Məhkəmə qərarları › İş №2-1(112)-4600/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4600/2023

16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4600/2023 16.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə (Zəngilan rayonunda qeydiyyatdadır, hüquqşünas işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "iddiaçıya xx.xx.2015-ci ildən (50 yaşından) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət edilən tarixdən əvvəlki 3 il üçün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq iddiaçıya xx.xx.2015-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 21 avqust 1963-cı ildə anadan olmuşdur. İddiaçı əmək fəaliyyətinə Azərbaycan SSR-nın Kənd Təsərrüfatı Nazirliyində başlamışdır. 01 noyabr 1979-cu ildən 22 dekabr 1981-ci ilə kimi Azərbaycan SSR-nın Kənd Təsərrüfatı Nazirliyində makinaçılar bürosunda makinaçı, 22 dekabr 1981-ci ildən 28 avqust 1990-cı ilədək Azərbaycan SSR-nin X11 Heyətində statist, stenoqrafist, koordinator, makinaçı vəzifələrində işləmişdir. 01 iyul 1993-cu ildən 15 noyabr 1994-cü ilədək Suraxanı rayon 105 nömrəli Mənzil İstismar Sahəsində liftçi operator işləmişdir. Yuxarıda göstərilən təşkilatlarda iddiaçının ümumi sığorta stajı 15il 6 ay təşkil edir.İddiaçı 16 fevral 1995-ci ildən başlayaraq 07 oktyabr 2006-cı ilədək "xxxx" ASC-də (əvvəlki Bakı şəhəri X5 İdarəsinin 3 Saylı Rayon İstilik Şəbəkəsi, 1997-ci ildə həmin İdarənin adı 1 Saylı İstilik İdarəsinə, sonra Bakı şəhər İstilik İdarəsinə dəyişdirilmişdir) zərərli əmək şəraitində qazanxana operatoru vəzifəsində 11 il 7 ay işləmişdir.Bundan sonra da iddiaçı zərərli şəraitdə 3 il 9 ay əmək fəaliyyətini davam etdirmişdir: 20 noyabr 2006-ci ildən 16 aprel 2007-ci ilədək (4 ay 24 gün) və xx.xx.2007-xx.xx.2008-ci il tarixlərində (4 ay 10 gün) ARDNŞ Sosial İnkişaf İdarəsinin “Neftsənayexidmət" Departamentində 3-cü dərəcəli qazanxana operatoru, xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək (11 ay 15 gün) "xxxx" MMC-də qazanxanada əməliyyatçı; 01 dekabr 2009-cu ildən 15 aprel 2010-cu ilədək (4 ay 15 gün); 01 dekabr 2010-cu ildən 12 aprel 2011-ci ilədək (4 ay 12 gün); 15 noyabr 2011-ci ildən 15 aprel 2012-ci ilədək (5 ay); 03 dekabr 2012-ci ildən 29 mart 2013-cü ilədək (3 ay 26 gün) ARDNŞ Sosial İnkişaf İdarəsinin “Neftsənayexidmət” Departamentində 4-cü dərəcəli qazanxana operatoru, 01 dekabr 2017-ci ildən 15 aprel 2018-ci ilədək (4 ay 15 gün) və 23 noyabr 2018-ci ildən 15 aprel 2019- cu ilədək (4 ay 22 gün) "xxxx" ASC 6 Saylı İSİS-də mövsümü əməliyyatçı peşəsində işləmişdir.Beləliklə, iddiaçının zərərli əmək şəraitində işlədiyi sığorta iş stajı ümumilikdə 15 il 7 ay ( 11 il 7 ay 21 gün + 3 il 9 ay) təşkil edir. 01 noyabr 1979-cu ildən (əmək fəaliyyətinə başladığı tarixdən) 15 aprel 2019-ci ilədək iddiaçının ümumi sığorta stajı 31 ildən artıqdır.Yəni, xx.xx.2006-cı il tarixinə kimi iddiaçının 25 ildən artıq ümumi şığorta stajı, o cümlədən 11 ildən artıq xüsusi stajı olmuşdur. 21 avqust 1963-cü il təvəllüdlü İddiaçı 50 yaşına çatdığına görə axırıncı iş yerindən asılı olmayaraq xx.xx.2006-ci il tarixədək onun 25 ildən artıq ümümi sığorta iş stajı, o cümlədən 11 ildən artıq xüsusi stajı olduğundan iddiaçı xx.xx.2013-cü ildən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir 3.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtiərlə yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-cı ii iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci iİ tarixli, 12 nömrəli Qərarı İlə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı»sının “Ümumi peşələr” bölməsində (35) qazanxana (kömür və şistlə İşləyən) maşinistləri (ocaqçıları), o cümlədən külü aralamaqla məşğul olanlar vəzifəsi nəzərdə tutulmuşdur.İddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və "Azəristiliktəchizat” ASC-nin arayışında onun xx.xx.1995-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində İstilik Şəbəkəsi və X10 Müəssisəsinin 3 saylı rayon İstilik Qazanxanasında qazanxana maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının maşinist işlədiyi qazanxananın kömür və şistlə işləyən maşinistlərə (ocaqçılara) aid olub- olmaması barədə məlumat qeyd edilməmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun filiala təqdim etdiyi əmək kitabçasında və “Azəristiliktəchizat" ASC-nin arayışında iddiaçının işlədiyi qazanxananın kömür və şistlə işləyən maşinistlərə aid olub-olmaması barədə məlumat qeyd edilmədiyindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödenilməsi Qaydası’nın 4.1.20-ci yanmbəndinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü

4. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər.

5.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş: cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində iddiaçının işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir... "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci madddəsınə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasınlnın Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nəzirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’’nın Ümumi peşələr bölməsində (35) qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları), o cümlədən külü aralamaqla məşğul olanlar vəzifəsi nəzərdə tutulmuşdur.Mərkəzi Filiala iddiaçının təqdim etdiyi 5 noyabr 1979-cu il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında və iddiaçıya dair "xxxx" ASC-nin arayışında iddiaçının xx.xx.1995-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının İstilik Şəbəkəsi və X9 Müəssisəsinin 3 saylı rayon İstilik Qazanxanasında qazanxana maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının maşinisti işlədiyi qazanxananın kömür və şistlə işləyən maşinistlərə (ocaqçılara) aid olubolmaması barədə məlumat qeyd edilməmişdir.Qeyd edilən məlumatlar müvafiq arayışda əks olunaraq Mərkəzi Filiala təqdim edildikdən sonra iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması məsələsinə baxılacağı iddiaçıya bildirilmişdir; "xxxx" ASC-nin “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışına əsasən iddiaçı İstilik Şəbəkəsi və X8 Müəssisəsinin 3 saylı rayon İstilik Qazanxanasında xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilə qədər qazanxana maşinisti işləmişdir, həmin işdə əmək stajı 11 il 7 ay 21 gündür, qazanxana maşinisti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə və 2140000A-13785 vəzifə koduna uyğundur; İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər Kənd Təsərrüfatı Nazirliyində makinaçı, xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilə qədər Azərbaycan SSR X11 Heyətində statistikaçı, xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilə qədər orada stenoqrafçı, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər statistikaçı, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər kodifikator, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər makinaçı işləmişdir, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər Suraxanı rayonu 105 №li MİS-də lift operatoru, xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilə qədər "xxxx" ASC-də qazanxana maşinisti, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilə qədər, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə qədər, xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilə qədər, 01.12.201-cu ildən xx.xx.2011-ci ilə qədər, xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilə qədər, xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilə qədər ARDNŞ Sosial İnkişaf İdarəsinin “Neftsənayexidmət” Departamentində qazanxana operatoru, xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilə qədər "xxxx" MMC-də qazanxanada əməliyyatçı, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər "xxxx" ASC-də aparatçı, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər əməliyyatçı işləmişdir. 7.Cavabdehin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi tələbi ilə bağlı inzibati icraat materiallarında cavabdehin yuxarıda təsvir edilən imtina məktubu,iddiaçının ərizəsi, əmək kitabçası və "xxxx" ASC-nin “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışı vardır. 8."xxxx" ASC-nin 4 saylı Bakı Vəkil Bürosuna təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışına və Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı İstilik Şəbəkəsi və X1 xx.xx.1995-ci il tarixli, 24/ş saylı əmri ilə xx.xx.1995-ci il tarixindən 3 saylı Rayon İstilik Şəbəkəsinə hazırlıq dövrü keçməklə qazanlar üzrə maşinist peşəsinə qəbul edilmişdir, İstilik Şəbəkəsi və X1 xx.xx.1995-ci il tarixli, 33/ş saylı əmri ilə xx.xx.1995-ci ildən hazırlıq dövrünü keçərək sərbəst işə buraxılmışdır,İstilik Şəbəkəsi və X1 xx.xx.1997-ci il tarixli, 96/ş saylı əmri ilə xx.xx.1997-ci il tarixindən 3 saylı Rayon İstilik Şəbəkəsinə qazanxana maşinisti kimi işə buraxılmışdır.Bakı Şəhəri İstilik İdarəsinin xx.xx.2005-ci il tarixli, 719 saylı əmri ilə xx.xx.2005-ci il tarixindən 3 saylı X6 Sahəsinin 3 saylı Rayon İstilik Qazanxanasına böyük əməliyyatçı peşəsinə qəbul edilmişdir."Azəristiliktəchizat” ASC-nin xx.xx.2006-ci il tarixli, 06/723 saylı əmri ilə xx.xx.2006- ci ildən Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Qeyd: 1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 941 saylı sərəncamına əsasən İstilik Şəbəkəsi və X3 daxil olmaqla Bakı şəhər X4 Birliyi yaradılmışdır.Bakı X4 Birliyinin 02 aprel 2001-ci il tarixli, 14/H saylı əmrinə əsasən İstilik Şəbəkəsi və X1 adı dəyişdirilərək 2 saylı İstilik İdarəsi adlandırılmışdır.Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 456 saylı sərəncamına əsasən Bakı şəhər X4 Birliyi ləğv edilmiş və Birliyin tərkibində fəaliyyət göstərən 1 və 2 saylı İstilik İdarələri müstəqil hüquqi şəxs qismində öz fəaliyyətlərini davam etdirmişlər.Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli, 285 saylı sərəncamı ilə 1 və 2 saylı İstilik İdarələrinin bazasında Bakı şəhəri İstilik İdarəsi yaradılmışdır.Azərbaycan Respublikası Prezidentinin 847 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhər İstilik İdarəsi ləğv edilərək "xxxx" ASC yaradılmışdır.İddiaçı çalışdığı peşə (xx.xx.1995-ci ildən xx.xx.2005-ci ilə qədər qazan maşinisti) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün iş stajı 10 il 2 ay 26 gün) zərərli sahə (kod 2140000a - 13785) hesab edilmişdir. 9."xxxx" ASC-nin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna S.X7 və X2 hazırlıq dövrü keçməklə qazanlar üzrə maşinist peşəsinə qəbul edilməsi barədə xx.xx.1995-ci il tarixli, 24/ş saylı əmri, sərbəst işə buraxılması haqqında xx.xx.1995-ci il tarixli, 33/ş saylı əmri, qazanxana maşinisti kimi işə buraxılması haqqında xx.xx.1997-ci il tarixli, 96/ş saylı əmri əlavə edilmişdir.

IV. Məhkəmənin mövqeyi

10.Məhkəmə iddia ərizəsini, iş materiallarını nəzərdən keçirərək, cavabdehin nümayəndəsini dinləyərək hesab edir ki, iddia tələbi əsaslıdır. 11.Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. 12.«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur.

13. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə:kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. 14.İşin faktiki hallarına görə iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə - xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajı 20 (iyirmi) ildən çox olmuşdur, iddiaçı həmin müddətin 10 ildən çox hissəsini qazan maşinisti işləmişdir. 15.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı bölməsində 2140004A-13785 kodu üzrə), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nda (24-cü bölmə. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatında) nəzərdə tutulan qazan maşinisti peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşə olduğu üçün iddiaçının 52 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olmuşdur. 16.İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə - qazan maşinisti peşəsində xx.xx.2006-cı ilə qədər 10 ildən çox işləməsi və həmin müddətə qədər də 20 ildən çox əmək stajının olması əmək kitabçası, "xxxx" ASC-nin güzəştli staj barədə arayışı, əmrlər, əmək haqqı haqqında arayışları, məhkəməyə ünvanlanmış məktubu ilə təsdiq edilir.

17. Cavabdehin imtina məktubunda və etirazında iddiaçının əmək kitabçasında iddiaçının işlədiyi qazanxananın kömür və şistlə işləyən maşinistlərə (ocaqçılara) aid olub-olmaması barədə məlumatın qeyd edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır.İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır.“İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir.3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır.İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır.İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır.Əmək kitabçasının birinci səhifəsində işçi haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq edir.Pensiya təyin olunması haqqında məlumatda pensiyanın təyin olunması tarixi (gün, ay, il) və təyin olunan pensiya növü göstərilməlidir. 18.Göründüyü kimi cavabdehin etirazında və imtina məktubunda göstərildiyi kimi iddiaçının işlədiyi qazanxananın hansı qaydada işləməsi barədə məlumatın qeyd edilməsi əmək kitabçalarının yazılması, doldurulması və s. məsələləri tənzimləyən qanunvericilik aktında nəzərdə tutulmamışdır.İdidaçının işlədiyi müəssisə isə iddiaçının zərərli iş şəraitində işləməsi barədə əmrlərin nömrəsi, tarixi, əmək haqqı, işə buraxıma tarixləri barədə, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilən vəzifə kodunu göstərməklə ətraflı arayış vermişdir. Beləliklə, cavabdehin həm imtina məktubunda, həm də etirazında göstərdiklərinin heç bir əsası yoxdur. 19.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 20.Məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda qeyd edilən müddəalarına əsasən yuxarıda qeyd olunan iddiaçının xeyrinə olan halları araşdırmamaqla və nəzərə almamaqla, iddiaçının müraciətini təmin etməklə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul etməli olduğu halda bunu etməməklə cavabdeh iddiaçının hüquqlarını pozmuşdur.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun “32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Göründüyü kimi qeyd edilən qanun normasına görə iddiaçının almaq hüququ olduğu pensiya iddiaçıya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün təyin edilərək ödənilə bilər. 22.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 23.Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 24.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2015-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət edilən tarixdən əvvəlki üç il üçün ödəməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdı. 25.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 26.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət edilən tarixdən əvvəlki üç il üçün ödəməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar