Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4607/2020 19.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “kompensasiyanın ödənilməsi barədə” iddiası üzrə iddiaçının iddiadan imtina edilməsi haqqında ərizəsinə məhkəmənin binasında (ünvan: ünvan 1 MÜƏYYƏN E T D İ M: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, ünvan 2 ünvanında yerləşən 89 saylı məktəbin yaxınlığında 18 kv.metr sahəsi olmuş 66 saylı qeyri-yaşayış binasının – qarajının qanunsuz sökülməsi ilə əlaqədar vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdehəqarşı “kompensasiyanın ödənilməsi” tələbi üzrə mübahisənin barışıqla yekunlaşdığını nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin tələblərinə əsasən 2-1(112)-4607/2020 saylı iş üzrə iddia tələbindən imtina edilməsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” 05 avqust 2020-ci il tarixli Məlumatında xüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 05 avqust saat 06:00dan 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən inzibati məhkəmələr üzrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilməsi tövsiyə edilmişdir. Yuxarıda göstərilənlərə əsasən iş üzrə şifahi dinləmələr keçirilmədən müvafiq qərardad qəbul edilməsi mümkün hesab edilmişdir. İnzibati Prosessual Məcəllənin 55.5-ci maddəsində qeyd edilmişdir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçının ərizəsini və işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlirəm ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilir ki, İnzibati Prosessual Məcəllənin 55.4-cü maddəsinə görə iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 50, 55 və 80-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ M: İddiaçı iddiadan imtina edilməsi və icraata xitam verilməsi barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehəqarşı “kompensasiyanın ödənilməsi barədə” iddiasından imtinası qəbul edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4607/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4607/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver