Məhkəmə qərarları › İş №2-1(112)-4598/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4598/2025

21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4598/2025 21.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X57 Valeh oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı üçüncü şəxslər X22 və X23 cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanda yerləşən evdə qeydiyyatda olan xx.xx.1990-ci il təvəllüdlü X24, xx.xx.2005-ci il təvəllüdlü X29, xx.xx.1977-ci il təvəllüdlü X14, xx.xx.2007-ci il təvəllüdlü X30, xx.xx.1958-ci il təvəllüdlü X10, 08.10.19.78-ci il təvəllüdlü X25, xx.xx.1964-ci il təvəllüdlü X15, xx.xx.1964-ci il təvəllüdlü X2, 05.01 2018-ci il təvəllüdlü X38, xx.xx.2003-cü il təvəllüdlü X23, xx.xx.1987-ci il təvəllüdlü X26 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil tam mülkiyyət hüququ üzrə ona məxsusdur. xx.xx.2019-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reysteri Publik hüquqi şəxsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reysterindən **********794-10301 qeydiyyat nömrəli çıxarış ona təqdim olunmuşdur. Ona məxsus həmin mənzildə qeydiyyata alınmış bəzi şəxslər var ki, formal olaraq qeydiyyatda olsalar da faktiki həmin mənzildə yaşamırlar. Dəfələrlə həmin şəxslərə xəbərdarlıqlarına baxmayaraq həmin şəxslər uzun müddətdir ki, qeydiyyatdan çıxmırlar. Həmin şəxslər mənzil üzərində mülkiyyət hüququnu pozurlar, o cümlədən komunal və sair ödənişlər həyata keçirərkən həmin mənzildə yaşamayan şəxslərin əvəzdən əlavə ödənişlər etməklə nəticələnir. Bununlada onun xüsusi mülkiyyət üzərində sərəncam vermək və digər hüquqları pozulur. Hal-hazırda həmin mənzildə qeydiyyatda olub, lakin yaşamayan şəxslər xx.xx.1990-ci il təvəllüdlü X24, xx.xx.2005-ci il təvəllüdlü X29, xx.xx.1977-ci il təvəllüdlü X14, xx.xx.2007-ci il təvəllüdlü X30, xx.xx.1958-ci il təvəllüdlü X10, 08.10.19.78-ci il təvəllüdlü X25, xx.xx.1964-ci il təvəllüdlü X15, xx.xx.1964-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X38, xx.xx.2003-cü il təvəllüdlü X23, xx.xx.1987-ci il təvəllüdlü X31r. Adları qeyd olunan şəxslər həmin mənzildə qeydiyyatda olsalar da həmin mənzildə yaşamırlar. Ona görədə hesab edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələb olunan şəxslər ona məxsus ünvan 1 ünvanlı mənzildən qeydiyyatdan çıxarılmalıdırlar. Bununla əlaqədər olaraq ərizə ilə Baki şəhəri, Suraxanı rayon Polis İdarəsinə müraciət edərək həmin şəxslərin ona məxsus ünvan 1 ünvanlı mənzildən qeydiyyatdan çıxarılmaları barədə müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh müraciətinə imtina edərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Hesab edilir ki, cavabdehin imtinası tam əsassızdır və onunla bağlılığı olmayan şəxslər ona məxsus mənzildən qeydiyyatdan çıxmalıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-15922/2024 saylı qərardadı ilə X24, X29, X14, X30, X16, Abdinova (Şiriyeva) Yeganə Talıb qızı, X27, X2, X38, X23, X39 və X1 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4598/2025 saylı qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “ünvan 1 ünvanında xx.xx.1978-ci il təvəllüdlü X22 və xx.xx.2003-cü il təvəllüdlü X6 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması” şəklində icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4598/2025 saylı qərardadı ilə iş üzrə X24, X29, X14, X30, X2, X38 və X26 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmişdir, cavabdeh və üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il) əsasən ünvan 1 (yeni qaydalarla: AZ 1042, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2007-ci il tarixli fərdi-yaşayış evinin bağışlama müqaviləsindən göründüyü kimi, əsasən X17 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yeləşən 17 nömrəli fərdi yaşayış evindən ona məxsus “A” tikilisini- qızı X11 bağışlamışdır. Bakı Şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qəb/209 nömrəli xx.xx.2014-cü il tarixli İddiaçı həqiqətən A.ünvan 3 ünvanında qeydiyyatdadır. Ümumi yaşayış sahəsi 29.75 kv.m olan 2 otaqlı ev İddiaçı məxsusdur. Ailə tərkibi 12 nəfərdən ibarətdir.(İddiaçı-özü, X32-oğlu, X33-qızı, X12-oğlu, X22-qardaşı yoldaşı, X28-qardaşı oğlu, X16-əmisi, X2-əmisi yoldaşı, X39-əmisi oğlu, X24-əmisi qızı, X7-əmisi nəvəsi, X18-anası) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” təqdim edilmiş ******* saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X24, X12, X29, X14, X30, X19, X16, X22, X27, X2,X32, X38, X33, X23 və X39 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 34 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2025-ci il tarixli **********164 nömrəli X8 və Mürsəl-zadə Rəna İzət qızının ərizəsindən görünür ki, X9 və X6 ünvan 1 ünvanında yerləşən yaşayış evində 2016-cı il tarixdən yaşamadıqlarını təsdiq etmişlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 34 saylı notariat ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 468 saylı xx.xx.2024-cü il tarixli məktubla xx.xx.2021-ci il tarixdə 4Ə reyestrdə 423 sıra nömrəsi ilə X3 və Gurbanova Emiliya arasında bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair qeydə alınmış notariat işinin surəti təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-52202/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, sorğuda qeyd olunan şəxslərin sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-20/2-2-131/2025 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.1978-ci il təvəllüdlü X22 və xx.xx.2003-cü il təvəllüdlü X23 2016-cı ildən indiyə kimi həmin ünvanda yaşamırlar. IV. Məhkəmənin mövqeyi Üçüncü şəxslər X22 və X23 qeyd edilən ünvanda faktiki olaraq yaşamırlar, X22 iddiaçının qardaşının yoldaşı və X23 qardaşının övladı olmaqla qohumluq əlaqəsindədir. Üçüncü şəxslərin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və X13 münasibətdə cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.... X22 və X23 2004-cü ildə qeyd edilən evə köçməklə qeydiyyata alınmışlar və 2004-cü ildə evin mülkiyyətçisi X17 olmuş və üçüncü şəxslər X22 onun gəlini və X23 nəvəsi olmuşdur. Münasibətlərin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiqi baxımıdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Qeyd edilən Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi,yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. X17 ilə üçüncü şəxs X22 arasında notariat qaydada təsdiq edilmiş razılaşma olmamışdır və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Ona görə də qeydiyyatdan çıxarılması barədə iddia bu hissədə əsaslı olmaqla təmin edilməlidir. Lakin üçüncü şəxs X23 mülkiyyətçi X4 nəvəsi olmaqla, yəni mülkiyyətçisinin ailə üzvünün yetkinlik yaşına çatmayan uşağı olmaqla evə köçdüyündən, əmlak hüquqlarının mövcudluğuna mülki mühakimə icraat qaydasında qiymət verilməli, beləliklə də iddia bu hissədə rədd olunmalıdır. Oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1268/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qeydiyyatdan çıxarılması istənilən şəxsin istifadə hüququnun olub-olmaması ümumi məhkəmədə müəyyən edilməli, əgər istifadə hüququ olmadığı müəyyən edilməklə iddia rədd edilərsə və ya istifadə hüququ itirilərsə onda hazırkı növ iddia təmin edilir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2024/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2871/2023 nömrəli qərarları). Hazırkı işdə iddiaçı evdən qeydiyyatdan çıxarmaq istədiyi şəxslərin istifadə hüququnun itirilmiş hesab edilməsi və ya istifadə hüququndan məhrum edilmə ilə əlaqədar iddia ilə ümumi məhkəməyə müraciət etmədən inzibati orqana müraciət etmiş və aldığı imtinadan sonra isə inzibati məhkəməyə iddia vermişdir. Bu tip işlərdə nəticə iddianın rədd olunması ilə yekunlaşmalı olduğundan məhkəmələr iddianı rədd etmişlər” “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Abdinova (Şiriyeva) Yeganə Talıb qızının ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddia qismən təmin edilsin. Abdinova (Şiriyeva) Yeganə Talıb qızının ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. X58

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar