Məhkəmə qərarları › İş №2-1(112)-46/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-46/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-46/2024 01.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X8 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X15 oğlu, üçüncü şəxs "xxxx" MMC-nin təsisçisi və direktoru Nümayəndə1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs X19 iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, BRB/B-10 saylı cavabı ilə müşayiət olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, Bələdiyyənin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün mərhum həyat yoldaşı, 2-ci qrup əlil X4 adına ayrılmış 15 kv.m. torpaq sahəsinə, həmin hüquq və öhdəliklərin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması barədə qərar qəbul edilnməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, BRB/B-10 saylı cavabı ilə müşayiət olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, Bələdiyyənin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün mərhum həyat yoldaşı, 2-ci qrup əlil X4 adına ayrılmış 15 kv.m. torpaq sahəsinə, həmin hüquq və öhdəliklərin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması” barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5718/2020 saylı işi üzrə qəbul etdiyi 30 noyabr 2020-ci il tarixli Qərarı ilə iddia tələbi nin təmin edilməsi qərara alınmışdır.

3. 27.10.2023-cü il tarixdə "xxxx" MMC məhkəməyə ərizə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5718/2020 saylı, 30 noyabr 2020-ci il tarixli Qərarının ləğv edilməsi, "xxxx" MMC-nin üçüncü şəxs kimi cəlb edilərək, inzibati işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir.

4. Vəsatət onunla əsaslandırılmışdır ki, icarə müqaviləsinin bağlanması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunla qorunan maraqlarına toxunur. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 988 nömrəli sərəncamla xx.xx.1992-ci ildə "xxxx" firmasına (kiçik müəssisəsinə) hazırda hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (dövlət qeydiyyatı haqqında xx.xx.2001 “Şəhadətnamə” M-1360 nömrə, nizamnamə) 14-cü Aşrım küçəsi,(indiki A.Gəraybəyli küçəsi) 37 nömrəli binanın yanında (15 nömrəli yataqxananın yanı) “Hamburqerlərin” satışını təşkil etmək üçün pavilyon tikməyə icazə verilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin Baş Memarı ilə razılaşdırılmış və onun tərəfindən təsdiq edilmiş layihəyə əsasən "xxxx" Kiçik Müəssisəsi, “Hamburqerlərin” istehsal edilməsi və satışının təşkil edilməsi üçün qeyd olunan ərazidə ümumi torpaq sahəsi 77.7 kv.m olan sahədə mişar daşlarından bir mərtəbəli dəmir beton örtüklü 4 m hündürlükdə ümumi sahəsi 67.7 kv.m olan obyekt inşa edilmişdir. "xxxx" Kiçik Müəssisəsinin Bakı Şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciəti ilə əlaqədar 29 dekabr 2000-ci ildə inşası başa çatmış yuxarıda göstərilən qeyriyaşayış obyektinə “ünvan 1 ünvanı verilmişdir. Sonradan yəni 11 may 2001-ci ildə "xxxx" Kiçik Müəssisəsinin təşkilati hüquqi forması dəyişdirilərək, onun bazasında hüquqi varisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (dövlət qeydiyyatı haqqında xx.xx.2001 “Şəhadətnamə” M-1360 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus, yuxarıda göstərilən mövcud qeyri-yaşayış obyetində əcazçılıq məhsulları və mədəni məişət xidmətlərinin göstərilməsinə Binəqədi Rayon İcra Hakimiyyəti 23 iyul 2001-ci il xx-xx/1086 saylı məktubu ilə etiraz etmədiyini bildirmişdir. Fəaliyyət göstərən həmin obyekt “tikintiquraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı”na əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq istismarçının, Binəqədi Rayon İcra Hakimiyyətinin birinci müavini komissiyanın sədri, Binəqədi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarətinin, X13 Nümayəndələrinin iştirakı ilə istismara qəbul edilmişdir. "xxxx" MMC özünə məxsus həmin qeyri-yaşayış obyektini vergi orqanında qeydiyyatdan keçirməklə obyektin icarəyə verilməsi fəaliyyəti ilə məşğul olur. Lakin İddiaçı, cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı, həmin Bələdiyyənin xx.xx.2020ci il tarixli, BRB/B-10 sayh cavabı ilə müşayiət olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehin xx.xx.2008-ci il tarixli 142 saylı qərarı ilə Bakı şəhəri, Dərnəgül qəsəbəsi A.Gəraybəyli küçəsi 37 nömrəli yaşayış binasının yanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mərhum həyat yoldaşı X9 qeyri-qanuni ayrılmış 15 kv.m torpaq sahəsinə, həmin hüquq və öhdəliklərinin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması tələbinə dair inzibati işə baxılarkən həmin torpaq sahəsinin qeyri-qanuni situasiya planını (cizgisini) təqdim etmişdir. İddiaçı (bundan öncə mərhum həyat yoldaşı X14) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ümumi torpaq sahəsi 77.7 kv.m olan və ümumi sahəsi 67.7 kv.m olan obyektin tam ortasından bir hissəsini göstərməklə, əvvəlcə Bələdiyyəni aldadaraq guya ki, həmin hissənin ona məxsusu olduğunu bildirməklə köşk adı ilə 15 kv.m torpaq sahəsinin situasiya planını (cizgisini) qeyri-qanuni əldə etməyə nail olmuşdur. Halbuki, həmin qeyri-qanuni situasiya planında (cizgidə) 15 kv.m torpaq sahəsinin iki hissədən, yəni ayrıca qoyulmuş köşkün altında olan 12.6 kv.m torpaq sahəsindən və ona bitişik 2.5 kv.m əlavə torpaq sahəsindən ibarət olduğu göstərilsə də, naturada və həmin planda, göründüyü kimi iddia olunan torpaq sahələri tamamilə Cəmiyyətə məxsus ümumi torpaq sahəsi 77.7 kv.m olan və ümumi sahəsi 67.7 kv.m olan ümumi obyektin tam ortasında yerləşir. Real vəziyyətdə həmin yerdə, yəni A.Gəraybəyli küçəsi 37 nömrəli yaşayış binasının yanında iddiaçının guya ki, istifadəsində olan nə ayrıca köşk, nə də ki, ona bitişik 2.5 kv.m əlavə torpaq sahəsi mövcud deyildir. İddiaçı isə əvvəlcə Bələdiyyəni aldadaraq guya ki, Cəmiyyətə məxsus ümumi torpaq sahəsi 77.7 kv.m olan və ümumi sahəsi 67.7 kv.m olan ümumi obyektin bir hissənin ona məxsusu olduğunu bildirməklə qeyri-qanuni 15 kv.m torpaq sahəsinin qeyriqanuni situasiya planını (cizgisini) əldə etməyə nail olmuş və sonrdan isə qeyri-qanuni situasiya planını (cizgisini) təqdim etməklə Məhkəməni aldadaraq, qeyri-qanuni 15 kv.m torpaq sahəsi ilə bağlı icarə hüquqlarına dair müqavilənin bağlanması vəzifəsinin Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsinə nail olmuşdur. İddiaçı qeyri-qanuni olaraq 15 kv.m torpaq sahəsinin onlara məxsus olmasını göstərməsinin heç bir hüquqi əsas yoxdur, yəni istər İddiaçı (bundan öncə mərhum həyat yoldaşı X14) həmin 15 kv.m torpaq sahəsində fəaliyət göstərmələrinə dair heç-bir hüquqi sənəd mövcud deyildir. Qeyd edilən sahədə fəaliyyət göstərmələrinə dair (mövcud olmayan köşkə) vergi xidmətində qeydiyyatlarının olmaması, adlarına qeyd olunan qeyriqanuni 15 kv.m torpaq sahəsində göstərilən mövcud olmayan köşkə rəsmi sənədlər əsasında işıq xətti belə çəkilməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin oktyabr 2023-cü ildə bu baş verən olaylarla yəni və MMC-yə məxsus obyektin zəbt edilməsinə cəhd edilən zaman qeyri-qanuni bağlanmış müqavilələrdən və eyni zamanda məhkəmə tərəfindən qəbul edilmiş 2-1(112)-5718/2020 saylı xx.xx.2020-ci il tarixli “Qərar” dan xəbər tutmuş və dərhal müvafiq dövlət qurumlarına və məhkəməyə ərizə ilə müraciət etməli olmuşdur və müvafiq qurumları da xəbərdar etmişdir. Məhkəmənin həmin iş üzrə, Bələdiyyənin xx.xx.2020-ci il tarixli, BRB/B-10 sayh cavabı ilə müşayiət olunan hərəkətlərinin qanunsuz hesab edilməsi və İddiaçı ilə 15 kv.m torpaq sahəsi ilə bağlı icarə hüquqlarına dair müqavilənin bağlanması vəzifəsinin Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə həvalə edilməsi barədə qərarı və sonradan həmin qərara əsasən icarə müqaviləsinin bağlanması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunla qorunan maraqlarına toxunduğuna görə Cəmiyyət üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5718/2020 saylı, 19 dekabr 2023-cü il tarixli Qərardadı ilə, hazırkı iş üzrə qəbul edilmiş 30 noyabr 2020-ci il tarixli 2-1(112)-5718/2020 saylı qərarının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iş üzrə məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 28 fevral 2024-cü il tarixli Qərardadı ilə, X24 məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında öz vəsaiti hesabına inşa edərək faktiki istifadəsində olan tikili altında olan 15 kv.m torpaq sahəsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mərhum yoldaşı, 2-ci qrup əlil X5 adına ayrılmışdır. İddiaçının mərhum həyat yoldaşı X14 torpaq sahəsi üzərində inşa etdiyi əmlakını öz şəxsi vəsaiti hesabına ətrafındakı əmlak ilə birlikdə abadlaşdırılmasını, saxlanmasını təmin edib. Müvafiq qaydada əmlak, torpaq və digər ödənişləri yerinə yetirib. Vəfat etdikdən sonra əmlakın hüquqi vəziyyətinə ziyanların dəyməməsi səbəbi ilə, yoldaşına ayrılmış torpaq sahəsini adına keçirilməsi üçün xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə müraciətinin təmin edilməsindən, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə uyğun olaraq, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətlərinə və torpağın ayrılması məqsədinə, mövcud texniki normalara, habelə, yerquruluşu və şəhərsalma ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəyin verilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanına əsasən 2017-ci ilin yanvarın 1-dən etibarən Bakı şəhərində müvəqqəti olaraq dayandırılması səbəbindən imtina edilməsinə dair Bələdiyyənin xx.xx.2020-ci il tarixli, BRB/B-10 saylı məktubla cavab verilmiş, bununla da, onun konstitusiya ilə müəyyən edilmiş və qanunla qorunan hüquqları pozulmaqla, mənafeinə zərər vurulmuşdur. İddiaçı qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.

İİ. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehdən imtina məktubu alınmış, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi iddiaya münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin təsisçisi və direktoru iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Superfarm LTD” MMC-nin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X24 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək, iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia təmin edilməməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı Binəqədi rayon Bələdiyyəsinin sədrinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən, onun mərhum həyat yoldaşı X5 adına olan əmlakı, oğlu X6 qəbul etməyə razılıq verir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin iddiaçıya ünvanladığı 17 iyul 2020-ci il tarixli, BRB/B-10 nömrəli məktubuna əsasən, iddiaçıya bildirilmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə uyğun olaraq, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətlərinə və torpağın ayrılması məqsədinə, mövcud texniki normalara, habelə, yerquruluşu və şəhərsalma ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəyin verilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanına əsasən 2017-ci ilin yanvarın 1-dən etibarən Bakı şəhərində müvəqqəti olaraq dayandırılmışdır” Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “2-ci qrup əlil vətəndaş X2 fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin onun icarəyə verilməsi haqqında”20 iyun 2008-ci il tarixli, 142 nömrəli, Qərarı ilə Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi, 37 saylı yaşayış binası yanında öz vəsaiti hesabına inşa edərək istifadə etdiyi tikilinin altındakı 15 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş X7 icarəsinə verilməyi qərara alınmışdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə X14 arasında bağlanılmış 20 iyun 2008-ci il tarixli, D/773 nömrəli müqavilənin surətindən görünür ki, X9 Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi, 37 saylı yaşayış binası yanında, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 49 il müddətinə 15 kv. metr torpaq sahəsi icarəyə verilmişdir. X10 aid olan 339483 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, o, 26 iyun 1991-ci il tarixdə doğulmuşdur, atası X16, anası İddiaçıdır. X11 aid olan 393165 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,o, 12 iyun 1988-ci il tarixdə doğulmuşdur, atası X16, anası İddiaçıdır 387372 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X12 14 iyun 1987-ci ildə nikaha daxil olmuşlar. Nikah bağlanandan sonra ərin soyadı Babayev, arvadın soyadl Babayevadır. 567503 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 09 sentyabr 2012-ci il tarixdə tənəffüs çatmamazlığı nəticəsində vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 29 mart 2013-cü il tarixli şəhadətnamənin surətində, X5 vərəsəsi – Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 4, mənzil 19 qeydiyyatda olan oğlu X18 miras əmlakın tam olaraq irs almalı olduğu qeyd edilmişdir. Bələdiyyə Mülkiyyətinin idarə edilməsi şöbəsinin mühəndis-memarı tərəfindən tərtib edilmiş Situasiya planından görünür ki, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi, 37 saylı yaşayış binası yanında X1 məqsədi ilə istifadə etdiyi köşkün altındakı 12,6 kv.m və ona bitişik istifadə etdiyi əlavə 2,5 kv.m torpaq sahəsi vardır. 081113 nömrəli, xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X18 tərəfindən İddiaçı aşagıdakı səlahiyyətləri verilmişdir: harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi, yüklülüyə dair arayış aldıqdan sonra onun üzərindən sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, müqavilələr bağlamağı, o cümlədən hüquqlarının müdafiə olunması üçün vəkillə müqavilə bağlamağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlardan, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu,əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında hesab açmağı, bağlamağı, hesablar barəsində sərəncam verməyi, poçt , teleqraf, qiymətli və digər hər cür məktubları,pul kartını və baratları almağı bütün dövlət idarələrdə,kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin 988 nömrəli, xx.xx.1992-ci il tarixli “Yugi firmasına Dərnəgül yaşayış massivində hamburgerlərin satışını təşkil etmək üçün pavilyon tikməyə icazə verilməsi haqqında” Sərəncamına əsasən qərara alınmışdır ki, Yugi firmasına “Dərnəgül” yaşayış massivində 14-cü aşırım küçəsində, 37 nömrəli binanın yanında (15 nömrəli yataqxananın yanı) “Hamburgerlərin” satışını təşkil etmək üçün pavilyon tikilməsinə icazə verilsin. Memarlıq və Şəhərsalma Baş İdarəsinin "xxxx" kiçik müəssisəsinə ünvanladığı xx.xx.2000-ci il tarixli, 18/03-8/1780 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində, AGəraybəyli küçəsində "xxxx" kiçik müəssisəsi tərəfindən tikilmiş obyektə aşağıdakı poçt ünvanı təyin edilsin – Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi, 37A. Binəqədi rayon İcra Hakimiyyətinin "xxxx" MMC-yə ünvanladığı xx-xx/1086 nömrəli, xx.xx.2001-ci il tarixli məktubuna əsasən müraciətə cavab olaraq bildirilmişdir ki, müvafiq təşkilatların razılıqları nəzərə alınaraq, “Yuqi” firmasının varisi, "xxxx" MMC-nə mövcud pavilyonda əzcaçılıq məhsulları və mədəni məişət xidməti göstərilməsinə RİH etiraz etmir. Vergilər Nazirliyinin **********1 nömrəli arayışından görünür ki, "xxxx" MMC xx.xx.2006-cı ildə ünvan 5 ünvanında uçota alınmışdır. Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, “Tikinti-Quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının” aktına əsasən, Yugi (Superfarm LTD) firmasına məxsus pavilyonun inşası başa çatdırıldığından, istismara qəbul edilmişdir. Bundan əlavə üçüncü şəxs "xxxx" MMC-nin direktoru tərəfindən məhkəməyə ünvan 7 ünvanında yerləşən "xxxx" Kiçik Müəssisəsinə məxsus qeyri-yaşayış obyektinin eskiz layihəsi təqdim edilmişdir. Üçüncü şəxs X24 tərəfindən təqdim edilmiş 17 mart 2021-ci il tarixli “İlkin müqavilə”dən görünür ki, İddiaçı xx.xx.2031-ci il tarixə kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi ilə bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikinti altında İddiaçı icarə hüququ əsasında ayrılmış 15 kv.m torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırdıqdan sonra 12.200 (on iki min iki yüz) manata X3 barədə razılığa gələrək müqaviləni bağladılar.

İV. Məhkəmənin mövqeyi

Azərbaycan Respublikasında torpaq sahələrinin xüsusi mülkiyyətə, istifadəyə və icarəyə veriməsi Torpaq Məcəlləsi, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Torpaq islahatı haqqında” Qanun), “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Qanuna müvafiq olaraq, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir.

8. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən:

- 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; - 48. (Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası) 1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativhüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. 2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. - 51 (Torpaq sahəsi üzərində icarə hüququ). 1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. 3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 5. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. 6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. 7. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir.

8. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Mülkiyyətin bir növü kimi bələdiyyə mülkiyyətində olan torpaqların idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla onların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunla tənzimlənir.

9. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

- 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 11-ci (torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi). 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. 11.12. İcarə müddəti tamam olanadək icarəçi öldükdə torpaq sahəsinə icarə hüququ onun vərəsələrindən birinə keçir. 11.13. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir.

10. Azərbaycan Respublikası Mülki Məcələsinə əsasən: - 225. (ərlə arvadın ümumi mülkiyyəti): “ 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. - 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. - 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər.

11. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən:

- 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. - 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.

12. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər;. “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır. Eyni zamanda “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanın 1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır. Həmin Fərmanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılmış və Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə olunmuşdur ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsin. Göründüyü kimi bələdiyyə tərəfindən torpaqların icarəyə verilməsi haqqında qərar verilməsi kimi üsulla bələdiyyə torpaqlarının icarəyə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər, bundan əlavə qanunvericilik ilə bələdiyyələrə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarının müvafiq icra hakimiyyət orqanlarının rəyi alındıqdan sonra qəbul etməyə icazə vermişdir, belə bir rəyin verilməsi isə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə 2017-ci ilin yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır. Məhkəmə o halı da qeyd edir ki, inzibati iş materiallarında mövcud olan icarə müqaviləsində ümumiyyətlə müqavilənin hansı müddətə bağlanması göstərilməmişdir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən:

- 405.1. tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 399.2. tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. - 399.3. müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. - 405.1. tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 417.1. müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. - 417.2. əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. - 417.3. tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. - 418.1. müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. - 418.2. əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum həyat yoldaşı ilə cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli icarə müqaviləsində müqavilənin müddətinin nə vaxt başa çatmasını və hansı tarixdən müddətinin uzadılmalı olmasını müəyyən etmək mümkün olmadığı üçün hətta qanunvericilik hazırki şəraitdə buna yol versə idi belə ümumiyyətlə müqavilənin müddətinin uzadılması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması mümkün deyildir.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

- 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

1. Məhkəmə işin bütün hallarına məcmu qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə hərəkəti (hərəkətsizliyi) qanunauyğun olmuşdur, belə ki, iddiaçı ünvan 8 ünvanına mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə (və ya kirayə) müqaviləsi və qanuni əsaslarla yaşamalarına dair digər sənədlər təqdim edilmədiyi halda cavabdehin iddiaçının həmin ünvana yaşayış yeri üzrə qeydiyyata almasından imtinası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

16. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, BRB/B-10 saylı cavabı ilə müşayiət olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, Bələdiyyənin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün mərhum həyat yoldaşı, 2-ci qrup əlil X4 adına ayrılmış 15 kv.m. torpaq sahəsinə, həmin hüquq və öhdəliklərin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması barədə qərar qəbul edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar