Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4599/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budad oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X4, X8 və X7 olmaqla) üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X4, X8 və X7 olmaqla) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 35 ünvanda yerləşən 36 saylı mənzildən X4, X8 və X5 pasport qeydiyyatından çıxarılması öhdəliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 35, 36 saylı mənzil xx.xx.2014-cü il tarixdən alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə keçmişdir. Lakin bugünədək həmin mənzili satan şəxs X4 və ailə üzvləri X8 və X7 qeydiyyatdan çıxmamışdır. Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, X4, X8 və X5 İddiaçı məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin Yasamal rayon Polis İdarəsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi haqqında məhkəmənin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsadında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldığını əsas gətirərək müraciəti təmin etməkdən imtina etmişdir. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin imtinası əsassızdır. Buna görə də X4, X8 və X1 Maya Muxtarovnaya məxsus Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 35, 36 saylı mənzildən pasport qeydiyyatından çıxarılmalıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Cavabdehə və 3-cü şəxsə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəməyə gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 22 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2014-cü il tarixli, 399 №li Forma 2 arayışdan görünür ki, X4 (1966-cı il təvəllüdlü), X8 (1990-cı il təvəllüdlü) və X7 (1990-cı il təvəllüdlü) İddiaçınaya məxsus ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 091-78827-324 saylı imtina məktubundan görünür ki, iddiaçının üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müraciətinə baxılmış, cavabdeh tərəfindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanuna istinad olunaraq şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi haqqında məhkəmənin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsadında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldığı və qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 35 ünvanda yerləşən 36 saylı mənzilə dair İddiaçınanın adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* saylı, **********07-05101-093036 reyestr nömrəli Çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən sorğu əsasında tələb olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş X4 ilə İddiaçı arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli AN-İ ******* №li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 41.18 metr2, yaşayış sahəsi 28,18 metr2, yardımçı sahə 13 metr2-dən ibarət olan 36 saylı mənzil İddiaçı mülkiyyətinə verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 36 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə reyestr kitabının 133204-cü vərəqində ********** saylı nömrə ilə 18 oktyabr 2014-cü il tarixdə qeydiyyata alınmışdır. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 35 ünvanında yerləşən 36 saylı mənzil X4 ilə İddiaçı arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli AN-İ ******* №li daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmışdır. Sonradan iddiaçı qeyd olunan mənzilə dair hüquqlarını dövlət reyestrində qeydiyyatdan keçirərək buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı 18 oktyabr 2014-cü il tarixli ******* saylı Çıxarış əldə etmişdir. Göründüyü kimi 18 oktyabr 2014-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Pasport qeydiyyatından çıxarılması tələb olunan üçüncü şəxslər X8 və X7 mənzilin əvvəlki sahibi X3 övladları olmuşlar. Odur ki, hazırda iddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını haqlı olaraq tələb edərək, həmin şəxslərin qeyd olunan mənzildə yaşamaması, qeydiyyatlarının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 6-cı bəndinə əsasən qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tələbindən göründüyü kimi, şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. X4, X8 və X7 iddiaçıya məxsus mənzildə yaşamadıpiguc halda, formal olaraq iddiaçıya məxsus mənzilə pasport qediyyatındadırlar. Sadalanan xüsusatlara əsasən üçüncü şəxslər X4, X8 və X7 yaşayış yeri üzrə qeydiyyata alınmalı olduqlarından, onların qeyd edilən mənzilə istifadə hüquqlarının olmadığından və qeydiyyatları formal xarakter daşıdığından iddiaçının həmin şəxsləri ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 35 ünvanında yerləşən 36 saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 35 ünvanında yerləşən 36 saylı mənzildən X4, X8 və X5 qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4599/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4599/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver