Məhkəmə qərarları › İş №2-1(112)-4590/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4590/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4590/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “təqaüdün və təzminatın ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “təqaüdün və təzminatın ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2000-ci ildə şəhid olmuş X7 xx.xx.1999-cu il tarixində doğulmuş oğlu kimi ona 18 yaşına çatanadək, yəni xx.xx.2017-ci il tarixinədək ödənilməli olan təqaüdün ümumi hesablanaraq və 11.000 (on bir min) manat təzminatın kompensassiya qismində ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2020-ci il tarixində cavabdeh orqana müraciət edərək xx xxxxxx 2000-ci il tarixində Murovdağda hərbi xidmət zamanı şəhid olmuş mərhum atası X4 ölümündən sonra 11.000 (on bir min) manat məbləğində sığorta ödənişinin və o, 18 yaşına çatana kimi ona hər ay ödənməli olan təqaüdün hesablanaraq birdəfəlik ona ödənilməsini xahiş etmişdir. O, öz müraciətini onunla əsaslandırmışdır ki, X2 anası X10 ilə ailə qurmuş, nikahlarını rəsmiləşdirə bilməsələr də, birgə nikahlarından xx xxxxxxxx 1999-cu il tarixində o, doğulmuşdur. X2 hərbi xidmətə çağırılmış və xx xxxxxx 2000-ci il tarixində Murovdağda döyüş gözləmə mövqeyində xidməti vəzifəsini yerinə yetirərkən qar tarına düşmüş, aşağı temperaturun orqanizmə təsiri bədənin ümumi soyuması nəticəsində ölmüşdür. X9 şəhidlik statusu verilməsindən əsassız imtina edilmiş, sonradan sonuncunun şəhid olması faktı təsdiqlənmişdir. Mərhumun vərəsəsi kimi məhkəmə tərəfindən atasının X11 olması faktının müəyyən edilməsilə o, tanınmışdır. O, Azərbaycan Ordusunun tərkibində cəbhə bölgəsində müddətli həqiqi hərbi xidmət keçərkən xx.xx.2019-cu il tarixində anası ona verdiyi etibarnamə əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə məktubla müraciət etmiş, lakin heç bir cavab almamışdır. Bundan sonra həqiqi müddətli hərbi xidmətdən təxris edildikdən sonra eyni məsələ ilə əlaqədar o, cavabdehə müraciət edərək aidiyyatı köməkliyi xahiş etmişdir. Cavabdehin ona xx xxxxx 2020-ci il tarixli **********8 saylı məktubla verdiyi cavabında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən, birdəfəlik ödəmə 1997-ci il tarixinədək həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11.000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir və X11 2000-ci il 28 fevral tarixində həlak olduğuna görə adı çəkilən Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün Nazirlik tərəfindən onlara birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa, xüsusən, həmin Qanunun 4-cü maddəsinə və 5-ci maddəsinin a) bəndinə istinad edilərək sığorta ödənişinin verilməsilə bağlı məsələyə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etməyi tövsiyə edilmişdir. Eyni zamanda həmin cavabında cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalar”nın 2-ci bəndinə əsasən, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü şəhidin arvada (ərinə), valideynlərinə, 18 yaşına çatmamış uşaqlarına (tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təhsil bitənədək, lakin ən çoxu 23 yaşına çatanadək), 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına və qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə təyin olunmasını bildirmişdir və buna istinad edərək onun yuxarıda sadalanan şəxslər kateqoriyasına aid olmadığı əsas gətirilərək ona “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü’nün təyin edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı bildirilmişdir. Hesab edir ki, cavabdehin ona birdəfəlik 11.000 manat ödəmənin verilməsi məsələsilə bağlı tövsiyəsi qəbuledilən olsa da, ona “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsinin qanunvericilikdə nəzərdə tutulmaması barədə cavabdehin arqumentləri qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, onun X2 qeyd etdiyi kimi, xx xxxxxx 2000-ci il tarixində Murovdağda döyüş gözləmə mövqeyində xidməti vəzifəsini yerinə yetirərkən donma nəticəsində həlak olsa da, uzun müddət atasına verilməli şəhidlik adından və müvafiq imtiyazlardan yararlanmaqdan qanunsuz və əsassız olaraq məhrum edilmişlər. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməklə, xx.xx.2000-ci ildə şəhid olmuş X7 xx.xx.1999-cu il tarixində doğulmuş oğlu kimi ona 18 yaşına çatanadək, yəni xx.xx.2017-ci il tarixinədək ödənilməli olan təqaüdün ümumi hesablanaraq ödənilməsi və cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurlmuş ziyanın əvəzi kimi 11.000 (on bir min) manat təzminatın kompensassiya qismində ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək və iddiaya dair yazılı etiraz təqdim edərək göstərmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il Fərmanına əsasən, birdəfəlik ödəmə 1997-ci il avqustun 2-dək həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11.000 (on bir min) manat məbləğində (qanunvericilikdə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanı əməkdaşlarının vərəsələrinə verilir. Lakin, iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçının atası mərhum X12 2000-ci il 28 fevral tarixində həlak olmuşdur. Bu səbəbdən Fərmanın tətbiq dairəsinə düşmür. Bundan başqa, iddiaçının iddia tələbinin ikinci hissəsi ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi qaydalarının 2-ci bəndinə əsasən, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: arvadına (ərinə); valideynlərinə; 18 yaşına çatmamış uşaqlarına (tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək) və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Lakin, İddiaçı iş materiallarına əlavə edilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsindən məlum olur ki, o, yuxarıda adı sadalanan şəxslər siyahısına aid deyil. Həmçinin, bildirilir ki, hər bir hüquq, status onu təsdiqləyən rəsmi sənədlərlə yaranır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Nazirlər kabinetinin 10 saylı Qərarında şəhid ailələrinin statusunun yaranması anı müəyyən olunmuşdur. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən “şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.” Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. X1 xx xxxxxx 2000-ci il tarixində Murovdağda döyüş gözləmə mövqeyində xidməti vəzifəsini yerinə yetirərkən qar tarına düşərək, aşağı temperaturun orqanizmə təsiri, bədənin ümumi soyuması nəticəsində şəhid olması faktı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2019-cu il tarixli arayışına əsasən təsdiqlənmişdir. Belə ki, şəxsin şəhid ailə üzvü kimi statusu ölüm faktı barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayşına əsasən yaranmışdır. Cavabdehin nümayəndəsi qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1999-cu il tarixdə doğulmuşdur. AZ seriyalı 049474 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2000-ci ildə bədənin ümumi soyuması nəticəsində ölmüşdür. Quba Rayon Məhkəməsinin 2-36 №li xx.xx.2001-ci il tarixi qətnaməninin surətindən görünür ki, qeyd olunan qətnamə ilə ərizəçi X5 ərizəsi təmin edilərək, xx xxxxxxxx 1999-cu il tarixdə doğulmuş Əlyar adlı uşağın atasının X11 olması faktı müəyyən edilmişdir. AZ-İ seriyalı 372624 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1999-cu ildə X3 doğulmuş İddiaçı atası hesab edilmişdir və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2020-ci ilin 02 ayının 06-cı günündə 14 nömrə ilə qeyd eilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən X8 ünvanlanmış xx.xx.2019-cu il tarixli A/2980 saylı məktubda göstərilmişdir ki, N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli əmrindən çıxarışına, xx.xx.2000-ci il tarixli 08 №-li ölüm haqqında həkim şəhadətnaməsinə, eləcə də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli HP-xx/xx-6728 №-li məktubuna əsasən, əsgər Məlik Gülbabayev xx.xx.2000-ci il tarixdə döyüs gözləmə mövqeyində xidməti vəzifəsini verinə yetirərkən qar tarına düşmüş və “Aşağı temperaturun orqanizmə təsiri, bədənin ümumi soyuması” nəticəsində ölmüşdür. Məlum olduğu kimi, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1 -ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Bu səbəbdən mərhum X11 yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əsasən “şəhid” hesab edilir. X13yıtmaz itkilərin uçot sənədlərinə (aidiyyəti jurnal və siyahılara) şəhid hesab edilən hərbi qulluqçu kimi əlavə olunmalı, ailəsi tələb olunan arayışla təmin edilməli və Xidmət rəisinin müvafiq göstərişlərini rəhbər tutaraq ailəsi diqqət mərkəzində saxlanılmalıdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 191 saylı arayışdan görünür ki, X11 xx.xx.2000-ci ildə döyüş gözləmə mövqeyində xidməti vəzifəsini yerinə yetirərkən bədənin ümumi don vurması nəticəsində şəhid olmuşdur. İddiaçının “şəhid ailəsinin imtiyazlarından istifadə edilməsi və birdəfəlik ödəmənin verlməsi ilə bağlı” müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********8 saylı məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən, birdəfəlik ödəmə 1997-ci il 2 avqust tarixinədək həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11.000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. X12 2000-ci il 28 fevral tarixində həlak olduğuna görə, adıçəkilən Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün, Nazirlik tərəfindən ona birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydaları və şərtləri müəyyən edilmişdir. Həmin Qanunun 5-ci maddəsinin “a)” bəndinə uyğun olaraq, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə, Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş 11.000 (on bir min) manat məbləğində sığorta ödənişi verilir. Adıçəkilən Qanunun 3-cü maddəsinə uyğun olaraq, hərbi qulluqçuların sığortaçısı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, sığorta ödənişinin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etməyi tövsiyə olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalan”nın 2-ci bəndinə əsasən, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin şəhidin arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış uşaqlarına (tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına və qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə təyin edilir. O, yuxarıda sadalanan şəxslər kateqoriyasına aid olmadığı üçün, Nazirlik tərəfindən Sizə "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" nün təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Beləliklə iddiaçının iddia ərizəsindən də göründüyü kimi onun cavabdeh inzibati orqana qarşı tələbi iki hissədən, birinci hissədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”na əsasən şəhid olmuş X7 oğlu kimi ona 18 yaşına çatanadək ödənilməli olan "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün, ikinci hissədə isə cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurlmuş ziyanın əvəzi kimi 11.000 (on bir min) manat məbləğində təzminatın kompensassiya qismində ödənilməsindən ibarətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçının şəhid olmuş X7 oğlu kimi ona 18 yaşına çatanadək ödənilməli olan "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir (bənd 1). "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: arvadına (ərinə); valideynlərinə; 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə (bənd 2). Şəhidin 2.3-cü və 2.4-cü yarımbəndlərdə göstərilən ailə üzvləri tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək ödənilir (bənd 3). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd olunan tələblə 2020ci ildə cavabdeh inzibati orqana müraciət etmiş xx.xx.1999-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nda göstərilmiş şəxslər kateqoriyasına aid deyildir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının öz izahatından da müəyyən olunduğu kimi, şəhidin oğlu olan iddiaçının müvafiq təqaüdün ödənilməsi üçün müraciət etdiyi zaman yaşı 18-dən yuxarı olmuş, onun heç bir əlilliyi yoxdur və o, heç bir təhsl müəssisəsində təhsil almır. Belə olan halda iddiaçı qeyd olunan tələblə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. İddiaçı tərəfindən hazırki iddia ərizəsində qeyd olunan cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurlmuş ziyanın əvəzi kimi 11.000 (on bir min) manat məbləğində təzminatın kompensassiya qismində ödənilməsi tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, onun tərəfindən qeyd olunan tələblə adı çəkilən inzibati orqana (nə bilavasitə, nə də ki, digər orqanlar vasitəsilə) heç bir müraciət olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən özünün yardım etmək vəzifəsini icra edərək iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsini təklif etmiş, iddiaçı bundan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “təqaüdün və təzminatın ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar