Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4602/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X14 kаtibliyi, İddiaçıların qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, iddiaçılar X15 və X9 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “iddiaçıların Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli, Qəsəbə 5, ev 24 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar X15 və X16 cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı “iddiaçıların Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli, Qəsəbə 5, ev 24 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar anası İddiaçı ilə birlikdə 2010-cu ildən Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli, Qəsəbə 5, ev 24 ünvanında yaşayırlar. İddiaçı keçmiş əri, X12 ilə nikahın pozulmasından sonra Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 iyun 2010-ci il tarixli, 2(001)-2166/20 saylı qətnaməsi ilə müvafiq mənzildə pasport qeydiyyatına alınmışdır. Qanunvericiliyə əsasən, qızlarının şəxsiyyət vəsiqələrini əldə etməsinə baxmayaraq, hal-hazırda heç bir ünvanda qeydiyyatları mövcud deyildir. Bu məsələ onların məişət həyatlarında və dövlət qurumları ilə olan əlaqədə problem yaradır. Müvafiq ərizə ilə xx.xx.2022-ci il tarixində cavabdehə müraciət edilməsinı baxmayaraq, xx.xx.2022-ci il tarixli, 101-381129Q-3222 saylı cavaba əsasən, iddiaçıların qeydiyyata salınmasından imtina edilmişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin 2.2.3-cü bəndinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılarn qanuni nümayəndəsi İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahat və çıxışını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AA1416003 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı X15 Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.2004-cü il tarixdə doğulmuşdur AA3846654 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı X16 Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.2007-ci il tarixdə doğulmuşdur; AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, yaşayış yeri ünvan 4-dür. AZ-İ 952541 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X16 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur, atası X12, anası İddiaçıdır. AZ-İ 432252 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X15 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur, atası X12, anası İddiaçıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin iddiaçıların qanuni nümayəndəsi İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 101-38129Q- 3222 saylı məktubunda bildirilmişdir ki, siz və ailə üzvləriniz - X10 və X9 ünvan 1 ünvanına Xətai Rayon məhkəməsinin 2(011)-2166/20 nömrəli xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən qeydiyyata alınmasını xahiş etmisiniz. Müraciət tərəfimizdən araşdırıldı və cavab olaraq bildiririk ki, yuxarıda qeyd olan qətnamədə qızlarınız - X10 və X9 adları qeyd olunmadığı üçün qeydiyyata əsas olaraq hesab edilmir. Xətai rayon Məhkəməsinin 2(011)-2166/20 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən X6 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci qəsəbə küçəsi, 24 saylı mənzilinə pasport qeydiyyatına alınması vəzifəsinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Qeydiyyat və X11 səlahiyyətli şəxslərinin üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixdə məktubu ilə bildirmişdir ki, ünvan 3 ünvanın qeydiyytdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin siyahısına əsasən İddiaçı həmin ünvanda qeydiyyatdadır. Əlavə olaraq bildirilmişdir ki, müraciətdə göstərilən şəxslərin həmin ünvana qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddiasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür . Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında hesab edilmişdir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi barədə qanunun tələbi mütləq yerinə yetirilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunmuşdur ki, göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. İş materiallarına əlavə edilmiş Xətai rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçıların anası Məmmədova (Qasımova) Xanım Əhmədağa qızının Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli, Qəsəbə 5, ev 24 ünvanına qeydiyyata alınması Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Qeydiyyat və X11 səlahiyyətli şəxslərinin üzərinə qoyulmuşdur. Qətnamədə göstərilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3370 saylı iş üzrə 26 noyabr 2009-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci qəsəbə, 24 saylı mənzilin 1-ci mərtəbəsində yerləşən sahələri 18,2: 8,1: 2,6 kv.m olan yardımçı sahələri, 2-ci mərtəbədə sahəsi 25.8 kv.metr olan yaşayış otağı və sahəsi 24.7 kv.metr olan şüşəbəndin 15 kv.m iddiaçılar X7 və X1, evin 1-ci mərtəbəsində sahəsi 14.8 kv.metr olan yaşayış otağı və sahəsi 6.7 metr, olan yardımçı sahənin cavabdeh X8 və onun ailəsinin, 2-ci mərtəbədə sahəsi 14 ~ kv.metr olan yaşayış otağının və şüşəbəndin 10 kv.metr hissəsi cavabdehlər X4, X2 və onların iki uşağının, mübahisəli evin həyətində 1986-cı ildə inşa edilmiş iki otaq və yardımçı sahələr cavabdehlər X5 və iki uşaqla birlikdə X3 istifadəsinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar anası İddiaçı ilə birlikdə mübahisəli ünvanda, Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli, Qəsəbə 5, ev 24 ünvanında yaşayırlar, İddiaçı həmin ünvanda qeydiyyatda olsa da, övladları həmin evə qeydiyyata düşə bilməmişdirlər. Halbuki yuxarıda qeyd edilmiş Xətai rayon Məhkəməsinin 2(011)-3370 saylı iş üzrə 26 noyabr 2009-cu il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci qəsəbə, 24 saylı mənzilin 1-ci mərtəbəsində yerləşən sahəsi 14.8 kv.metr olan yaşayış otağı və sahəsi 6.7 metr, olan yardımçı sahənin X8 və onun ailəsinin istifadəsinə verilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıların sözügedən ünvanda qeydiyyatda olan anası İddiaçı ilə birlikdə yaşaması, həmin yaşayış sahəsinin məhkəmə qətnaməsi ilə iddiaçıların atası X8 və onun ailəsinin istifadəsinə verilməsi onların həmin evdə yaşayış yeri üzrə qeydiyyata alınmaları üçün əsasdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə uyğun olaraq, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 15.1-ci maddəsinə görə, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Sözügedən Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinəuyğun olaraq, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıların Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli, Qəsəbə 5, ev 24 ünvanına pasport qeydiyyatına alınmaları vəzifəsi cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsı İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 62, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçılar X15 və X9 Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli, Qəsəbə 5, ev 24 ünvanına pasport qeydiyyatına alınmaları vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4602/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4602/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver