Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-459/2021 24.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı İddiaçı MMC-nin cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cаvаbdеh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 üzrə Baş İdarəsi) qarşı məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 04 oktyabr 2019-cu il tarixli **********150051 saylı “Səyyar vergi yoxlaması” aktının, həmin akt əsasında 05 dekabr 2019-cu il tarixli **********194421 saylı “vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında” qərarın, “vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********798000 saylı tələbnamənin ləğv edilərək qanunsuz olaraq hesablanmış vergi borclarının, faizlərin və maliyyə sanksiyalarının şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Eyni zamanda iddiaçı iş üzrə müvəqqəti xarakterli tədbirlərin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, müvvəqəti xarakterli müdafiə tədbiri kimi cavabdeh Vergi Orqanının 05 dekabr 2019-cu il tarixli **********194421 saylı vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında Qərarın, “vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********798000 saylı Tələbnamənin icrasının dayandırılması və MMC-yə məxsus bank hesablarından pul silinməsi, dondurulması barədə sərəncamların verilməsi, əmlakların siyahıya alınması, mübahisəli vergi borcunun ödənilməməsi əsası ilə cinayət təqibinin həyata keçirilməsi üçün qərarın İstintaq Orqanına verilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-977/2020 saylı 03 mart 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, İddiaçı MMC-yə hesablanmış vergi borcunun 105 faiz həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla, mübahisələndirilən vergi borcu ilə bağlı İddiaçı MMC-nin mövcud bank hesablarında olan pul vəsaitlərinin tutulması və ya alınması ilə bağlı sərəncamların qoyulması vergi orqanına qadağan edilmiş və qoyulduğu təqdirdə icra edilməməsi qərara alınmışdır. Ərizə qalan hissədə təmin edilməmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra son olaraq iddiaçının direktoru 03.11.2020-ci il tarixdə İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 23 oktyabr 2020-ci il tarixli **********141010 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə Qərarın ləğv edilməsi və qərara əsasən hesablanmış vergi borclarının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-977/2020 saylı 03 noyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 23 oktyabr 2020-ci il tarixli **********141010 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə Qərarın ləğv edilməsi və qərara əsasən hesablanmış vergi borclarının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,Səyyar vergi yoxlaması 10.04.2018-ci il tarixdə təyin olunmasına baxmayaraq, hal-hazıradək, yəni, 1,8 il müddətində başa çatdırılmışdır və nəzərə alınsa ki, müəssisə sadələşdirilmiş vergi ödəyicisidir, bu hal çox təəccüblü və Vergi Məcəlləsinin tələblərinə tamamilə ziddir. Bu 1,8 il ərzində vergi orqanı tərəfindən yoxlama dəfələrlə müxtəlif səbəblər göstərilməklə təxirə salınmış, uzadılmış, yoxlamanın nəticələrinə dair 20.05.2019-cu il tarixli **********150051 N-li akt tərtib edilmiş və müəssisəyə təqdim olunmuşdur. Aktda göstərilənlərin qərəzli və Vergi Məcəlləsinin tələblərinə zidd olduğu haqda 17.06.2019-cu il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinə müraciət edilmiş və bundan sonra akt ləğv edilərək, əlavə yoxlama tədbirləri həyata keçirilməsi haqqında qərar qəbul olunmuş və nəhayət aktın tərtib olunma müddəti artırılmışdır. Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: -nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda, Vergi Məcəlləsinin 39-cu maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir.11.10.2019-cu il tarixdə İddiaçı MMC-də aparılan Səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib olunmuş 04.10.2019-cu il tarixli **********150051 N-li yeni akt poçt vasitəsilə müəssisəyə daxil olmuşdur. Yəni aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt yoxlayıcı tərəfindən, Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərinə zidd olaraq, müəssisənin rəhbərliyinə təqdim olunmadan, müəssisənin rəhbərliyinin aktın nəticələri ilə razı olub-olmadığını müəyyən etmədən, bu barədə aktda müvafiq qeydlər aparılmadan, aktın poçt vasitəsi ilə müəssisənin hüquqi ünvanına göndərilməklə kifayətlənmişdir. Hesab edirik ki, bu kimi pozuntular vergi ödəyicisinin qanuni hüquqlarını pozmuşdur. Eyni zamanda təqdim olunmuş kredit müqaviləsinə əsasən İddiaçı MMC-nin “xxxx”ASC-dən götürdüyü 8.450.000.00 manat kredit məbləği, İddiaçı MMC ilə “xxxx”ÄSC-nin qarşılıqlı sürətdə asılı şəxslər olduğu, İddiaçı MMC tərəfindən həmin məbləğin Türkiyə Respublikasına müvafiq müəssisəsinə ödənilmədiyi və eləcə də, müəssisə tərəfindən götürülmüş kreditin qaytarılmaması haqqında heç bir hüquqi əsası olmayan mülahizələr əsas gətirilərək həmin kredit məbləği müəssisənin gəlirlərinə aid edilmişdir. Qeyd olunanlarla əlaqədar aşağıdakıları bildiririk: Vergi tutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxlərin müəyyən edilməsi Vergi Məcəlləsinin 18-ci maddəsinin müddəalarına əsasən müəyyən olunur. Həmin maddədə müəssisənin hüquqi ünvanının digər vergi ödəyicisinin təsisçisinin atasına məxsus olan əmlakda olması müddəası yoxdur. Yoxlama zamanı qarşılıqlı surətdə asılı olan şəxslər müəyyən edilərkən heç bir hüquqi əsası olmayan mülahizələrə yol verilmişdir. Eyni zamanda İddiaçı MMC-nin hüquqi ünvani olan yaşayiş evinin mülkiyyət sənədlərini təqdim edərək bildiririk ki, həmin əmlakın sahibinin Vəkilov İsa Teymur oğlu oİduğu haqda aktda göstərilənlərin də hüquqi əsası yoxdur. Səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əməkdaşına X3 Dairəsinin “X4 İnşaat Ticaret” Anonim Şirkətinə ünvanlanan 21.03.2019-cu il tarixli 98749719-250 02 01-E33975 saylı sorğu məktubu və “X4 İnşaat Ticaret” Anonim Şirkətinin sorğuya cavab məktubu təqdim edilmişdir. Bu məktublarla “X4 İnşaat Ticaret” Anonim Şirkəti İddiaçı MMC-dən 8450.000.00 manat vəsaitin təhvil almasını təsdiq etməyinə baxmayaraq, aktda həmin vəsaitin digər şəxsə ödənilmədiyi haqqında həqiqəti əks etməyən fikirlər qeyd edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qüvvədə olan qərarına əsəsən “xxxx”ASC ləğv edilmişdir. Bankin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Siğortalanmasi Fondu təyin edilmişdi, yəni, hal-hazırda “xxxx”ASC-nin idarə olunması bankın təsisçiləri tərəfindən deyil, Azərbaycan Respublikasının dövləti tərəfindən həyata keçirilir. Səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əməkdaşına “xxxx”ASCnin ləğvedicisi, X1, İddiaçı MMC-yə kredit borcunun ödənilməsi tələbi ilə ünvanladığı 27.11.2018-ci il tarixli **********626 sayli məktub təqdim olunmasına baxmayaraq, kreditin qaytarılmaması və beləliklə də həmin məbləğin müəssisənin gəlirinə aid edilməsi haqqında hüquqi əsası olmayan müddəa aktda qeyd edilmişdir. Məlumunuz olduğu kimi, vergi tutma məqsədləri üçün hüquqi şəxsin gəlirləri Vergi Məcəlləsinin 9 və 10-cu fəsillərinin müddəalarına əsasən müəyyən olunur. Bu fəsillərə aid olan maddələrdə müəssisənin aldığı, qaytara bilmədiyi və müvafiq qaydada qaytarılması tələb olunan kreditlərin müəssisənin gəlirlərinə aid edilməsi nəzərdə tutulmamışdır. Aktda müəssisənin gəlirləri müəyyən edilərkən heç bir hüquqi əsası olmayan mülahizələrə yol verilmişdir.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli, 5 nömrəli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Onu da qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Vergi məcəlləsinin —Vergi orqanlarının qərarlarından (aktlarından) və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi adlanan Vİ fəsli və həmin fəsilə daxil olan 62-64-cü maddələrindəki —Vergi orqanlarının aktlarından şikayət verilə biləcəyinə dair normalar inzibati icraat qanunvericiliyi nəzərə alınmaqla məhdudlaşdırıcı təfsir edilməli, vergi orqanlarının yalnız-inzibati akt mahiyyətində olan, barəsində tərtib edilən şəxs üçün hər hansı hüquqi nəticələr yaradan aktlarından şikayət verilə biləcəyi kimi başa düşülməlidir. Belə ki, həmin Məcəllənin 64-cü maddəsinə görə vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi xahiş edilmişdi. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki,İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında 12.08.2020-ci il tarixli **********138914 nömrəli Qərarı ilə İddiaçındə (VÖEN: **********) 01.01.2016-cı il tarixdən 31.05.2020-ci il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlayıcı tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri 18.09.2020-ci il tarixli **********139029 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama 18.09.2020-ci il tarixdə başa çatdırılmış və 23.10.2020-ci il tarixli **********141010 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı çıxarılmışdır.Yoxlama ilə 2019-cu il dövr üzrə mənfəət vergisi üzrə 1694500.00 manat əlavə vergi məbləğinin hesablanması və vergi məbləğinin bəyannamədə göstərilməli olan vergi məbləğinə nisbətən azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 847250.00 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur;Yoxlama ilə 2016-cı il dövr üzrə 1690000.00 manat məbləğində mənfəət vergisi artıq hesablanması aşkar olunmuşdur;Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən müəssisə tərəfindən 2019-cu ilin mənfəət vergisinin bəyannaməsi əsas olmadan müəyyən edilən müddətə təqdim edilmədiyi üçün vergi ödəyicisinə vergi orqanının rəhbərinin qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur.“xxxx” ASC-nin Mərkəz filialı ilə İddiaçı MMC arasında bağlanılan 14.06.2016-cı il tarixli 110 nömrəli və 02.07.2016-cı il tarixli 110/1 nömrəli kredit mügavilələrinə əsasən müəssisə tərəfindən xaricdə turizmin inkişafı məgsədilə 2.500.000,00 manat və 6.000.000,00 manat, ümümilikdə 8.500.000,00 manat məbləğdə 3 (üç) illik müddətinə kredit götürülmüşdür.“İddiaçı" MMC ilə “X4 İNŞAAT TİC. A.S” Şirkəti arasında bağlanılmış 01.06.2016-cı il tarixli “Satış və kullanım hakkı sözləşməsi”nə əsasən "İddiaçı” MMC-nin direktoru Zaur Həsənzadə tərəfindən “X4 İNŞAAT TİC. A.Ş” şirkətinin nümayəndəsi Burak İrdemə 02.07.2016-cı il tarixdə 2.450.000,00 manat və 04.07.2016-cı il tarixdə 6.000.000,00 manat ümümilikdə 8.450.000,00 manat məbləğdə pul vəsaitinin Bakı səhərində nağd qavdada təhvil verilməsi barədə “Təhvil-Təslim aktı” imzalanmış və təhvil verilmişdir. Lakin "X4 İNŞAAT TİC. A.S" şirkətinin nümayəndəsi Burak İrdemin Azərbaycan Respublikasının dövlət sərhədini tərk etməsi barədə lAMAS-ın «Sərhədkeçmə» altsistemində olan məlumatın təqdim olunması üçün 17.09.2018-ci il tarixli **********468400 nömrəli xidməti məktubla müraciət olunmuş və 02.10.2018-ci il tarixdə **********943500 nömrəli xidməti məktubla 2016-cı il ərzində “X4 İNŞAAT TİC. A.Ş” şirkətinin nümayəndəsi Burak İrdemin Azərbaycan Respublikasının dövlət sərhədini keçmədiyi qeyd edilmişdir. X10 2016-cı il ərzində Azərbavcan Respublikasında olmadığı müəyyən olunmuşdur. Həmçinin, turizmin inkişafı üçün götürülmüş 8.450.000,00 manat kreditin geri qaytarılması ilə bağlı hər hansı bir ödəniş olmamışdır. Ayrılmış kredit məbləğinin istifadəsi ilə bağlı “İddiaçı" MMC-nin direktoru Zaur Həsənzadə tərəfindən “X4 İNŞAAT TİC. A.S” şirkətinin nümayəndəsi Burak İrdemə ölkə ərazisində otelin alınması üçün ödənilən məbləğin öz təsdiqini tapmadığı, həmin məbləğin Türkiyə Respublikasına köçürülməsinin hər hansı təsdiqedici sənəd olmadığı və kreditin qaytarılması ilə bağlı hər hansı bir ödənişin olmadığı müəyyən edilmiş və həmin məbləğ müəssisənin gəliri kimi götürülmüşdür.Nəticədə “İddiaçı" MMC tərəfindən Verqi Məcəlləsinin 13-cü, 104-cü maddələri və Mülki Məcəllənin 18-ci Fəslinin müddəalarına pozulmuş və kredit vəsaiti müqavilərə əsasən otellərin "bron edilməsi" məqsədlə verilsə də, faktiki olaraq xaricdə əmlak (otel) alınmasına xərclənərək, alınmış kreditin təyinatı üzrə istifadə edilməmişdir.Vergi Məcəlləsinin 13-cü, 104-cü maddələri və Mülki Məcəllənin 18-ci Fəslinin müddəalarına əsasən "xxxx” ASC-dən alınan kreditlər satışdankənar gəlirlərinə aid edilərək 8.472.500,00 manat (ümumi 8.500.000,00 manat kredit məbləğindən 27.500,00 manat bank faizi çıxılmaqla) 2019-cu il dövr üzrə mənfəət vergisinə cəlb edilməlidir. Beləliklə, yoxlama ilə büdcəyə ümumilikdə əlavə olaraq 1.694.500,00 manat (8.472.000,00 x 20%) məbləğində mənfəət vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 1.694.500,00 manat azaldıldığına görə, vergi ödəyicisinə həmin məbləğin 50%-i miqdarında, yəni 847.250,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur.Yoxlama ilə 2016-cı il dövr üzrə 1.690.000,00 manat məbləğində mənfəət vergisi artıq hesablanması aşkar olunmuşdur.Bundan əlavə olaraq, kredit vəsaiti müqavilələrə əsasən otellərin "bron edilməsi" məqsədlə verilsə də, faktiki olaraq, xaricdə əmlak (otel) alınmasına xərclənərək alınmış kreditin təyinatı üzrə istifadə edilməmişdir.Bildiririrk ki, yoxlama nəticəsində vergi ödəyicisinin hərəkətlərində (hərəkətsizliyində) Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar aşkar olunduğundan, iş üzrə materiallar müvafiq tədbirlər görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və 12.06.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər.Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir.Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz.Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5təmsil etdiyi qurumunetirazının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir .İPM-in 2.2.1ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, iddiaçı müvafiq olaraq 03.11.2020-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəsi ilə müraciət edərək, inzibati orqan tərəfindən qəbul edilən mübahisələndirilən 23.10.2020-ci il tarixli, **********141010 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. Beləliklə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrinin çıxarışından görünür ki, İddiaçı 14.01.2016-cı il tarixdə qeydiyyata alınaraq № ********** saylı vöen verilmişdir. - Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 12.08.2020-ci il tarixli, **********138914 saylı Qərardan görünür ki, İddiaçı üzrə VM-nin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə yanvar 2016-may 2020 vergi dövrü, o cümlədən yenidən yoxlama ilə əhatə olunan yanvar 2016-fevral 2018 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. - Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 17.08.2020-ci il tarixli **********139052 saylı tələbnamədən görünür ki, səyar vergi yoxlamasının keçirilməsi üçün İddiaçı MMC-dən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələri rəhbər tutularaq zəruri sənədlər tələb edilmişdir. - “Səyyar vergi yoxlaması” haqqında 18 sentyabr 2020-ci il tarixli, **********139029 saylı aktın surətindən görünür ki, Vergi Məcəlləsinin 38.3.6-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2016- may 2020 vergi dövrləri üzrə səyyar vergi yoxlanılması keçirilmiş və yoxlama zamanı iddiaçının vergidən yayınması aşkar olunmuşdur. Həmin akta əsasən, 2016-cı il dövr üzrə 1690.000,00 manat məbləğində mənfəət vergisi artıq hesablanmışdır və 2019-cu il dövr üzrə 1694500,00 manat məbləğində mənfəət vergisi azaldılmışdır. Vergi qanunvericiliyinin pozulmasına görə cəmiyyətə VM-nin 57-ci maddəsinə əsasən 40,00 manat, 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin 1694.500,00 manat məbləğinin azaldılmasına görə 847.250,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. - Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 23.10.2020-cu il tarixli № **********141010 saylı qərarının surətindən görünür ki, İddiaçı MMC-yə 2019-cu il dövr üzrə mənfəət vergisi üzrə 1694500.00 manat əlavə vergi məbləğinin hesablanması və 847250,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 40 manat maliyyə sanksiyanın tətbiq edilməsi qərara alınmışdır. - “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması” barədə **********243700 saylı Tələbnamədən görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 23.10.2020-cu il tarixli **********141010 saylı qərar əsasında hesablanmış 4500,00 əlavə hesablanmış vergilər, 2290 manat maliyyə sanksiyalarının, ümumilikdə 6790.00 manat məbləğində vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi tərəfindən qəbul edilmiş 04 fevral 2020-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərarına əsasən İddiaçı MMC-də 1690000,00 manat məbləğində, yəni külli miqdarda vergiləri dövlət büdcəsinə ödənilməkdən yayınması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanması və həmin iş icraata qəbul edilərək, ibtidai araşdırmanın aparılması qərara alınmışdır. - xxxx ASC-i ilə İddiaçı MMC arasında bağlanmış 110 saylı 14 iyun 2016cı il tarixli kredit müqaviləsinə əsasən borcverən xaricdə turizmin inkişafı (otellərin bron edilməsi) məqsədi ilə Borcalana 2 500 000 (iki milyon beş yüz min) AZN məbləğində kredit vermişdir. Kredit müqaviləsinin müddəti 14.06.2019-cu ilədək müəyyən edilmişdir. - xxxx ASC-i ilə İddiaçı MMC arasında bağlanmış 110/1 saylı 02 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən borcverən xaricdə turizmin inkişafı (otellərin bron edilməsi) məqsədi ilə Borcalana 6 000 000 (altı milyon) AZN məbləğində kreditin verməsini öhdəsinə götürüb. Kredit müqaviləsinin müddəti 02.07.2019-cu ilədək müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 23.10.2020-ci il tarixli, **********141010 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğvini tələb edir və bunu onunla əsaslandırır ki, kredit müqavilələrinə əsasən “xxxx” MMC-nin “xxxx” ASC-dən götürdüyü 8450000.00 manat kredit məbləği, İddiaçı MMC ilə “xxxx”ASC-nin qarşılıqlı surətdə asılı şəxslər olduğu, İddiaçı MMC tərəfindən həmin məbləğin Türkiyə Respublikasına müvafiq müəssisəsinə ödənilmədiyi və elecə də, müəssisə tərəfindən götürülmüş kreditin qaytarılmaması haqqında heç bir hüquqi əsası olmayan mülahizələr əsas gətirilərək həmin kredit məbləği müəssisənin gəlirlərinə aid edilmişdir. Göründüyü kimi, yoxlama ilə büdcəyə ümumilikdə əlavə olaraq 1.694.500,00 manat (8.472.000,00 x 20%) məbləğində mənfəət vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 1.694.500,00 manat azaldıldığına görə, vergi ödəyicisinə həmin məbləğin 50%-i miqdarında, yəni 847.250,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur.Yoxlama ilə 2016-cı il dövr üzrə 1.690.000,00 manat məbləğində mənfəət vergisi artıq hesablanması aşkar olunmuşdur. İşin araşdırılmış hallarından aydın olur ki, “xxxx” ASC-nin Mərkəz filialı ilə İddiaçı MMC arasında bağlanılan 14.06.2016-cı il tarixli 110 nömrəli və 02.07.2016-cı il tarixli 110/1 nömrəli kredit mügavilələrinə əsasən müəssisə tərəfindən xaricdə turizmin inkişafı məqsədilə 2.500.000,00 manat və 6.000.000,00 manat, ümümilikdə 8.500.000,00 manat məbləğdə 3 (üç) illik müddətinə kredit götürülmüşdür. Kreditin təyinatı xaricdə turizmin inkişafı ilə bağlı olmuşdur. İnzibati orqanda səyyar vergi yoxlaması zamanı inzibati icraat çərçivəsində vergi orqanı tələbnamə ilə yoxlama üçün tələb olunan sənədləri tələb etmiş, sənədlər qismən vergi orqanına təqdim edilmişdir. Həmin sənədlərdən götürülmüş kreditin təyinatı üzrə istifadə edilməsi, xaricdə otel alınması üçün sərf edilməsi sübuta yetirilmir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən vergi orqanına da təqdim edilmiş sənədlərdən görünür ki, “İddiaçı" MMC ilə “X4 İNŞAAT TİC. A.S” Şirkəti arasında bağlanılmış 01.06.2016-cı il tarixli “Satış və kullanım hakkı sözləşməsi”nə əsasən "İddiaçı” MMC-nin direktoru Zaur Həsənzadə tərəfindən “X4 İNŞAAT TİC. A.Ş” şirkətinin nümayəndəsi Burak İrdemə 02.07.2016-cı il tarixdə 2.450.000,00 manat və 04.07.2016-cı il tarixdə 6.000.000,00 manat ümümilikdə 8.450.000,00 manat məbləğdə pul vəsaitinin Bakı səhərində nağd qaydada təhvil verilməsi barədə “Təhvil-Təslim aktı” imzalanmış və təhvil verilmişdir. İddiaçı da götürülən kreditin təyinatı üzrə istifadə edilməsini sübut qismində “Satış və kullanım hakkı sözləşməsi”nə, təhvil-təslim aktlarına istinad edir. Lakin inzibati orqan tərəfindən yoxlama zamanı aparılmış icraatdan və məhkəməyə təqdim edilmiş “X4 İNŞAAT TİC. A.S" şirkətinin nümayəndəsi Burak İrdemin Azərbaycan Respublikasının dövlət sərhədini tərk etməsi barədə lAMAS-ın «Sərhədkeçmə» altsistemində olan məlumatdan aydın olur ki, 2016-cı il ərzində “X4 İNŞAAT TİC. A.Ş” şirkətinin nümayəndəsi Burak İrdem 2016-cı il ərzində Azərbaycan Respublikasında olmamışdır. Yuxarıda qeyd edilən hallar kreditin təyinatı üzrə istifadə edilmədiyinin sübutudur. Vergi orqanının istinad etdiyi digər bir hal turizmin inkişafı üçün götürülmüş 8.450.000,00 manat kreditin geri qaytarılması ilə bağlı hər hansı bir ödənişin olmaması ilə bağlıdır. Ləğv prosesində olan “xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi Departamenti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 27 noyabr 2018-ci il tarixli № **********1626 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, ləğv prosesində olan «xxxx» ASC ilə "İddiaçı” MMC arasında bağlanan 02.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Borc alana 6 000 000 (altı milyon) AZN məbləğində illik 9% olmaqla 36 (otuz altı) ay müddətinə kredit pul vəsaiti verilmişdir.Müqaviləyə əsasən borcalan LPO «xxxx»-a kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Borcalan müqavilənin şərtlərini pozaraq LPO «xxxx» ASC-yə olan əsas və faiz, borcunun ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını Borcalandan tələb edə bilər.27.11.2018-ci il tarixədək hesablanmış 6,000.000 00 (altı milyon) AZN əsas 1,297,500.26 (bir milyon iki yüz doxsan yeddi min beş yüz manat, iyirmi altı qəpik) AZN məbləğində faiz borcunu xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində i PO «xxxx» ASC-yə tam ödəməyi tələb olunmuşdur. Borc məbləği göstərilən müddətdə könüllü şəkildə ödənilmədiyi təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacaqdır Məhkəməyə müraciət olunduğu zaman əsas borc və faiz borcu ilə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün cərimələr də hesablanmaqla dəbbə pulunun ödənilməsi də tələb olunacağı qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Əmanətlərin Sığortalanması FondununKreditlərin idarə edilməsi Departamenti tərəfindən göndərilmiş 10 iyun 2020-ci il tarixli № **********0311 saylı məktubundan görünür ki, 02.07.2016-cı il tarixli, 110/1 saylı kredit müqaviləsi üzrə borcalana 21.05.2018-ci il tarixli, **********0683 nömrəli pretenziya məktubutəqdim edilmişdir, lakin şirkət qeyd olunan ünvanda yerləşmədiyi üçün məktubun çatdırılması mümkün olmamışdır. Həmin iş hal-hazırda məhkəməyə göndərilməsi üçün hazırlandığı qeyd edilmişdir. Məktuba əlavə edilmiş 21 may 2016-cı il tarixli № **********683 saylı pretenziya məktubunun surətindən görünür ki, Ləğv prosesində olan “xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanılmış27 mart 2013-cü il tarixli 298/2 saylı kredit müqaviləsinə əsasən “xxxx" MMC-ə 36 ay müddətinə 8% dərəcəsi olmaqla 1 600 000 (bir milyon altı yüz min) manat,23 avqust 2013-cü il tarixli 298/3 KX saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 7 % olmaqla 2 000 000 (iki milyon) manat,23 dekabr 2013-cü il tarixli 298/4 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 7% olmaqla 2 000 000 (iki milyon) manat,28 sentyabr 2015-ci il tarixli 298/5 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 8 % olmaqla 2 300 000 (iki milyon üç yüz min) manat,14 iyun 2016-cı il tarixli 110 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 9 faiz olmaqla 2 500 000 (iki milyon beş yüz min) manat,20 aprel 2016-cı il tarixli 298/6 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 6 % olmaqla 4 000 000 (dör milyon) manat kredit verilmişdir.Müqaviləyə əsasən borcalan LPO "xxxx”ASC-yə kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir.Borcalan müqavilənin şərtlərini pozaraq LPO “xxxx” ASC-yə olan əsas və faiz borcunun ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur.Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını Borcalandan tələb edə bilər. Borcun pretenziya məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində LPO “xxxx" ASC-yə tam ödəməyi tələb olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2021 saylı 03.03.2021-ci il tarixli qətnamənin surətindən görünür ki, cavabdeh "İddiaçı” MMC-dən 14 iyun 2016-ci il tarixli 110 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş ******* (iki milyon beş yüz min) manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 383.657,75 (üç yüz səksən üç min altı yüz əlli yeddi manat yetmiş beş qəpik) manat faiz borcu, 179.690,84 (yüz yetmiş doqquz min altı yüz doxsan manat səksən dörd qəpik) manat müqavilə üzrə borcun gecikdirilməyınə görə hesablanan və tələb olunan cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 95138,28 (doxsan beş min yüz otuz səkkiz manat iyirmi səkkiz qəpik) manat borc olmaqla, cəmi 3158486,87 (üç milyon yüz əlli səkkiz min dörd yüz səksən altı manat səksən yeddi qəpik) mamat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən araşdırılmış hallardan aydın olur ki, Vergi Məcəlləsinin 13-cü, 104cü maddələri və Mülki Məcəllənin 18-ci fəslinin müddəalarına istinad edərək vergi orqanı tərəfindən iddiaçının xxxx ASC-dən alınan kreditlərin satışdankənar gəlirlərə aid edilərək 8.472.500,00 manatın (ümumi kredit məbləğindən bank faizi çıxılmaqla) 2019-cu il üzrə mənfəət vergisinə cəlb edilməsi əsaslı olmuşdur. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Vergi Məcəlləsinin 13.2.12 maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci və 104.2-ci maddələrinə görə, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Məhkəmə araşdırması zamanı həmçinin, müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin hüquqi ünvanı olan AZ1044, ünvan 1 47-də yerləşən yaşayış evinin "xxxx” ASC-nin təsisçisi Vəkilov Müşfiq İsa oğlunun atası Vəkilov İsa Teymur oğluna məxsus olması müəyyən edilmişdir. Bu da yoxlama ilə İddiaçı MMC ilə “xxxx” ASC-nin Vergi Məcəlləsinin 13.2.7-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxs kimi qiymətləndirilməsinə gətirib çıxartmışdır. Vergi Məcəlləsinin 18.1 -ci maddəsinə əsasən vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər - aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir. Həmin Məcəllənin 18.3-cu maddəsinə əsasən bu maddənin məqsədləri üçün bir şəxs digər şəxsə o halda nəzarət etmiş hesab olunur ki, həmin şəxs digər şəxsin fəaliyyətini məhdudlaşdırmaq və ya istiqamətləndirmək imkanına malikdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Vergi Məcəlləsinin tələblərinə riayət edərək, iddiaçı barəsində səyyar vergi yoxlaması nəticəsində əlavə vergi hesablamaqda haqlı olmuşdur. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı MMC-nincаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə)apelyasiya şikayəti verilə bilər. Sədrlik edən :Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-459/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-459/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver