Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4604/2022 14.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı1 İnqilab qızının, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçılar İddiaçı1 İnqilab qızı və İddiaçı2 İnqilab qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və çıxarış əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 İnqilab qızı və İddiaçı2 İnqilab qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Ağarza Əlipaşa oğlunun adına verilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, Seriya RX № ******* saylı hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş bütün hüquqverici sənədlərin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 12 may 2004-cü il tarixli, 10/xx.xx.2004 saylı sərəncamına əsasən İddiaçı1 İnqilab qızının bacısı İddiaçı2 İnqilab qızına 145-000-130 s nömrəli layihə tipli 600 kvadrat metr sahəsi olan şəxsi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixdə 825 nömrəli sərəncamına əsasən X26 fərdi ev tikintisi üçün iddiaçıya 600 kv.m. torpaq sahəsi ayrılmışdır. 13 sentyabr 2004-cü il tarixdə İddiaçı1 İnqilab qızı xx.xx.2006cı il tarixdə denominasiya keçirilməmişdən əvvəlki məzənnə ilə 300.000 manat torpaq rüsumu ödəmişdir. xx.xx.2004-cü il tarixdə İddiaçı2 İnqlab qızı Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin hesabına xx.xx.2006-cı il tarixdə denominasiya keçirilməmişdən əvvəlki məzənnə ilə 4.800 manat ödəniş etmişdir. Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, bacısı İddiaçı2 İnqilab qızına 145-000-130 s nömrəli layihə tipli 600 kv.m. sahə verilmişdir. 10 sentyabr 2009-cu il tarixli, 088 saylı Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsi tərəfindən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı1 tərəfindən Balaxanı Bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli, 10 nömrəli sərəncam əsasında ona məxsus olan 600 kv.m. torpaq sahəsində tikinti işləri aparmaq istədiyini bildirmiş, Balaxanı Bələdiyyəsinin buna etiraz etmədiyi göstərilmiş və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin bu məsələyə münasibət bildirməsi xahiş edilmişdir. 22 fevral 2010-cu il, 13 dekabr 2011-ci il, 28 oktyabr 2013-cü il, 13 avqust 2019-cu il tarixli yerli (bəllədiyyə) vergilərin və ödənişlərin qəbuluna dair qəbzlərdən görünür ki, İddiaçı1 İnqilab qızı və bacısı İddiaçı2 İnqilab qızı tərəfindən Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsinin hesabına ödənişlər edilmişdir. 22 dekabr 2011-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı1 İnqilab qızı 1050 (bir min əlli) manat Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin hesabına 2006-cı il üçün torpaq vergisi ödəmişdir. xx.xx.2016-cı il tarixli 067 saylı Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsi tərəfindən İddiaçı1 ünvanlanmış məktubdan görünür ki, 30 dekabr 2006-cı il tarixdə İddiaçı1 ayrılmış torpaq sahəsi cizgidə nəzərdə tutulan sahə ilə üst-üstə düşür, torpağın birdəfəlik rüsumu ödənilmiş və illik vergi vaxtlı-vaxtında ödənildiyi qeyd edilir. Lakin Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 28 fevral 2020-ci il tarixli, 1/96 saylı məktubun surətindən görünür ki, Balaxanı Bələdiyyəsindən aldıqları məlumata əsasən X19 Rayon İcra Hakimiyyəti Başçısının 9/55 saylı, xx.xx.1992-ci il tarixli qərarı əsasında ona ayrılmış torpaq sahəsindən istifadə edərək fərdi yaşayış evi inşa etmişdir. Ağarza Əlipaşa oğlu həmin qərardan təkrar istifadə edərək başqa ərazidə də torpaq sahəsi zəbt edərək həmin torpaq sahəsini özəlləşdirmişdir. Mübahisəli həmin torpaq sahəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 9/55 saylı, xx.xx.1992-ci il tarixli qərarı əsasında ayrılmış torpaq sahəsi deyil, həmin torpaq sahəsi Balaxanı Bələdiyyəsi tərəfindən İddiaçı1 İnqilab qızına ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. “4 saylı Bakı ASAN xidməti” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 noyabr 2015-ci il tarixli, AZ-İ seriyalı, 777018 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ağarza Əlipaşa oğlu xx.xx.2015-ci il tarixdə ölmüşdür. Paşayev Bəy-Rza Ağa-Rza oğlu Bakı şəhəri 16 saylı notariat Kontoruna ərizə ilə müraciət edərək vərəsəlik işinin açılmasını xahiş etmişdir. xx.xx.2016-cı il tarixli 16 saylı notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış məktubundan görünür ki, Ağarza Əlipaşa oğlu xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə əlaqədar Paşayev Bəy-Rza Ağa-Rza oğlunun ərizəsi əsasında iddiaçılar tərəfindən vərəsəlik işi açılmışdır. Və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, sahə 110 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli, RX seriyalı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseyinşir Əjdərov, 112 saylı sahə xx.xx.2016-cı il tarixdə Ağarza Əlipaşa oğlu mülkiyyətçi kimi qeydiyyata alınmışdır. 10 may 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseyinşir Əjdərov, 112 saylı ünvanda ümumi sahəsi 0,114 ha olan torpaq sahəsi Ağarza Əlipaşa oğlundan Paşayev Bəy-Rza Ağa- Rza oğluna miras əmlak kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05 may 2021-ci il tarixli **********40 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseyinşir Əjdərov 112 saylı sahədə yerləşən 0,1140 ha torpaq sahəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 9/55 nömrəli qərarına (qərarda 110 saylı sahə kimi qeyd edilib), Bakı şəhər 16 saylı Notariat Kontorunun xx.xx.2016-cı il tarixli 200 nömrəli vərəsəlik məktubuna, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 4374 nömrəli arxiv arayışına əsasən xx.xx.2016-cı il tarixdə ilkin olaraq Ağarza Əipaşa oğlunun adına qeydiyyatdan keçmişdir. Sözügedən torpaq sahəsi Bakı şəhəri 16 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2016-cı il tarixli, 2V-69 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə vərəsə Paşayev Bəy-Rza Ağa-Rza oğlunun adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi İddiaçı1 məxsus torpaq sahələrinə aid olan sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən və maklerlik fəaliyyəti ilə məşğul olan X21 iştirakı ilə saxtalaşdırılaraq Ağarza Əlipaşa oğlunun adlarına sənədləşdirilmişdir. Bakı şəhəri 16 saylı Notariat Kontorunun notariusu tərəfindən Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı 200 saylı, 02 mart 2016-cı il tarixli məktubundan görünür ki, Ağarza Əlipaşa oğlunun xx.xx.2015-ci il tarixdə vəfatı ilə əlaqədar onun vərəsəsi-Paşayev Bəy-Rza Ağa-Rza oğlunun ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edildiyindən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, sahə 110 ünvanda yerləşən torpaq sahəsinə çıxarışın verilməsi xahiş olunur. 1-ci sıradakı məktuba cavab olaraq, ƏMDK-nin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə Ağarza Əlipaşa oğluna verilmiş **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, həmin torpaq sahəsinin hüquqi ünvanı ünvan 5axtalaşdırma əməliyyatı da məhz bu mərhələdə, 110 rəqəminin əvəzində, X13 və bacısı İddiaçı2 İnqilab qızına aid olan yerləşdiyi torpaq sahəsinin ünvanına məxsus - 112 rəqəmini qeyd etməklə həyata keçirilmişdir. Məhz bu saxtalaşdırmanın həyata keçirilməsindən dərhal sonra, Ağarza Əlipaşa oğluna verilmiş **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseyinşir Əjdərov, 112 saylı sahə ünvanda yerləşən ümumi sahəsi 0,114 ha torpaq sahəsinə dair Paşayev Bəy-Rza Ağa-Rza oğlunun adına 10 may 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmiş, bunun əsasında da ƏMDK-nin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bu çıxarışın alınmasından da dərhal sonra həmin torpaq sahəsinin ayrı-ayrı şəxslərin adlarına özgəninkiləşdirilməsi əməliyyatları aparılmışdır. Bakı şəfəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının iddiaçılara ünvanladığı 28 fevral 2020-ci il tarixli, 1/96 saylı məktubunda göstərilmişdir ki: “...Əlavə olaraq bildiririk ki, Balaxanı Bələdiyyəsindən aldığımız məlumata əsasən Ağa X25 Rayon İcra Hakimiyyəti Başçısının 9/55 saylı, 17 aprel 1992-ci il tarixli qərarı əsasında ona ayrılmış torpaq sahəsindən istifadə edərək fərdi yaşayış evi inşa etmişdir. X27 həmin qərardan təkrar istifadə edilərək başqa ərazidə torpaq sahəsi zəbt edilərək həmin torpaq sahəsi özəlləşdirilmişdir. Mübahisəli həmin torpaq sahəsi Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 9/55 saylı, 17 aprel 1992-ci il tarixli qərarı əsasında ona ayrılmış torpaq sahəsi deyil, həmin torpaq sahəsi Balaxanı Bələdiyyəsi tərəfindən İddiaçı1 İnqilab qızına ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür”. Ağarza Əlipaşa oğlunun adına verilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, **********64 reyestr nömrəli, Seriya RX № ******* saylı hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış saxta yollarla əldə edildiyindən etibarsız hesab edilməlidir. H.Əjdərov küçəsi ünvanında yerləşən torpaq sahəsinə dair verilmiş RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı İddiaçı1 Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə ünvanladığı ********** nömrəli xx.xx.2021-ci il tarixli müraciətinə baxılmış və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Araşdırma aparılmış və daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilməsi və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməsi bağlı vətəndaşa **********00 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Bundan əlavə, torpaq sahəsi ilkin olaraq Sabunçu Rayon İcra Hakimiyyətinin 9/55 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı əsasında Ağarza Əlipaşa oğlunun adına qeydiyyata alınmış, daha sonra isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Paşayev Bəy-Rza Ağa-Rza oğlunun adına qeydiyyata alınmışdır. Sonuncu tərəfindən isə torpaq sahəsi müxtəlif vaxtlarda bir neçə yerə bölünərək müxtəlif şəxslərə satılmış və həmin şəxslər tərəfindən də özgəninkiləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 İnqilab qızı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin hallarından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 10/xx.xx.2004 nömrəli Sərəncamı ilə X14 145-000-130 saylı layihə tipli 600 kv.m sahəsi olan şəxsi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bundan başqa Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 825 nömrəli Sərəncamı ilə X26 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi İddiaçı1 İnqilab qızına ayrılmışdır. Eyni zamanda müəyyən olunur ki, Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1992ci il tarixli 9/55 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində 110 saylı evin tikilməsi üçün 1200 kv.m torpaq sahəsi X29 verilmişdir. Həmin qərar əsasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseynşir Əjdərov, 112 saylı sahədə yerləşən 0,114 ha ölçülü torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ Ağarza Əlipaşa oğlunun adına xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış, daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. X37 xx.xx.2015-ci il tarixdə vəfat etdiyindən Bakı şəhəri Ədliyyə Nazirliyi 16 saylı Notariat Kontorunun V-20/2016 saylı vərəsəlik işi üzrə 12 may 2016-cı il tarixli 2V-69 saylı qanun üzrə vərəsəlik vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Paşayev Bəy-Rza Ağa-Rza oğlu miras əmlakından 1/1 hissədə pay almalıdır. Həmin şəhadətnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseynşir Əjdərov, 112 saylı sahədə yerləşən 0,114 ha ölçülü torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ Paşayev Bəy-Rza Ağa-Rza oğlunun adına xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış, bu barədə daşınmaz əmlakın Dövlət reyestrindın RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. Bundan sonra AN-İ ******* saylı 20 avqust 2016-cı il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə Paşayev Bəy-Rza Ağa-Rza oğlu ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 0.114 ha olan torpaq sahəsinin 0.074 ha hissəsini 6000 manat müqabilində X3 və həmin torpaq sahələrinə dair bölgü sxeminə dair saziş bağlanmışdır. Bundan sonra həmin torpaq sahəsi X11 adına dövlət qeydiyyatına alınmış və ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarən Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. Sonuncu dəfə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavabına əsasən sözügedən torpaq sahəsindən (yerdə qalan 0,037 ha torpaq sahəsi yeni poçt ünvanı almış və ünvan 10 alınmışdır) ayrılmış 0,074 ha ölçülü torpaq sahəsi Bakı şəhəri, Balaxanı qəsəbəsi, H.Əjdərov küçəsi, 112 saylı sahə adı altında X11 adına qeydiyyata alınmışdır, lakin həmin torpaq sahəsinin 0,044 ha olan hissəsi X16 adına özgəninkiləşdirilmiş və həmin torpaq sahəsindən ayrılmış, habelə yeni poçt ünvanı alaraq ünvan 11 reyestrində qeydiyyata alınmışdır. Bəhs olunan 0,074 ha torpaq sahəsindən yerdə qalan 0,03 ha hissə isə Bakı şəhəri 14 saylı NO-nun 4Ə-731 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X17 adına dövlət reyestrində qeydiyyata alınmışdır (əmlakın poçt ünvanında hər hansı dəyişiklik baş verməmişdir) və hazırda mülkiyyətindədir. Bundan başqa AN-İ ******* saylı 06 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə Paşayev Bəy-Rza Ağa-Rza oğlu ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 0.0378 ha olan torpaq sahəsini 5400 manat müqabilində X1 və X6 adına dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarən Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. İddiaçılar İddiaçı1 İnqilab qızı və İddiaçı2 İnqilab qızının cavabdehlər X15 qarşı “alqı-satqı müqavilələrinin və onların əsasında torpağa dair verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X11 torpağa dair alqı-satqı müqaviləsinin və onun əsasında DƏDRX-in tərəfindən verilmiş çıxarışın həmçinin ona məxsus olan torpaq sahəsinə dair bütün alqısatqı və çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar iddia ərizəsinə əlavə verərək, ilkin iddia tələbinin cavabdeh X11 adına verilmiş, seriya RX ******* ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli və Paşayev Bəy-Rza Ağa-Rza oğlunun adına verilmiş, xx.xx.2016-cı il tarixli **********764 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışların və AN-İ ******* saylı xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə əvəz edilməsi, Paşayev Bəy- Rza Ağa-Rza oğlunun (Unvan: Bakı şəhəri, Baxalanı qəsəbəsi, Müsavat küçəsi ev 53 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti-nin Bakı şəhəri Ərazi İdarəsinin iş üzrə cavabdehlər qismində cəlb edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar iddia ərizəsinə əlavə verərək, cavabdeh Paşayev Bəy-Rza Ağa-Rza oğluna DƏDRX-in Bakı Ərazi İdarəsi verilmiş xx.xx.2016-cı ildə verilmiş ünvan 13, 112 saylı torpaq sahəsinə dair çıxarışın, Paşayev Bəy-Raz Ağa-Rza oğlu ilə X10 arasında ünvan 13, 112 saylı torpaq sahəsinə dair alqı-satqı müqaviləsi və həmin müqavilənin əsasında DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən X6 adına verilmiş RX ******* seriya nömrəli çıxarışın, həmçinin Paşayev Bəy-Rza Ağarza oğlu ilə X22 arasında ünvan 13, 112 saylı torpaq sahəsinə dair bağlanmış xx.xx.2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş RX ******* seriya nömrəli çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-110/2018 saylı saylı, 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Paşayev Bəy-Rza Ağa-Rza oğluna DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 112 saylı torpaq sahəsinə dair çıxarış, Paşayev Bəy-Rza Ağa-Rza oğlu ilə X10 arasında ünvan 13, 112 saylı torpaq sahəsinə dair alqı-satqı müqaviləsi və həmin müqavilənin əsasında DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən X6 adına verilmiş R.X 097036 seriya nömrəli çıxarış, həmçinin, Paşayev X39 ilə X22 arasında ünvan 13 112 saylı torpaq sahəsinə dair bağlanmış xx.xx.2016-cı il tarixli AN 10566326 saylı alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş RX ******* seriya nömrəli çıxarışlar etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3597/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər X22 və X6 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-110/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 6647/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçılar İddiaçı1 İnqilab qızı və İddiaçı2 İnqilab qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 14 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 13(102)-99/2020 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə İddiaçı1 İnqilab qızının ərizəsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmasından imtina edilmişdir. Hazırkı məhkəmə icraatında məhkəmənin sorğusuna cavab olaraq: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 09/3-78 nömrəli məktubunda bildirilmişdir ki, Sabunçu rayonu Balaxanı bələdiyyəsinin X12 600 kv.m torpaq sahəsinin ayrılmasına dair xx.xx.2004-cü il tarixli, 10/xx.xx.2004 nömrəli və İddiaçı1 İnqilab qızına 600 kv.m torpaq sahəsinin ayrılmasına dair xx.xx.2006-cı il tarixli, 825 nömrəli sərəncamlarının qeydiyyatdan keçib-keçməməsi barədə sorğunuza baxılmışdır. Bildirilir ki, qeyd edilən sərəncamlar Bələdiyyələrlə iş mərkəzində aşkar edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********96 nömrəli məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Sabunçu Rayonu Balaxanı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 10/xx.xx.2004 nömrəli Sərəncamı ilə İddiaçı2 İnqilab qızına və xx.xx.2006-cı il tarixli, 825 nömrəli Sərəncamı ilə İddiaçı1 İnqilab qızına ayrılmış torpaq sahələrinə dair hər-hansı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, MİHO/2.1.1-2- 2022-2310 nömrəli məktubunda bildirilmişdir ki, Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10/xx.xx.2004 nömrəli sərəncamı ilə İddiaçı2 İnqilab qızına 600 kv.m torpaq sahəsinin və xx.xx.2006-cı il tarixli 825 nömrəli sərəncamı ilə İddiaçı1 İnqilab qızına 600 kv.m torpaq sahəsi ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi, müraciət edilmişdirsə bununla bağlı rəyin verilib-verilməməsi barədə məlumatın müvafiq təsdiqedici sənədlərlə birlikdə məhkəməyə təqdim edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 2-1(112)-4604/2022 nömrəli sorğuya baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən torpaq sahəsinin adıçəkilən şəxsə ayrılması ilə bağlı sənəd aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********00 nömrəli məktubda bildirilmişdir ki, ünvan 13 ünvanında yerləşən torpaq sahəsinə dair verilmiş RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinizə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, qeyd olunan daşınmaz əmlaka dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7892/2021 saylı, xx.xx.2021-ci il tarixli inzibati işi üzrə yekun məhkəmə aktı 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Əlavə olaraq bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Beləliklə, işin hallarından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 10/xx.xx.2004 nömrəli və 30 dekabr 2006-cı il tarixli 825 nömrəli Sərəncamları ilə X26 fərdi yaşayış evinin tikintisi üçün İddiaçı1 İnqilab qızına və X14 hər birinə ayrı-ayrılıqda 600 kv.m olmaqla torpaq sahələri ayrılmışdır. İddia tələbinə görə X19 Rayon İcra Hakimiyyəti Başçısının 9/55 saylı, xx.xx.1992ci il tarixli qərarı əsasında ona ayrılmış torpaq sahəsindən istifadə edərək fərdi yaşayış evi inşa etmişdir. Ağarza Əlipaşa oğlu həmin qərardan təkrar istifadə edərək iddiaçılara bələdiyyə sərəncamları ilə ayrılmış torpaq sahələrini zəbt edərək onlara aid torpaq sahələrini öz adına özəlləşdirmişdir. İşi yuxarıda sadalanan hallarından görünür ki, ünvan 13, 112 saylı sahədə yerləşən 0,114 ha torpaq sahəsi Sabunçu Rayon İcra Hakimiyyətinin 9/55 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı əsasında ilkin olaraq Ağarza Əlipaşa oğlunun adına qeydiyyata alınmış, daha sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Paşayev Bəy-Rza Ağa-Rza oğlunun adına qeydiyyata alınmışdır. Sonuncu tərəfindən isə torpaq sahəsi müxtəlif vaxtlarda bir neçə yerə bölünərək müxtəlif şəxslərə satılmış və həmin şəxslər tərəfindən də özgəninkiləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. Qeyd edilməlidir ki, iddiaçılar cavabdeh Paşayev Bəy-Rza Ağa-Rza oğluna (ikinci mülkiyyətçi) və sonrakı mülkiyyətçilər X22, X8 qarşı mülki məhkəmə icraatında iddia qaldıraraq Paşayev Bəy-Rza Ağa-Rza oğluna DƏDRX-in Bakı Ərazi İdarəsi verilmiş xx.xx.2016-cı ildə verilmiş ünvan 13, 112 saylı torpaq sahəsinə dair çıxarışın və çıxarışdan sonra həmin torpaq sahələri ilə bağlı aparılmış alqı-satqı müqavilələrinin və müqavilələr əsasında verilmiş çıxarışların etibarsızlığını mübahisələndirmişlər. Adıçəkilən mülki iş üzrə Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)- 110/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş olsa da Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3597/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 110/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 6647/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3597/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13(102)-99/2020 nömrəli, xx.xx.2021ci il tarixli qərardadına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə İddiaçı1 İnqilab qızının ərizəsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmasından imtina edilmişdir. Hazırkı məhkəmə icraatında məhkəmə sorğusu ilə əldə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3597/2019 nömrəli mülki iş materiallarından və məhkəmə qətnaməsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3597/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbini rədd edərkən iş üzrə istinad etdiyi hallar aşağıdakılardan ibarət olmuşdur: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27676 saylı 29 noyabr 2017-ci il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflərin mübahisə etdikləri iddiaçılar İddiaçı1 İnqilab qızının və İddiaçı2 İnqilab qızının mülki işdə olan Bakı şəhəri Balaxanı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 825 nömrəli sərəncamı və sərəncama əlavə edilmiş sxemə əsasən iddia etdikləri torpaq sahələri hal-hazırda xüsusi mülkiyyətdədir. İddiaçı1 İnqilab qızına və İddiaçı2 inqilab qızına torpaq sahəsinin ayrılması barədə "xxxx" MMC-nin arxiv və elektron bazasında heç bir məlumat yoxdur. İddiaçılar İddiaçı1 İnqilab qızının və İddiaçı2 İnqilab qızının iddia etdikləri torpaq sahələri ilə cavabdeh X4 0.0740 hektar, reyestr nömrəsi **********82 olan və Paşayev Ağarza oğluna sahəsi 0.114 hektar, reyestr nömrəsi **********64 olan (alqı-satqı qaydasında satıldıqdan sonra hal-hazırda A-X4 0.0740 reyestr nömrəsi **********82 olan və B-X2 hektar, reyestr nömrəsi **********08 olan çıxarışlarla mülkiyyət hüquqları qeydiyyata alınmış) çıxarış və plan-ölçü sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16078 saylı 10 oktyabr 2018-ci il ekspert rəyinə əsasən, iddiaçılar İddiaçı1 İnqilab qızının və İddiaçı2 qızının iddia etdikləri torpaq sahələri ilə cavabdeh X15 0.0740 hektar, reyestr nömrəsi **********82 olan və X5 0,114 hektar, reyestr nömrəsi **********64 olan (alqı-satqı qaydasında satıldıqdan sonra hal-hazırda A-X4 0.0740 hektar, reyestr nömrəsi **********82 olan və B-X2 0.0373 hektar, reyestr **********08 olan çıxarışlarla mülkiyyət hüquqları qeydiyyata alınmış) çıxarış və plan-ölçü sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilir. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 916 saylı sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsinin 65,98 ha torpaq sahəsi sərəncama əlavə edilmiş sərhədlər daxilində Balaxanı qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir. Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 12 may 2004-cü il tarixli Sərəncamı ilə X14 145-000-130 saylı layihə tipli 600 kv.m sahəsi olan şəxsi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bundan başqa Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixı Sərəncamı ilə müahisə predmeti olan X26 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi İddiaçı1 İnqilab qızına ayrılmışdır. Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 48 saylı məktuba əsasən, həmin torpaq sahələri Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 916 saylı sərəncamı ilə Balaxanı Bələdiyyəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinin 65,98 ha torpaq sahəsinin hüdudları daxilindədir. -İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 1/645 saylı məktubuna əsasən, Bakı şəhərində və ətraf qəsəbələrində olan torpaq sahələri Bakı şəhəri İcra Hakimiyyətinin tabeçiliyindədir. Qeyd olunan məktuba əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisəli torpaq sahələri Balaxanı bələdiyyəsinin mülkiyyətinə verilmədiyindən və Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyində olduğundan Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 12 may 2004-cü il tarixli və 30 dekabr 2006-cı il tarixli Sərəncamları ilə iddiaçılara verilə bilməzdi. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən qanunvericilik normalarına uyğun olaraq, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Balaxanı Bələdiyyəsinə həmin torpaq sahəsi ayrılsa idi belə, cavabdehlərin mülkiyyətində olan torpaq sahələri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 9/55 saylı qərarı ilə X29 ayrıldığından və sonuncunun həmin torpaq sahəsinə dair mülkiyyət hüququ qeydə alındığından mübahisəli torpaq sahələri bələdiyyənin xeyrinə ayrılmış torpaq sahəsinin daxilində ola bilməzdi. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 13(102)-99/2020 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadında qeyd edilmişdir ki: (....) Balaxanı Bələdiyyəsi iş üzrə 3-cü şəxs kimi məhkəmə işində iştirak etmiş, tərəflər arasında torpaq sahəsi ilə bağlı mübahisə məhkəmələr tərəfindən araşdırılmış, mübahisələndirilən hüquqmüəyyənedici sənədlərin etibarsızlığı üçün qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir. Belə olan halda Sabunçu rayon İcra Hakimiyyətinin Balaxanı Bələdiyyəsinə istinadən həmin torpaq sahəsinin iddiaçıya məxsus olması barədə məktubunda göstərilənlər özü-özlüyündə iş üçün həlledici əhəmiyyət daşıyan və işin nəticəsinə təsir edən material hesab edilmir. Göründüyü kimi hazırkı inzibati məhkəmə icraatında iddiaçılar Ağarza Əlipaşa oğlunun adına verilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, **********64 reyestr nömrəli, Seriya RX № ******* saylı hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsızlığını mübahisələndirsələr də onlar bundan əvvəl eyni hüquqi və faktiki hallara əsaslanaraq Ağarza Əlipaşa oğlundan sonrakı qanun üzrə vərəsəlik qaydasında həmin əmlakı əldə etmiş Paşayev Bəy-Rza Ağa-Rza oğlunun və ondan sonrakı mülkiyyətçilərin adlarına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsızlığını mülki məhkəmə icratında mübahisələndirmişlər. Həmin mülki iş üzrə iddiaçıların iddia tələbləri qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təmin edilməmişdir. İddiaçıların hazırkı icraatda mübahisəli torpaq sahələri ilə bağlı ilkin mülkiyyətçi olmuş Ağarza Əlipaşa oğlunun adına verilmiş qeydiyyatı mübahisələndirsələr də bu hal onlara yenidən başqa bir məhkəmə icraatında eyni hüquqi və faktiki hallara istinad etməklə məhkəmə mübahisəsi yaratmağa əsas vermir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi mübahisəli torpaq sahələrinə dair Ağarza Əlipaşa oğlundan sonra qanun üzrə vərəsəlik qaydasında hüquq əldə etmiş Paşayev Bəy-Rza Ağa-Rza oğlunun və ondan sonrakı fiziki şəxslərin adlarına aparılmış qeydlərə mülki məhkəmə icraatında işə baxılarkən məhkəmə Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1-ci bəndi, “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinin 1-ci bəndi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1; 4.0.1; 6.1; 6.2-ci maddələrinə istinadən mübahisəli torpaq sahələrinin dövlət qeydiyyatının etibarsızlığını o əsaslarla rədd etmişdir ki, iddia olunan torpaq sahələri Balaxanı bələdiyyəsinin mülkiyyətinə olmadığından Bakı şəhəri Sabunçu rayonu, Balaxanı Bələdiyyəsinin 12 may 2004-cü il tarixli və 30 dekabr 2006-cı il tarixli Sərəncamları ilə iddiaçılara verilə bilməzdi. Eyni zamanda hətta həmin torpaq sahələri Balaxanı Bələdiyyəsinə ayrılmış olsa idi belə həmin torpaq sahələri ilk növbədə Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 9/55 saylı qərarı ilə X29 ayrıldığından bələdiyyənin xeyrinə ayrılmış torpaq sahəsinin daxilində ola bilməzdi. Dolayısı ilə müəyyən olunur ki, mülki məhkəmə icraatında iddiaçıların iddialarının hüquqi əsasında dayanan hüquqmüəyyənedici sənədlərin- Bakı şəhəri Sabunçu rayonu, Balaxanı Bələdiyyəsinin 12 may 2004-cü il tarixli və 30 dekabr 2006-cı il tarixli sərəncamlarına, eləcə də həmin sərəncamlarla ayrılmış iddia olunan mübahisəli torpaq sahələrinin statusuna (bələdiyyə və ya dövlət mülkiyyətində olmasına) bilavasitə hüquqi qiymət verilmişdir. İddiaçıların hazırda mülki məhkəmə icraatının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qiymət verilmiş eyni torpaq sahələrinə dair dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə iddianı inzibati mühakimə icraatı qaydasında yenidən qaldırılmaları prosessual məhdudiyyətlərdən yayınmaqla həmin tələbə məhkəmə qaydasında yenidən baxılmasına nail olmağa əsas verir ki, bu da prosessual qanunvericiliklə yolverilməzdir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumu “G.İsmayılzadənin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 29 noyabr tarixli Qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 28 oktyabr 2014-cü il tarixli yekun qərarının hüquqi nəticələrinin mülki məhkəmə icraatı qaydasında faktiki olaraq qüvvədən salınmasını narahatlıqla qeyd edərək bildirir ki, belə hallar məhkəmələrin fəaliyyətində qeyri-konstitusion təcrübə yaratmış olar. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.” Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya mülki mühakimə icraatı qaydasında baxılmaqla yekun qiymət verildiyindən artıq həmin mübahisə eyni tərəflər arasında hər hansı bir məhkəmədə (istər mülki, istər inzibati məhkəmə) mübahisə predmeti ola və baxıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 İnqilab qızı və İddiaçı2 İnqilab qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4604/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4604/2022
14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver