Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4597/2022 16.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı1 (ünvan 1 ünvanda yaşayan), Cavabdeh “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X7 “X6” X7 3 nömrəli Doğum Evinin nümayədəsi X1 (Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan) iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X7 “X6” X7 3 nömrəli Doğum Evinə qarşı “tibbi şəhadətnamənin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Yurievna cavabdeh “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X7 “X6” X7 3 nömrəli Doğum Evinə qarşı məhkəməyə müraciət edərək, yeni doğulmuş uşağa 103 saylı formanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, onlar vətəndaş nikahında birgə yaşadıqları dövrdə övladları dünyaya gəlmişdir. “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliiyi ”X8, X6 Publik Hüquqi Şəxsi, 3 nömrəli Doğum Evi doğulmuş uşaq üçün 103 saylı forma verməkdən imtina edirlər. Belə ki, İddiaçı1 uşağın atası olaraq dəfələrlə cavabdeh orqana yazılı və şifahi müraciət etsə də, həmin 103 saylı formanı ona verməkdən imtina etmişlər. Həyat yoldaşı uzun illərdir ki Bakı şəhərində yaşayır. Amma doğum şəhadətnaməsindən başqa heç bir sənədi olmadığından doğulmuş uşağa bu formanın verilməsindən imtina olunur. Hal-hazırda uşaq sağlam şəkildə böyüyür, iddiaçı bilmir ki, uşağa necə doğum şəhadətnaməsi alsın. Uşağın gələcəkdə məktəbə getməsi və bir vətəndaş kimi tanınmasını təmin edə bilmir. Cavabdeh tərəfindən uşağın anasının şəxsiyyət vəsiqəsi olmaması bəhanə gətirilərək ona bu 103 saylı forma verilmir. Belə çıxır ki,bu uşaq bir insan kimi qeydiyyata alınmır. İddiaçı bildirir ki, o Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycanda doğulmuş və yaşamışdır. Sözügedən təşkilatlar 103 saylı formanı iddiaçıdan tələb edirlər. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında İddiaçı1 iddia ərizəsində qeyd olunanlardan əlavə məhkəmə iclasında verdiyi izahatında həmçinin onu da qeyd etdi ki, övladının anası İddiaçı2 Türmənistan vətəndaşıdır və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayədəsi X2 iddia ərizəsinə etiraz edərək verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 №li Qərarırının 2.7-ci bəndinə müvafiq olaraq İddiaçı2 xx.xx.2020-ci il tarixdə 3 №li doğum evində uşağ dünyaya gətirmiş, lakin şəxsiyyətinin təsdiq edən heç bir sənəd təqdim etmədiyindən uşaq sənədsiz kimi qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən iddianı əsassız hesab edir və rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -AA2001318 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı1 xx.xx.1990-ci ildə Bakı şəhərində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. - ЛК № 251418 nömrəli İddiaçı2 aid doğum haqqında şəhadətnamənin surətindən görünür ki, o 14 fevral 1991-ci il tarixdə Türkmənbaşı şəhərində doğulmuşdur. -“Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X7 “X6” X7 3 nömrəli Doğum Evi tərəfindən iddiaçının müraciətinə dair verilən 07 oktyabr 2021-ci il tarixli məktubda iddiaçının sorğusuna cavab olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixində İddiaçı2 qeysəriyyə kəsiyi əməliyyatı yolu ilə qadın cinsində, çəkisi 3200,0, boyu 52 sm uşaq dünyaya gətirmişdir. Lakin ananın şəxsiyyətini təsdiqləyəcək heç bir sənədi olmadığından ona forma 103 verilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi “X6” X8 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanan 29 dekabr 2021-ci il tarixli, 126 №li məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 №li Qərarırının 2.7-ci bəndinə əsasən 3 №li doğum evində xx.xx.2020-ci il tarixində doğulmuş uşağa 103 saylı forma, uşağın anası İddiaçı2 şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün verilməmişdir. Yenidoğulmuş, X4 sistemində sənədsiz kimi qeydiyyata alınmışdır. Beləliklə, işdə olan sənədlərdən məlum olur ki, xx.xx.2020-ci il tarixində İddiaçı2 uşaq dünyaya gətirmiş, O, şəxsiyyətini təsdiq edən heç bir sənədi təqdim etmədiyindən 3 №li doğum evi tərəfindən 103 saylı forma verilməmiş, uşaq Vahid Reyestr sistemində sənədsiz kimi qeydiyyata alınmışdır. Hazırkı iddia tələbi əsasında iddiaçılar qeyd olunan 103 saylı formanın cavabdehin üzərinə qoyulmasını tələb edirlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydaları»nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.7. Valideynlərin birinin sənədlərini üzürlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadıqda Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması tələb olunur. Göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 istinad olunan Qaydaların 2.7-ci bəndinin tələbi baxımından uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər ikisnin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması imperativ qaydada tələb olunur. Lakin məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, İddiaçı2 Türkmənistan vətəndaşıdır və şəxsiyyətini təsdiq edən sənədi inzibati orqana təqdim etməmişdir. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçıların övladlarının doğumu ilə bağlı 103 saylı formanın verilməsinin cavabdehin üzərinə qoyulması tələbində haqlı deyillər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçıların övladlarının doğumu ilə bağlı 103 saylı formanın verilməsi tələbindən qanuni əsaslarla imtina olunduğundan, işin bu cür halında isə cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməsi hər hansı dəlil ilə sübuta yetirilmədiyindən, iddiaçılar İddiaçı1, İddiaçı2 iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2., 34.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4597/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4597/2022
16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver