayrıl-mış sukeçirməyən materiallı - rulon (ruberoid, tol, izol, brizol və s.), mastika (bitum pastaları, bitum-polimer, rezin-bitum, qatran-polimer, bitum-emulsiya və s.kombinəedilmiş və başqa növ hidro-izolyasiya materiallı dam örtükləri yumşaq dam örtüklərinə aiddirlər. Bitumların tərkibinə bir sıra karbohidroğenlər aiddirlər. Metan və naften sıra karbohidroğenlər, aromatik karbohidroğenlər. Bunlardan başqa bitumların tərkibində azotlu, oksigenli, kükürd- lü, dəmirli, nikelli törəmələrdə ola bilər. Bitumların qrup tərkibinə aşağıdakı maddələr daxildir: asfaltenlər, yağlar, qatranlar, karbenlər və karboidlər. Dam örtüyündə işlədilmə üsuluna görə bi-tum mastikaları qaynar (isti) və soyuq növlərə bölünür. İşə istifadə olunmazdan əvvəl isti bitum mastika -160-180 °C, rezinbitumu -170-180 °C, qatran və hidrokam mastika - 70 °C-5ə qədər qızdırılır. Soyuq mastika iş yerində havanın temperaturu +5 °C-dən az obmadıqda, qızdırılmadan, daha aşağı temperaturlarda isə 60 - 70° C- yə qədər qızdırılaraq işlədilir. Dam örtük işlərinin düzəldilməsi potensial olaraq çox təhlükəli iş sayılır. Ona görə ki, iş müx-təlif yüksəklikdə (çoxmərtəbəli bina və qurğuların dam örtük işləri), müxtəlif konfiqurasiyalı dam örtüklərin düzəldilməsində (biryamaclı, ikiyamaclı, mansardlı, valımlı, çatıvari, çox dik yamaclı və s.) və müxtəlif yamaclı və yamacsız (cədvəl 1) dam örtüklərinin tikintisində aparıla bilər. Praktiki olaraq səthə çilənmiş mastika qatı bərkiyərək sukeçirməyən pərdə örtüyü (8 -15 mm) əmələ gətirir. Yumşaq dam örtüklərinin inşası taxtapuş fəhlələrin sağlamlığı üçün neqativ (mənfi) təsirli sayılır, yəni uzun müddətli iş fəaliyyəti tələb edir. Odur ki, iş istehsalatının layihəsinə (İİL), texnoloji xəritələrə(TX), əmək proseslərinin xəritəsinə (ƏPX) və təşkilatın daxili qanun-qay-daya əsaslanaraq dam örtük işləri fəhlənin dərəcəsindən (İ - Vİ) və iş yerində bölüşdürülməsin-dən asılı olaraq işin icrasının aparılması və təhlükəsizlik texnikasına riayyət olunmalıdır. Attestasiya keçmiş İ-Vİ dərəcəli taxtapuşçu peşəli fəhlələr ədədi və yumşaq materiallı dam örtüyünü briqadirin rəhbərliyi altında inşa edə bilər. Məhkəmə iddiaçının namayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə İsmayıllı rayonunun Talıstan qəsəbəsində doğulmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus İT-İ № ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətidən görünür ki, iddiaçı xx.xx.1979-cu ildə “xxxxxxxxxxxxxxxxxxx” trestinin Mənzil-Kommunal Kontoruna fəhlə işinə işə qəbul edilmişdir. xx.xx.1979-cu ildə yumuşaq dam örtüyü üzrə əsaslı təmir qrupuna fəhlə işinə keçirilmişdir. xx.xx.1980-ci ildə Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1983-cü ildə “xxxxxxxxxxxxxxxxxxx" trestinin Mənzil-Kommunal Kontoruna yumşaq dam örtüyü üzrə 2-ci dərəcəli fəhlə işinə işə qəbul edilmişdir. xx.xx.1990-cı ildə “Xəzərdənizneftsosialtikinti” trestinin nəzdində açılan Təsərrüfat hesablı tikinti sahəsinə köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1991-ci ildə Briqadir dülgər təyin edilərək 4-cü dərəcəli dülgər vəzifəsinə təyin olunmuşdur. xx.xx.1992-ci ildə “Xəzərdənizneftsosialtikinti” trestinin Mənzil - Kommunal Kontoruna 3 №-li Təmir Tikinti sahəsindən köçürülmə yolu ilə 4-cü dərəcəli yumuşaq dam örtüyü ustası peşəsinə qəbul edilmişdir. xx.xx.1992-ci ildə 4-cü dərəcəli yumuşaq dam örtüyü ustası peşəsinə keçirilmişdir. xx.xx.1993-cü ildə 5-ci dərəcəli yumuşaq dam örtüyü ustası peşəsinə keçirilmişdir. Azərbaycan Dövlət Neft Şirkəti yanında Kapital tikinti üzrə Baş İdarəsinin xx.xx.1993-cü il tarixli 30 №li Əmrinə əsasən MKK “XDNSİ” tresti balansından “Azərdəniznefttikintiinşaat trestinin balansına keçirilmişdir. xx.xx.1998-ci ildə 6-cı dərəcəli yumuşaq dam örtücü ustası peşəsinə keçirilmişdir. xx.xx.2001-ci ildə əməyin mühafizəsi və təhlükəsizlik üzrə mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü ildə “Azneft” İB-nin Sosial Xidmətlər İdarəsinin 2 saylı əsaslı təmir sahəsinə köçürülmə yolu ilə 6-cı dərəcəli kafelçi peşəsinə işə qəbul edilmişdir. xx.xx.2006-cı ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğv olunması ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmiş və tutduğu peşədən azad olunmuşdur. xx.xx.2006-cı ildə ARDNŞ-nin Sİİ-nin Mənzil Kommunal Xidmətlər İdarəsinin bina və tikililər üzrə briqadasına mühəndis-texniki qurğular üzrə briqadasına 6-cı dərəcəli kafelçi peşəsinə işə qəbul edilmişdir. xx.xx.2006-cı ildə 2 saylı TİS-nin bina və tikililər üzrə əsaslı təmir briqadasına 5-ci dərəcəli üzləyici-piltəçi peşəsinə keçirilmişdir. xx.xx.2007-ci ildə 2 saylı TİS-nin TTS adlandırılmışdır. xx.xx.2007-ci ildə 2 saylı TTS-nə 6-cı dərəcəli rəngsaz peşəsinə keçirilmişdir. xx.xx.2012-ci ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş və tutduğu peşədən azad olunmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, ******* saylı imtina məktubundan görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-cı maddəsinə əsasən axırıncı ış yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xususılə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarıxınədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü ıl tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan “Azərdənızneftinşaat” trestində və “Xəzərdənizneftsosialtikinti" trestində işlədiyi yumşaq dam örtücü ustası və fəhləsi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Buna gorə də onun güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının Qanunla nəzərdə tutulan müddətdən az olduğu bildirilərək iddiaçının müraciətinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Göründüyü kimi iddiaçıya onun güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının Qanunla nəzərdə tutulan müddətdən az olması, “yumşaq dam örtücüsü” işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahıda qeyd olunan “fəhlə”, “mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular” sahəsi ilə üstüstə düşmədiyi, fərqli sahə olduğu əsas gətirilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsassız olmuşdur. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur və həmin tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb edir. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırması dövründə iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx xxxxxx 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu fəslində göstərilən mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular peşəsinə uyğun olub-olmaması, uyğun olduğu təqdirdə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün əsas olan güzəştli iş stajının hansı müddəti təşkil etməsi barədə güzəştli arayışı “SOCAR”ın Baş Ofisinin Mərkəzi Arxivindən sorğu əsasında tələb edilmişdir. “SOCAR”ın Baş Ofisi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə sorğuya cavab olaraq məhkəməyə ünvanladığı arayışda qeyd edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1979-cu ildə (əmr № 23/k, xx.xx.1979-cu il) “xxxxxxxxxxxxxxxxxxx” trestinin Mənzil-Kommunal Kontoruna fəhlə işinə işə qəbul edilmişdir. xx.xx.1979-cu ildə (əmr № 106/k, xx.xx.1979-cu il) yumuşaq dam örtüyü üzrə əsaslı təmir qrupuna fəhlə işinə keçirilmişdir. xx.xx.1980-ci ildə (əmr № 174/k, xx.xx.1980-cı il) Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1983-cü ildə (əmr № 14/k,xx.xx.1983-cü il) “xxxxxxxxxxxxxxxxxxx" trestinin Mənzil-Kommunal Kontoruna yumşaq dam örtüyü üzrə 2-ci dərəcəli fəhlə işinə işə qəbul edilmişdir. xx.xx.1990-cı ildə (əmr № 26, xx.xx.1990-cı il) “Xəzərdənizneftsosialtikinti” trestinin nəzdində açılan Təsərrüfat hesablı tikinti sahəsinə köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1992-ci ildə (əmr № 37, xx.xx.1992-ci il) “Xəzərdənizneftsosialtikinti” trestinin Mənzil- Kommunal Kontoruna 3 №-li Təmir Tikinti sahəsindən köçürülmə yolu ilə 4-cü dərəcəli yumuşaq dam örtüyü ustası peşəsinə qəbul edilmişdir. xx.xx.1983-cü ildə (əmr № 27, xx.xx.1993-cü il) 5-ci dərəcəli yumuşaq dam örtüyü ustası peşəsinə keçirilmişdir. Haqqhesab cədvəlində olan qeydə əsasən 1998-ci ilin aprel ayında 6-cı dərəcəli yumuşaq dam örtücü ustası peşəsinə keçirilməsi göstərilmişdir. xx.xx.2001 -ci ildə (əmr № 28/k, xx.xx.2001-ci il) əməyin mühafizəsi və təhlükəsizlik üzrə mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü ildə (əmr № 37/k, xx.xx.2003-cü il) “Azneft” İB-nin Sosial Xidmətlər İdarəsinin 2 saylı əsaslı təmir sahəsinə köçürülmə yolu ilə 6-cı dərəcəli kafelçi peşəsinə işə qəbul edilmişdir. xx.xx.2006-cı ildə (əmr № 07/k, xx.xx.2006-cı il) Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğv olunması ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmiş və tutduğu peşədən azad olunmuşdur. xx.xx.2006-cı ildə (əmr № 15/k , xx.xx.2006-cı il) ARDNŞ-nin Sİİ-nin Mənzil Kommunal Xidmətlər İdarəsinin bina və tikililər üzrə briqadasına mühəndis-texniki qurğular üzrə briqadasına 6-cı dərəcəli kafelçi peşəsinə işə qəbul edilmişdir. xx.xx.2006-cı ildə (əmr № 120/k, xx.xx.2006-cı il) 2 saylı TİS-nin bina və tikililər üzrə əsaslı təmir briqadasına 5-ci dərəcəli üzləyici-piltəçi peşəsinə keçirilmişdir. xx.xx.2007-ci ildə (əmr № 140, 01,06.2007ci il) 2 saylı TİS-nin TTS adlandırılmışdır. xx.xx.2007-ci ildə (əmr № 152/k, xx.xx.2007-ci il) 2 saylı TTS-nə 6-cı dərəcəli rəngsaz peşəsinə keçirilmişdir. xx.xx.2012-ci ildə (əmr № 1096/k, xx.xx.2012-ci il) Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğvi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmiş və tutduğu peşədən azad olunmuşdur. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 26 il 10 ay 20 gün ümumi və 16 il 8 ay 12 gün güzəştli iş stajı mövcuddur. Məhkəmə iddiaçının işlədiyi “mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçu” vəzifəsinin zərərli peşə olmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçıya məxsus əmək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş Arayışdan da göründüyü kimi, iddiaçının işlədiyi “yumşaq dam örtücüsü” peşəsi həmin Siyahıda qeyd olunan “mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə-taxtapuşçular” peşəsinə bərabər tutulmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından və mütəxəssis rəyindən müəyyən edilmişdir ki, müasir tikinti şəraitində müxtəlif mühafizəediçi inşaat materialları dam örtüklərində, o cümlədən rulon, mastika, asbestsement, taxta, polad vərəqələri, metal-kiramit, kiramit və s. istifadə olunur. Tikintidə bu növ dam örtük işləri taxtapuşçu peşəsi olan fəhlələr tərə-findən yerinə yetirilir. Dam örtüyü öz konstruksiyasının təyinatına görə iki növə bölünür: çardaqlı və çardaqsız. Ör-tük tətbiq olunan materialına görə yumşaq və ədədi materiallardan dam örtüyü növünə bölü-nür. Bu hal üçün daha xarakterik yumşaq materiallı dam örtükləri sayılır. Belə ki, bir qrupa ayrıl-mış sukeçirməyən materiallı - rulon (ruberoid, tol, izol, brizol və s.), mastika (bitum pastaları, bitum-polimer, rezinbitum, qatran-polimer, bitum-emulsiya və s.kombinəedilmiş və başqa növ hidro-izolyasiya materiallı dam örtükləri yumşaq dam örtüklərinə aiddirlər. Hazırki iş üzrə iddiaçının xx.xx.2006-cı il tarixədək “xxxxxxxxxxxxxxxxxxx” Trestinin MKK-də KEM ASC-də, “Xəzərdənixneftsosialtikinti” Trestinin MKK-də işlədiyi yumşaq dam örtüyü üzrə fəhlə, usta peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı XXVİİ bölməsinin 22900000-13201 kod nömrəli güzəştli iş stajı verən mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrətaxtapuşçularpeşəsinə uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 16 il 08 aydan artıqdır. Bu əsasdan məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının təqdim etdiyi güzəştli arayışdan da müəyyən edilir ki, onun xx.xx.2006-cı il tarixədək olan dövr ərzində 16 il 08 ay müddətinə 4-cü, 5-ci, 6-cı dərəcəli yumşaq dam örtücüsüpeşəsində işləməsi təsdiq olunur. Belə olan halda iddiaçının xx xxxxxx 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALİR: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-459/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-459/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver