Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4607/2022 21.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə X10 Təsərrüfatı Müəssisənin 17 fevral 2000-ci il tarixli 6 nömrəli əmrindən çıxarışa əsasən Abşeron rayonu İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 nömrəli qərarı ilə Bakı şəhəri Sabunçu rayonu X6 ərazisində fərdi yaşayış evi tikintisi üçün ona 0.10 ha torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 izahatında bildirdi ki, Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə X10 Təsərrüfatı Müəssisənin 17 fevral 2000-ci il tarixli 6 nömrəli əmrindən çıxarışa əsasən Abşeron rayonu İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 nömrəli qərarı ilə Bakı şəhəri Sabunçu rayonu X6 ərazisində fərdi yaşayış evi tikintisi üçün iddiaçıya 0.10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçıya torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinin plan ölçüsü və yaxud yerləşmə sxemi verilməmişdir. Yerləşmə sxemi olmadığı üçün iddiaçı torpaq sahəsini bu günə kimi dövət qeydiyyatına aldıra bilməmişdir. Abşeron rayon Dövlət Arxivindən verilmiş F-878 saylı 28.08.2018-ci il tarixli arayış da iddiaçıya 12 yanvar 1995-ci il tarixli 25 saylı qərarla torpaq sahəsinin ayrıldığını təsdiq edir. Torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin qərarı ilə ayrılsa da, torpaq sahəsi hal-hazırda Sabunçu rayonunun inzibati ərazisində yerləşir. Odur ki, həmin torpaq sahəsinə yerləşmə sxemi Cavabdeh tərəfindən verilməlidir. Bütün bunlara əsasən iddiaçı Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə X10 Təsərrüfatı Müəssisənin 17 fevral 2000-ci il tarixli 6 nömrəli əmrindən çıxarışa əsasən Abşeron rayonu İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 nömrəli qərarı ilə Bakı şəhəri Sabunçu rayonu X6 ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə ayrılmış 0.10 ha torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə əlaqədar iddiaçı Cavabdehnə müraciət etmişdir. Bakı şəhəri Cavabdeh 11.11.2021-ci il tarixli M-609-091 saylı məktubla iddiaçının müraciətinə imtina verərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayonu X6 ərazisində Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə X10 Təsərrüfatı Müəssisənin 17 fevral 2000-ci il tarixli 6 №-li əmrindən çıxarışa əsasən Abşeron rayonu İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 №-li qərarından çıxarışa əsasən iddiaçıya ayrılmış torpaq sahəsinə dair Bakı şəhəri Cavabdehndə heç bir arxiv sənəd olmadığından həmin torpaq sahəsinin qanuna uyğun olub-olmamasını araşdırmaq mümkün deyil və qeyd olunanlarla əlaqədar həmin torpaq sahəsinə yerləşmə cizgisinin tərtib edilərək təsdiq edilməsi imkan xaricindədir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçı bu torpaq sahəsindən uzun zamandır istifadə edir. Bununla əlaqədar yerli bələdiyyəyə ödənişlər edir. Həmin torpaq sahəsinə dair arxiv məlumatların Bakı şəhəri Cavabdehndə olmaması iddiaçının günahı deyil, o, cavabdeh orqan əvəzindən sənədlərin arxivləşdirilməməsinə görə məsuliyyət daşımır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 11.11.2021-ci il tarixli məktubda qeyd olunur: Sizin Rayon İcra Hakimiyyətinə daxil olmuş M-609-091 saylı 05.11.2021-ci il tarixli ərizənizə baxıldı. Bildiririk ki, Abşeron rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin ayrıc aktları, baş planları və koordinatları Cavabdehnə təhvil verilməmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli 516 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cü və 3.08.29-cu maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının ölçünün tərtib edilməsini və verilməsini təmin etmək vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xidməti vəzifələrinə aiddir. İş materiallarında olan Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə X10 Təsərrüfatı Müəssisənin 17 fevral 2000-ci il tarixli 6 №-li əmrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 №-li qərarına əsasən sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikintisi ücün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş İddiaçı 0.10 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən 29.03.2022-ci il tarixli H-88 saylı məktubdan görünür ki, Abşeron Rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X11 X1 17 fevral 2000-ci il tarixli 06 saylı əmri ilə vətəndaşlara torpaq sahəsi ayrılmışdır və adlı siyahı tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən 29.03.2022-ci il tarixli H-87 saylı məktubdan görünür ki, Abşeron Rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X11 X1 17 fevral 2000-ci il tarixli 06 saylı əmri ilə vətəndaşlara torpaq sahəsi ayrılmışdır və adlı siyahı tərtib edilmişdir. Bu siyahıda vətəndaş İddiaçı adı 78 sıra sayı ilə qeyd edilmişdir. Həmin məktuba əlavə edilmiş Abşeron Rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X11 X1 06 saylı 17.02.2000-ci il tarixli əmrinin arxiv çıxarışından görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən, sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. S.Əliyev adına müəssisə həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolu və İcra Hakimiyyətinin sərəncamı nəzərə alınaraq aşağıda adları qeyd olunan vətəndaşlara fərdi ev tikmək üçün hər bir ailənin ailə tərkibi nəzərə alınmaqla 0.01 ha-dan 0,1 ha-ya kimi torpaq sahəsinin ayrılması əmr edilmişdir: 78.İddiaçı – 0.1 ha. Əsas: Fond.73.siy.1a, sax.vah. 111.səh. Qeyd. Əmrə sxem və ayrıc aktı daxil edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən 13.04.2022-ci il tarixli H-138 saylı məktubla məhkəməyə təqdim edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının «X7na fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fondu ayrılması haqqında» 12.01.1995-ci il tarixli, 25 nömrəli sərəncamına əsasən torpaqların verilməsi mexanizmi hazırlanana kimi torpaq sahələrinin ayrılması Abşeron rayon İcra Hakimiyyəti başçısının səlahiyyətinə verilməsi haqqında Abşeron rayon XDS-nin 11.04.1992-ci il tarixli 13-cü Çağırış 4-cü Sessiyasının qərarının nəzərə alınması, X4 yaşayan və işləyən, evi və torpaq sahəsi olmayan mənzil sahəsinə ciddi ehtiyacı olan fəhlə və mütəxəssisələrə vermək üçün hər ailəyə 0.10 hektar hesabı ilə 150 ailəyə 15 hektar həyətyanı, 4.8 hektar küçə və yollar altına, cəmi 19.8 hektar həyətyanı torpaq fondu ayrılması haqqında tərtib edilmiş ilkin sənədlərin təsdiq edilməsi, torpaq sahələri X4 yaşayaş adına ev və torpaq sahəsi olmayan, mənzil sahəsinə ciddi ehtiyacı olan növbəlik əsasında müvafiq qaydada sənədləşdirilməklə Sovxozun əmri ilə paylanması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir; 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir; 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (28 oktyabr 2008-ci il tarixdə 1-ci cümlə çıxarılmışdır); 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir; 65-ci maddəsinin 7-ci bəndinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır; 65-ci maddəsinin 8-ci bəndinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir; 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 18.10.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (16.06.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 16.06.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06.06.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının «X7na fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fondu ayrılması haqqında» 12.01.1995ci il tarixli, 25 nömrəli sərəncamına əsasən X4 yaşayan və işləyən, evi və torpaq sahəsi olmayan mənzil sahəsinə ciddi ehtiyacı olan fəhlə və mütəxəssisələrə vermək üçün hər ailəyə 0.10 hektar hesabı ilə 150 ailəyə 15 hektar həyətyanı torpaq fondu ayrılması haqqında tərtib edilmiş ilkin sənədlərin təsdiq edilməsi, torpaq sahələri X4 yaşayaş adına ev və torpaq sahəsi olmayan, mənzil sahəsinə ciddi ehtiyacı olan növbəlik əsasında müvafiq qaydada sənədləşdirilməklə Sovxozun əmri ilə paylanması qərara alınmışdır. Abşeron Rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X11 X1 06 nömrəli 17.02.2000-ci il tarixli əmrinə əsasən Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən, sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. S.Əliyev adına müəssisə həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolu və İcra Hakimiyyətinin sərəncamı nəzərə alınaraq vətəndaşlara fərdi ev tikmək üçün hər bir ailənin ailə tərkibi nəzərə alınmaqla 0.01 ha-dan 0,1 ha-ya kimi torpaq sahəsinin ayrılması əmr edilmişdir, o cümlədən İddiaçı fərdi ev tikmək üçün 0.1 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan sərəncam və əmr ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin (plan və ölçü sxeminin) hazırlanaraq ona verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Halbuki iddiaçıya torpaq ayrılması barədə müvafiq qərar qəbul edilənədək ayrılmış torpaq sahəsinin sərhədlərini yerində və xəritədə müəyyən etmək, buna dair plan və ölçüsünün hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış plan və ölçününün təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Bu da iddiaçının qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, torpaq ayrılan və ondan sonrakı dövrlərdə torpağa sahiblik və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında plan və ölçü sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Eyni zamanda qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qormaqla həmin hüquqların həyata keçirilməsinə maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdedin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti başçısının «X7na fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fondu ayrılması haqqında» 12.01.1995-ci il tarixli, 25 nömrəli sərəncamına və Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X11 X1 17.02.2000-ci il tarixli, 06 nömrəli əmrinə əsasən Bakı şəhəri Sabunçu rayonu X7 ərazisində fərdi yaşayış evi tikintisi üçün İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin yerləşmə sxeminin (planı və ölçü sxeminin) verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4607/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4607/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver