Məhkəmə qərarları › İş №2-1(112)-4604/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4604/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4604/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi X7 iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı“yetkinlik yaşına çatmayan oğluna məcburi köçkün statusunun və vəsiqənin verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеhlər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Laçın rayonu İcra Hakimiyyətinə qarşı məhkəməyə müraciət edərək, məcburi köçkün statusunun ona münasibətdə bərpa edilməsinin və üç oğlu, xx.xx.2001-ci il təvəllüdlü X10 və X11, xx.xx.2005-ci il təvəllüdlü X12 münasibətdə verilməsinin, çörək pulu müavinətinin onlara ödənilməsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin azladılması barədə ərizə verərək, xx xxxxxx 2005-ci il təvəllüdlü X12 məcburi köçkün statusunun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı ildə Azərbaycan Respublikası, Laçın rayonu, Güləbird kəndində anadan olmuşdur. X1 1989-cu ildə Laçın rayonunda vəfat etmişdir. X3 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşmüş və xx xxxx 2015-ci ildə məskunlaşdığı Sumqayıt şəhərində vəfat etmişdir. X3 ilə birlikdə Laçın rayonu, Güləbird kəndindən məcburi köçkün düşərək Sumqayıt şəhərində məskunlaşmış və hal-hazırda Laçın rayonu, Güləbird kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8, mənzil 44-də kirayədə yaşayır. Ona və ailəsinə qanunvericiliyə əsasən məcburi köçkünlər üçün nəzərdə tutulan imtiyaz və güzəştlər tətbiq edilmişdir. 1993-cü ildə faktiki, yəni rəsmi nikaha daxil olmadan X16 ilə yaşadığından və həmin münasibətlərdən üç oğlu (ikisi əkiz),14.01,2001-ci il təvəllüdlü X17 və X18, xx.xx.2005-ci il təvəlllüdlü X19 anadan olmuşdur. X3 xx xxxx 2015-ci ilə kimi onunla birgə yaşamış və vəfat etmişdir. Uşaqlarının atası X16 onunla rəsmi nikah münasibətlərinə daxil olmadığından, başqa qadınla ailə quraraq həmin qadınla nikaha daxil olmaq istədiyindən münasibətləri pisləşmiş, son olaraq cavabdeh ona azyaşlı övladı, xx.xx.2005-ci il təvəllüdlü X19 ilə birgə yaşadığı evdən qovduğundan ayrılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin iş № 2(060)-170/2018, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdeh X14 qarşı «uşaqların himayəyə verilməsi və aliment tələbinə dair» iddiası qismən təmin edilmiş, uşaqlar yetkinlik yaşına çatana qədər onun yanında qalmış, X4 uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun xeyrinə hər uşağa hər ay ödənilmək şərtilə 136 manat, cəmi 408 manat aliment kəsilmişdir. İki əkiz övladına bir il aliment alsa da, uşaqların yetkinlik yaşına çatdığından onlara ödənilən aliment dayandırılmışdır. O, yalnız bir uşağa, xx.xx.2005-ci il təvəllüdlü X12 görə 136 manat aliment alır. Evim olmadığına görə uşaqları ilə kirayədə yaşayır, heç bir yerdə işləmir. Sosial yardım almaq üçün müraciət etsə də, iş yeri olmadığından sosial yardım təyin edilməmişdir. Ona görə də ailə və maddi vəziyyəti çox ağırdır.Çörək pulu müavinətinin verilməsi Nazirlər Kabinetinin Qərarına əsasən 2011-ci ildən və xx xxxxxx 2017-ci ildən şəhər qeydiyyatında olan valideynlərin uşaqları üçün kəsilmişdir. Qanunvericiliyin tələbinə əsasən verilmiş Qərarların və Qanunun geriyə qüvvəsi yoxdur. Uşaqlarına məcburi köçkün statusunun verilməməsi və çörək pulu müavinətinin verilməsi qanunsuz olaraq dayandırılmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Laçın Rayon icra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məcburi köçkün statusunun iddiaçıya münasibətdə bərpa edilməsi, üç övladına - xx.xx.2001 -ci il təvəllüdlü X10 və X11, xx.xx.2005-ci il təvəllüdlü X12 “məcburi köçkün statusunun verilməsi və hər birinə münasibətdə çörək pulu müavinətinin ödənilməsinin cavabdehlərə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı “məcburi köçkün statusunun bərpa edilməsinin və verilməsinin, çörək pulu müavinətinin ödənilməsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz edərək bildirilmişdir ki, iddiaçının iddia tələbi qanunsuz və əsassız olduğundan, heç bir qanuni dəlilə söykənmədiyindən məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı iddia ərizəsində “uşaqlarının atasının şəhər qeydiyyatına görə” ona müavinətin ödənilməsinin dayandırıldığını və həmçinin bu əsasla məcburi köçkün statusunu itirdiyini bildirərək onun bərpasını tələb edir. Xüsusilə vurğulamaq lazımdır ki, məcburi köçkünlərə ödənilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması özlüyündə “məcburi köçkün statusunun itirilməsinə” səbəb olmur. Belə ki, məcburi köçkün statusunun itirilməsinin hal və əsasları qanunvericilikdə birbaşa olaraq öz təsbitini tapmışdır. İddiaçı məcburi köçkün statusunu itirmədiyindən və hələ də məcburi köçkün statusuna malik olduğundan, iddiaçının məcburi köçkün statusunun bərpa edilməsi mümkün deyildir.İddiaçı Laçın rayonunun işğalından sonra, 1993-cü ildən məcburi köçkün olmayan yerli sakin X16 ilə faktiki nikah münasibətlərində olmuş və həmin nikahdan isə xx.xx.2001 -ci il tarixli təvəllüdlü X20 və X18, xx.xx.2005-ci il təvəllüdlü X19 dünyaya gəlmişdir. Odur ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə əsasən, uşaqların atası X8 “məcburi köçkün” statusu olmadığından və həmçinin onun qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmadığından, X20, X18 və X12 məcburi köçkün statusu verilə bilməz. Qeyd edirik ki, atanın yerli şəxs olması və eyni zamanda atanın Bakı şəhərində daimi yaşayış yeri olduğu üçün iddiaçının övladlarının məcburi köçkün düşmüş hesab edilməsi və ya məcburi köçkün sayılması mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının xx xxx 1999-cu il Qanununun 1 -ci maddəsinin 3cü bəndinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Məcburi köçkün statusu olan qadın işğaldan sonra yerli sakin ilə nikahla və ya nikahsız ailə həyatı qurduqda, qadın öz əvvəlki yaşayış yerindən qeydiyyatdan çıxmasa belə ərə getdiyi şəxsin yaşayış yeri ailənin yaşayış yeri hesab edilir və onların işğaldan sonra doğulmuş uşaqlarının yaşayış yeri işğal zonası olmadığı üçün həmin uşaqlara “məcburi köçkün” statusu verilmir. İddiaçının hesab etdiyi kimi olsa, belə nəticəyə gəlmək olar ki, mövcud qanunvericiliyin tələblərinə əməl etmədən, atası məcburi köçkün olmayan bütün nikahı olmayan və ya boşanmış qadınların uşaqlarına məcburi köçkün statusu verilməlidir. Bu isə mövcud qanunvericiliyin, həmçinin Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların tələblərinə zidd olmaqla əsassızdır. Cavabdeh iddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Mirhüseyn etiraz ərizəsində qeyd edilənlərə əsasən izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X21 iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı Mənzil-Kommunal sahəsinin 1729 nömrəli xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçmüşdür və ünvan 1 ünvanında kirayədə yaşayır. Azərbaycan Respublikası Laçın rayon İcra Hkimiyyəti Başçısı Aparatının 8/503 nömrəli xx xxxxxx 2017-ci il tarixli məktubundan görünür ki, Laçın rayon Güləbird kənd sakini İddiaçı 1992-ci ilin may ayından Laçın rayoundan məcburi köçkün olmaqla, hal-hazırda Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış və yerli sakin ilə ailə həyatı qurduğu üçün yemək xərci müavinəti siyahısından çıxarılmışdır. Məhkəmə iddiaçını öz tələbində aşağıda göstərilənlərə görə haqlı hesab etmir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanının 2-ci hissəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən, həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx xxx 2013-cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş «AzərbaycanRespublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları»nın 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına verilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 3.1-ci bəndinə görə Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla «məcburi köçkün» statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı 1992-ci ildə Laçın rayonu işğal olunduğu üçün məcburi köçkün düşmüşdür. 1993-ci ildə X16 ilə faktiki nikaha daxil olmuşdur. Bu nikahdan uşaqları 14.01,2001-ci il təvəllüdlü X17 və X18, xx.xx.2005-ci il təvəlllüdlü X2 şəhərində anadan olmuşlar. 2005-ci ildə iddiaçı X6 ayrılmışdır. Uşaqlar iddiaçının yanında qalırlar. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-cüi il tarixli, 2(060)-170/2018 saylı qətnaməsi ilə uşaqların iddiaçının himayəsində olması faktı müəyyən edilmişdir. İddiaçı məcburi köçkün statusuna və vəsiqəsinə malikdir. Uşaqların atası məcburi köçkün statusuna malik deyil. İddiaçı yetkinlik yaşına çatmayan uşağı xx.xx.2005-ci il təvəlllüdlü X12 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin orqan bundan imtina edərək, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad etmişdir. Göründüyü kimi, iddiada qoyulan tələb məcburi köçkün statusunun məcburi köçkün olan anadan doğulmuş uşaqlara verilməsi ilə əlaqədardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” qaydasının 2.4-cü bəndinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara aylıq müavinət şamil edilmir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərdən hər ikisi “məcburi köçkün” statusuna malik olan və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Beləliklə, Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı xx.xx.2005-ci il təvəllüdlü oğlu X9 atası məcburi köçkün statusuna malik olmayan şəxs olduğundan qanunvericiliklə («Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın müddəları ilə) “məcburi köçkün” satusu və onu təsdiq edən vəsiqə verilməli şəxslərin (Qaydaların 4.1.-cı bəndi) sırasına daxil olmadığından, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ona “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsində imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Beləliklə də, iddiaçının yetkinlik yaşına çatmayan oğluna məcburi köçkün statusunun verilməsini zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğu sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən ödəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “Məcburi köçkün statusunun və vəsiqənin verilməsi” barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “yetkinlik yaşına çatmayan oğluna məcburi köçkün statusunun və vəsiqənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar