Məhkəmə qərarları › İş №2-1(112)-4601/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4601/2025

08.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4601/2025 08.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “cavabdeh tərəfindən artıq kredit ödəyicisi olduğu halda, adının bankların qara siyahısına (problemli ödəyici) kimi sistemə salınmasının qərəzli olduğu üçün cavabdeh "xxxx" ASC-nin hərəkətinin qanunsuz hesab edilməsi və adının problemli ödəyici siyahısından silinməsi; şəxsi vəsaiti 04 (dörd) manatı çıxardığı üçün 02 (iki) manat yəni, 50 faiz tutulmasının qanunsuz hesab edilməsi və həmin məbləğə görə 03 manat 80 qəpik (üç manat səksən qəpik) pensiyasından tutulan pulun hər ayına 50 faiz əlavə edilərək geri pensiya kartına qaytarılmasının təmin edilməsi; pensiyasından 2021-ci ilin fevral ayından hər ay qalan qalıq pulu bankdan tam əldə edə bilmədiyi üçün hər aylıq qalıq məbləği aylıq 50 faiz əlavə edərək ödənilməsi; "xxxx"ASC-yə məcbur olaraq (xırda pul ödəmək üçün bankomat olmadığından) ödədiyi 08 manat 74 qəpik pulunun hər ay üstünə 50 faiz gəlməklə geri qaytarılması; Cədvəldə göstərilən xırda pulun ödənilməsi üçün cavabdehin şərait yaratması; hər ay banka 185 manat 37 qəpik yaxud 185 manat 38 qəpik ödəməli olduğunun dəqiqləşdirilməsi; xx.xx.2025-ci il tarixində tutulan 0.43 AZN məbləğin üzərinə 50 faiz gəlməklə pensiya kartına qaytarılması; iddia ərizəsinə verdiyi 02 (iki) manatın cavabdehdən alınaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “cavabdeh tərəfindən artıq kredit ödəyicisi olduğu halda, adının bankların qara siyahısına (problemli ödəyici) kimi sistemə salınmasının qərəzli olduğu üçün cavabdeh "xxxx" ASC-nin hərəkətinin qanunsuz hesab edilməsi və adının problemli ödəyici siyahısından silinməsi; şəxsi vəsaiti 04 (dörd) manatı çıxardığı üçün 02 (iki) manat yəni, 50 faiz tutulmasının qanunsuz hesab edilməsi və həmin məbləğə görə 03 manat 80 qəpik (üç manat səksən qəpik) pensiyasından tutulan pulun hər ayına 50 faiz əlavə edilərək geri pensiya kartına qaytarılmasının təmin edilməsi; pensiyasından 2021-ci ilin fevral ayından hər ay qalan qalıq pulu bankdan tam əldə edə bilmədiyi üçün hər aylıq qalıq məbləği aylıq 50 faiz əlavə edərək ödənilməsi; "xxxx"ASC-yə məcbur olaraq (xırda pul ödəmək üçün bankomat olmadığından) ödədiyi 08 manat 74 qəpik pulunun hər ay üstünə 50 faiz gəlməklə geri qaytarılması; Cədvəldə göstərilən xırda pulun ödənilməsi üçün cavabdehin şərait yaratması; hər ay banka 185 manat 37 qəpik yaxud 185 manat 38 qəpik ödəməli olduğunun dəqiqləşdirilməsi; xx.xx.2025-ci il tarixində tutulan 0.43 AZN məbləğin üzərinə 50 faiz gəlməklə pensiya kartına qaytarılması; iddia ərizəsinə verdiyi 02 (iki) manatın cavabdehdən alınaraq ona ödənilməsi; aylıq pensiyanın başqa banka köçürülməsi vəzifəsinin üzərinə qoyulması; ona dəyən mənəvi zərərin əvəzi kimi cavabdehdən 10000 (on min) manat tutularaq iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il də "xxxx" ASC-dən bir üzü kredit, digər üzü debet olan tamkart əldə etmişdir. Kredit karta 2800 (iki min səkküz yüz) manat limit verilmişdir. Həmin məbləği dəfələrlə istifadə etmiş, heç bir gecikmə olmadığından xx.xx.2023-cü il tarixində tamkart limiti artırılaraq, 5100 (beş min yüz) manat limit verilmişdir. iddiaçı həmin məbləği də dəfələrlə istifadə etmiş, heç bir gecikmə olmadan vaxtı-vaxtında ödənişləri etmişdir. xx.xx.2023-cü il tarixində birbaşa balansa 5000 (beş min) manat ödəniş etmiş, balansda 5104 (beş min yüz dörd) manat olmuşdur. 5100 manat limitdir, 04 (dörd) manat iddiaçının şəxsi vəsaitidir. Sonra tamkart limiti 300 manat olması üçün müraciət etmiş, xx.xx.2023-cü il tarixində kartda balans 304 manat olub. 04 manat şəxsi vəsaitidir. Bankdan xx.xx.2023-cü il tarixində onlayn sifariş edərək, 6400 (altı min dörd yüz) manat kredit almışdır. Məbləği kassadan nəğd almış, hesabda 47 (qırx yeddi) qəpik pulu qalmışdır. Həmin pulun hara olması ona məlum deyil. xx.xx.2023-cü il tarixində 04 (dörd) manat şəxsi vəsaitini çıxarmışdır. Həmin gün iddiaçıdan şəxsi vəsaitinə görə 2 (iki) manat yəni, 50 (əlli) faiz tutulmuşdur. İddiaçının bankla müqavilədə şəxsi vəsaitini çıxaran zaman 50 faiz tutulacağı ilə bağlı müqaviləsi yoxdur. Şəxsi vəsaitini çıxardığı üçün 50 faiz tutulmasına etiraz edərək bank əməkdaşları ilə aydınlıq gətirmək istədi, lakin, əməkdaşlarla danışıqları əhəmiyyətsiz oldu. Bu barədə Bankın idarə heyətinin sədrinə xx.xx.2023-cü il tarixində ərizə ünvanlamış, heç bir cavab verilmədiyi üçün təkrar xx.xx.2023-cü il tarixində müraciət etmiş, bundan sonra xx.xx.2023-cü il tarixində xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixində imzalanmış cavablar bir zərfin içində göndərilmişdir. Verilən həmin cavablarla razılaşmadığından, xx.xx.2023-cü il tarixində təkrar müraciət etmişdir. xx.xx.2024-cü il tarixində cavaba xx.xx.2023-cü il tarixində göndərilmiş cavabı əlavə edərək, anlaşılmaz cavab verilmişdir. Ərizələrinə mahiyyəti üzrə cavab verilməmişdir. Cavabdehin qanunsuz hərəkətinə görə xx.xx.2023-cü il tarixində pensiyanın qalıqlarına hər aya uyğun faiz verilməsi barədə müraciət etmişdir. xx.xx.2024cü il tarixində cavab verilmişdir. Bank iddiaçının pensiyasından dəfələrlə qanunsuz olaraq tutmalar etməyə başlamışdır. İddiaçı xx.xx.2024-cü il tarixində müraciət edərək, qanunsuzluqlara son qoyulmasını tələb etmişdir. xx.xx.2024-cü il tarixində əsaslandırılmamış cavab verilmişdir ki, müraciətinin ərizədə göstərilən istiqamətdə icrası məqsədəuyğun deyil. Pensiyasından tutmalar davam etmişdir. Limit 300 manat olduğu halda limitdən artıq olan şəxsi 04 manatını çıxaranda kartdan, 02 manat faiz çıxıblar qalıb balans 298 manat. Bundan sonra cavabdeh iddiaçının pensiya kartından 02 manatı çıxmağa başlayıb. Hətta, hal-hazırda onun pensiyasından tutulan məbləğ 2 (iki) manat yox, 3.80 qəpik (üç manat səksən qəpik) olmuşdur. Və bu barədə iddiaçıya mesaj gəlmişdir. Artıq ödəmələrin olduğu halda, iddiaçının şəxsi vəsaitini çıxartdığı üçün 02 manat pulunu tutduqdan sonra, həmin iki manatın ödənişi üçün bank qərəzli və qəsdən, özünü mütləq hakim kimi apararaq, pensiyamdan dərhal tutmaq əvəzinə düşmən mövqeyi göstərərək, iddiaçının başqa banklardan kredit götürmək imkanımı məhdudlaşdıraraq həmin 02 manat şəxsi pulunu banka ödəmədiyi üçün 81 gün, 50 gün, 18 gün, 51 gün və 19 gün gecikmə sistemə yerləşdirdikdən sonra, 3 manat 80 qəpik pensiyamdan silmişdir. Kredit üzrə bu günə kimi də banka etdiyi ödənişlərdə artıq məbləğlər var. Xırda pul bankomatlarda qəbul edilmədiyindən buna məcbur edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair yazılı şəkildə münasibət bildirmiş və göstərmişdir ki, İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında qeyd edilən siyahıda "xxxx" ASC-nin adı yoxdur. Bu o deməkdir ki, "ABB” ASC inzibati orqan deyil və inzibati akt qəbul etmək səlahiyyətinə malik deyil. Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən bəlli olur ki, "xxxx" ASC kommersiya qurumudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.5-cü maddəsinə əsasən, fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan hüquqi şəxs kommersiya hüquqi şəxsləri hesab edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini, cavabdehin iddiaya dair yazılı etirazını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının hazırki iddiası mümkünlük şərtlərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən: 1.1. məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3.mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir. 2.1. mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

İddiaçının iddia ərizəsindən göründüyü kimi iddiaçı ilə cavabdeh arasındakı hazırki mübahisə kredit müqaviləsindən irəli gələn mübahisədir və bu səbəbdən də iddiaçı ilə cavabdeh arasında yaranmış hazırkı mübahisə- mülki məhkəmə icraatı qaydasında baxılmalı xüsusi hüquq münasibətindən irəli gələn mübahisədir

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən:

14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 744.2. Kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi); 744.2.7. tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. Kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – “Banklar haqqında” Qanun) müəyyən edilmişdir.

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən

1.0.9. bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. 36.6. Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.

Beləliklə, mülki qanunvericiliyə əsasən, kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunda inzibati orqanların fiziki və ya hüquqi şəxslərlə münasibətlərindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyəti həyata keçirərkən nəzərə almalı olduqları ümumi və prosedur prinsiplər, həmçinin inzibati orqanların qanunun tələblərinə ciddi şəkildə bağlı olduqları öz əksini tapmışdır. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir.

”İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarına əsasən:

1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC hüquqi şəxs olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların siyahısına daxil deyildir. Tərəflər arasında olan hazırkı mübahisə də, cavabdeh tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar iddiaçı üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktın qəbul edilməsi ilə bağlı deyildir. Belə olan halda mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmamalıdır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 48.1.-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin qeyd edilmiş normaları nəzərə alaraq,məhkəmə iclası zamanı iddiaçıya hüquqi yardım göstərmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmişdir. Lakin iddiaçı iddia tələbini müdafiə edərək, iddiaya mahiyyəti üzrə inzibati icraatında baxılmasını məhkəmədən tələb etmişdir. Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “cavabdeh tərəfindən artıq kredit ödəyicisi olduğu halda, adının bankların qara siyahısına (problemli ödəyici) kimi sistemə salınmasının qərəzli olduğu üçün cavabdeh "xxxx" ASC-nin hərəkətinin qanunsuz hesab edilməsi və adının problemli ödəyici siyahısından silinməsi; şəxsi vəsaiti 04 (dörd) manatı çıxardığı üçün 02 (iki) manat yəni, 50 faiz tutulmasının qanunsuz hesab edilməsi və həmin məbləğə görə 03 manat 80 qəpik (üç manat səksən qəpik) pensiyasından tutulan pulun hər ayına 50 faiz əlavə edilərək geri pensiya kartına qaytarılmasının təmin edilməsi; pensiyasından 2021-ci ilin fevral ayından hər ay qalan qalıq pulu bankdan tam əldə edə bilmədiyi üçün hər aylıq qalıq məbləği aylıq 50 faiz əlavə edərək ödənilməsi; "xxxx"ASC-yə məcbur olaraq (xırda pul ödəmək üçün bankomat olmadığından) ödədiyi 08 manat 74 qəpik pulunun hər ay üstünə 50 faiz gəlməklə geri qaytarılması; Cədvəldə göstərilən xırda pulun ödənilməsi üçün cavabdehin şərait yaratması; hər ay banka 185 manat 37 qəpik yaxud 185 manat 38 qəpik ödəməli olduğunun dəqiqləşdirilməsi; xx.xx.2025-ci il tarixində tutulan 0.43 AZN məbləğin üzərinə 50 faiz gəlməklə pensiya kartına qaytarılması; iddia ərizəsinə verdiyi 02 (iki) manatın cavabdehdən alınaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2acıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar