Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4597/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə baxış iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, İddiaçı “Çernobıl AES-də 30 kilometrlik zona (köçürülmə zonası daxilində) qəza nəticələrini aradan qaldırmaq işində iştirak etmiş şəxslərə bəzi əlavə güzəştlər haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 20 dekabr 1990-cı il tarixli, 577 saylı qərarına əsasən, 22.02.1986cı il tarixdən 08.08.1986-cı il tarixədək (166 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 2992.00 rublun 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 22.02.1986-cı il tarixdən 08.08.1986-cı il tarixədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. 18.12.1991-ci il tarixdən İddiaçı 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin İddiaçı əmək pensiyası təyin edilərkən orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınmamışdır. İnzibati orqana pensiyanın yenidən hesablanması üçün müraciət etmiş, lakin inzibati orqan müraciətinə imtina etmişdir. Qanunvericilik normalarından göründüyü kimi, pensiyanın orta aylıq əmək haqqından faiz nisbi ilə hesablanması müəyyən edilmişdir. Orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənclərə sığorta haqları hesablanan bütün gəlirlər aid edilmişdir. Xüsusi qayda kimi isə gəlirlərə birdəfəlik ödənclərin aid edilməməsi və pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqının nəzərə alınması qeyd edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın imtinası əsassız hesab olunmalı və İddiaçı “Çernobıl AES-də 30 kilometrlik zona (köçürülmə zonası) daxilində qəza nəticələrini aradan qaldırmaq işində iştirak etmiş şəxslərə bəzi əlavə güzəştlər haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 20 dekabr 1990-cı il tarixli, 577 saylı qərarına əsasən, 22.02.1986-cı il tarixdən 08.08.1986-cı il tarixədək (166 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 2992.00 rublun 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə əmək pensiyası məbləği yenidən hesablanmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən 22.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində İddiaçı “Çernobıl AES-də 30 kilometrlik zona (köçürülmə zonası) daxilində qəza nəticələrini aradan qaldırmaq işində iştirak etmiş şəxslərə bəzi əlavə güzəştlər haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 20.12.1990-cı il tarixli, 577 saylı qərarına əsasən 22.02.1986-cı ildən 08.08.1986-cı il tarixədək (166 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 8611.51 rublun 4 qat məbləği 25.4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin AR ƏƏSMN-nin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iş materiallarına əlavə edilmişdir. İş üzrə cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazda bildirilmişdir ki, İddiaçı 22 fevral 1986-cı il tarixdən 08 avqust 1986-cı il tarixədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmış və bununla əlaqədar ona Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı daha sonra DSMF yerli şöbəsinə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və 01.01.1993-cü il tarixdən ona əlilliyə görə pensiya təyin olunmuşdur. Hazırda vətəndaşın əmək pensiyasının məbləği 388 manat 80 qəpik təşkil edir. İddiaçı Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətləri ilə indeksasiya edilərək əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1993-cü il 10 sentyabr tarixli məktubunda ifadə olunduğu kimi əmək pensiyasının dörd qat əmək haqqı məbləğində müəyyən edilmiş mükafat əsasında hesablanması qeyri-mümkündür və bu səlahiyyət “X1 haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. İddiaçının Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyəti dövründə almış olduğu mükafatın pensiya hesablanarkən hansı şəkildə nəzərə alınmasını müəyyən etmək üçün aşağıdakı xüsusatlara nəzər yetirmək lazımdır: pensiya hesablanarkən nəzərə alınan əmək haqqı məbləği, pensiya təyin edilərkən nəzərə alınan dövrlər və pensiya hesablanarkən hansı məbləğdə əmək haqqının nəzərə alınmasını müəyyən etmək üçün sözügedən Qanunun 80 və 83-cü maddələri birlikdə şərh olunaraq hazırkı işə tətbiq edilməlidir. Pensiya təyin edilərkən əmək haqqı nəzərə alınan dövrlərin müəyyən edilməsi isə sözügedən Qanunun 71 və 83.1-ci maddələrinin tələbləri qaydasında həyata keçirilir. Sözügedən Qanunun 71-ci maddəsinə əsasən “pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır”. Həmin Qanunun 83.1-ci maddəsinə əsasən “pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır.Qeyd olunanlardan aydın olduğu kimi iddiaçının iddia etdiyi 3396 rubl məbləğin 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətləri ilə indeksasiya edilərək əmək pensiyası məbləğinin yenidən hesablanması qaydası qanunvericilikdə müəyyən olunmamışdır, belə ki, hazırkı iddia tamamilə, əsassızdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu qeyd edərək, rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan 19 yanvar 2007-ci ildə verilmiş 53 №-li “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, 1952-ci il təvəllüdlü İddiaçı 22.02.-08.08.1988-ci il tarixdə Çernobıl AES-də baş verən qəzanın aradan qaldırılmasında iştirak etmişdir (əsas: hərbi komissarlığın təqdim etdiyi 52 saylı 25.12.06-cı il tarixli arayış). Qəza zonasının 30 km-də işləyərkən şüalanma dozası almışdır. Bundan sonra baş ağrıları, baş gicəllənmə, əsəbilik, ümumi zəiflik şikayətləri əmələ gəlmişdir. 31.10.1991-ci il tarixdə xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurası tərəfindən «Radiasion toksiki ensefalopatiya . NSD hipertenziv tip.Asteno-nevrotik vəziyyət. Xroniki xolesistit» diaqnozu qoyulmuş və «Xəstəlik Çernobıl AES-də qəzanın ləğvi işləri zamanı radioaktiv şüalanma ilə əlaqəlidir» rəyi verilmişdir. 09.07.-27.08.1993-cü ildə Bakı şəhər 5 saylı klinik xəstəxanada «Qabarıq asteno-nevrotik vəziyyət. Serebral araxnodit, hipertonik sindromla» diaqnozu ilə stasionar müalicə alıb. Diaqnozun və ekspert rəyinin dəqiqləşdirilməsi üçün MN ştatdankənar baş nevropatoloqu, baş psixiatrı və baş kardioloqu ilə konsultasiya aparılmışdır. Diaqnoz və xəsarətin (travmanın, yararlanmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Postradiasion mənşəli İ (birinci) mərhələ xroniki toksiki dissirkulyator ensefalopatiya. Hipertoniya xəstəliyi İ (birinci) mərhələ. Ürəyin işemik xəstəliyi. Aorta və tac damarların aterosklerozu. Aterosklerotik Kardioskleroz. QDÇ-0 Baş beynin üzvü zədələnməsindən sonrakı asteno –nevrotik təzahürlər. Presbiopiya 2,0 D. Xroniki kalkulyoz xolesistit, remissiya mərhələsində. İşdə olan İddiaçı pensiya işinin təsdiq olunmuş surətindən görünür ki, o, 1993-cü il tarixdən ÇAES-də baş vermiş qəzanın aradan qaldırılması zamanı aldığı xəsarətlərlə əlaqədar əlilliyə görə əmək pensiyası alır. İşdə olan İddiaçı pensiya işində olan Xətai rayon hərbi komissarlığı tərəfindən verilmiş 17.01.1992-ci il tarixli 1/144 №-li arayışında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 22.02.1988-ci il tarixdən 08.08.1988-ci il tarixədək ÇAES-də baş vermiş qəzanın aradan qaldırılması zamanı 8611,51 rubl 51 qəpik əmək haqqı almışdır. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli 125/24 nömrəli əmək haqqı cədvəlindən görünür ki, İddiaçı 1988-1991-ci illərdə cəmi 47773,75 (qırx yeddi min yeddi yüz yetmiş üç rubl, yetmiş beş qəpik) rubl əmək haqqı hesablanmışdır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı İddiaçı ünvanlanmış 27 yanvar 2021-ci il tarixli **********3 nömrəli məktubdan görünür ki, “X1 Haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə uyğun olaraq təqdim etdiyi sənədlərlə orta aylıq əmək haqqı əsasında iddiaçıya 18.12.1991-ci il tarixdə İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur.Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi 01.01.2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir.Həmçinin Qanunun 26.1-ci maddəsinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının ümumi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır.“Əmək pensiyaları haqqında" Azərbaycan Respublkası Qanununa 01.05.2008-ci ildə edilmiş dəyişikliyə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır.Qeyd olunan maddə 2008-ci il yanvarın 1dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir.Eyni zamanda Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.Qeyd olunanlara əsasən əlilliyə görə əmək pensiyasının təqdim etdiyi əmək haqqı və digər sənədlər əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna verilmiş 04 iyun 2021-ci il tarixli **********4 nömrəli məktubdan görünür ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunan zaman 4 qat məbləğ nəzərə alınmamışdır. Həmçinin İddiaçı əlilliyə görə təyin olunmuş əmək pensiyası yenidən hesablanmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 22 fevral 1986cı il tarixdən 08 avqust 1986-cı il tarixədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmış və bununla əlaqədar ona Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı daha sonra müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və 01.01.1993-cü il tarixdən ona əlilliyə görə pensiya təyin olunmuşdur. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətləri ilə indeksasiya edilərək əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin ona birdəfəlik ödənilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun düzgün hesablandığını bildirərək, tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir... Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrı-seçkiliyin tətbiq olunmasını qadağan edir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş şərti maliyyə vahidi və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Həmin Qanunun 73-cü maddəsinə əsasən mövcud qaydalara görə sığorta haqları hesablanan əmək haqqının və mükafatın bütün növləri, o cümlədən əvəzçiliyə, istirahət və bayram günlərində işə, iş vaxtından əlavə işə görə və mülki hüquq müqavilələri üzrə verilən əmək haqqı pensiya hesablanarkən gəlirin ümumi məbləğinə daxil edilir. Bu zaman birdəfəlik ödənclər (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, işdənçıxma müavinəti və s.) nəzərə alınmır. Həmin Qanunun 78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. “X1 haqqında” Qanunun 83-cü maddəsinə əsasən (29 avqust 1995-ci il tarixli 1090 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiya) müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi hesablana bilər: 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə - Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dörd qat məbləğindən, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beş qat məbləğindən. Həmin Qanunun 80-ci maddəsinin 2-ci bəndində aşağıdakı kateqoriyadan olan şəxslər dairəsi müəyyən edilmişdir: İş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: a) Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; b) köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); c) köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; d) həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər; e) 1987-ci ilin aprelin 21-dən 1990-cı ilin dekabrın 31-ə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər; f) Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri. Yuxarıda qeyd edilənlərdən görünür ki, vətəndaşın pensiya məbləği müəyyən olunarkən onun Çernobl AES-də aldığı məbləğin 25.4-ə vurulmaqla hesablanması qaydası müəyyən edilməmişdir. Pensiya təyin edilərkən əmək haqqı nəzərə alınan dövrlərin müəyyən edilməsi isə “X1 haqqında” Qanunun 71 və 83.1-ci maddələrinin tələbləri qaydasında həyata keçirilir. Həmin Qanunun 71-ci maddəsinə əsasən “pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır”. Həmin Qanunun 83.1-ci maddəsinə əsasən “pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Qeyd olunanlardan göründüyü kimi iddiaçının iddia etdiyi məbləğin 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətləri ilə indeksasiya edilərək əmək pensiyası məbləğinin yenidən hesablanması qaydası qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddia tələbi əsassız oluğundan təmin edilməməlidir. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi 01.01.2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 26.1-ci maddəsinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının ümumi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublkası Qanununa 01.05.2008-ci ildə edilmiş dəyişikliyə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd olunan maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Həmçinin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Beləliklə, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın imtinası qanunun tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4597/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4597/2021
05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver