Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4590/2022 18.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçınun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə (3-cü şəxslər X2, X4 və X3) qarşı qərarın ləğv olunması və s tələbi barədə inzibati mübahisəyə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə (3-cü şəxslər X2, X4 və X3) qarşı Sabunçu rayon məhkəməsinin 2 (008)-7308/2021 saylı mülki iş üzrə qəbul edilən 18.11.2021-ci il tarixli qərarın ləğv olunması, vəzifəli, hüquqi və fiziki şəxslərin hərəkətləri ( hərəkətsizlikləri) cinayət məsuliyyətinin predmeti olduğundan qanunsuz və qanunasizdd hesab olunması, Azərbaycan Respublikasının İnzibati Məcəlləsinin 62-ci maddəsini rəhbər tutaraq, inzibati iş üzrə icraatda İddiaçı zərərçəkmiş fiziki şəxs hesab olunması, Sabunçu rayon məhkəməsinin 2(008)-7308/2021 saylı mülki iş üzrə 18.11.2021-ci il tarixində qəbul etdiyi qərar ləğv olunması ilə yanaşı, inzibati iş materiallarının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120, 126.2.1, 134, 150.2.5 (hədə-qorxu), 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələri üzrə cinayət işinin qaldırılmasına dair qərarın verilməsi məqsədilə təhqiqat üçün Prokurorluğa göndərilməsinə dair ayrıca qərar qəbul edilsinbarədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi göndərilmiş, habelə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilməklə şifahi məhkəmə baxışı iclasına çağırılmış, lakin tərəflərdən cavabdehlər və 3-cü şəxslərin nümayəndələri səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Odur ki, məhkəmə hesab edir ki, işə qeyd olunan tərəflərin iştirakları olmadan baxıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından məhkəmə tərəfindən iddiaçıya 21 dekabr 2021-ci il tarixdə hüquqqi yardımın göstərilməsinə dair məktub ünvanlanaraq iddia tələbinin hər bir cavabdehə münasibətdə əsaslandırılmadığı, iddia tələbinin qeyri-müəyyən olmaqla yanaşı, həmçinin inzibati icraat qaydasında baxılması mümkün olan iddia növünə aid olmadığından inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmadığı, həmçinin iddia tələbində ləğv edilməsi xahiş edilən məhkəmənin qətnaməsinin yalnız yuxarı instansiya məhkəməsi tərəfindən apelyasiya icraatı qaydasında baxılmasının qaydası izah edilmiş, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinin nədən ibarət olduğu qeyd edilmiş, buna müvafiq olaraq iddiaçının qoyduğu tələblərin İnzibati Prosessual Məcəllənin tələblərinə zidd olduğu, həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2.1-ci maddəsinə əsasən inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmadığı qeyd olunmasına baxmayaraq, iddaçı tərəfindən qeyd olunanlara müvafiq hərəkət edilməmişdir. İddianın mümkünlüyü məsələsinin araşdırılması məqsədilə təyin olunan məhkəmə iclasında həmçinin iddiaçının nümayəndəsinə qeyd olunan nöqsanların düzəldilməklə iddia tələbinin dəqiqləşdirilməsi tələb edilsə də, nümayəndə qoyduğu tələb üzrə işə baxılmasının xahiş etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq bir neçə əsasa göə hesab edir ki, iddia qeyri mümkün hesab edilməlidir. Göründüyü kimi iddiaçının tələbi yuxarıda sadalanan xüsusatlara əsasən qeyri müəyyən tələblərdən ibarət olmaqla, inzibati məhkəmə icraatında baxılmalı olan tələblərin sırasına aid edilməməsilə yanaşı, həmçinin inzibati orqan hesab edilməyən “ASAN Xidmət” mərkəzlərinin müvafiq notariat ofislərinə qarşı yönəldilmişdir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd); Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1. maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «İnzibati orqanların Təsnifatı»nın təsdiq edilməsi haqqında 2007-ci il 28 avqust tarixli, 136 №-li Qərarında isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi inzibati orqan kimi müəyyən edilməmişdir. Buna görə də inzibati orqan olmayan cavabdehlərdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi ilə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulan iddiaların 8 növü müəyyən edilmişdir. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbləri qeyri-müəyyən olmaqla yanaşı, həmçinin inzibati orqan hesab edilməyən “ASAN Xidmət” mərkəzlərinin müvafiq notariat ofislərinə qarşı yönəldilməklə, iddianın mümkünlüyü şərtlərini ödəmir. Eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə (3-cü şəxslər X2, X4 və X3) qarşı Sabunçu rayon məhkəməsinin 2 (008)-7308/2021 saylı mülki iş üzrə qəbul edilən 18.11.2021-ci il tarixli qərarın ləğv olunması, vəzifəli, hüquqi və fiziki şəxslərin hərəkətləri ( hərəkətsizlikləri) cinayət məsuliyyətinin predmeti olduğundan qanunsuz və qanunasizdd hesab olunması, Azərbaycan Respublikasının İnzibati Məcəlləsinin 62-ci maddəsini rəhbər tutaraq, inzibati iş üzrə icraatda İddiaçı zərərçəkmiş fiziki şəxs hesab olunması, Sabunçu rayon məhkəməsinin 2(008)-7308/2021 saylı mülki iş üzrə 18.11.2021-ci il tarixində qəbul etdiyi qərar ləğv olunması ilə yanaşı, inzibati iş materiallarının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120, 126.2.1, 134, 150.2.5 (hədə-qorxu), 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələri üzrə cinayət işinin qaldırılmasına dair qərarın verilməsi məqsədilə təhqiqat üçün Prokurorluğa göndərilməsinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Fərid Mədətli İş 2-1-(112)-4590/2022 QƏRARDAD (ərizənin mümkün sayılmaması haqqında) Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi 18 yanvar 2022-ci il Bakı şəhəri Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçınun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə (3-cü şəxslər X2, X4 və X3) qarşı qərarın ləğv olunması və s tələbinə dair inzibati iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə iddiaçının ərizəsinə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə (3-cü şəxslər X2, X4 və X3) qarşı Sabunçu rayon məhkəməsinin 2(008)-7308/2021 saylı mülki iş üzrə qəbul edilən 18.11.2021-ci il tarixli qərarın ləğv olunması, vəzifəli, hüquqi və fiziki şəxslərin hərəkətləri ( hərəkətsizlikləri) cinayət məsuliyyətinin predmeti olduğundan qanunsuz və qanunasizdd hesab olunması, Azərbaycan Respublikasının İnzibati Məcəlləsinin 62-ci maddəsini rəhbər tutaraq, inzibati iş üzrə icraatda İddiaçı zərərçəkmiş fiziki şəxs hesab olunması, Sabunçu rayon məhkəməsinin 2(008)-7308/2021 saylı mülki iş üzrə 18.11.2021-ci il tarixində qəbul etdiyi qərar ləğv olunması ilə yanaşı, inzibati iş materiallarının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120, 126.2.1, 134, 150.2.5 (hədə-qorxu), 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələri üzrə cinayət işinin qaldırılmasına dair qərarın verilməsi məqsədilə təhqiqat üçün Prokurorluğa göndərilməsinə dair ayrıca qərar qəbul edilsinbarədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 18 yanvar 2022-ci il tarixli qərardadına əsasən iddianın mümkün hesab edilməməsi qərara alınmışdır. İddiaçı həmçinin 18 yanvar 2022-ci il tarixdə məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ev 7, mənzil 99 (reyestrdən çıxarış № 1455423), ünvan 1 ünvanlarda yerləşən mənzillərin digər 3-cü şəxslərə satılması, Azərbaycan Respublikası banklarında girov qoyulmasının X1 qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə mümkün sayılmamalıdır. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədən görünür ki, ərizənin əsası kimi məhkəməyə təqdim edilmiş iddia ərizəsinə istinad edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia tələbində qoyulan tələblər inzibati icraat qaydasında baxılmalı olan iddia növünə aid edilmədiyindən və iddia qeyri mümkün hesab edildiyindən və hazırkı ərizə də həmin tələbdən irəli gəldiyindən iddinın uğurluluq ehtimalının olmaması əsası ilə hazırkı ərizə təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Prosessual qanunvericiliyin tələbinə görə müvəqqəti xarakterli müdafiə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olması, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən: 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Məhkəmə onu da qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri institutu qanunvericilikdə tərəflərin istənilən məsələ ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsini deyil, gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədini daşımaqla, müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməməli olmasını təzahür etdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20.04.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, "Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqğı təzahür edir”. Sadalanan xüsusatlara əsasən Məhkəmə hazırki müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin mümkünlülük əsasını yoxlayarkən inzibati məhkəmə icraatında baxılmasının mümkünlüyü, ümumiyyətlə məsələnin inzibati məhkəmənin səlahiyyətinə aid olub-olmaması baxımından qiymətləndirərək ərizənin qeyri-mümkünlüyü nəticəsinə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 40, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı ərizəsi mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4590/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4590/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver