Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-459/2024 19.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsi nin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivi tərəfindən onun barəsində verilən xx.xx.2022-ci il tarixli 4/2-104 saylı və xx.xx.2022-ci il tarixli 4/2-4911saylı arxiv arayışlarına əsasən xx.xx.1993cü il tarixindən xx.xx.1994-cü il tarixində elan olunan atəşkəsə qədər N saylı hərbi hissənin tərkibində Tovuz-Qazax bölgəsində torpaqların müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi üçün ona müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivi tərəfindən 11.01. 2022-ci il tarixində verilən 4/2-104 saylı, xx.xx.2022-ci il tarixli 4/2-491 saylı arxiv arayışlarında göstərilmişdir ki, 1967-ci il təvəllüdlü, Tovuz RHK-dan hərbi xidmətə çağırılmış, sıravi İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 138 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək hesab nömrəsi vəzifəsinə təyin edilmişdir. Həmin Arayışlarda sonra göstərilmişdir ki, xidməti yerini özbaşına tərk etdiyi üçün hesab nömrəsi sıravi İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 180 nömrəli əmrilə bütün növ təminatlardan çıxarılmaqla ştatdan kənar edilmiş siyahı Təşkilat Səfərbərlik İdarəsinə göndərilmişdir. Həmin arxiv arayışlarda daha sonra göstərilmişdir ki, hərbi hissəni özbaşına tərk etmiş sıravi İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixi 212 nömrəli əmrilə şəxsi heyətin tərkibindən və bütün növ təminatlardan çıxarılaraq, sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına, siyahı Azərbaycan Respublikası SQBQP-nin Təşkilat Səfərbərlik İdarəsinə göndərilmişdir. İddiaçının barəsində verilən Arxiv Arayışlarnın axırında göstərilmişdir ki, N N-li hərbi hissə komandirinin yanvar N-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı tərxis olunması barədə məlumat aşkar edilməmişdir. Qeyd olunanlara baxmayaraq, ərizəyə əlavə edilmiş həmin Arayışlarda göstərilən hallarla da təsdiq olunur ki, həqiqətən İddiaçı, 1-ci Qarabağ Müharibəsi zamanı xx.xx.1993-cü il tarixindən aktiv döyüş əməliyyatlarının dayandırılması ilə bağlı olan N may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər torpaqların müdafiəsi uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə xidmətdə olmuşdur. Çünki, barəsində axırıncı dəfə verilən Arxiv Arayışında göstərilənlərlə təsdiq olunur ki, İddiaçı torpaqların müdafiəsi uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə faktiki xidmətinin müddəti N may 1994-cü il tarixində elan olunan atəşkəsdən sonra da 3 aydan çox, yəni xx.xx.1994cü il tarixinə qədər davam etmişdir. Bununla da təsdiq olunur ki, xx.xx.1993-cü il tarixindən 1994-cü ilin may ayının 10-da elan olunan atəşkəsə qədər torpaqların müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında 4 ay 15 gün iştirak etmişdir. Belə olan halda qanunla ona verilməli olan Müharibəsi veteranı vəsiqəsi verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə "Müharibə veteranı, Silahlı Qüvvələr Veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinin 10-cu yarıınbəndinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10dək döyüş əməliyyatları aparan bütün yuxarıda göstərilənlər və ərizəyə əlavə edilən sənədlər ona X4 Vəziqəsinin verilməsi üçün hüquqi əsaslar yaratsa da, xx.xx.2021-ci il tarixində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarınln və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən ona göndərilən cavabda göstərilmişdir ki, "hansı hərbi hissələrdə nə vaxt xidmət etməyinizi qeyd etməklə ətraflı ərizənizlə əlavə edərək Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya göndərdiyiniz təqdirdə komissiyanın iclasında müraciətinizə baxılaraq qərar qəbul oluna bilər". Halbuki bu barədə müsbət qərarın verilməsini yuxarıda göstərildiyi kimi arxiv arayışında göstərilənlər də hüquqi müstəvidə istisna etmir. Belə ki, Arxiv Arayışında hərbi hissədən getməsilə bağlı aparılan həqiqətə uyğun omayan qeydlər belə ona veteran vəsiqəsinin verilməsinə hüquqi maneə yaratmır. Həmin qeydlər həqiqəti əks etdirsə belə, zaman baxımında sübut olunur ki, həmin qeydlər hərbi hissədən qanunsuz getmə atəşkəs elan olun vaxtdan sonra baş vermişdir. Qanun da döyüş əməliyyatlarında iştirak edən və atəşkəsə qədər hərbi hissəni özbaşına tərk edən hərbi qulluqçulara veteran vəsiqəsinin verilməsini qadağan etmişdir. Bütün bunlardan belə bir nəticə çıxır ki, əgər iddiaçının hərbi hissədən getməyi ilə bağlı qeydlərdə N may 1994cü ilə qədər hərbi hissəni özbaşına tərk etməyi göstərilsəydi, ona veteran vəsiqəsinin verilməməsi hüquqi baxımdan qanunsuz sayılardı. Lakin həmin qeydlərdə göstərlən halların atəşkəsdən sonra baş verməsi göstərilmişdir. Belə ki, ərizəyə əlavə edilən arxiv arayışında aparılan qeydlərlə də sübut olunur ki, o, atəşkəsdən sonra da 4 aydan çox cəbhə bölgəsində olan N saylı döyüşən hərbi hissədə xidmətdə olmuşdur.... İddiaçı 1993cü ilin noyabr ayında Bakı Neft-Yağ zavodundan cəbhənin Qazax-Tovuz bölgəsində olan N saylı hərbi hissəyə getmiş, 1995-ci ilin axırlarına qədər həmin hərbi hissədən hər ay Arayış alıb iş yerinə təqdim edərək əmək haqqı almışdır. 1995-ci ilin axırlarında Azərbaycan Ordusunda səfərbər olunanların ilk dəfə ehtiyata buraxılmasına başlananda, o da tərxis olunaraq yenə də iş yerinə qayıtmışdır. Arxiv Arayışında, guya hərbi hissənin özbaşına tərk etməsilə bağlı aparılan qeydlərlə bağlı tam məsuliyyətlə bildirir ki, belə hallar olmamışdır. Təxminən 1994-1995-ci illərdə cəbhə bölgəsində olduğu vaxtlarda ağır xəstələnərək 1 aydan çox Bakıda Mərkəzi Hərbi Hospitalda müalicə almışdır. Bəlkə səhvən hərbi hospitalda olduğu vaxtlarda həmin əmrlər verilmişdir. Hərbi qeydiyyatda olduğu idarə kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsi bu hallara aydınlıq gətirilməsi üçün tədbirlər həyata keçirtməlidir. Qeyd olunanlara əsasən iddiaçı ona X5 verilməli olduğunu bildirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(111)-2828/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət qismən təmin edilərək, iddia ərizəsində cavabdeh qismində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyininin Tibb Baş İdarəsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyininin Hüquq idarəsi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmasından imtina edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətdı (etirazda) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, istinad olunan Əsasnamədə qeyd olunan sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd edilir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasa gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-8282 nömrəli məktubundan və ona əlavə edilmiş əmrdən çıxarışlardan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 138 nömrəli əmri ilə İddiaçı hərbi hissənin tərkibinə daxil edilərək təminatlarla təmin edilmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının xx.xx.1993-cü il tarixdən may 1994-cü il tarixədək döyüş əməliyyatları aparılan dövrdə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barəsində heç bir məlumat aşkar edilməmişdir. Həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 180 nömrəli, xx.xx.1994-cü il tarixli 212 nömrəli əmrlərində xidmət yerini özbaşına tərk etdiyi üçün İddiaçı sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına, siyahı isə Azərbaycan Respublikası SQBQR-nin Təşkilati Səfərbərlik İdarəsinə göndərildiyi qeyd edilmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. İmtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndə-vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsindəki tələblə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən arzuladığı inzibati akt qəbul edilmədiyindən məhkəmədə iddia irəli sürmüşdür. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və imtina cavabı verilmişdir. İmtinanın dəlilləri iddiaya dair təqdim edilmiş yazılı münasibətdə göstərilənlərlə eynidir. -SOCAR Downstream Management MMC tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli arxiv arayışından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək... “Azərneftyağ" Bakı neft emalı zavodunun 5 nömrəli texnoloji sexin 501 saylı texnoloji qurğusunda texnoloji qurğu əməliyyatçısı peşəsində işləmişdir. Qeyd: Əmr 248.xx.xx.1993-cü il tarixində əmək haqqı saxlanılmaqla hərbi çağırışa göndərilir. xx.xx.1993-cü ildən N-cı ilədək Milli Orduda olub. xx.xx.N-cı ildə işə buraxılıb. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin aprel 1994-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: Delo:28, səh- 52, sıra-50, məlumatda atasının adı tam yazılmamışdır) pul təminatı ilə təmin olunmuş Artilleriya divizionun 3-cü batareyasının şəxsi heyətinin siyahısında hesab nömrəsi sıravi İddiaçı M. oğlunun adı qeyd edilmişdir. N nömrəli hərbi hissənin may 1994-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: Delo:30, səh 15, sıra 50, məlumatda atasının adı tam yazılmamışdır) pul təminatı ilə təmin olunmuş Artilleriya divizionun 3-cü batareyasının şəxsi heyətinin siyahısında hesab nömrəsi sıravi İddiaçı M. oğlunun adı qeyd edilmiş, lakin məvacib alması barədə imzası qeyd edilməmişdir. N nömrəli hərbi hissənin iyun 1994-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi əlləri qovluğunda (əsas: Delo:32, səh 69, sıra 42, məlumatda atasının adı tam yazılmamışdır) pul təminatı ilə təmin olunmuş Artilleriya divizionun 3-cü batareyasının şəxsi heyətinin siyahısında hesab nömrəsi sıravi İddiaçı adı qeyd edilmiş, lakin məvacib alması barədə imzası qeyd edilməmişdir. Həmin məktuba əlavə edilmiş: N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 138 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, Tovuz rayon hərbi komandanlığı tərəfindən ehtiyat qüvvə kimi N nömrəli hərbi hissəyə təhvil verilmiş təkrar çağırışçılar hissənin tərkibinə daxil edilsinlər və təminatlarla təmin olunsunlar. Sıravi İddiaçı-Art.divizionu 6-cı tağım nomer pasçot N N №li hərbi hissənin komandiri. P.p-k imza Əliyev.M, N №li hərbi hissənin q/rəisi. Kn Novruzov.D. Qeyd: Əmr olduğu kimi köçürülmüşdür. Əmr hərbi hissənin qərargah rəisi tərəfindən imzalanmamışdır. xx.xx.2022-ci il. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 180 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, aşağıda adları göstərilən hərbi qulluqçular xidmət yerlərini özbaşlarına tərk etdiklərinə görə ştatdan kənar edilsinlər və bütün növ təminatlardan azad olunsunlar və siyahı Təşkilat Səfərbərlik idarəsinə göndərilsin (Artilleriya Divizionu) 7. Sır. İddiaçı - 3 batar. 8 atəş tağımı-hesab nömrəsi 812 Ns-li hərbi hissənin komandiri polkovnik leytenant: imza M.Əliyev Qərargah rəisi vəzifəsini icra edən mayor imza S.Sərkərov Əmr olduğu kimi köçürülmüşdür. -N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 212 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, aşağıda adları göstərilən hərbi qulluqçular hissəni özbaşlarına tərk etdiklərinə görə hissənin tərkibindən və bütün növ təminatlardan azad edilsinlər, sənədlər Azərbaycan Respublikası Hərbi Komissarlığına, siyahı Azərbaycan Respublikası SQBQR-nin Təşkilati Səfərbərlik İdarəsinə göndərilsin. 95. Sıravi. İddiaçı – Art.divizion. N №li hərbi hissənin komandiri. Polkovnik leytnant: imza M.Əliyev.812№li h/h q/r vəzifəsini icra edən mayor imza S.Sərkərov. Qeyd: Əmr olduğu kimi köçürülmüşdür. -Müvafiq sorğuya cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubla xx.xx.1967-ci il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı şəxsi uçot kartasının və 1993-N-cı illərdəki hərbi xidməti barədə mövcud olan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş: Hərbi qeydiyyat kartından görünür ki, İddiaçı 05 yanvar N-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 3/5-9228 nömrli 08 dekabr 1995-ci il tarixli Əmrinə əsasən ehtiyata buraxılmışdır. Səfərbərliklə Milli Ordu sıralarına çağırılmış hərbi vəzifələrin əlifba kitabından Çıxarışdan görünür ki, X7 xx.xx.1993-cü ildə, N nömrəli hərbi hissəyə təhkim edilmiş, xx.xx.N-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin 3/5-9228 nömrli 08 dekabr 1995-ci il tarixli Əmri ilə ehtiyata buraxılıb. Müdafiə Nazirliyi baş X6 Arxivi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsinə ünvanlanmış məktubun təsdiq olunmuş surətindən görünür ki, vətəndaş İddiaçı həqiqətən də xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Lakunar angina. Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın 1994-cü ilə məxsus 3 №-li "Stasionar xəstələrin qeydiyyatı" kitabının 95-ci səhifəsində olan, 3002-ci sayındakı qeyd. -AR Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən məhkəmənin iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məlumatların məhkəməyə təqdim edilməsi ilə bağlı sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, əməliyyat-sorğu kartotekasında iddiaçının barəsində heç bir məlumat yoxdur. -Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş 20 iyun 2023cü il tarixli sorğuya cavab məktubunda vətəndaş İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı cinayət işi və ya təqsirləndirici materialın olmadığı bildirilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən tələbin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra- Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Normaların məzmunundan aydın olur ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Məhkəmə qanunvericiliyin göstərilən tələblərini hazırkı mübahisəyə tətbiq edərək və cavabdehin iddiaçının hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatların olmaması barədə imtina dəlili ilə razılaşmayaraq hesab edir ki, sadalanan iş materialları ilə iddiaçının 1-ci Qarabağ müharibəsi dövründə onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş sənədlərdən göründüyü kimi, ehtiyatda olan əsgər İddiaçı oğli N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 138 nömrəli əmri ilə N nömrəli hərbi hissənin tərkibinə daxil edilərək döyüş əməliyyatları aparan (bu işin mübahisəsiz halıdır) həmin hərbi hissənin tərkibində hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən (qeydiyyat kart, Əlifba kitabından çıxarış, iddiaçının sorğularına verilmiş cavab məktubları və s.) görünür ki, xx.xx.N-cı ildə Azərbaycan Respublikası Müdafiə nazirinin 3/5-9228 nömərli, 08 dekabr 1995-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Qeyd olunan əmrin cavabdehin arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət sferasına aid olmamaqla, cavabdehin səlahiyyətləri ilə bağlı olduğundan, iddiaçının əleyhinə istifadə edilə bilməz. Məhkəmə cavabdehin digər, yəni iddiaçının hərbi xidməti dövründə xidmət yerini və hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətdən kənaraşdırılması və təminatlardan çıxarılması ilə bağlı dəlilinə münasibətdə hesab edir ki, bu hal iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina əsası kimi çıxış edə bilməz. Belə ki, istinad olunan “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 10-cu yarımbəndinin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Normanın məzmunundan çıxış edərək bildirilir ki, şəxsə o halda müharibə veteranı adı verilməsi istisna edilir ki, o, döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və xidmət yerini tərk etdiyinə görə məhkum edilmiş və ya barəsində başlanmış cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş, yaxud amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş olsun. Lakin aparılan araşdırma ilə iddiaçı ilə bağlı qeyd olunan halların mövcudluğu müəyyən edilməmiş, cavabdeh tərəfindən də məhkəməyə əksini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Odur ki, iddiaçı sözügedən məhdudlaşdırıcı müddəanın təsiri altına düşmədiyindən məhkəmə cavabdehin bu dəlilini də əsaslı hesab etmir. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı sübuta yetirildiyindən iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanunazidd olmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-459/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-459/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver